Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4744/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə) 29.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov xxx Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehin vəkili X1 iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)3708/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili xxx tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin i nzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12899 manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(013)-1238/2019 nömrəli qətnaməsi ilə (hakim E.A.Bayramov) iddia tələbi təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.Ə.İspəndiyar sədrlik edən və məruzəçi, Ş.M.Əliyeva və A.H.Hüseynzadə) xx xxxxxx 2019-cu il tarixli, 2(104)-3708/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(013)-1238/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili xxx kasasiya şikayəti verərək, Gəncə Apely asiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2(104)-3708/2019 nömrəli qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, apelyasiya şikayətinin dəlillərinə obyektiv və qərəzsiz hüquqi qiymət verilməmiş, iddiaçının təqdim etdiyi sübutlar, o cümlədən şahid ifadələri və cavabdeh tərəfindən yazılmış qeydlər düzgün qiymətləndirilməmişdir. Cavabdehin vəkili X2 məhkəmə iclasındakı çıxışında və cavabdehin adından məhkəməyə təqdim olunmuş ka sasiya şikayətinə yazılı etirazda, kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış və cavabdehin iddiaçıya hər hansı borcunun olmamasını əsas kimi gətirərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktl arına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının tələbləri təmin edilmədiyindən və onun tərəfindən apelyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. İş materiallarına əsasən iddiaçı cavabdehdən ümumilikdə 12899 manat məbləğdə pul tələb etmiş və tələbini onunla əsaslandırmışdır ki, həmin puldan 1250 manat hissəsini cavabdehin borc olaraq aldığı məbləğ, 6280 manat hissəsini tərəflərin birgə işlədikləri dövrdə müştərilərə satılan və cavabdeh tərəfindən ümumi gəlirə daxil edilməyən məbləğ, 5363 manat hissəsini isə iddiaçıya məxsus mağazadan cavabdehin nisyə olaraq götürdüyü m alların qaytarılmayan dəyəri təşkil edir. İddiaçı tələblərinin sübutu qismində özünün müəyyən hesablamalar apardığı dəftəri və şahidləri təqdim etmişdir. İddianın rədd edən birinci instansiya məhkəməsi və iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan apelyasiya məhkəməsi mövqelərini onunla əsaslandırmışlar ki, iddiaçının dəlilləri mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, apelyasiya məhkəməsi iddiaçının təqdim etdiyi dəftərin 44-cü səhifəsində olan cavabdehin “xxx əmidən almışam 2000. xxx əmiyə verməliyəm 2450 manat. Qaytardım xxx 1000 manat, xxx verdim 200 manat, 200 almışdım, qaytardım 200 manat, cəmi 2650, vermişəm 1400, borcum 1250” yazısına hüquqi qiymət verərək göstərmişdir ki, cavabdeh tərəfindən həmin qeyd yazıldıqdan sonra xeyli ödənişlər edilmişdir. Lakin bu ödən işlərin konkret olaraq hansı xidmətlərə görə ödənilməsini (yəni cavabdehin qeydində göstərilən 2000 manata görülən işlərdən alınıb-alınmadığını) müəyyən etmək mümkün deyildir. Ümumiyyətlə qeyd dəftəri anlaşılmayan məzmunda olub, tərəflər arasında olan münasibətləri aydın şəkildə əks etdirməyən qeydlərdən ibarətdir. Cavabdehin iddiaçının qarşısında hansı öhdəlik daşıması, hansı öhdəlikləri yerinə yetirməməsi, habelə ona borclu olmasını müəyyən edən hər hansı müqavilə və ya digər yazılı razılaşma yoxdur. Həmçinin cavabdehin iddiaçının mağazasından malmaterial alması da mötəbər sübutlarla təsdiqini tapmır. İddiaçının özünün izahatı və onun tərəfindən birinci instansiya məhkəməsinə dəvət edilmiş şahidlərin ifadələri ilə bağlı apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının izahat ına və şahidlərin ifadələrinə tənqidi yanaşılmalıdır. Çünki iddiaçı birbaşa olaraq iddianın həllində maraqlı şəxsdir və izahat verən zaman məqsədi iddianın təmin edilməsinə yönəlmişdir. Şahidlər isə tərəflər arasında olan münasibətləri aydın və müfəssəl diktə etməmiş, münasibətlərin hansı tarixdə yaranması dəqiq qeyd olunmamışdır. Eyni zamanda onlar iddiaçının işçiləri olduğu üçün ifadə verərkən iddiaçının maraqlarından çıxış etmələri şübhəsi var və bu şübhə aradan qaldırılmır. Mağazadan kifayət qədər yüksək məbləğdə mallar satıldığı halda heç bir qaimə və ya malların təhvil verilməsi barədə adi bir qəbzin tərtib olunmaması, habelə iddiaçı ilə cavabdehin münasibətlərində artıq bir-birinə etimadın itirildiyi bir vəziyyətdə ona kifayət qədər yüksək məbləğdə malların nisyə və heç bir sənəd tərtib olunmadan təminatsız satılması, ağlabatan deyildir. Apelyasiya instansiyası məhkəməsi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəllənin 425, 567, 600.1, 600.4, 739, 1091.1, 1092.1-ci, Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 106.1, 217.3 və 218.1-ci maddələri və s. əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin həlli sübutların qiymətləndirilməsindən asılı olmuş və məhkəmələr bununla bağlı prosessual hüquq normalarını pozmamışlar. Belə ki, məhkəmə kollegiyası izah edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunu n, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tələbinin əsaslarını (cavabdehə borc verməsini, sonuncunun birgə fəaliyyətlərindən əldə olunmuş pul vəsaiti qaytarmaması nı, iddiaçıya məxsus malları alaraq, dəyərini qaytarmamasını) sübut etməli idi. Lakin, iddiaçı iddiasında istinad etdiyi hallar üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Kasasiya şikayətində istinad edilən sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki halları nı tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili xxx tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)-3708/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza var imzalar var
Məhkəmə qərarları › İş №2(102)-4744/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4744/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver