Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4751/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X4, İddiaçı, üçüncü şəxsin vəkili X5 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-7038/2018, hakim İ. N.Abbasova) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh 3.446 manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmiş, Cavabdeh İddiaçı qarşı “xxxx” ASC-nin üçüncü şəxs qismində cəlb edildiyi “mənzil kirayəsindən əldə edilmiş gəlirin yarısının verilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-2579/2019, hakimlər E.Y.Şamayev, X.Ə.Sarıyev, Ş.Ə.Məhərrəmova) X1pellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən qarşılıqlı iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişd ir. İşin halları: İddiaçı ilə Cavabdeh 09 deakabr 2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından 29 sentyabr 2007-ci il təvəllüdlü Elşad adlı uşaqları doğulmuşdur. Tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. 03 avqust 2018-ci il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehin əvəzinə ödədiyi kredit məbləği olan 3.446 manat pulun və 331 manat sığorta ödənişi pulunun cavabdehdən alınaraq ona ödənilməsi, ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilin ipoteka müqaviləsi üzrə bağlanmış 30 mart 2012-ci il tarixli kredit müqaviləsi üçün aylıq kredit borclarının ödənilməsinə görə hər ay 168 manat kredit ödənişinin mülkiyyətdə paylara uyğun olara q nəzərdə tutulan 1/2 hissəsi, yəni 84 manatın, hər il üçün 61 manat dəyərində mənzil və 160 manat dəyərində həyat sığortası pulunun mülkiyyətdə paylara uyğun olaraq nəzərdə tutulan 1/2 hissəsi, yəni hər il üçün 331 manat pulun, 30 mart 2040cı il tarixə qədər “xxxx” ASC-yə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, mülki işin məhkəmədə iddia qaldırıldığı tarixdən etibarən qətnamə hüquqi qüvvəsini aldığı anadək yuxarıda qeyd edilən məbləğlərin onun tərəfindən ödənildiyinin nəzərə alınmasını və həmin məbləğlərin də cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsayeva X3 Rəşadət Əjdər oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi verərək tərəflərin paylı mülkiyyəti ndə olan ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilin kirayəsindən əldə etidyi gəlirin yarısının, yəni 2.250 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onuna əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilin ipoteka müqaviləsi üzrə bağlanmış 30 mart 2012-ci il tarixli kredit müqaviləsi üçün aylıq kredit borclarının ödənilməsinə görə hər ay 168 manat kredit ödənişinin ondan tələb edilməsi əsassızdır. Belə ki, həmin kredit müqaviləsi üzrə birgə borcalan kimi göstərilsə də, mənzilin mülkiyyətçisi İddiaçıdir. O, aylıq ödənişləri də vaxtlı vaxtında ödəmi şdir. Əgər ödənişlər gecikdirilsə idi, o zaman bank ondan gecikdirilmiş borcunu tələb edə bilərdi. Hazırki vəziyyətdə isə İddiaçı tərəfindən ödənilmiş pulun yarısının ondan tutulması əsassızdır. Eyni zamanda həmin mənzil Rəşadət Əlziadə tərəfindən kirayəyə verilmiş, kirayənişin ona məxsus əşyalardan, o cümlədən cehiz əşyalarından istifadə etmişdir. Mənzil 2017-ci ilin fevral ayından 2018-ci ilin may ayınadək aylıq 300 manat olmaqla kirayəyə verilmişdir. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, üçüncü şəxsin vəkili kassasiya şiakyətini əsassız hesab edəərk qətnamənin dəyişdirilmədən saxlanllmasını xahiş etdilər. Məhkəmə kollegiyasının icla sında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşdən mübahisəsiz qaydada görünür ki, İddiaçı ilə Cavabdeh 09 dekabr 2006-cı il tarixdə ailə qurmuç, birgə nikahda olduqları dövrdə, 30 mart 2012-ci il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqa vilələrinə əsasən “xxxx” ASC-dən alınmış kreidt vəsaiti hesabına ünvan 1 ünvanında yerləşən 49 saylı mənzili alaraq, həmin mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Rəadət Əlizadənin adına qeydiyyata alınmışdır. Tərəflər arasındakı nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 49 saylı mənzil tərəflərin birgə əmlakı hesab edilməklə bölünərək həmin mənzilin 1/2 hissəsi üzərində Fərqanə Əlzadənin mülkiyyət hüququ tanınmış və sonuncunun uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Beləliklə, tərəflərin birgə əmlakı kimi tanınmış və aralarında bərabər paylara bölünmüş mənzilin ipoteka ilə yükl ü edilməsi və həmin mənzilin alınması üçün “xxxx” ASCdən götürülən pul vəsaitinin ödəniş qrfaikinə uyğun olaraq Rəşadət Əlziadə tərəfindən ödənilməsi Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Əksinə, sonuncu bu halı təsdiq etmiş və kredit borcunun müqaviləyə uyğun olaraq məhz İddiaçı tərəfindən ödənilməli olmasını göstərmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak ki fayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ailə qanunvericiliyinin tələblərinə görə ərarvaddan biri nikah dövründə yaranmış borcların bölgüsü üçün həmin borcların ümumi olması və ailənin ümumi ehtiyacları üçün xərcləndiyi müəyyən edilməlidir ki, həmin şərtlərin hər ikisi hazırki işdə öz əksini tapmışdır. Bununla bərabər ər-arvadın nikahları pozulduqdan sonra birgə nikah dövründə əldə edilmiş əmlakın saxlanması üçün onların biri tərəfindən çəkilən xərclər tərəflər arasında əmlakda paylarına mütənasib şəkildə bölünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə bo rclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh tərəflərin birgə mülkiyyətində olan mənzilin Rəşadət Əlziadə tərəfindən kirayəyə verilməsini və 4.500 manat kirayə haqqı almasını göstərsə də, istinad etdiyi hal ları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4751/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4751/2019
27.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver