Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-474/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı1 nın vəkili Vəkil, İddiaçı2 iştirakları ilə, İddiaçı1 nın və onun vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2(103)8399/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(010)375/2018 saylı qətnamə si ilə (hakim R.Y.Həsənov) iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ** saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə bağlı ləkələrin təmizlənməsi, həmin evin damının bəzi yerlərində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması üçün nəzərdə tutulan su novalçılarının yenisi ilə əvəz edilməsi və iddiaçılar İddiaçı1 nın və İddiaçı2 təhlükəsiz öz evlərində yaşamaqlarına dair şərait yaradılması vəzifəsinin cavabdeh “xxxx” MTK-nın və həmin MTK-nın rəhbərliyinin üzərinə qoyulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun cavabdeh “xxxx” MTK-dan tutularaq dövlət xeyrinə ödənilm əsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli, 2(103)-8000/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi X.Ə.Sarıyev, M.A.Məmmədov və E.Y.Şamayev) İddiaçı1 nın apellyasiya şikayətinin qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(010)375/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ** saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə bağlı ləkələrin təmizlənməsi, həmin evin damının bəzi yerlərində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması üçün nəzərdə tutulan su novalçılarının yenisi ilə əvəz edilməsi və iddiaçılar İddiaçı1 nın və İddiaçı2 təhlükəsiz öz evlərində yaşamaqlarına dair şərait yaradılması vəzifəsinin cavabdeh “xxxx” MTK-nın və həmin MTK-nın rəhbərliyinin üzərinə qoyulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 227 (iki yüz iyirmi yeddi) manat məbləğində pulun cavabdeh “xxxx” MTK-dan tutularaq dövlət xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2465/19 saylı, 15 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi V.Ə.İbayev, A.K.Kalbalıyev və Ə.Ə.Əliyev) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2(103)8399/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) İddiaçı1 nın apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-375/2018 saylı iş üzrə 11 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı1 nın iddiasının təmin edilməməsi, İddiaçı2 iddiasının təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ** saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə bağlı ləkələrin təmizlənməsi, həmin evin damının bəzi yerlə rində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması üçün nəzərdə tutulan su novalçılarının yenisi ilə əvəz edilməsi və İddiaçı2 təhlükəsiz öz evində yaşamağına dair şəraitin yaradılması vəzifəsinin cavabdeh “xxxx” MTK-nın üzərinə qoyulması qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” MTK-nın sədri X1 və üçüncü şəxslər Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət dövlət agentliyinə, Bakı şəhər İcra Hakimiyyətinə və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, müəyyən hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1 saylı yaşayış binasının çirkab sularının həmin binanın qarşısında yeraltı rezervuara yığılmasının qadağan edilməsi, çirkab sularının yığılması üçün tikilmiş yeraltı rezervuanın ləğv edilməsi və çirkab sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya xəttinin tikintisinin təsdiqlənmiş layihə sənədlərinə uyğun aparılmasının “xxxx” MTK-nin sədri Ədalət Qənbərovun üzərinə vəzifə qoyulması, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, *, 3 A saylı evin bərpası üçün tələb olunan 157700 manat pulun “xxxx” MTK-nin sədri Ədalət Qənbərovdan İddiaçı1 nın xeyrinə tutulması, müalicə və müayinələr üçün 99.650 manat pulun “xxxx” MTK-nin sədri Ədalət Qənbərovdan İddiaçı2 xeyrinə tutulması; dəymiş mənəvi ziyana görə 100.000 manat “xxxx” MTK-nin sədri Ədalət Qənbərovdan id diaçılar İddiaçı1 nın və İddiaçı2 xeyrinə tutulması, “xxxx” MTK-nin sədri Ədalət Qənbərovdan 30 manat miqdarında dövlət rüsumunun İddiaçı1 nın xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, *, 3 A saylı ev Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli 12.06.2009-cu il tarixli çıxarışa əsasən İddiaçı1 nın mülkiyyətindədir. 2012-2013-cü illərdə onun fərdi yaşayış evindən 6 metr məsafədə Cavabdeh MTK tərəfindən inşa olunmuş 15 mərtəbəli binanın son 2 mərtəbəsi tikilən zaman evinin damı tamamilə sıradan çıxmışdır. Belə ki, dam örtüyündə binada tökülən tikinti materiallarının təsiri nəticəsində damda çoxlu sayda deformasiyalar, deşiklər açılmış, dirəklər sınmış, dam örtüyü rənglənmiş, dam örtüyünün elementləri qopub yerə düşmüşdür. Həyət tullantı ilə örtülmüşdür ki, bu da insan həyatı üçün təhlükəlidir. Küləkli havada həyətə ümumiyyətlə çıxa bilmirlər. Novalçalardan axan sular isə evin arxa divarının bünövrəsininin altını yumuş, 2014-cü ildə binada abadlıq işləri aparılan zaman 34 m uzunluğunda olan hasarını qəzalı vəziyyətə düşmüş, 17 m hasarının hündürlüyü 220 sm-dən 120 sm-ə kimi qısalmış, binanı ümuni kanalizasiya şəbəkəsinə qoşmaq mümkün olmadığından binanın sahibi çirkab sularını binanın həyətində inşa olunmuş yeraltı rezervuara buraxdığından, çirkab suları laylardan sızaraq iddiaçının yardımçı tikilimin bünövrəsini sıradan çıxarmışdır. Baş verənlərin səbəbi xxxx MTK-nın rəhbərliyinin işi apara bilməməsi, tikintinin qeyri professi onallar tərəfindən aparılması, qoruyucu materiallardan istifadə etməməmələri, nəzarətçi orqanların tikintidə təhlükəsizliyə nəzarət etməməsi, bina ilə fərdi evinin arasındakı aralıq məsafəsinin 5 dəfə azaldılması, vaxtında kanalizasiya xəttinin şəbəkəyə qoşulmamasıdır. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu FHN-nin 10 iyul 2015-ci il 25/26-06748 və 28 iyul 2016-cı il 37/4106756 saylı məktubları, BŞİHB-nın 31 mart 2016-cı il Ə-180-041 saylı məktubu, Suraxanı RPİ-nin 33-cü PM-nin 18.06.2016-cı il ***-**** Ə-1216 saylı məktubu ilə təsdiq olunur. "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının qarşısında çirkab sularının yığılması üçün tikilmiş yeraltı rezervua rın ləğv edilməsi və çirkab sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya xəttinin tikintisinin təsdiqlənmiş layihə sənədlərinə uyğun aparılması barədə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 11 sentyabr 2015-ci il tarixli, 131 nömrəli qərar qəbul olunmasına baxmayaraq həmin qərar bu günədək icra olunmamışdır. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində evinin damının dəyişdirilməsinə 15.000 manat, hasarın sökülərək dəyişdirilməsinə 2700 manat, evin bünövrəsinin maili və üfüqi qazma üsulu ilə bərkidilməsinə 140.000 manat tələb olunur. Bundan başqa mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Belə zərər ona məxsus olan qeyri-maddi nemətlərə, yəni yaşayış yeri seçmə, dinc yaşama hüqu qlarını pozmaqla iddiaçılara mənəvi sarsıntı, iztirab verir. Cavabdehin təqsirli hərəkətinin nəticəsi olaraq keçirdikləri əsəb gərginliyi nəticəsində həyat yoldaşı xərçəng xəstəliyinə düçar olub, onun sağalmasına 2014-cü ildə Türkiyədə xəstəxanada 30.000 TL (15000$), 47 gün İstanbulda qalmaq üçün 2500$ və 600 TL (300$) pul xərcləmişdir. Bundan başqa həyat yoldaşının xəstəliyinin baş qaldırmaması üçün hər 3 aydan bir Mabthera dərmanı ilə müalicə lazımdır ki, bununda hər bir kursun xərci 2650 $ + 360 manat (istanbula gediş haqqı)+200$ (5 gün İstanbulda yaşamaq xərci). Bundan başqa həyat yoldaşı ildə bir dəfə PET KT(CT), 4 dəfə bilgisayar tomoqrafıyası, 4 dəfə rentgen üsulu, 4 dəfə USM üsulu, 4 dəfə qanın tam və 4 dəfə isə sadələşdirilmiş qan analizi ilə müayinə olmalıdır. Müalicə xərcləri bu günə kimi 25500 manat, gələcək 10 ildə aparılacaq müayinə və müalicələrə 74150 manat tələb olunur. Daha sonra iddiaçılar məhkəmədə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, ilk olaraq iddia ərizəsində üçüncü şəxs qismində cəlb etdiyi Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh qismində işə cəlb edilməsi, ilk iddia ərizəsində evinin hasarının bərpasının əvəzinə evinə həyətindəki tikililərə və həyətyanı torpaq sahəsinə görə kompensasiya verilməsi barədə, cavabdehlər BŞİH və Ədalət Qənbərovdan 169 kv.m. fərdi yaşayış evi üçün 253.500 manat, həyətində inşa olunmuş 27 kv.m. söhbətxana (besedka) üçün 8100 manat, həyətindəki sanitar qovşağı üçün 1500 manat və 404 kv.m. həyətyanı torpaq sahəsi üçün isə 121.200 manat kompensasiyaların iddiaçılar İddiaçı1 nın və İddiaçı2 xeyrinə tutulması, dəymiş mənəvi ziyana görə 100.000 manatın cavabdehlərin təqsirlərinə mütənasib olaraq "xxxx" MTK-nin keçmiş sədri Ədalət Qənbərovdan və Bakı şəhəri İcra Hakimiyyətindən iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması; "xxxx" MTKnin keçmiş sədri Ədalət Qənbərovdan, BŞİH və Suraxanı RİH-dən 30 manat miqdarında dövlət rüsumunun İddiaçı1 nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə yenidən məhkəməyə ərizə ilə müraciət edərək, son olaraq məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, *, №A saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə bağlı ləkələrin təmizlənməsi, evin damının bəzi yerlərində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması üçün nəzərdə tutulan su novalçılarının yenisi ilə əvəz edilməsi vəzifələrinin cavabdeh “xxxx” MTK-nin üzərinə qoyulması və həmin cavabdeh təşkilatın rəhbərliyi tərəfindən onların təhlükəsiz öz evində yaşamaqlarına dair şərait yaradılması vəzifəsiniəlavə olaraq cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən ba xılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı1 və onun vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası tərəflərindən verilmiş ekspertiza təyin edilməsi barədə vəsatətə heç bir münasibət bildirməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, ekspert tərəfindən verilmiş rəyə istinad etməkdə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmə nin Mülki Kollegiyasının iclasında İddiaçı1 nın vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı ƏkbərovTofiqXəliloğlu vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı1 nın vəkili Vəkil izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı1 nın kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Yeni Günəşli yaylası, *-də mülkiyyətində olan 0.0404 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 105.2 kv.m. yaşayış, 60.6 kv.m. köməkçi sahədən ibarət 3a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 nın adına daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10571 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28.07.2016-cı il tarixli İddiaçı2 ünvanladığı məktubundan görünür ki, tikinti-təmir işləri zamanı qüvvədə olan şəhərsalmaya və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi və ətrafda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi təlbirlərin görülməsi barədə Agentliyin 10 iyul 2015-ci il tarixli, 25/26-06748 nömrəli məktubu ilə “xxxx” MTK-nın rəhbərliyinə tapşırıq verilmişdir. Eyni zamanda yaşayış binasının qarşısında çirkab sularının yığılması üçün ti kilmiş yeraltı rezervuarın ləğv edilməsi və çirkab sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya xəttinin təsdiqlənmiş layihə sənədlərinə uyğun aparılması barədə Agentlik tərəfindən 11.09.2015-ci il tarixli, 131 nömrəli “qərar” verilmidir. Təkrar baxış zamanı qeyd olunan nöqsanların aradan qaldırılmadığı məlum olmuşdur. Qeyd olunan pozuntuların qısa müddətdə aradan qaldırılması barədə Agentlik tərəfindən “xxxx” MTKnın rəhbərliyinə təkrar tapşırıq verilmiş və icrası tərəfindən nəzarətə götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 10.07.2015-ci il tarixli K.Ələkbərovaya və “xxxx” MTK-nin sədri a ünvanladığı məktubundan görünür ki, araşdırma zamanı “xxxx” MTK tərəfindən binada aparılan tikinti işləri zamanı tikinti tullantı larının ətrafa dağılması faktları təsdiqlənmişdir. “xxxx”MTK-nın rəhbərliyinə tapşırılmışdır ki, tikinti işləri aparılan zaman qüvvədə olan Tikinti norma və Qaydalarının tələblərinə əməl edilməli və ətrafda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülməlidir. Əks təqdirdə MTK-ya qarşı mövcud qanunvericiliyə əsasən müvafiq tədbir görüləcəkdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başıçısının 31.03.2016-cı il tarixli “xxxx” MTK-nın sədri, İddiaçı1və kya ünvanlanmış məktubundan görünür ki, qeyd olunan məsələ ilə əlaqədar müvafiq tədbirlərin görülməsi, vətəndaşların narazılığına səbəb olan məsələlərin aradan qaldırılması və təhlükəsizliyə riayət edilməsi tapşırılmışdır. İş materiallarına əlavə edilmişSuraxanı rayon İcra Hakimiyyətinin 27.11.2015-ci il tarixli məktubundan görünür ki, vətəndaşlar İddiaçı1 və k onların həyətlərinə binadan yad əşyaların tullanmasının qarşısının alınması,təhlükəsizlik və vətəndaşlarla birgə yaşayış qaydalarına riayət olunmasına lazımi köməkliklərinin göstərilməsini xahiş etmişlər. Vətəndaşlar İddiaçı1 və knın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etdiklərini nəzərə alaraq və onların təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq tədbirlərin görülməsi həvalə olunmuşdur. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 02.03.2018-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ** saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiy a damcıları ilə ləkələndiyi, bəzi yerlərdə şifer lövhələrin üzərinə kərpic, daş, beton qırıntısı tökülərək yararsız vəziyyətə düşdüyü, yağış sularının axması üçün nəzərdə tutulan su novalçalarının bir hissəsinin deformasiya olaraq əzildiyi və s. qüsurların yarandığı və həmin qüsurların cavabdeh “xxxx” MTK-ya məxsus hündür mərtəbəli yaşayış binasının inşası zamanı, yuxarı mərtəbələrdən yaşayş evinin damına tikinti materiallarının tökülməsi səbəbindən əmələ gəldiyi müəyyən olunur. Qeyd olunur ki, tədqiq olunan yaşayış evinin dam hissəsinə dəymiş ziyanın miqdarı, zədələnmiş sahələr söküldükdən sonra, bərpa olunmalı və yerinə yetirilməli iş həcmləri dəqiqləşdirməklə müəyyən edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 26.10.2018-ci il tarixli, 26446 saylı rəyindən görünü r ki, mülki işin 98-ci vərəqəsində olan İddiaçı1 nın və X2 adlarından Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 11 may 2018-ci il tarixli ərizədəki yazılar və “N.Ələkbərova” yazıları qarşısındakı imza-İddiaçı1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etsə də, iddia tələbinin bir hissəsinə qiymət verməmişdir. Belə ki, iddianın dəqiqləşdirilməsi barədə 11 may 2018-ci il tarixli ərizə İddiaçı1 tərəfindən imzalanmadığından İddiaçı1 nın iddia tələbinə qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının “evinin hasarının bərpasının əvəzinə evinə həyətindəki tikililərə və həyətyanı torpaq sahəsinə görə konpensasiya verilməsi barədə, cavabdehlər BŞİH və Ədalət Qənbərovdan 169 kv.m. fərdi yaşayış evi üçün 253500 manat, həyətində inşa olunmuş 27 kv.m. söhbətxana (besedka) üçün 8100 manat, həyətindəki sanitar qovşağı üçün 1500 manat və 404 kv.m. həyətyanı torpaq sahəsi üçün isə 121200 manat kompensasiyaların iddiaçılar İddiaçı1 na və İddiaçı2 xeyrinə tutulması, dəymiş mənəvi ziyana görə 100.000 manat cavabdehlərin təqsirlərinə mütənasib olaraq "xxxx" MTK-nin keçmiş sədri Ədalət Qənbərovdan və Bakı şəhəri İcra Hakimiyyətindən iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, "xxxx" MTK-nin keçmiş sədri Ədalət Qənbərovdan, BŞİH və Suraxanı RİH-dən 30 manat miqdarında dövlət rüsumunun İddiaçı1 nın xeyrinə tutulmasına dair iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçının qeyd olunan tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 111.10-cu maddəsinə əsasən kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Hazırki halda İddiaçı1 qeyd olunan tələbi "xxxx" MTK-ya deyil, "xxxx" MTK-nin keçmiş sədri Ədalət Qənbərov və Bakı şəhər İcra Hakimiyətinə qarşı irəli sürmüşlər. Göründüyü kimi, qeyd olunan cavabdehlər həmin tələbə cavab verməli olan şəxslər deyildir. Əvvəlki apellyasiya icraatı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan tələb üzrə cavabdehlərin əsl cavabdehlə əvəz olunması təklif olunsa da, İddiaçı1 cavabdehlərin Bakı şəhər İcra Hakimiyyəti və Ədalət Qənbərov olmasını qeyd etdiyi üçün, apellyasiya instansiyası məhkəməsihesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 54.2-ci maddəsinə əsasən irəli sürülmüş tələb üzrə işə baxmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişd ir ki, hər hansı iddia tələbi yalnız həmin iddiaya cavab verməli olan şəxsə qarşı irəli sürüldükdə təmin edilə bilər. Əgər iddia əsl olmayan cavabdehə qarşı verilmişdirsə, birinci instansiya məhkəməsi bu zaman həmin hüquqi məsələni tərəflərlə müzakirə edərək iddiaçının razılığı ilə cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsini həll edə bilər. İddiaçı buna razı olmadıqda isə məhkəmə irəli sürülmüş tələblər üzrə işə baxmalıdır (MPM-nin 54-cü maddəsi). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki işdə iddia əsl olmayan cavabdehə qarşı verildiyi üçün rədd edilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətin ə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2019-cu il tarixli, 2(103)8399/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-474/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-474/2020
04.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver