Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4737/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, Cavabdeh və onun vəkili SRnun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 iyul 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tаrixli, 2(075)-2935 saylı qətnaməsi ilə (hakim K.Süleymanov) iddia təmin edilmiş, Cavabdeh borcu oldu ğu 5000 manat və iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30 manat alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmiş, iddia tələbinin qalan hissəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən, məruzəçi), İ.Quliyev və R.Rəfiyev, 2(103)-3009/2018 saylı mülki iş) hazırki iş üzrə Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tаrixli, 2(075)-2935 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5695,17 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassa siya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili SR kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış 12 mart 2014-cü il tarixli, 2014-M-123 saylı kredit müqaviləsi imzalanmış və həmin müqavilə əsasında İddiaçı2 60 ay müddət inə illik faiz dərəcəsi 26% olmaqla 5000 manat kredit verilmiş, İddiaçı2 "xxxx" ASC-dən götürdüyü krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda 12 mart 2014-cü il tarixli, 2014-M-123 saylı kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə "xxxx" ASC ilə İddiaçı1 arasında 12 mart 2014-cü il tarixdə zaminlik müqaviləsi imzalanmış və zamin İddiaçı1 İddiaçı2 "xxxx" ASC-nin qarşısındakı kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək 5000 manat kredit İddiaçı2 verilmişdir. Lakin İddiaçı2 "xxxx" ASCyə olan kredit borcunun bir hissəsini bankın hesabına ödəməsinə baxmayaraq kredit müqaviləsində və ona əlavə olan ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada və müddətlərdə ödəmələri aparmadığından bank borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2(075)-1053/2018 nömrəli qətnaməsinə əsasən İddiaçı2 və İddiaçı1 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 12 mart 2014-cü il tarixli, 2014-M-123 nömrəli kredit müqaviləsi üzrə 4419 manat əsas borc, 1276.17 manat faiz borcu olmaqla, cəmi 5695.17 manat kredit borcunun tutulması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı m ünasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notaria l) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götür ür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Apellyasiya instansiyası məhkəməsində müəyyən edilmişdir ki, Cavabdeh izahatında, o cümlədən məhkəmə iclası zamanı verilən suallara ziddiyyətli cavablar vermiş, qeyd edilən kredit müqaviləsi üzrə üç ay müddətində kreditləri ödəməsinə əsas kimi onun İddiaçı2 həyat yoldaşı olan S adlı şəxsdən əvvəllər faizə pul aldığını və həmin pulu qaytara bilmədiyini bildirmişdir. İşini müəyyən edilmiş hallarına əsasən İddiaçı1 ilə digər İddiaçı2 bankdan kredit götürülənə qədər bir-birilərini tanımamışlar. İddiaçı2 bankdan götürdüyü kredit üçün Cavabdeh xahiş və təkidləri nəticəsində digər İddiaçı1 zamin durmuşdur. Eyni zamanda bankdan kredit götürülməsinin cava bdehin izahatında göstərdiyi kimi ona olan borcun ödənilməsi üçün olması ağlabatan olmamışdır. Cavabdeh da İddiaçı1 digər İddiaçı2 kredit borcuna zamin durmaqda hər hansı mənfəətinin olduğunu bildirməmişdir. Əksinə iddiaçıların bildirdikləri kimi bankdan kredit götürülməsini təmin etmək üçün İddiaçı1 uşağının xəstəliyinin müalicəsi üçün pul lazım olduğunu bildirərək iddiaçıya yanlış məlumat verməsi nəticəsində onu tanımadığı bir şəxsə zamin durmağa razılığını alması daha ağlabatan olmuşdur. Bundan başqa Cavabdeh izahatında bankdan götürülən 5000 manat məbləğində pulun ona verilmədiyini, həmin məbləğin ona evdə verilməli olduğunu və buna görə də onun İddiaçı2 evdə gözlədiyini bildirmişdir. Halbuki, zamin olmadan bankdan kredit verilmədiyindən, zaminin isə cavabdehin tanışı olduğundan, Cavab deh uzun müddətdən bu yana ona olan borcunu ala bilmədiyindən onun borc məbləğinin verilməsini evdə gözləməsi inandırıcı olmamışdır. İddiaçılardan İddiaçı1 cavabdehin yaxını olduğunu da diqqətə alaraq, 5000 manat məbləğində pulun cavabdehə bankda verilməsi, cavabdehin evdə gözləməməsi halı eyni zamanda iddiaçıların ifadələri ilə də sübut olunmuşdur. Bundan başqa Cavabdeh İddiaçı2 arvadı Sya verdiyi 5000 manat pulu geri ala bilmədiyini bildirdiyi halda, onun faiz borcu üzrə Sya ödəməli olduğu borcun 5000 manatdan çıxılmasını tələb etmədən Snın ərinin adından üç ay müddətində banka ödənişləri etməsi də ağlabatan və məntiqli olmamışdır. Bununla yanaşı Cavabdeh onun iddiaçılara borcunun olmadığını, əksinə İddiaçı2 həyat yoldaşı olan Snın ona 5000 manat borcunun olduğunu göstərsə də, o, bu qədə r müddət ərzində Sdan borclu olduğunu göstərdiyi 5000 manatı almaq üçün hər hansı bir təşəbbüs etməmiş, bununla bağlı hər hansı bir şikayət etməmiş və ya məhkəmədə iddia qaldırmamış, bunun əksini də sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 10 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4737/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4737/2019
03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver