Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4734/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili Vəkil, iddiaçının vəkili X8 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 оğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(019)84/2018, hakim H.Q.Səlimov) İddiaçı c аvаbdehlər Cavabdeh1 оğlu, Cavabdeh2 XXX оğlu və Cavabdeh3 qаrşı iddiası qismən təmin edilmiş, iddiaçının iki uşağı- 29 iyul 2002-ci il tаrixdə doğulmuş X3 və 14 sentyabr 2009-cu il tarixdə doğulmuş X5 ilə birlikdə cаvаbdehlərin yaşadığı Bаlаkən rаyоnu Cederovtala kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-945/2018, hakimlər M.A.Əsədli, Ə.T.Məcidov, İ.F.Quliyev) Cavabdeh2 XXX оğlunun apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı cаvаbdehlər Cavabdeh1 оğlu, Cavabdeh2 XXX оğlu və Cavabdeh3 qızına qаrşı istifаdə hüququ verilməkl ə azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-6361/2019, hakimlər Ə.M.Rüstəmov, M.T.Əhmədova, Ə.G.Nurməmmədov)İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-216/2019, hakimlər V.İ.Məlikov, E.Ş.Hüseynov, A.A.Mahmudov) Cavabdeh2 XXX оğlunun apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 XXX оğluna münasibətd ə dəyişdirilmədən saxlanlmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh1 оğlu ilə İddiaçı 06 oktyabr 2001-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından 29 iyul 2002-ci il təvəllüdlü Mətanət və 14 sentyabr 2009-cu il təvəllüdlü Cəlal adlı uşaqları doğulmuşdur. İddiaçı Bаlаkən rаyоnu Cederovtala kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Balakən rayonu Cederovtala kəndində 0.2504 ha həyətyanı torpaq sahəsində yerləşən 120.40 kv.m-dən ibarət fərdi yaşayış evi 18 dekabr 2017-ci il tarixdə Cavabdeh2 Təyib oğlunun adına, 0.2504 ha həyətyanı t orpaq sahəsi isə Cavabdeh2 Təyib oğlu, Cavabdeh3 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyаtа аlınmışdır. 04 dekabr 2017-ci il tarixdəİddiaçı cаvаbdeh Cavabdeh1 оğlunа qаrşı iddiа ərizəsi ilə Bаlаkən Rаyоn Məhkəməsinə mürаciət edərək Bаlаkən rаyоnu Sarıbulaq kəndində yerləşən Cavabdeh1 оğluna məxsus gəlin köçdüyü evə azyaşlı uşaqları ilə birlikdə istifаdə hüququ verilməklə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 valideynləri X6 və Cavabdeh3 iddiaçının razılığı ilə cavabdeh qismində işə cəlb edilmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iddiaçının mülkiyyətçinin ailə üzvü olmamasına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı 2001-ci ildən ildə gəlin köçüb yaşadığı, sonradan ailə münasibətləri pozulduğundan tərk etdiyi evə köçürülməsini tələb edir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 06 oktyabr 2001-ci il tarixdə evlənmiş, heç bir qeyd şərt olmadan, cavabdehin atası Cavabdeh2 Təyib oğlunun təsərrüfatında olan Balakən rayonunun Cederovtala kəndi ərazisində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, birgə təsərrüfat aparmaqla cavabdehlər ilə birlikdə həmin evdə yaşamışdır. Tərəflərin birgə nikahdan 29 iyul 2002-ci il tarixdə X3 və 14 sentyabr 2009-cu il tarixdə X4 adında iki uşaqları olmuşdur. Tərəflər arasındakı nikah Balakən Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli qətnamə ilə pozulsa da, onlar yenidən barışıb 2017-ci ilə kimi həmin evdə birgə yaşamışlar. Aralarında olan narazılığa görə 2017-ci ildən iddiaçı uşaqları ilə birlikdə həmin evi tərk etmişdir. İddiaçının daimi yaşayış yeri sözügedən evdir. Cavabdehlər iddiaçını evə buraxmadıqlarından o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla bərabər iddiaçının gəlin köçüb yaşadığı zaman mübahisə predmeti olan ev heç kimin mülkiyyətində olmamışdır, həmin ev iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra, 18 dekabr 2017-ci il tarixdə cavabdeh X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsi ilə mülki qanunvericiliyin analogiya üzrə tətbiqinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə mülki hüquq münasibətlərini tənzimləyən hüquq normalarının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Həmin maddənin tələblərinə uyğun olaraq hazırki mübahisə üzrə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilməlidir (qanunun analogiyası). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinin tələblərinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır və on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar
Məhkəmə qərarları › İş №2(102)-4734/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4734/2019
27.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver