Məhkəmə qərarları › İş №2(102)-4746/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4746/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4746/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipotekaya xitam verilməsi 28.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1553/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasınd a açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı ilə cavabdeh "xxxx" İKB ASC-nin Yevlax filialı arasında 17.09.2009-cu il tarixli kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsi üzrə bank tərəfindən iddiaçıya 136500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə bank arasında 17.09.2009-cu il tarixli ipoteka müqavilələri bağlanılmış və verilən kreditin qaytarılmasının təminatı kimi Mingəçevir şəhəri, Gəncə şossesində 0,03 ha torpaq sahəsində yerləşən 3 girişli, 7 saylı qeyri-yaşayış binası və ünvan 1 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

2. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yet irmədiyi üçün bank borcun məcburi qaydada tutulması və tutmanın ipolekaya yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

3. Mingəçevir şəhər Məhkəməsinin 18.04.2011-ci il tarixli 2(051)-14/2011 saylı qətnaməsi ilə tərəflər arasında 17.09.2009-cu il tarixdə bağlanmış kredit müqaviləsinə xitam verilməsi, İddiaçı ilə "xxxx" İKB ASC-nin Yevlax filialı arasında 17.09.2009-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış 134440 manat əsas kredit borcu, 55708 manat faiz borcu və 4000 manat dəbbə pulu - cəmi 194.148 manat borcun və ödənilmiş 20 manat dövlətrüsumunun İddiaçı alınıb iddiaçıya ödənilməsi, ödənişin ipotekaya qoyulmuş, Mingəçevir şəhərinin, Günəş küçəsində 0,12 hektar torpaq sahəsində yerləşən iki mərtəbəli, 7 otaqlı, 1A nömrəli fərdi yaşayış evinə və Mingəçevir şəhəri, Gən cə şossesində olan 0,03 hektar torpaq sahəsində yerləşən 7 nömrəli, 3 girişli, bir mərtəbəli qeyri-yaşayış binası olan daşınmaz əmlaklara yönəldilərək açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı "xxxx" İKB ASC-nin Yevlax filialına olan cəmi 194148 manat borcunun ödənilməsi qət edilmişdir.

4. Mingəçevir şəhər icra bölməsinin 06.07.2011-ci il tarixli qərarından görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-14 saylı, 18.04.2011-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «Mingəçevir şəhəri Gəncə şossesində olan 0,03 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin ipotekadan və yüklülükdən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" İKB ASC-nin Yevlax filialı arasında bağlanmış 17.09.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 136500 manat kredit götürmüşdür. Aralarında bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan Mingəçevir şəhəri Gəncə şossesində olan 0,03 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini ipoteka qoymuşdur. Hazırda həmin borc tam şəkildə ödənilmişdir. Onun banka borcu qalmamışdır. Buna baxmayaraq, bank borc müqabilində ipoteka qoyulmuş evlərin ipotekadan azad edilməsi barədə zəruri sənədləri verməkdən imtina edir və bununla da, onun hüquqlarını pozur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Xəlilov) 07.10.2020-ci il tarixli, 2(006)-3747/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı borcun tam şəkildə ödənilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı tərəfindən bu halları təsdiq edən sübutlar da təqdim edilməmişdir.

9. Əksinə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdə 2011-ci il tarixdən əvvəl ödəniş edilmişdir. Cavabdeh bank tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçının banka 07.10.2020-ci il tarixə ödənilməmiş qalıq borcu 190568 manat təşkil etdiyini göstərilmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 311. 1, 311.3, 385.1, 527.1, 527.2, “İpoteka haqqında” Qanunun 48.1.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1553/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.10.2020-ci il tarixli, 2(006)-3747/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsasla ndırmışdır ki, iddiaçının 17.09.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcunun olması Mingəçevir şəhər məhkəməsinin 18.04.2011-ci il tarixli 2(051)-14/2011 saylı qətnaməsində öz əksini tapmışdır. Həmin qətnamənin məzmunundan görünür ki, İddiaçı məhkəmədə şəxsən iştirak etmiş və borcunun olmasını etiraf etmiş, qeyd edilən kassa məxaric orderlərinin olmasını, banka olan borcunun tam ödənilməsini məhkəməyə bildirməmişdir. Bununla yanaşı, cavabdeh X ASC-nin nümayəndəsinin izahatından və məhkəməyə təqdim etdiyi 28 fevral 2008-ci il və 13 oktyabr 2008-ci il tarixli kredit müqavilələrindən və bank hesablarından çıxarışlardan məlum olur ki, İddiaçı cavabdeh Bankdan 100.000 manat və 50.000 manat olmaqla, ümumilikdə 150.000 manat kredit götürmüş, 18.09.2009-cu il tarixdə həmin müqavilələr üzrə b orc məbləğlərinin ödənilməsi üçün 65.650 manat və 70.785,50 manat məbləğində ödənişlər etmişdir.

14. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı cavabdeh Banka olan borcunun tam ödənilməsi ilə bağlı dəlilləri əsassızdır və həqiqəti əks etdirmir.

15. İddiaçının apellyasiya şikayətinin Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi Kredit Reyestrində onun borcunun olmamasına dair məlumatla bağlı dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin Reyestrdə borca dair hər hansı məlumatın mövcudluğu özü-özlüyündə şəxsin məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş kredit borcunun ödənilməsi anlamına gəlmir.

16. Məhkəmə kollegiyası izah etmişdir ki, qeyd edilən borc məbləğinin İddiaçı tutulması Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi əsasında müəyyən edildiyin dən və həmin qətnamə icraya yönəldiyindən, bu qətnamə üzrə borcun ödənilməsi «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunu əsasında həyata keçirilməli və borc məbləği ödənildikdən sonra həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən (icra sənədi tam icra olunduqda) icra icraatına xitam verilməsi haqqında müvafiq qərar qəbul edilməlidir. Lakin iş materiallarında bu cür qərarın qəbul edilməsinə dair hər hansı sübut mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassa siya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır (maddə 416).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

26. Əşyanın mülk iyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. (maddə 311.1)

27. Kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. (maddə 311.3)

28. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir. Məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcudan vəzifəsinin icrasının tələb etmək hüququ vardır;. (maddə 385.1)

29. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. (maddə 527.1)

30. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. (maddə 527.2) “İpoteka haqqında” Qanun

31. Əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. (maddə 48.1.2) Mülki Prossesual Məcəllə

32. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

33. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

34. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

35. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhk əməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1553/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar