Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4741/2020 08.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(104)-3874/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Kəlbəcər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.S.Qəniyev, iş 2(040)-576/2019) İddiaçı1 iddiası təmin edilərək, Cavabdeh 8300 manat alınaraq İddiaçı1 ödənilməsi, İddiaçı2 iddiası təmin edilərək, Cavabdeh 1400 manat və 1300 ABŞ dollarının Azərbaycan manatı ilə ekvivalenti ödəniş gününə olan məzənnə ilə alınaraq İddiaçı1 ödənilməsi, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat rüsumunun əvəzi Cavabdeh alınıb iddiaçılara ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ş.Muradov, Ş.M.Əliyeva və Ə.İ.Məmmədov) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Kəlbəcər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdir. İşin halları: İddiaçı1 və İddiaçı2 2019-cu ilin may ayında birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı1 2017-ci ilin mart ayında 4000 manat, həmin ilin may ayında 4300 manat, digər İddiaçı2 isə 1300 ABŞ dolları və 1400 manat borc almasını, cavabdehin borcun alınmasını t əsdiq edən qəbz imzalamasını, lakin borcunu qaytarmamasını əsas göstərməklə Cavabdeh 8300 manat pulun alınaraq İddiaçı1, 1300 ABŞ dolları və 1400 manat məbləğində pulun alınaraq İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-c i maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı1 xx xxxx 2017-ci il tarixdə Cavabdeh qaytarmaq şərti ilə 4000 manat borc vermiş və sonuncu buna dair qəbz tərtib etmişdir. Sonradan xx xxx 2017-ci il tarixdə Cavabdeh xx xxx 2017-ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı1 yenidən 4300 manat, İddiaçı2 isə 1300 ABŞ dolları və 1400 manat borc alaraq bu barədə qəbzə imza etmişdir. Həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahidlər də, öz ifadələrində cavabdehin iddiaçılardan borc aldığını bildirmişlər. Cavabdeh iddiaçılardan ümumilikdə 1500 ABŞ dolları borc almasını və qaytarmasını, həmçinin qəbzə hədə qorxu, təzyiq altında imza etməsini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM- nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi cavabdehin borcun qaytarılması barədə üzərinə götürdüyü öhdəliyi icra etməməsi nəticəsinə gələrək iddianın təmin olunmasını əsaslı saymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları ilə cavabdeh tərəfindən borcun qaytarılmaması sübuta yetirildiyindən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqda haqlı olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4741/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4741/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver