Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4735/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə, mənzildən istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7520/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər xx.xx.2011-ci ildə ai lə qurmuş, birgə nikahlarından 23 may 2012-ci il təvəllüdlü X10, 27 yanvar 2014-cü il təvəllüdlü X8 doğulmuş, xx.xx.2018-ci il tarixdə nikahları pozulmuşdur. Onlar nikah müddətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Mübahisəli ev cavabdehin qohumlarının paylı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqlarıyla birlikdə cavabdehə məxsus ünvan 2 ünvanındakı mənzilə istifadə hüquqlarının tanınması, mənzilə köçürülməsi, mənzilə pasport qeydiyyatına alınmaları və mənzildən istifadə qaydasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli evə gəlin köçmüş, cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Nikah pozulduqdan sonra məcbur olub, cehiz əşyalarını atası evinə gətirmişdir. Hazırda atasına məxsus kiçik evdə yaşayır. Uşaqları məktəbli olduğu üçün dərslərə hazırlaşmaları, sağlamlıqlarının qorunması və normal bir vətəndaş kimi böyümələri bu kiçik mənzildə yaşamaqla qeyri-mümkündür. Ona görə də, azyaşlı uşaqlarının normal şəraitdə yaşayıb böyümələri üçün cavabdehin qeydiyyatda olduğu yuxarıda qeyd olunan mənzilə köçürülməsi və pasport qeydiyyatına alınmalarına zərurət yaranmışdır. Beləliklə, cavabdeh tərəfindən öz azyaşlı uşaqlarının hüquqları kobud şəkildə pozulur.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, sözügedən yaşayış evi onun mülkiyyətində deyildir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini xahi ş etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3373/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Cəfərov) iddia rədd edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmadığından, İddiaçı qeyd olunan yaşayış sahəsinə istifadə hüququnun tanınması üçün qanuni əsas yoxdur.
7. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsinə iddiaçının istifadə hüququnun tanınmasına dair tələb qanuni əsasının olmaması səbəbilə rədd olunduğundan, bu tələbdən irəli gələn iddianın digər hissəsinə də hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından zərurət qalmayıb. Odur ki, iddia bu hissədə də rədd olunmalıdır.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 30.1, 30.4, Mülki Proses sual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
10. İşin apellyasiya baxışı zamanı X4, X11, X3, X9, X2, X13, X1, X6 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmiş, məhkəmə iclası zamanı izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
11. Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7520/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, nəticə işin faktiki hallarına uyğundur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilmə sini xahiş etmiş və şikayətini iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh mübahisəli evdə normal şəraitdə yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının azyaşlı övladları ilə birlikdə həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Cavabdeh azyaşlı uşaqlarına mübahisəli evdə yaşamaq şəraiti yaratmamaqla atalıq məsuliyyətindən kənarda qalır. Məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etsə də, həmin normanı düzgün tətbiq etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı cavabdehin etirazı daxil olmuşdur. Etirazda bildirilmişdir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Qətnamə qanuni və əsaslıdır. Kassasiya şikayətinin təmin edilməməs ini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
15. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
16. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsin in mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərt ərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassa siya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır.
29. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hal lar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Məhkəmə kollegiyası bu baxımdan qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsası olmadığından, formal mülahizələrdən ibarət olan kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsas ında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Qeyd olunanları nəzərə alaraq məhk əmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7520/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.