Məhkəmə qərarları › İş №2(102)-4750/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4750/2019

05.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4750/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, şikayətinin təmin edilməsin i xahiş etmişdir. İşin halları: İddiaçı «xxxx» KB ASC cavabdehlər Cavabdeh13, Cavabdeh8, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh12, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14, Cavabdeh5 və Cavabdeh3 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Babayev, iş2(004)-2011/2018) iddia qismən təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), X.Sarıyev və Ş.Məhərrəmova, iş№2(103)13187/2018) Cavabdeh7 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermiş və kassasiya şikayətinə dövlət büdcəsi hesabına vəkillə təmin olunmasına dair ərizə əlavə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərardadı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, iş№2(103)-13187/2018) Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verməsi üçün dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin olunma barədə Cavabdeh1 ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətin in dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı «xxxx» KB ASC cavabdehlər Cavabdeh13, Cavabdeh8, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh9, Cavabdeh12, Cavabdeh10, Cavabdeh11, Cavabdeh14, Cavabdeh5 və Cavabdeh3 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermiş və kassasiya şikayətinə dövlət büdcəsi hesabına vəkillə təmin olunmasına dair ərizə əlavə etmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən kassasi ya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin birinci hissəsinə əsasən məhkəmədə hüqu qi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cavabdeh1 kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün hər hansı bir dəlilə istinad etməmiş və kassasiya şikayətini əsaslandırmamışdır. Həmçinin Cavabdeh1 aztəminatlı şəxs olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsi haqlı olaraq Cavabdeh1 kassasiya şikayəti verməsi üçün dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizəsini təmin etməmiş, kassa siya şikayətini geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar