Məhkəmə qərarları › İş №2(102)-4744/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4744/2023

29.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4744/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Birinci iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh4, Cavabdeh1, X6, Cavabdeh2 qarşı və ikinci iş üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh1, X6, Cavabdeh2 və X5 cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı5 qarşı iddialarına dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, səlahiyyəti olmayan şəxs tərəfindən verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (məruzəçi), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şirvan Ape llyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 25 sentyabr tarixli, 2(106)-382/2023 nömrəli qətnaməsindən birinci icraat üzrə cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Birinci iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və qeyriləri cavabdehlər Cavabdeh4, Cavabdeh1, X6, Cavabdeh2 qarşı Saatlı Rayon Məhkəməsinə müraciət edərək, Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2.92 ha torpaq sahəsindən cavabdehlərin və onların ailə üzvlərinin çıxarılması və onlar tərəfindən inşa edilmiş özbaşına tikililərin onların hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İkinci iş üzrə iddi açılar Cavabdeh4, Cavabdeh1, X6, Cavabdeh2 və X5 cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı5 qarşı şəhadətnaməyə əsasən cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2,92 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Birinci iş üzrə iddiaçılar iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddiası Saatlı Rayon Məhkəməsinin 2022-ci il 15 noyabr tarixli, 2(055)-1076/2022 saylı qətnaməsi ilə təmin edilmişdir.

4. İkinci iş üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh1, X6, Cavabdeh2 və X1 iddiası Saatlı Rayon Məhkəməsinin 2023-ci il 18 aprel tarixli, 2(055)-168/2023 nömrəli qətnaməsi ilə təmin edilməmişdir..

5. Şirvan Apellyasiya Məhkəməsinin (sədrlik edən hak im C. İmanov, hakimlər T.Kərimov, P.Əhmədov) 2023-cü il 25 sentyabr tarixli, 2(106)-382/2023 nömrəli qətnaməsi ilə birinci iş üzrə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(055)-1076/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 qarşı torpaq sahəsindən cavabdehlərin və onlarla birgə yaşayan ailə üzvlərinin çıxarılması, cavabdehlər tərəfindən tikilmiş özbaşına tikililərin onların hesabına sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi, ikinci iş üzrə iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Saatlı Ra yon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(055)-168/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, torpağa mülkiyyət hüququna dair JN-015A, ******* kod nömrəli Şəhadətnaməyə əsasən cavabdehlər X2, İddiaçı7, İddiaçı1, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2,92 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin cavabdehlərlə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 arasında bağlanmış hesab edilməsi qət edilmişdir.

6. Həmin qətnamədən birinci iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı6, İddiaçı7, İddiaçı5 (vəkil Nümayəndə) birgə kassasiya şikayəti vermişlər və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxı lması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

7. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

8. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

9. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.

10. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

11. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

12. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edi lməsinə dair qərardad qəbul edilir.

13. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

14. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

15. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;

16. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilərkən etibarnamə düzgün tərtib edilməmişdir.

18. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində və ya iş materiallarında kassasiya şikayətini imzalayan vəkil Nümayəndə birinci iş üzrə İddiaçı6 nümayəndəs i olmasını təsdiq edən etibarnamə aşkar olunmamışdır.İddiaçı6 özü də kassasiya şikayətini imzalamamışdır.Belə olan təqdirdə də vəkil Nümayəndə İddiaçı6 adından kassasiya şikayəti vermək və imzalamaq səlahiyyəti olmamışdır.

19. Kassasiya şikayəti MPM-in 407.3-cü maddəsinin tələblərinə cavab vermədiyi halda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından kassasiya şikayəti qeyrimümkün hesab edilməli və işlə birlikdə müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

21. Şərh olunanlara əsasən və MPM-in 404-1-ci maddəsin i rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 25 sentyabr tarixli, 2(103)-382/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti birinci iş üzrə İddiaçı6 münasibətdə qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar