Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4750/2022 03.08.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyun 2022-ci il tarixli qərardadından iddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və kassasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. İş materiallarında olan (mülki iş, səhifə 233) elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı iddiaçının vəkili Nümayəndə elektron kabinetinə 29 iyun 2022-ci il tarixdə yerləşdirilmişdir. Lakin iddiaçının vəkili həmin qərardaddan kassasiya şikayətini 19 iyul 2022-ci il tarixdə elektron məhkəmə informasiya sisteminə yerləşdirmişdir. Göründüy ü kimi, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülmüş, buna baxmayaraq həmin müddətin bərpasına dair ərizə verilməmişdir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, apellyasiya instansiya məhkəməsi kassasiya şikayətinin prosessual qanunvericiliyə uyğunluğunu yoxlamadan baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Odur ki, İddiaçı ASC-yə münasibətdə kassasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyun 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4750/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-4750/2022
03.08.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver