Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-474/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs X10) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs X10) qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1292/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 və üçüncü şəxs X10 tərəfindən ayrı- ayrılıqda verilmiş kassasiya şikayətlərinə 05 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı məhəllə komitəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən, İddiaçı1 Sumqayıt şəhəri, 76-cı məhəllə 3 saylı ərazi Hafiz Baxış küçəsi, ev 3/1, 209 saylı fərdi evdə 2013-cü ildən qeydiyyatsız yaşayır.
2. İddiaçı1 İddiaçı2 ilə xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar.
3. Cavabdeh1 və X2 Ağabəy Polat oğlunun birinci nikahından olan övladları, Cavabdeh2 isə Cavabdeh1 əridir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki sahibliyində olan Sumqayıt şəhər, 76-cı məhəllə, ev 1/3, 209 saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul etməyi xahiş etmişlər.
5. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İddiaçı1, həyat yoldaşı İddiaçı2 ilə birlikdə Sumqayıt şəhər, 76-cı məhəllə, ev 1/3, 209 saylı fərdi yaşayış evini tikmişlər. Yaşayış evi 2013-2014-cü illərdə tikilmişdir. 2022-ci ilin əvvəllərində qızları Cavabdeh1 İddiaçı1 bildirmişdir ki, onun həyat yoldaşı digər cavabdeh hərbi qulluqçu Cavabdeh2 Bakı şəhərinə 1-2 aylıq ezamiyyə verilmişdir və bu müddətdə gəlib bu evdə yaşamaq istəyir. O, qızı olduğu üçün buna etiraz etməmiş və cavabdehlərə ona məxsus olan fərdi yaşayış evində müvəqqəti yaşamağa icazə vermişdir. Lakin, cavab dehlər evə daxil olduqdan sonra ona və həyat yoldaşına rahatlıq verməmiş və onları evdən qovaraq evə buraxmamışlar. Nəticədə o, və həyat yoldaşı İddiaçı2 ilə birlikdə onun bunun evində yaşamağa məcbur qalmışlar. Odur ki, onların həmin mənzilə köçürülmələrinə zərurət vardır. Həmin ailə hərbçi kimi (Cavabdeh2) aylıq dövlətdən 400 manat da kirayə haqqı alırlar. Buna baxmayaraq da, yenə də onları evə buraxmırlar, nə də evdən çıxmırlar. Özü əlildir.
6. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı onun atasıdır. Onun 12 yaşı olanda anası vəfat etmişdir. Anası vəfat edəndən sonra atası başqa qadınla ailə qurmuşdur. Ailə qurduqdan sonra evi satmağa çalışmışdır. Hazırda o, atasının gəlib həmin evdə yaşamasına etiraz etmir. Atası öz istəyi ilə evdən getmişdir. O, iddiaçılara qarşı heç bir zaman pis davranmamışdır. Atasının əsas məqsədi həmin evi satmaqdır.
7. Birinci instansiya məhkəməsində şahid X6 ifadəsində bildirmişdir ki, o, 76-cı məhəllə ərazisinə köçən zaman Ağabəyi qonşu kimi tanımışdır. O, evi tikən zaman Ağabəy ona kommunal xətlərin çəkilməsində köməklik göstərmişdir. Ağabəy həyat yoldaşı Səidə ilə sözügedən evdə yaşadığının şahidi olmuşdur.
8. Birinci instansiya məhkəməsində X3 ifadəsində bildirmişdir ki, iddiaçı ilə 10-cu mikrorayon ərazisində bina evində qonşu olmuşlar. Sonradan o, 76-cı məhəllədə fərdi evə köçmüş, bir müddət sonra iddiaçı Ağabəydə həmin ərazidən torpaq alaraq orada ev tikib yaşamışdır. Ağabəy evi tikən zaman işığı və suyu onun həyətindən istifadə edirdi.
9. Sumqayıt Şəhər Məhkəməsinin x x.xx.2024-cü il tarixli, 2(060)-1744/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 1/3-də yerləşən 209 saylı fərdi evə köçürülmələri və iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı1 özünə aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə iddiaçıların köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hər hansı bir hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçılara qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçıların özbaşına inşa edilmiş həmin tikililərə köçürülməsi üçün qanuni maneə yoxdur. Cavabdeh iddiaçıların könüllü olaraq e vdən çıxıb getməyini bildirsə də bu işin araşdırılmış halları ilə təsdiqini tapmır.
11. Birinci instansiya məhkəməsi eyni zamanda iş üzrə cavabdehlərin iddiaçıların mübahisə predmeti olan evdə yaşamasına dair etirazının olmaması ilə yanaşı işin faktiki digər hallarını nəzərə alaraq həmçinin qeyd etmişdir ki, tərəflər arasında olan münasibətlər getdikcə pozulmuş və iddiaçılar münaqişə nəticəsində həmin evi tərk etmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənzil ilə bağlı mübahisələr həll edilərkən mənzildən məhrum edilənin deyil, mənzildən məhrum edənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrum edənin mənzilə hüququ yoxdursa məhrum etmə qanunsuz sayılmalı, qanunsuz məhrum etmənin nəticələri aradan qaldırılmalı, məhrum edilən mənzilə köçürülməlidir. İddiaçılar evi könüllü surətdə deyil, münaqişə səbəbindən tərk etmiş, hazırda həmin evdə yaşaya bilmirlər. Fərdi evin qaz üzrə abonent saldosunda X10 qeyd edilsə də, iddiaçıların həmin evdə yaşamasına imkan verməməsi cavabdehlər tərəfindən məhkəmə prosesində sübuta yetirilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü, Mülki Məcəllənin 6.1.1, 11.1, 11.2, 13.4, 180.1, 228.1, 228.2-ci, MPM-in 14.2, 77.1, 80, 106.1, 217 və 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən 180.1-ci maddə tətbiq edilərək hesab edilmişdir ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 1/3-də yerləşən 209 saylı fərdi yaşayış evi özbaşına tikilidir. Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti aparılarkən lazımi sənədlərin alınmamasına, tikinti normalarının ciddi surətdə pozulmasına dair heç bir sübut təqdim edilməmişdir. Fərdi yaşayış evinin hüquq müəyyənedici sənədləri alınmamışdır, bu barədə müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamışdır. Məhkəmə tərəfindən Mülki Məcəlləsinin 180.1-ci və 180.2-ci maddələri düzgün təfsir edilməmişdir. Digər tərəfdən qanunun analogiyasına uyğun olaraq məhkəmə tərəfindən Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələri düzgün tətbiq edilməmişdir. Məhkəmə bir tərəfdən əsassız olaraq hesab etmişdir ki, fərdi yaşayış evi qanunsuz tikilidir. Digər tərəfdən isə qanunun analogiyasına uyğun olaraq mübahisənin həlli üçün maddi hüquq normaları tətbiq edir. Halbuki Əzizova (Abduləliyeva) Şəhla Ağabəy qızı fərdi yaşayış evinin faktiki mülkiyyətçisidir. O, İddiaçı2 həmin fərdi yaşayış evində yaşamasına razı deyildir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1292/2024 nömrəli mülki iş üzrə 1 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov ( sədrlik edən və məruzəçi), L.E.Rəhimli və A.M.Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, tərəflər arasındakı münasibətlər 2016-cı ildə yarandığına görə hazırkı mülki hüquq münasibətlərinə analoji münasibətləri tənzimləyən hüquq normasına-həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə qiymət verilməlidir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə iddiaçıların köçmək istədiyi evin İddiaçı1 tərəfindən inşa etdirilməsi, bir neçə il iddiaçıların həmin evdə yaşamaları, cavabdeh tərəfin onları yaşadıqları evdən məhrum etməsi işin müəy yən olunmuş halı olmuşdur. İddiaçıların birlikdə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdeh tərəfin isə həmin tikili üzərində hər hansı hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddiaçılara qarşı törədilmiş məhrumetmə (evdə yaşamalarına mane olma) qanunsuz olmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, tərəflərin yaşayış yeri olmuşdur. Cavabdeh tərəfin iddiaçıları tikilidə yaşamaqdan məhrum etmək səlahiyyəti olmamış və onların hüquqlarına bu cür müdaxilə qanunsuz olmuşdur. İddiaçıların isə qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ yaranmışdır. Cavabdeh tərəf mübahisəli tikiliyə iddiaçılardan üstün hüquqa malik deyildirlər. Şəxsin yaşadığı mənzil dən qanunsuz məhrum edilməsi isə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci, Mülki Məcəllənin 11.1, 11.2, 14.1, 14.3, 180-ci, MPM-in 4, 14.1, 14.2, 24.1, 372, 384, 402-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Üçüncü şəxs X10 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir
23. Kassasiya şikayətləri Mülki Məcəllənin 146.1, 152, 157, 158, 164, 165, 228.5-ci, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan RespublikasıMənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarı və MPM-in 14, 76, 88, 217 və 385-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi üçüncü şəxs X7 mülkiyyətində olmuş mənzilin satışından əldə edilmiş pul vəsaiti ilə inşa edilmişdir. Həmin fərdi yaşayış evinin məhz X9 məxsus və onun sahibliyində olması ərazi üzrə məhəllə komitəsinin verd iyi arayışla, kommunal xidmətlərdən istifadəyə dair üçüncü şəxslə bağlanılmış müqavilələrlə, eləcə də X7 mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin və əmlakın vergi ödəyicisi kimi Sumqayıt Bələdiyyəsində qeydiyyatdan keçməsi ilə sübuta yetirilmişdir. X10 ilə iddiaçılar arasında torpaq sahəsində onun tərəfindən və onun vəsaiti ilə fərdi yaşayış evinin tikintisi ilə bağlı nə yazılı, nə də şifahi qaydada müqavilə bağlanılmamış, bu barədə hər hansı razılaşma olmamış və üçüncü şəxs iddiaçılar qarşısında bununla bağlı hər hansı maddi öhdəlik götürməmişdir. Məhkəmə hər hansı mötəbər sübuta söykənmədən və yalnız əvvvəlcədən öyrədilmiş şahid ifadələrini əsaslı dəlil olaraq qəbul etməklə X1 olan torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin guya iddiaçıların da pul vəsaitindən istifadə ol unmaqla tikildiyi qənaətinə gəlməklə aşkar səhvə və yanlışlığa yol vermişdir. Məhkəmənin gedişatında da istər cavabdehlər, istərsə də üçüncü şəxs ataları olan İddiaçı1 evdən çıxarmadıqlarını, ona dəfələrlə evə qayıtmasını təklif etdiklərini və evdə yaşamasına etiraz etmədiklərini məhkəmənin diqqətinə çatdırsalar da, məhkəmə nədənsə işin bu halına düzgün hüquqi qiymət verə bilməmişdir. Mübahisəli fərdi yaşayış evi üzərində üçüncü şəxs X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, onun həmin ev üzərində əşya hüququ mövcud olduğundan və yaşayış evi onun pul vəsaiti ilə inşa edildiyindən, İddiaçı2 qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanuni olmuşdur və məhkəmə bu hala qiymət verərkən sahibliklə bağlı sadalanan maddi hüquq normalarının pozuntusuna yol vermişdir. İddiaçı2 mübahisəli yaşayış evinin sahibi olan üçüncü şəxs X8 ailə üzvü deyildir. Mübahsiəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə üçüncü şəxsə mənsub olmasa da, sadalananlara əsasən onun pul vəsaiti ilə inşa edildiyindən, qanunun analogiya üzrə tətbiqi nətiəsində aydın olur ki, ev sahibinin ailə üzvü olmayan şəxsin həmin evdə yaşamasına icazə verməmək səlahiyyəti vardır. İşə baxan məhkəmə mübahisəli evin özbaşına tikili olduğunu bəyan etsə də, hər hansı mötəbər sübutlar olmadan həmin evin iddiaçılardan İddiaçı1 vəsaiti ilə onun tərəfindən inşa edildiyi nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi ziddiyyətli məqamları araşdırmadan və qiymətləndirmədən, işin hallarının obyektiv və hərtərəfli araşdırmasını həyata keçirmədən, sübut kimi qəbul etdiyi iddiaçının təqdim etdiyi qeyrimötəbər dəlilləri müvafiq olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmədən sübutlara düzgün qiymət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
26. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəs inə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
27. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edili r (qanunun analogiyası).
29. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
30. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
31. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
32. Maddə 180.1. Tikint i məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
33. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiya sı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh və üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
47. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, tərəflərin yaşayış yeri olmuşdur. Cavabdeh tərəfin iddiaçıları tikilidə yaşamaqdan məhrum etmək səlahiyyəti olmamış və onların hüquqlarına bu cür müdaxilə qanunsuz olmuşdur. İddiaçıların isə qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ yaranmışdır. Cavabdeh tərəf mübahisəli ti kiliyə iddiaçılardan üstün hüquqa malik deyildirlər. Şəxsin yaşadığı mənzildən qanunsuz məhrum edilməsi isə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın.
48. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən m addi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1292/2 024 nömrəli, 01 oktyabr 2024 -cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.