Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4739/2020 08.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(104)-3743/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qazax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Ə.Musayev, iş № 2(023)-645/2019) İddiaçı Cavabdeh qarşı 5000 manat məbləğində pul tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (h akimlər: Ə.İ.Məmmədov, R.Ş.Muradov və Ş.M.Əliyeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2019-cu ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2017-ci ilin dekabr ayında Cavabdeh ondan 5000 manat məbləğində borc alıb qaytarmamasını əsas göstərməklə həmin pul məbləğinin sonuncudan onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək tələb etdiyi 5000 manatı cavabdehə bir dəfəyə deyil, üç dəfəyə (2600+1200+1200=5000) verməsini və bunun Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə müvafi q olaraq iddianın rədd edilməsi üçün əsas verməməsini, cavabdehə tələb etdiyi məbləğdə borc verməsinin iş materialları ilə təsdiq olunmasını, lakin işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilmədən qətnamə qəbul edilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümk ün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını əsaslı hesab edərkən iddiaçı tərəfindən məhkəməyə borcun verilməsini təsdiq edən sübutların təqdim olunmamasını və borcun məbləğinin 3000 manatdan artıq olmasına baxmayaraq müqavilənin yazılı formada bağlanmamas ını əsas göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.(740.1.) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.(740.2.) Apelyasiya instansiyası məhkəməsi borcun məbləğinin 5000 manat təşkil etdiyinə görə həmin müqavilənin yazılı formada bağlanmalı olmasını iddianın rədd edilməsi üçün əsas kimi qəbul edərkən nəzərə almamışdır ki, həmin məbləğ cavabdehə üç dəfəyə verilmişdir. Belə ki, 1-ci dəfə verilmiş məbləğ 2600 manat, 2-ci dəfə 1200 manat, 3-cü dəfə 1200 manat təşkil etmişdir. Hər dəfə verilmiş məbləğlə bağlı tərəflər arasında müstəqil borc mün asibəti yarandığından və həmin məbləğlərdən heç biri 740.2-ci maddədə müəyyən olunmuş üç min manat həddini aşmadığından, kollegiya hesab edir ki, borcun məbləğinin üç min manatdan artıq olmasına görə borc müqaviləsinin yazılı formada bağlanmaması əsası ilə iddianın rədd edilməsi qanunsuz olmuşdur. Tərəflər arasında hər dəfə yaranmış münasibət üzrə borcun məbləği 3000 manatdan aşağı olduğundan və belə vəziyyətdə Mülki Məcəllənin 740.1-ci maddəsində müqavilənin şifahi surətdə bağlanması imkanı nəzərdə tutulduğundan, kollegiya hesab edir ki, bu zaman qanunda nəzərdə tutulmuş başqa sübutetmə vasitələrindən istifadə olunmaqla iddianın əsaslılığına qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4739/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4739/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver