Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4742/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X23 oğlunun katibliyi, İddiaçı X11nın və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Nadirovnanın cavabdehlər X22 və Cavabdeh2, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 4 notariat kontoruna qarşı “mənzilə köçürülmə və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair və iddiaçı X16 Cavabdeh2 və DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli 2(103)-223/2019 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı FFFcavabdeh X9rşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1-də qeydiyyatda olmaqla, istifadə hüququnun olmağını nəzərə alaraq, həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən İddiaçı FFFiddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əvvəlki iddia tələbləri ilə yanaşı, YYY-də yerləşən 17 nömrəli mənzilin özgəninkiləşdirilməsinə dair ünvan 4 Notariat Kontorunda bağlanmış 15 avqust 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, iddiaçı X18 Cavabdeh2 və DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 15.10.2018-ci il tarixli qərardadına əsasən iddiaçı X16 Cavabdeh2 və DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə qarşı Daşınmaz Əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair mülki işin hazırki işə birləşdirilərək bir icraatda baxılması qərara alınmışdır. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Nadirovnanın cavabdehlər X18 və Cavabdeh2, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 4 notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı X16 Cavabdeh2 və DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh2 ilə X22 arasında bağlanmış və 14 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş AN-İ №0635142 saylı, 15.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İsmayıl Xəlilov (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova, İlham Kərimli) 11 fevral 2019-cu il tarix li 2(103)-223/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi apelyanta aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.02.2019-cu il tarixli 2(103)-223/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ibtidai istintaq orqanının tərtib etdiyi ittiham aktına əsaslanmaqla şəxsin Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumsiyası hüququnu, Avropa İnsan Hüquq ları Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu və sübutlar haqqında olan mülki prosessual qanunvericiliyin müddəalarını pozmuşdur. Məhkəmə gələcəkdə məhkəmə qaydasında sübut edilməsi zəruri olan ibtidai istintaq orqanının tərtib etdiyi ittiham aktına deyil, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsaslana bilərdi. Müqavilənin aldatma və etibardan sui-istifadə nəticəsində bağlanması, müqavilə üzrə mənzilin pulunun ödənilməməsi barədə məhkəmənin qeyd etdiyi əsassız dəlillərin heç bir əsası olmamış və bu dəlillər subyektiv mülahizə və ehtimallar olaraq qalmışdır. Əksinə iş materiallarında olan və ekspertiza rəyi ilə təsdiq edildiyi üçün mötəbər sübut xarakteri daşıyan notariat və bank sənədləri məhkəmənin irəli sürdüyü ehtimal və mülahizə xarakterli dəlillərini təkzib etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, işin apellyasiya instansiyasında baxışı zamanı X10 təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin baxışında olduğu halda işə baxan apellyasiya məhkəməsi iş üzrə icraatı dayandırmadan işə baxıb yekun qərar çıxarmaqla Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin tələbini pozmuşdur. Beləliklə işə baxmış Bakı Apellyasiya Məhkəməsi iş materiallarında olan mötəbər sübutları nəzərə almadan, ehtimallar və subyektiv mülahizələr əsasında açıq-aşkar əsassız və qanunsuz qətnamə çıxarmaqla iş üzrə mənim Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnu, 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququnu, 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqların i nzibati və məhkəmə təminatı hüququnu, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ, həmin Konvensiyaya dair Paris, 20.11.1952-ci il tarixli Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətin müdafiəsi hüququ pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı X11 və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Cavabdeh2 məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasının müəyyən müddətə təxirə salınmasını xahiş etmiş, lakin bu barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyindən onun vəsatəti təmin edilməmişdir. İç üzrə 3-cü şəxs 14 saylı Notariat k ontoru isə işə onun iştirakı olmadan baxılması barədə ərizə göndərmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, iddiaçı X11 ərizə iləməhkəməyə müraciət edərək nənəsi X16 18.06.2019-cu il tarixdə vəfat etdiyini və onun N.Larsinanın hüquqi varisi qismində tanımaqla məhkəmə prosesinə buraxılmasını xahiş etmiş və ərizəyə zəruri sənədləri əlavə etmişdir. Məhkəmə kollegiyası N.Larsinanın öz əmlakını 29.05.2019-cu il tarixli vəsiyyətnamə ilə nəvəsi V.V.Vya vəsiyyət etməsini, mərhumun başqa vərəsələri haqda məlumat olmamasını nəzərə alaraq, həmin şəxsi N.Larsinanın hüquqi varisi kimi məhkəmə iclasına buraxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR A zərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 4 Notariat Kontorunun 000 nömrəli notariat işində olan 114 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 26 iyul 2017ci il tarixdə verilmiş arayışının surətindən görünür ki, 111nömrəli dörd mərtəbəli evin 36 kv.metr sahəsi olan iki otaqlı 17 nömrəli mənzili Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə məxsusdur. Mənzilin icarədarı Cavabdeh1dır. Daimi qeydiyyatda olan şəxs yalnız özüdür. ünvan 4 Notariat Kontorunun 000 nömrəli not ariat işində olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 12 mart 1997-ci il tarixdə verilmiş MH seriyalı 041668 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, YYY-də yerləşən 17 nömrəli mənzil X16 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 777 nömrəli reyestr kitabında 116666 nömrəsi ilə qeydə alınmışdır. 114 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 30 yanvar 2004-cü il tarixli arayışdan görünür ki, həmin mənzildə 1968-ci il təvəllüdlü İddiaçı FFF11 fevral 1999-cu il tarixdən, onun qızı olan 1985-ci il təvəllüdlü X5 11 fevral 1999-cu il tarixdən, nənəsi olan 1925-ci il təvəllüdlü X22 08 oktyabr 1958-ci il tarixdən və dayısı oğlu olan 1985-ci il təvəllüdlü X7 1986-cı il tarixdən daimi qeydiyyatdadırlar. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X13 cinayət işi başlanmasının rədd edilməsi barədə 06 yanvar 2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 01 mart 2017-ci il tarixli vəziyyət namənin surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan X14 məxsus olan bütün daşınar və daşınmaz əmlakını X15 vəsiyyət etmişdir. Müvafiq vəsiyyətnamənin 30 may 2018-ci il tarixdə ləğv edilməsi ilə bağlı qeyd vardır. ünvan 4 Notariat Kontorunun 000 nömrəli notariat işində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən verilmiş 21 iyul 2017-ci il tarixli arayışın surətindən görünür ki, X18 məxsus olan 111nömrəli evin 17 nömrəli mənzili haqqında 21 iyul 2017-ci il tarixə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır. ünvan 4 Notariat Kontorunun 000 nömrəli notariat işində olan 15 avqust 2017-ci il tarixli “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, 111nömrəli evin 17 nömrəli mənzilində xx xxxxxxxx 1968-ci il təvəllüdlü İddiaçı FFFvə xx xxxxxxx 1925-ci il təvəllüdlü Cavabdeh1 qeydiyyatdadırlar, “İddiaçı Nadirovna” qrafasının qarşısında əlyazma ilə “24.07.2017-ci il tarixdə çıxarılıb” qeydi vardır. ünvan 4 Notariat Kontorunun 000 nömrəli notariat işində olan Cavabdeh1 notariat kontoruna ünvanladığı 15 avqust 2017-ci il tarixli ərizəsinin surətindən görünür ki, 111nömrəli evin 17 nömrəli mənzilinə dair “Elektron notariat” X1 çıxarışda adı olan İddiaçı FFFilə heç bir qohumluq əlaqəsi yoxdur, ona görə də alqı-satqı müqaviləsinin onun razılığı olmadan rəsmiləşdirilməsini notariat kontorundan xahiş etmişdir. ünvan 4 Notariat Kontorunun 000 nömrəli notariat işində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətanməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər X8, İddiaçı Nadirovnaya və X2rşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, Cavabdeh1 mülkiyyətində olan 111nömrəli evin 17 nömrəli mənzilindən X6, İddiaçı Nadirovnanın və X3 istifadə hüquqlarının itirilmiş hesab edilməsi müəyyən edilmişdir. ünvan 4 Notariat Kontorunun 000 nömrəli notariat işində olan AN-İ seriyalı **** *** nömrəli 15 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 37 nömrəli evin 52,6 kv.metr ümumi sahəsi, 36 kv.metr yaşayış sahəsi olan iki otaqlı 17 nömrəli mənzilini alıcı Cavabdeh2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Satıcı daşınmaz əmlakı 50.000 manat qiymətə satmağı, alıcı isə qeyd edilən mənzili həmin qiymətə almağı razılaşmışlar. ünvan 4 Notariat Kontorunun 000 nömrəli notariat işində olan 15 avqust 2017-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, 50.000 manat məbləğində pul vəsaiti Cavabdeh2 tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xəzinəsinə ödənilmişdir. 114 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 02 oktyabr 2017- ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 111nömrəli evin 17 nömrəli mənzilində yaşayır. O, 15 mart 2017-ci il tarixdə müraciət edərək, X6, İddiaçı Nadirovnanın və X3 yaşamamaları haqqında akt almışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İddiaçı Nadirovnaya ünvanladığı 27 oktyabr 2017-ci il tarixli məktubunun məzmunundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Nadirovnanın, X6 və X3 nənəsi olan Cavabdeh1 mülkiyyətində olan 111nömrəli evin 17 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş və pasport qeydiyyatından çıxarılmışlar. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2017-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, cavabdeh İddiaçı Nadirovnanın apellyasiya şikayəti təmin edilərə k, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər X8, İddiaçı Nadirovnaya və X2rşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2018-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2017-ci il tarixli qətnaməsi cavabdehlər X8 və X4 aid hissədə, yəni onların 111in 17-ci mənzilinin yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələbinin rədd olunması hissəsində ləğv edilmiş, apellyasiya inst ansiyası məhkəməsinin müvafiq qətnaməsi cavabdeh İddiaçı Nadirovnaya aid hissədə, yəni onun 111in 17-ci mənzilinin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. ünvan 4 Notariat Kontorunun 000 nömrəli notariat işində olan 18 may 2018-ci il tarixli “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, 111nömrəli evin 17 nömrəli mənzilində xx xxxxxxx 1925-ci il təvəllüdlü Cavabdeh1 qeydiyyatdadır. Bakı şəhəri 6 saylı Notariat Kontorunun 21 may 2018-ci il tarixli məktubunun məzmunundan görünür ki, 111 17 nömrəli mənzilinin qeydiyyat vəsiqəsinin surəti 15 mart 2017-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan X19 təsdiq etdirmişdir. ünvan 4 notariat kontorunun notariusu Elmar Vəliyevin 22 may 2018-ci il tarixli məktubu nun məzmunundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Nadirovnanın 111nömrəli evin 17 nömrəli mənzilində istifadə hüquqları itirilmişdir. Telefon rabitəsi vasitəsi ilə əldə edilən məlumata əsasən 24 iyul 2017-ci il tarixdə məhkəmə qətnaməsi icra edilmiş və İddiaçı Nadirovnanın özgəninkiləşdirilən mənzildə olan istifadə hüququ itirilmişdir. Bu səbəbdən də qeyd olunan mənzil özgəninkiləşdirilərkən İddiaçı Nadirovnanın razılıq ərizəsi alınmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qərardadına əsasən mülki iş üzrə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizası əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2018-ci il tarixli 19279 nömrəli eksper t rəyinin nəticə hissəsinin məzmunundan görünür ki, ekspertizaya təqdim edilmiş, 000 nömrəli notariat işinin ikinci vərəqəsində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 15 avqust 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsində “Satıcı” qrafasındakı imzalar və “soqlasna Larsına soderjanie doqovora mne rozesneno soqlasna” yazıları; 15 avqust 2017-ci il tarixli MUĞ seriyalı 337989 nömrəli çekdə “Çekdə göstərilən məbləği aldım İmza” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Azər Əsgərovun 20 avqust 2018-ci il tarixli cinayət işinin başlanılması haqqında qərarının məzmunundan görünür ki, ünvan 1 ünvanda yaşayan vətəndaş Cavabdeh1 müxtəlif instansiyalara müraciət edərək, Bakı şəhəri N ərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin sahə müvəkkili YYY Orucovun onun etibarından suiistifadə edərək 01 mart 2017-ci il tarixdə onu evindən götürüb öz atası ilə birlikdə notariat kontoruna apardığı, orada ona heç bir söz demədən müəyyən sənədlərə imza etdirdiyini, özü də mahiyyətini bilmədən bütün daşınar və daşınmaz əmlakını YYYin atası X15 vəsiyyət etdiyini, daha sonra 15 avqust 2017-ci ildə YYYin anası ilə birlikdə gəlib onu “20 yanvar” metrostansiyasının yaxınlığındakı notariat kontoruna və yaxınlıqda yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin müvafiq filialına apararaq guya 50.000 manata evin satılmasına dair sənədlərə imza etdirdiyini, nəticədə onun adına olan ünvan 1 ünvanda yerləşən evinin qanunsuz olaraq YYY Orucovun anasının adına rəsmiləşdirildiyini və ona hər h ansı bir məbləğdə pul verilmədiyini bildirmişdir. Toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 313-cü maddələrinin əlamətləri olduğundan, eləcə də tam, hərtərəfli və obyektiv araşdırma aparılmasını təmin etmək üçün dindirmə, üzləşdirmə və bir çox digər istintaq hərəkətlərinin yerinə yetirilməsi zəruri olduğundan həmin maddələrlə cinayət işi başlanaraq ibtidai istintaq aparılmalıdır. Vətəndaş Cavabdeh1 müraciəti əsasında Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda toplanmış 235-C18 nömrəli yoxlama materialı üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə cinayət işinin başlanılması və cinayət işi üzrə istintaqın aparılmasının Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinə həvalə edilməsi qərara a lınmışdır. 06 dekabr 2018-ci il tarixli ittiham aktının sürətindən görünür ki, X21 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2. maddəsi ilə təqsirləndirilməsinə dair barəsində ittiham aktı tərtib olunmuşdur. İttihamın əsasını həmin mənzillə bağlı aparılmış qanunsuz əqdlər təşkil edir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının öz mənzilini satmaq niyyəti olmamışdır. Əqd iradəvi akt olduğundan iradə və iradənin ifadə olunması arasında vəhdətin olmaması əqdin etibarsızlığına səbəb olur. Həmin hadisə ilə bağlı aparılmış cinayət işinin istintaqı zamanı sübut olunmuşdur ki, mənzilin mülkiyyətçisinin mənzili satmaq niyyəti olmamışdır. İş materiallarından görünür ki, X22 ilə nəvəsi İddiaçı FFFarasında mənzillə bağlı mübahisə olmuş, həmçinin aralarında olan digər mübahisələrlə bağlı Nərimanov Rayon Polis idarəsinin 18-ci Polis Bölməsinə müraciət etmişdir. Bununla bağlı həmin bölmənin əməkdaşı X19 arasında münasibətlər yaranmış, bu münasibətlər zəminində iddiaçı ona etibar edərək bütün əmlaklarını X10 atası X15 vəsiyyət etmişdir. Daha sonra vəsiyyətnamə ləğv olunmuş, alqı-satqı müqaviləsi əsasında X10 anası Cavabdeh2 satılmışdır. X21 etibardan sui-istifadə edərək, aldatma yolu ilə mənzilin alqısatqısına nail olmuşdur. Mənzillə bağlı yuxarıda qeyd olunan hadisələrin baş verməsinin məntiqi ardıcıllığı belə qənaətə gəlməyə əsas verir ki, 94 yaşlı qadının müraciətini yoxlayan səlahiyyətli şəxsin (sahə inspktoru) müdaxiləsi ilə əvvəlcə mənzildə qeydiyyatda olan şəxslərin istifadə hüquqlarının itirilmiş hesab olunması məsələsi həll edilmiş (məhkəmədə iddi a qaldırılmış, işə baxılmış), sonra sahə inspektorunun atasının adına vəsiyyətnamə tərtib edilmiş və daha sonra anasının adına alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin işlərin 94 yaşlı X12 öz iradəsi ilə həyata keçirilməsi ağlabatan deyil və işdə olan sübutlarla təkzib olunur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırmaları ilə, tərəflərin əqdin bağlanmasından əvvəlki, əqd bağlanan dövrdə və ondan sonrakı davranışları ilə müəyyən olunmuşdur ki, əslində iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi zamanı tərəflərin əsl niyyəti (iradə ifadəsi) mənzilin alınıb-satılması olmamış, onların iradə ifadəsi buna yönəlməmiş, alıcı tərəfdən niyyət mənzili ələ keçirmək olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi əqdin etibarsızlığına dair maddi hüquq nor malarını tətbiq edərək alqı-satqı müqaviləsini etibarsız hesab etməkdə haqlı olmuşdur. Hazırkı halda Mülki Məcəllənin 337.5. maddəsinin tətbiqinə (alınanların geri qaytarılması) də əsaslar yoxdur. Çünki sübuta yetirilmişdir ki, həmin əqd əsasında X17 heç bir məbləğ ödənilməmişdir. 1-ci instansiya məhkəməsi əqdi bağlayarkən guya X12 nəvəsinə münasibətdə əmlak tələbindən yaxa qurtarmaq niyyətində olmasını qeyd etsə də, məhkəmə kollegiyası həmin qənaətlə razılaşmır. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, X20 mənzillə bağlı baş verən əqdlərin əsl mahiyyətini başa düşməmiş, məlumatsız olmuşdur. Buna baxmayaraq məhkəmə kollegiyası mahiyyətcə düzgün olan məhkəmə qətnaməsinin formal əsaslarla ləğv olunmasına əsas görmür və nəzərə alır ki, Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsi nə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası məruzəçini, iddiaçı V.V.Vnın və vəkili Vəkil2 izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İstinad olunan maddi hüquq normasının tələbindən müəyyən olunur ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl edilməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflərin əqdin bağlanmasından əvvəlki, əqd bağlanan dövrdə və ondan sonrakı dav ranışları ilə əslində iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi zamanı tərəflərin əsl niyyəti (iradə ifadəsi) mənzilin alınıb-satılması olmamış, onların iradə ifadəsi buna yönəlməmiş, alıcı tərəfdən niyyət mənzili ələ keçirmək olmuşdur. Əqd üzrə satıcı hər hansı məbləğ almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə də, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, əqddə göstərilən məbl əğin N.Larsinaya verilməsi öz təsdiqini tapmadığından, hazırkı halda Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqinə (alınanların geri qaytarılması) də əsaslar yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesb edir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən istinad olunan yeganə sübut ibtidai istintaq orqanının tərtib etdiyi ittiham aktı olmamışdır. Apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsinə dair notariat işində olan sənədlərə, məhkəmə aktlarına, tərəflərin izahatlarına və digər sübutlara istinad etməklə, ağlabatan mühakimə əsasında işin faktiki hallarını düzgün müəyyən etmişdir. Cavabdehin kassasiya şikayətinin işin hallarının sübut olunmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi P lenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətn amədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublika sı MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli 2(103)223/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4742/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4742/2019
03.07.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver