Məhkəmə qərarları › İş №2(102)-4745/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4745/2021

28.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4745/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh AzAAAAAAAAAAnə (SOCAR) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili İsmayılbəyli Günel Ələddin qızının iştirakları ilə, İddiaçı cavabdeh AzAAAAAAAAAAnə (SOCAR) qarşı “işə bərpa və məcburi iş burxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1938/2021 nömrəli, 01.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə SOCAR arasında bağlanmış 02 mart 2010-cu il tarixli 801 nömrəli əmək müqaviləsinə əsasən, o, "Azəriqaz" X1 Departamentinin rəisi vəzifəsinə işə qəbul edilmiş, İddiaçı 13 avqust 2018-ci il tarixdə işəgötürən SOCAR-a müraciət edərək, başqa işə keçməyi ilə əlaqədar 28 sentyabr 2018-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Buna müvafiq olaraq, SOCAR-ın X3 Komitəsinin 28 sentyabr 2018-ci il tarixli SOCAR**********80120020B00534 nömrəli qərarı ilə SOCAR-la İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmiş və hə min gün də qərarın surəti İddiaçı şəxsən imza etdirilməklə təqdim edilmişdir. İddiaçı həmin əmrin qanunsuz olması əsası ilə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh AzAAAAAAAAAAnə (SOCAR) qarşı “işə bərpa və məcburi iş burxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 21.08.2009-cu il tarixdə rəsmi əmək müqaviləsi əsasında AzAAAAAAAAAA "Azəriqaz" X2 məsələləri və müqavilələr şöbəsinə işə düzəlmiş, 02.03.2010-cu il tarixdən isə həmin müəssisədə Hüquq departamentinin rəisi vəzifəsinə təyin edilmiş, işlədiyi müddətdə kollektiv arasında yüksək nüfuz qaza nmış, rəhbərlik tərəfindən müxtəlif təltif və təşəkkürlər almış, hər hansı tənbehi olmamışdır. 2017-ci ilin mart ayının əvvəllərində onu "Azəriqaz" İB-nin keçmiş baş direktoru Əkbər Hacıyev qəbuluna çağıraraq bildirmişdir ki, "SOCAR"ın vitse-prezidenti Mikayıl İsmayılovun göstərişinə əsasən o, öz ərizəsi əsasında Heydər Əliyev adına Neft Emalı zavoduna Hüquq şöbəsinin müdiri vəzifəsinə keçirilməlidir. Razılıq verməyəcəyi halda istənilən vəziyyətdə yerinin dəyişdiriləcəyi barədə baş direktor Ə.Hacıyev tərəfindən xəbərdar edilən iddiaçı göstərişin həqiqətən rəhbərlik tərəfindən verildiyinə şübhə etmədən ərizə yazmış və bu barədə "SOCAR”-ın Hüquq idarəsinin rəisi Eldar Orucovu məlumatlandırır. Həmin ilin 12 və 13 mart tarixlərində ərizə yazıldıqdan və daxili elektron sistem vasitəsilə Ə.Hacıy evə göndəriləndən sonra sonuncu iddiaçıya məlum olmayan səbəblərdən irəli gələrək onu yanına çağırır və bildirir ki, ərizəsinin üstünü yazmayacaqdır. Bundan sonra məlum olmuşdur ki,, "SOCAR"ın vitse-prezidenti Mikayıl İsmayılov ümumən belə göstəriş verməmişdir. Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri bitdikdən sonra 27 mart 2017-ci il tarixində işə çıxan iddiaçı yenidən baş direktor Əkbər Hacıyev tərəfindən iş yerinin müəssisə daxilində dəyişdirilməsi barədə ərizə yazmağa vadar edilmiş və ona bildirilmişdir ki, məsələ vitse- prezident Mikayıl İsmayılovla razılaşdırılıb və o, digər müəssisənin hüquq şöbəsinə müdir vəzifəsinə təyin ediləcəkdir. İkinci dəfə ərizə yazan İddiaçı ərizəsinə bir neçə vitse-prezident tərəfindən dərkənar qoyulmuş, ərizə vitseprezident Mikayıl İsmayılovun üstün ə gedən zaman sonuncu İddiaçı qəbula çağırmış, ondan hansı səbəbdən yerini dəyişməsi barədə ərizə verdiyini soruşmuş, həmin zaman bir daha məlum olmuşdur ki, İddiaçı yerinin dəyişdirilməsi barədə göstəriş rəhbərlik tərəfindən verilməmiş, bu baş direktor Əkbər Hacıyevin şəxsi təşəbbüsü olmuş, sonuncu vitseprezident Mikayıl İsmayılovun adından istifadə etməklə İddiaçı edə biləcəyi narazılıqların qarşısını öncədən almışdır. Həmin vaxt Mikayıl İsmayılov "SOCAR”ın Hüquq idarəsinin rəisi Eldar Orucovu iş otağına çağırmış, İddiaçı işindən razı olub-olmadığı ilə maraqlanmış, Eldar Orucov öz növbəsində iddiaçının işindən razı olduğunu, işində hər hansı nöqsanı olmadığını bildirmişdir. Bundan sonra İddiaçı vitse-prezident M.İsmayılovdan onun idarəsinin işinin yoxlanılması ilə əlaqədar komissiya ya radılmasını xahiş etmişdir. Xahiş qəbul edilmiş, M.İsmayılov "Azəriqaz" İB-nin Hüquq departamentinin fəaliyyətinin yoxlanılması barədə həmin tarixdə, yəni 27.03.2017-ci il tarixdə göstəriş vermişdir. Üstəlik İddiaçı başqa işə keçirilməsi ilə bağlı əmr M.İsmayılovun işə qarışmasından sonra ləğv edilmişdir. Bu məlumat bü gün də "SOCAR"ın elektron sənədləşmə ilə bağlı sistemində mövcuddur. Səhəri gündən başlayaraq baş direktor Ə.Hacıyev onunla münasibətlərə son qoyaraq, ona dərkənar qoyulmalı, iddiaçının icraatına aid sənədlərə nəzarət və onların icrasını başqa şəxslərə həvalə etməyə başlamış, onun xidməti maşınını əlindən almış, xidməti telefonlara gələn zəngləri bağlatdırmış, faktiki olaraq İddiaçı səlahiyyətlərini həyata keçirməyə tamamilə mane olmuş və İddiaçı açıq şəkildə bildirmişdir ki, onu geriyə M.İsmayılov qaytarıb, işlə də M.İsmyaılov təmin etməlidir. Bir neçə ay davam edən blokadadan sonra İddiaçı üçüncü dəfə iş yerinin dəyişdirilməsi barədə Ə.Hacıyevin məcburi göstərişini icra etmək və "SOCAR" daxilində başqa müəssisəyə keçmək məqsədilə ərizə yazmışdır. Həmin ərizədə də başqa işə keçirilməsini əsas göstərmişdir. Bundan sonra onu "SOCAR" daxilində başqa müəssisəyə keçirmək əvəzinə, 28.09.2018-ci il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə istinad edilmişdir. Həmin maddəyə görə işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladı qda... və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Onunla bağlanılmış əmək müqaviləsinə qanunsuz formada xitam verilmişdir. Bu hadisə səhhətində problemlər olan İddiaçı pis təsir etmiş, onun sağlamlığı tamamilə pozulmuş, ürək əməliyyatı keçirmiş və səhhəti bütün bu müddət ərzində işdən çıxarılma barədə qərarı mübahisələndirmək imkanından məhrum etmişdir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair qərarın ləğv edilməsi, İddiaçı "Azəriqaz" X2 departamentinin rəisi vəzifəsinə bərpa edilməsi, 28.09.2018-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2570/20 saylı 09.10.20 20-ci il tarixli qətnaməsi (hakim V.Quliyev) ilə İddiaçı cavabdeh AzAAAAAAAAAAnə (SOCAR) qarşı “işə bərpa və məcburi iş burxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir

5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 69, 296.1, 296.2, 296.3-cü maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 01.04.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev, iş No 2(103)-1938/2021 saylı mülki iş) İddiaçı səlahiyyətli nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Nərimanov rayon Məhkəməs inin hazırkı iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti iddia tələbində qeyd olunanlara uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

14. Cavabdehin nümayəndəsi və vəkili İsmayılbəyli Günel Ələddin qızı kassasiya şikayətini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə.

382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

16. Maddə.

42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz.

17. Maddə. 69.

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istə diyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

18. Maddə. 296.1. Bu Məcəllənin 294- cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahis ələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

19. Maddə.

296. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

20. Maddə. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

26. Belə ki, məhkəmələr müəyyən etmişlər ki, iddiaçı X4 ilə SOCAR arasında bağlanmış 02 mart 2010-cu il tarixli 801 nömrəli əmək müqaviləsinə əsasən, o, "Azəriqaz" X1 Departamentinin rəisi vəzifəsinə işə qəbul edilmiş, İddiaçı 13 avqust 2018-ci il tarixdə işəgötürən SOCAR-a müraciət edərək, başqa işə keçməyi ilə əlaqədar 28 sentyabr 2018ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Buna müvafiq olaraq, SOCAR-ın X3 Komitəsinin 28 sentyabr 2018-ci il tarixli SOCAR**********80120020B00534 nömrəli qərarı ilə SOCAR-la İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmiş və həmin gün də qərarın surəti İddiaçı SOCAR tərəfindən şəxsən imza etdirilməklə təqdim edilmişdir. Lakin iddiaçı 28.09.2018-ci il tarixdə işdən çıxdıqdan uzun müddət sonra məhkəməyə müraciət etmiş. Belə ki, iddia ərizəsi 10.07.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

27. Apellyasiya instansiya məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, qanuna görə iddia müddətinin ötürülməsi yalnız müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ üçün tətbiq edilməlidir.

28. Belə ki, iddiaçı ilə SOCAR arasında bağlanmış 02 mart 2010-cu il t arixli 801 nömrəli əmək müqaviləsinə əsasən, o, "Azəriqaz" X1 Departamentinin rəisi vəzifəsinə işə qəbul edilmiş, 13 avqust 2018-ci il tarixdə işəgötürən SOCAR-a müraciət edərək, başqa işə keçməyi ilə əlaqədar 28 sentyabr 2018-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Buna müvafiq olaraq, SOCAR-ın X3 Komitəsinin 28 sentyabr 2018-ci il tarixli SOCAR**********80120020B00534 nömrəli qərarı ilə SOCAR-la İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, xitam verilmişdir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı öz istəyilə əmək müqaviləsinə xitam verilməsini istədiyindən və həmin ərizədə işdən azad olunma tarixi də qeyd etdiyindən cavabdeh tərəfindən xəbərdarlıq müddəti gözlənilmədən əmək qanunv ericiliyinin sadalanan normalarına uyğun olaraq iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verərəkən cavabdeh tərəfin iddia müddətinin ötürülməsilə bağlı ərizəsinə münasibətdə düzgün nəticəyə gəlmişdir.

30. Apelyasiya Məhkəməsi ötürülmüş iddia müddətinin üzrlü sayılması üçün əsaslar olmaması qənaətinə gəlməkdə haqlı olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş tibbi arayışlar ötürülmüş uzun müddətin bərpası üçün əsas ola bilməz.

31. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtın da müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

32. Qanunvericilikdə müxtəlif mübahisələr üzrə müxtəlif iddia müddətləri nəzərdə tutan qaydalar müəyyən edilmişdir. Qüvvədə olan əmək qanunvericiliyi fərdi əmək mübahisələri ilə bağlı dah a qısaldılmış iddia müddəti nəzərdə tutmuşdur. Belə qısaldılmış iddia müddətinin tətbiqi təsadüfi deyil. Qanunvericinin güddüyü məqsəd ondan ibarətdir ki, insan həyatının dolanışıq mənbəyi olan işləmək və əmək haqqı almaq hüquqları daha operativ həyata keçirilsin. Analoji işlərə baxılması üçün də qısaldılmış müddətlər nəzərdə tutulmuşdur. Məqsəd ilk növbədə işçinin, işəgötürənin və bunun nəticəsində hüquq və mənafeləri pozula biləcək üçüncü şəxslərin artıq risklərdən qorunmasıdır. Fərdi əmək mübahisələrində qısaldılmış iddia müddətləri ona xidmət edir ki, işçi pozulmuş əmək hüquqlarının müdafiəsi üçün daha tez məhkəməyə müraciət etsin, işçinin işdən çıxması ilə bağlı işlədiyi iş prosesində yaranmış münasibətlərdəki qeyri-müəyənlik tezliklə aradan qalxsın, vakant ştatla bağlı qeyri-müəyyənl ik tezliklə həll edilsin və.s. Hər bir halda qısaldılmış iddia müddəti tərəflərin mənafeyinə xidmət etmək üçün nəzərdə tutulmuşdur.

33. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1938/2021 nömrəli, 01.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar