Məhkəmə qərarları › İş №2(102)-4734/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4734/2021

28.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4734/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: uyğunlaşdırılması) işdən çıxma əmrinin məzmununun əmək kitabçasına Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “elektron əmək bazasındakı yalnışlığın düzəldilməsi, maddi v ə mənəvi zərər” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-710/2021 nömrəli iş üzrə 09.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı 01.08.2013-cü il tarixdən Cavabdeh MMC-də dizayner vəzifəsinə təyin edilmiş, 29.08.2014-cü il tarixə qədər işləmişdir. İddiaçının əmək kitabçasında (i.v. 6) əmək müqaviləsinə xitam verilmə əsası kimi, Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi, yəni işçinin öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi əsası göstərilmişdir. Lakin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasından çıxarışda (i.v. 5) əmək müqaviləsinə xitam verilməsi əsası kimi “işçi özünün əmə k funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası qeyd olunmuşdur. İşdən çıxma barədə əmrdəki analoji qeydlə və elektron bazadakı qeydlərlə razılaşmayaraq hazırkı mübahisəni başlatmışdır.

1. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron əmək bazasında və MMC-nin müvafiq əmrindəki yanlışlığın əmək kitabçasına əsasən düzəldilməsi, eyni zamanda ona vurulmuş maddi və mənəvi ziyan müqabilində "xxxx" MMC-dən onun xeyrinə 5000 (beş min) AZN tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01.08.2013-cü il tarixində Cavabdeh MMC şirkətində Dizayner vakansiyası üzrə işə qəbul olunmuşdur. 29.08.2014cü il tarixdə öz ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, nəşriyyatdan çıxdıqdan sonra bir müddət fərdi olaraq fotoqraflıqla məşğul olmuşdur. Sonradan rəsmi olaraq işə düzəlmək üçün müxtəlif şirkətlərə CV göndərmiş və işlə bağlı müsahibələrə çağrıldıqda ona əmək kitabçasıyla Sosial Müdafiə Nazirliyinin Online elektron əmək kitabçası bazasının məlumatlarının uğun gəlmədiyini bildirilmişlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında online qeydiyyatdan keçib əmək müqaviləsini yoxlayarkən orda xitam səbəbi olaraq əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməs i, Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verməsi, əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə ƏM-nin 70-ci maddəsinən “Ç” bəndinin göstərildiyini aşkar etmişdir. İddiaçı orda işlədiyi müddətdə icasəsiz olaraq 1 gün də olsun işdən qalmamışdır. Hamıdan tez gedib, işdən vaxtından gec çıxmışdır. Tenderlər zamanı sutkalarla evə getmədən gecə-gündüz orda qalmışdır. (Giriş-çıxış fərdi kartla olub və hamısı qeydiyyata alınıb). İşlədiyi müddətdə ona tapşırılan işləri zamanında və plandan artıq yerinə yetirmişdir. İşlədiyi dövrdə əmək funksiyasını yerinə yetirməməklə bağlı xəbərdarlıq, töhmət və s. almamışdır. Bu barədə iddiaçı akt və ya digər sənədlər imzalamamışdır. Cavabdeh MMC şirkətinə bu səhvlə bağlı məlumat verib səhvin aradan qaldırılmasını, əks halda hüquqlarını məh kəmə yolu ilə bərpa edəcəyini bildirmişdir. Oradan deyilən şifahi cavabda bunun işçilərin səhvi olduğu, heç cür əmri dəyişə bilməyəcəklərini bildirmişlər. "xxxx" MMC şirkətinin bu səhvi ucbatından o bir neçə ildir işə düzələ bilmir. Bu da eyni zamanda ona maddi və mənəvi ziyan vurmuşdur.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2057/2020 saylı, 27.08.2020-ci il tarixli qətnaməsi (hakim. A.Novruzova) ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

5. İddianı rədd edən birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin "ç" bəndi, 71ci maddəsinin 2-ci hissəsi, 83-cü maddəsinin 2-ci hissəsi; MPM-nin 14.2, 77.1, 88, 217.4cü maddələrinə istinad etmişdir.

6. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti vermişdir. 4. a) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlərA.Tanrıverdiyev (sədrlik edən və məruzəçi) İ.Şirinov və T.Səmədov) 09.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2057/2020 saylı, 27.08.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş; Yeni qətnamə qəbul edilmiş; İddia qismən təmin edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında və cavabdeh “Aspoliqraf“ MMC-nin müvafiq əmrindəki yanlışlığın İddiaçı əmək kitabçasına əsasən düzəldilməsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmuş; Ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat cavabdeh "xxxx" MMC-dən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzir liyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.

8. Apelyasiya instansiyası məhkəməsi qətnamənin hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsi, 68-ci maddəsinin 1-ci bəndi, Həmin Məcəllənin 70-ci maddəsinin "ç" bəndi, Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsi, Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsi, Həmin Məcəllənin 87-ci maddəsinin 3-cü hissəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

8. Cavabdeh MMC apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh kassasiya şi kayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, qanunvericilik normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız və qeyri-obyektiv qətnamə qəbul edilmişdir. Həmçinin əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən verilmiş əmrin əmək kitabçasına texniki səhv olaraq fərqli qeyd edilməsi iddiaçının iddiasının əsaslı olması demək deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdehin nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

12. İddiaçı Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir.

13. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

14. Maddə 83. 1-ci bənd. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

15. Maddə 83. 2-ci bənd. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

16. Maddə

85. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır.

17. Maddə

86. İşəgötürən bağlanmış əmək müqav ilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir.

18. Maddə

84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsin in ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

19. Maddə 70. “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

27. Azərbaycan Respublika sının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarı.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə mübahisə ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

32. İşin mübahisə edilməyən faktiki halları ondan ibarətdir ki, iddiaçı 01.08.2013cü il tarixdə Cavabdeh MMC-də dizayner vəzifəsinə təyin edilmiş, 29.08.2014-cü il tarixə qədər həmin idarədə işləmiş və qeyd olunan tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 2019-cu ildə əmək kitabçasını cavabdeh təşkilatdan götürmüş və orada əmək müqaviləsinə xitam verilmə əsası kimi, Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi, yəni işçinin öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi əsası göstərilmişdir. Lakin, cavab deh təşkilatın arxivində olan əmrdə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasındakı məlumatlarda iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxması barədə məlumatlar qeyd edilmişdir.

33. Apelyasiya Məhkəməsi iddianı qismən təmin edərkən, yeganə əsas kimi əmək kitabçasındakı qeydi əsas götürmüşdür.

34. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir (ƏM-nin 83-cü maddəsi).

35. Həmin normanın mahiyyəti ondan ibarətdir ki, işçinin işdən çıxma barədə əmrini qəbul etmək səlahiyyəti ancaq işəgötürənə məxsusdur, onun imzası ilə təsdiq olunmalıdır. Əmək kitabçasındakı qeydlər işəgötürən tərəfindən doldurulmur, işəgötürənin verdiyi əmrə uyğun olaraq əmək kitabçasına köçürülməlidir. Bunun əksi qəbul edilən deyil, yəni əmək kitabçasındakı məlumatların əmrə daxil edilməsi qəbul edilən deyil. Əksinə, əmrdəki məlumatlar əmək kitabçasına köçürülür.

36. Məhkəmənin gəldiyi məntiq ondan ibarətdir ki, cavabdeh təşkilatın təqdim etdiyi işdənçıxma barədə əmr və elə həmin tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasındakı yerləşdirilmiş məlumatlar həqiqəti əks etdirmir. Amma, məhkəmə tədqiqatı zamanı həmin əmrin və məlumatların saxta olması sübuta yetirilməmişdir. Əksinə, cavabdeh təşkilat əmrin və məlumatın doğrulunuğu təsdiq edən və mötəbər sübut kimi qəbul edilməli olan sənədləri vaxtında məhkəməyə təqdim etmişdir.

37. Hazırkı qərarın 18-ci bəndində qeyd olunan maddi hüquq normasına görə işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlə rin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır.

38. Cavabdeh təşkilat üzrə verilmiş əmrlərin qeydiyyatı kitabını məhkəməyə təqdim etmişdir. Həmin kitabda iddiaçının işdən çıxması barədə əmrlə bağlı qeydlər var. Əmr MMC-nin direktoru tərəfindən imzalanmışdır. 29.08.2014-cü il tarixli əmrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Təqdim edilən əmrlər kitabının həqiqiliyinə şübhə doğuran hallar müəyyəfn edilməmişdir.

39. Həmin əmrə uyğun olaraq məlumatların eyni tarixdə Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyinin elektron bazasına yerləşdirilməsinə dair mülumatlar da məhkəməyə təqdim edilmiş və tədqiq edilmişdir. 40. 1-ci instansiya məhkəməsi kadrlar üzrə məsul işçini və eləcə də, iddiaçının işdən çıxarılmasına əsas olan təqdimatı imzalayan şöbə rəisini şahid kimi dindirilmiş, onlar iddiaçının ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasını, əmək kitabçasındakı qeydlərin texniki səhv olmasını təsdiq etmişl, işçinin işdən azad olunması şəraiti ilə bağlı izahatlar vermişlər.

41. Mübahisələndirilən yeganə hal iddiaçının hansı əsaslarla işdən azad olunmasıdır. İlk növbədə, hər bir tərəfin hansı halı sübut etməli olması müəyyən edilməli, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilib-bilməməsi ilə bağlı dəyərləndirmə aparmalı, əmək kitabçasındakı qeydlərin iddianın təmin olunması üçün kifayət edib-etməməsinə qiymət verilməli, bundan sonra cavabdehin etirazları və bununla bağlı təqdim edilmiş sübutlar dəyərləndirilməli, sübutların mötəbərliliyi yoxlanmalı və bunun nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilməlidir.

42. Apelyasiya Məhkəməsi kimin hansı halı sübut etməli olması ilə bağlı düzgün dəyərləndirmə aparmadığı üçün mübahisə ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Nəzərə almaq lazımdır ki, əmək kitabçasındakı qeydlərin, işəgötürənin vermiş olduğu əmrdəki məlumatlara uyğun gəlməməsi özlüyündə hansı məlumatların doğru olması ilə bağlı nəticəyə gəlməyə kifayət deyil. Bu halın sübutetməyə ehtiyacı var.

43. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərab ərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yalnız birinci və apellyasiya instansiyası məhkəmələri işin faktiki hallarını müəyyən etmək səlahiyyətinə malikdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispo zisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

45. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

46. Azərbaycan Respublikas ı MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

47. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPMnin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tət biq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

49. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur.

50. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

51. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.

52. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.

53. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-710/2021 nömrəli iş üzrə 09.04.2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar