Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4740/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Cavabdeh (X11 və Səbail rayon Badamdar Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-4740/2022 ( Açar sözlər: torpaq sahəsindən çıxarılma tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Cavabdeh (X11 və Səbail rayon Badamdar Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı torpaq sahəsinin özbaşına qanunsuz olaraq zəbt olunmasına son qoyulması və sahənin qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3589/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət mülkiyyətində olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14 ü nvanında yerləşən 0,04 ha torpaq sahəsinin (bundan sonra torpaq sahəsi) qanunsuz olaraq özbaşına zəbt olunmasına son qoyulması və geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə X1 X7, X18, Səbail rayon İH-nə və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, sərəncamın, müqavilənin və şəhadətnamələrin etibarsız hesab olunması və bağdan çıxarılma” tələbləri qismən təmin olunmuş, Səbail RİHB-nın xx.xx.1999-cu il tarixli sərəncamı ləğv edilmiş, X4 adına verilmiş mülkiyyət hüququna dair şəhadətnamə etibarsız hesab edilmiş, torpaq sahəsinin alqı-satqısı barədə V.Y.Puqaçova ilə X24 arasında bağlanmış müqavilə ləğv edilmiş, Ş.S.Şabanovun a dına verilmiş şəhadətnamə etibarsız hesab edilmiş, iddia qalan hissədə rədd olunmuş, qətnamə sonradan apellyasiya və kassasiya instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Aparılmış yoxlamalar nəticəsində torpaq sahəsinin qanunsuz və əsassız olaraq, cavabdeh tərəfindən zəbt olunduğu, Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun 24 avqust 2020-ci il tarixli 136 saylı məktubuna əsasən torpaq sahəsinin Bələdiyyənin mülkiyyətinə verilmədiyi, həmin torpaq sahəsinin dövlət mülkiyyətində olduğu müəyyənləşdirilmişdir.
4. Məhkəmə iclasında izahat verən iddiaçının etibarnamə əsasında nümayəndəsi X13 iddia tələbini tam müdafiə edərək, əlavə etmişdir ki, qanuni qüvvəyə minmiş və ləğv olunmamış məhkəmə qətnaməsi ilə torpağın dövlətin mülkiyyət ində olması müəyyən olunmuşdur. Bələdiyyənin 22 avqust 2005-ci il tarixli 097 saylı qərarı isə 03 iyun 2019-cu il tarixli Bələdiyyə qərarı ləğv edilmişdir. Cavabdehin nümayəndəsinin etirazda istinad etdiyi məhkəmə qətnaməsində iddianın rədd əsası kimi göstərilən hal – 22 avqust 2005-ci il tarixli 097 saylı qərarı artıq ləğv olunmuş və hüquqi qüvvəli deyil.
5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia predmetinin obyekti olan torpaq sahəsi ilə bağlı 18 il öncə məhkəmə mübahisəsi olmuş, həmin iş üzrə çıxarılan qətnamədən X24 və digər cavabdeh şikayətlər versə də, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmış, o dövrdən başlayaraq torpaq sahəsinin X18 məxsus olduğu bəyan edilməklə, həmin şəxs tərəfindən müxtəlif məhkəmə mü bahisələri açılmış, eləcə də müxtəlif dövlət qurumlarına və hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciətlər edilmişdir. X12 5-6 il ərzində açıqaşkar hədə-qorxu gəlməklə bəyan etmişdir ki, torpaq sahəsinin ona qaytarılması üçün yüksək rütbəli dövlət məmuru köməklik göstərir və gec-tez torpaq sahəsini X5 geri alacaqdır. Bakı şəhər İcra Hakimiyyətinin hazırkı iddia tələbi məhkəməyə təqdim olunmayanadək buna inanmasalar da, artıq açıq-aşkardır ki, Bakı şəhər İcra Hakimiyyəti bu işin nəticəsində maraqlıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2004-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, hazırkı iddia predmetinin obyekti olan torpaq sahəsi üzərində X14 mülkiyyət hüququna xitam verilmiş, həmin məhkəmə işində Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti cavabdeh qismin də iştirak etsə də apellyasiya və kassasiya şikayətləri verməmiş, yəni birinci instansiya məhkəməsinin qətnaməsindən razı qalmışdır. Yuxarı instansiya məhkəmələri tərəfindən isə torpaq sahəsinin dövlət mülkiyyətində deyil, bələdiyyə mülkiyyətində olması açıq-aşkar qeyd olunmuşdur. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarında işin hallarına artıq hüquqi qiymət verilmiş və bu iş üzrə 4 dəfə Ali Məhkəmədə hüquqi mövqe formalaşdırılmışdır. İddia ərizəsinə əlavə olunmuş Badamdar qəsəbə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubundan və Səbail rayon Badamdar Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli Protokolundan çıxarışdan müəyyən olunur ki, Şamil Şabanov həmin sənədləri verən təşkilatların vəzifəli şəxsləri ilə əvvəlcədən düşünülmüş və bir qrup şəxslərin birləşməsi halında qa nuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən olunmuş halları heç bir əsas olmadan təkzib etməklə bilə-bilə qanunsuz hərəkətlərə yol vermişlər. Hazırda isə Bakı şəhər İcra Hakimiyyətinin də vəzifəli şəxslərinin bu işdə maraqlı olduqları məlum olur. Odur ki, iddiaçının bir sıra vəzifəli şəxsləri tərəfindən mütəşəkkil dəstə halında bizə qarşı edilmiş açıq-aşkar bilə-bilə qanunsuz hərəkətlər, göründüyü kimi bü cür əməllər ilk dəfə törədilməmiş, israrlı şəkildə davam etməkdədir və belə halların davamlı törədilməsi bizdə əsaslı şübhələr yaratdığından həmin vəzifəli şəxslər barəsində, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsini xahiş edirlər.
6. Məhkəmə iclasında izahat verən cavabdeh iddia tələbinin əsassız olduğu üçün təmin olunmaması barədə qətnamə çıxarılmasını və Bakı Şəhər İcra Hakimiyyətinin, Səbail rayonu Badamdar Bələdiyyəsinin və Badamdar icra nümayəndəliyinin bəzi vəzifəli şəxslərinin qrup halında cavabdehin əmlakı üzərində olan hüquqlarına qarşı bilə-bilə qanunsuz hərəkətlərə yol verdiklərinə görə və onların əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu, 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsində icraat zamanı qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə cavabdeh tərəfindən özbaşınalıq edilməklə mübahisəsi gedən ərazinin zəbt olunduğunun sübuta yetirilmədiyi (Səbail Rayon Məhkəməsinin xx.xx.2005- ci il tarixli qətnaməsi), torpaq sahəsinin X3 mülkiyyətinə Səbail rayon Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən verildiyi və torpağın satış dəyərinin Badamdar Bələdiyyəsinin xəzinəsinə ödənildiyi (Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi), həmçinin həmin torpağın dövlət mülkiyyətində olmadığı (Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi) müəyyən edilmişdir.
8. Səbail Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(009)-2325/2021 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli torpaq sa həsinin Bələdiyyənin mülkiyyətində olmamasını iddia etsə də, bununla bağlı təqdim etdiyi Səbail rayon İcra Hakimiyyəti Başçısının qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun xx.xx.2020-ci il tarixli, 136 saylı məktubu Torpaq Məcəlləsinin müvafiq normalarına əsasən həmin torpaq sahəsinin hüquqi rejimini müəyyən edən sənəd kimi hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin Bələdiyyənin deyil, dövlətin mülkiyyətində olması ilə bağlı iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli 136 saylı məktub mötəbər sübut kimi hesab edilmir və mübahisəli torpaq sahəsinin hüquqi rejimini müəyyən edən sənəd kimi qəbul edilə bilməz. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilən hallar mübahisəli torpaq sahəsinin qanuni əsaslarla cavabdehin istifadəsində olmasını, həmin torpaq sahəsinə dair Badamdar Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 097 saylı qərarının qanuni olması tam təsdiq olunur. Beləliklə iddiaçının torpaq sahəsi üzərində hüquq sahibi olmadığı təsdiq olunduğundan, bununla da onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ olmadığından, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilə bilməz.
10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 45.1-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayət verərək, qətnamənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin m əzmununa uyğun əsaslandıraraq, işin hərtərəfli araşdırılmadığı və sübutlara düzgün hüquqi qiymət verilmədiyi, maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğu, iddiaçının müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququnun qanuni qüvvədə olan qətnamə əsasında müəyyən edildiyinə əhəmiyyət vermədiyi qeyd edilmişdir.
13. Məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək, göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə torpağın dövlətin mülkiyyətində olması müəyyən olunmuş, Dövlət mülkiyyətində olan torpağın sərəncamçısı kimi iddiaçı məhkəməyə müraciət etmiş, lakin məhkəmə əsassız olaraq onun subyektiv hüququnun olmadığı nəticəsinə gəlmiş, Səbail rayon Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 097 saylı qərarın ın xx.xx.2019-cu il tarixli Bələdiyyə qərarı ilə ləğv edildiyini nəzərə almamışdır.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X3 nümayəndələri (vəkilləri) Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya icraatı zamanı təqdim etdikləri etiraz ərizəsinin məzmununa uyğun izahat vermişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 may 2022-ci il tarixli, 2(103)-3589/2022 nömrəli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşara q qeyd etmişdir ki, qeyd olunan məhkəmə aktları iddiaçıya münasibətdə preyudisial olmasa da (onun həmin işlər üzrə tərəf olmaması səbəbilə), cavabdehə münasibətdə preyudisiya keyfiyyəti əldə etmiş, eyni zamanda, mübahisəsi gedən torpaq sahəsinin hüquqi statusuna müəyyənlik gətirilmişdir. Bu hal isə özü-özlüyündə iddiaçının, həmin torpaq sahəsinin ona qaytarılmalı olması tələbinin dispozitiv şərtini istisna edir. Bundan əlavə, iddiaçı mübahisəsi gedən torpaq sahəsinin Dövlət mülkiyyətində olduğunu sübut edə bilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur və bu nəticənin dəyişdirilməsi üçün hər hansı əsas mövcud deyildir.
17. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 v ə 233.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil2 oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, əvvəlki məhkəmə icraatları zamanı sübuta yetirilən yeganə fakt mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olmasıdır. Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına düzgün qiymət verməmiş, formal mülahizələrlə qətnaməni əsaslandırmışdır.
20. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 385,386, 388, 389 və 390-cı maddələr istinadl a əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyasının qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmiş, etirazını birinci instansiya zamanı verdiyi izahata uyğun əsaslandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hər əkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
27. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qər əzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mö vqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir.
35. İddiaçının iddiasına görə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2ci yaşayış massivi, bağlar döngəsi 14 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi dövlət mülkiyyətinə aiddir və bu səbəblə də həmin sahənin cavabdeh tərəfindən zəbt olunmasına son qoyulmalı, torpaq sahəsi geri qaytarılmalıdır.
36. Məhkəmələr əvvəllər başqa-başqa icraatlarda baxılmış mülki işlər üzrə çıxarılmış məhkəmə qərarlarına əsasən müəyyən etmişlər ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə X2 X8, X19, Səbail rayon İcra Hakimiyyətinə, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Bakı şəhər 28-ci Dövlət notariat kontoruna qarşı iddia tələbləri qismən təmin edilmiş, Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə 1999-cu il 21 yanvar tarixli 44 saylı sərəncamı, Şamil Sadıq oğlu X10 Puqaçova arasında Badamdar qəsəbəsi, bağlar ərazisindəki Badamdar qəsəbəsi 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də yerləşən 0,04 hektar torpaq sahəsinin alqı-satqısı barədə bağlanmış və 28-ci Dövlət notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi ləğv olunmuş, həmin torpaq sahəsinə dair V.P.Yakovlevnanın və X17 adına verilmiş mülkiyyət hüququ barədə şəhadətnamə etibarsız hesab edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005- ci il tarixli qətnaməsi ilə, apellyasiya instansi yasının aktı isə Ali Məhkəmənin xx.xx.2005-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə X15 Cavabdeh qarşı “tikilinin qeyri-qanuni sökülməsinin dayandırılması, cavabdeh tərəfindən sökülmüş tikililərin bərpa edilməsi, yaxud, qanunsuz sökülmüş tikililərə görə ona vurulmuş maddi ziyanın ödənilməsi” tələblərinə dair iddiası rədd edilmiş, həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən özbaşınalıq edilməsi və qeyri-qanuni olaraq iddiaçıya məxsus hər-hansı əmlakın, o cümlədən, tikililərin sökülməsi və dağıdılması, ümumiyyətlə iddiaçının əmlakına zərər vurulması, cavabdehin digər qanunsuz hərəkətlərə yol verməsi halları sübuta yetirilməmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Apellyasiya Məh kəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə, apellyasiya instansiyasının aktı isə Ali Məhkəmənin xx.xx.2006-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə X15 Səbail rayon Badamdar Bələdiyyəsinə və X6 qarşı “torpağın mülkiyyətə verilməsinə dair qərarın etibarsız hesab olunması, torpaq sahəsindən və evdən istifadə hüququnun müəyyən edilməsi, torpaq sahəsindən çıxarılma” tələbləri rədd edilmiş, bu qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin xx.xx.2007ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə müəyyən edilmişdir ki, Səbail rayon Badamdar Bələdiyyəsinin xx.xx.200 5-ci il tarixli “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X3 mülkiyyətinə verilməsi barədə” qərarına əsasən Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsində olan 400 kv.m. torpaq sahəsi uzun müddət istifadəsində olduğuna görə X9 alqı-satqı yolu ilə satılmış, torpağın satış dəyəri xx.xx.2005-ci il tarixdə Badamdar Bələdiyyəsinin xəzinəsinə ödənilmişdir. Məhkəmələr hesab etmişlər ki, X15 ünvan 2 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinə heç bir hüququ yoxdur, həmin sahə bələdiyyə mülkiyyətində olmaqla Badamdar Bələdiyyəsi qanuni əsaslarla 097 saylı xx.xx.2005-ci il tarixli qərarla 0,04 ha torpaq sahəsini Əbülfəz Abbasova satmışdır.
37. Eyni zamanda hazırkı iddiaçının iştirakı olmadan baxılmış digər işlərdə müəyyən edilmişdir ki, X15 Cavabdeh və X6 qarşı “torpaq sahəsindən çıxarılma və onun adına y enidən rəsmiləşdirmə” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədən X15 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən təmin olunmamış, apellyasiya instansiyasının aktı Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə məhkəmələr, Badamdar Bələdiyyəsinin 097 saylı, xx.xx.2005-ci il tarixli qərarının ləğv edilməsinə dair Səbail rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasının protokolunu mühüm əhəmiyyət kəsb edən hüquqi sənəd kimi qiymətləndirməyərək vurğulamışlar ki, “...mübahisəli torpaq sahəsinin dövlət, bələdiyyə, yaxud xüsusi mülkiyyətdə olmasını müəyyən etmək Badamdar Nümayəndəsinin səlahiyyəti deyildir və istəsə b elə bunu müəyyənləşdirə bilməzdi. Çünki, torpaq sahələrinin hansı şəxslərə aid olması, təyinatı, kateqoriyası və.s müəyyən edilməsini Əmlak Məsələləri Dövlət Xidməti və onun müvafiq qurumları həyata keçirir”. Məhkəmələrin mövqeyinə görə, “iddiaçı həqiqətən hesab edirsə ki, qeyd olunan torpaq sahəsi qanuni əsaslarla ona ayrılmışdır, onda həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından sonra məhkəməyə müraciət edə bilərdi. Ancaq Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyinin, yaxud Badamdar Bələdiyyəsinin hansısa qanuni əsası olmayan məlumatlarına (məktubuna) əsasən iddia əsaslı hesab edilə bilməz. Çünki bu cür məktub və məlumatlar iddiaçıya mübahisəli torpaq sahəsinə görə iddia irəli sürməyə subyektiv (tələb etmək) hüququ yaratmır. Ən azından hə min qurumlar mübahisəli torpaq sahəsinin statusunu bilmir. Əks halda bu torpaq sahəsi barədə ziddiyyətli məlumatlar (biri dövlət torpağı olduğunu bəyan, digəri isə mübahisəli torpaqla bağlı əvvəlki Bələdiyyənin qərarını ləğv edir) verməzdilər. Mübahisəli torpaq sahəsi ilə bağlı 2000-ci illərin əvvəllərindən başlayaraq ona yaxın məhkəmə aktları qəbul edilmişdir. Bu məhkəmə aktlarının tam əksəriyyəti iddiaçının iddiası və təmin edilmədiyi halda verdiyi şikayətləri əsasında qəbul edilmişdir. Bütün bu məhkəmə aktları ilə iddiaçının mübahisəli torpaq sahəsinə qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüquqlarının olmadığı və yaranmadığı müəyyən edilmişdir”.
38. Apelyasiya məhkəməsi əvvəlki qərarlarda müəyyən edilən halların (torpağın bələdiyyəyə aid olması) iddiaçıya münasibətdə preyudisial lıq kəsb etmədiyini qeyd etsə də, nəticə etibarı ilə həmin hallara istinad etməklə torpaq sahəsinin dövlət fonduna aid torpaq sahəsi olmaması əsası ilə iddianı rədd etmişdir.
39. Hansıki, hazırkı işdəki iddiaçı yuxarıda sadalanan mülki işlərdə tərəf olmamış və həmin işlər üzrə müəyyən edilən hallar ona münasibtdə predyudisial əhəmiyyət kəsb etməmişdir (bu halı apelyasiya məhkəməsi də özü qətnamədə qeyd etmişdir).
40. Hazırkı işin yeganə mübahisəli halı torpaq sahəsinin dövlət və yaxud bələdiyyə fonduna aid torpaq sahəsi olub-olmaması ilə bağlıdır. Ona görə məhkəməyə lazım gəlirdi ki, iddiçının irəli sürdüyü dəlillər əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin hüquqi rejimi ilə bağlı məsələnin (d övlət və yaxud bələdiyyə fondu torpağı) aydınlaşdırılması üçün müvafiq ekspertiza təyin edərək məsələyə hüquqi qiymət versin.
41. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz(&27).
42. Torpaq Məcəlləsinə əsasən torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür (Maddə 1.). Ona görə torpaq sahəsi üzərində mülkiyyətin növünü müəyyən etmək üçün əsas sübut növü kimi qanunda qeyd olunan sənədlər əsasında keçirilən ekspert rəyi ola bilər. Hansıki, hazırkı işd ə belə bir sübut mövcud deyil. 43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığı üçün qətnamə ləğv olunaraq iş yeni apelasiya baxışına göndərilməlidir.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3589/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.