Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4751/2021 04.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ilkin, "xxxx" MMC-nin İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirkı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-832/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixl i qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız varlanma nəticəsində əldə edilmiş 9775 manatın, vurulmuş mənəvi ziyana görə 16000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qalıq 9775 manatdan avtomobilin təmirinə xərclənmiş 3000 manatın, 826 manat izibati cəriməninin və 449 manatın çıxılara q qalan 5500 manatın cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3. "xxxx" MMC İddiaçı qarşı “lizinq müqaviləsinin ləğvi, borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, sonuncudan 107-18 saylı, 10.07.2018-ci il tarixli Daxili lizinq müqaviləsi üzrə ödənilməmiş 1540 manat əsas borc, 233 manat hesablanmış faiz borcu, yol hərəkəti qaydalarının pozuntusu nəticəsində yaranmış 826 manat cərimə, lizinq obyekti olan avtomobilə dəymiş 1965 manat maddi ziyan olmaqla 4564 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutuaraq ona ödənilməsi, avtomobilin qeydiyyat şəhadətnaməsinin və ehtiyat açarlarının cavabdehdən alınaraq ona verilməsi və 10 iyul 2018-ci il tarixli, 107-18 saylı müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İşin mübahisə edilməyən hallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında 10 iyul 2018-ci il tarixli daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı (lizinq alanın) sifarişi ilə 2018-ci il buraxılışlı, “X” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 11281 manat məbləğinə "xxxx" MMC-nin (lizinq verənin) mülkiyyətinə alınmış və lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddiaçı tərəfindən ilk 16 ay ərzində hə ay 385 manat olmaqla 6160 manat pul ödənilmişdir. 10 yanvar 2020-ci il tarixində mübahisə predmeti olan avtomobil "xxxx" MMC tərəfindən İddiaçı götürülmüşdür.
5. İş materiallarında olan 17.06.2020-ci il tarixli avto mobilə dəyən zərərə dair aktdan görünür ki, “X” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı istifadəsində olduğu dövrdə dəymiş zərərə görə avtomobilin təmirinə "xxxx" MMC tərəfindən 1965 manat sərf olunmuşdur.
6. Kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 fevral 2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı "xxxx" MMC-yə 10 yanvar 2020-ci il tarixə əsas borcu 8914,06 AZN, faiz borcu 284,28 AZN, 09 iyun 2020-ci il tarixə cərimə borcu 136,45 AZN təşkil edir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 17.06.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2018-ci il buraxılışlı, “X” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1785,0 manat (dəyişilməli hissələrin q iyməti-1225,0 manat, təmir-bərpa işlərinin qiyməti -560,0 manat) təşkil edir. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 saylı məktubunda göstərilənlərə əsasən nəqliyyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizalarının aparılması məqsədə müvafiq hesab olunduğundan, 2(103)-8385/2020 saylı mülki iş üzrə ekspertiza tədqiqatı təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 17.06.2020-ci il tarixli qüsur aktı üzrə təqribi və təxmini hesablanır
7. İddiaçı bildirir ki, 10.07.2019-cu il tarixində cavabdehlə aralarında bağlanmış daxili lizinq müqaviləsinə əsasən, “X” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona lizinqə verilmişdir. İlkin ödəniş olaraq 4000 manat ödənilmişdir. Müqaviləyə əsasən, hər ay 385 manat pul ödənilməlidir. 2019-cu il noyabr ayınadək hər ay 385 manat, cəmi 10.160 manat pul ödənilmişdir. Avtomobil əvvəldən nasaz vəziyyətdə olub və istismar edərkən onun hesabına düzəldilib. Həmin nasazlığı aradan qaldırmaq üçün 1200 manat xərc çəkmişdir. Sonuncu dəfə 2019-cu ilin dekabr ayında avtomobilin yenidən mühərrikində nasazlıq baş vermiş və ustaya aparılmışdır. Buna baxmayaraq növbəti ayın ödənişi olmadığı üçün yanvarın əvvəli 2020-ci ildə cavabdehin əməkdaşları avtomobili təmir yerindən aparmışdılar. Lizinq müqaviləsi birtərəfli qaydada pozulmuşdur. Bundan sonra cavabdehə pretenziya verərək, indiyə kimi ödənilmiş 10.160 manatdan bir ayın ödənilməmiş pulunu yəni 385 manat çıxaraq, qalan 9775 manatı ona qaytarılmasını xahiş etmiş, lakin cavabdeh imtina etmişdir. Müqavilə pozularkən çox vaxt lizinq şirkətlərinin öz köhnə müştərilərinə nəyə görə pulu qaytarmalı olmalarını anlamaq üçün lizinqin mahiyyətinə nəzər salmaq lazımdır. Bir tərəfdən lizinq icarədir, amma adi deyil, müddətin sonunda satın almaq hüququ olan icarədir. Yəni növbəti ödənişi edərkən lizinq şirkətinin müştərisi həm icarə, həm də götürülmüş lizinq obyektin satın alınması üçün pul ödəyir. Beləliklə, əgər lizinq şirkəti müqavilə pozulduqdan sonra avtomobili və ödənilmiş pul vasitəsini özündə saxlayırsa, bu zaman onun tərəfindən əsassız varlanma mövcuddur. Lizinq alan pul vəsaitini geri tələb etmək hüququna malikdir. Eyni zamanda belə vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasın a, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməsinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməsinə gətirib çıxarmışdır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində dəymiş mənəvi ziyanın miqdarını 16000 manat dəyərləndirir.
8. Cavabdehin nümayəndəsi bildirir ki, İddiaçılə aralarında 10 iyul 2018-ci il tarixdə lizinq obyektinin müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etmək qarşılığında müvəqqəti sahiblik və istifadəyə verilməsinə dair 107-18 saylı Daxili lizinq müqaviləsi bağlanılmışdır. 48 aylıq müddətə bağlanılmış müqavilənin şərtlərində nəzərdə tutulan öhdəliklər iddiaçı tərəfindən tam şəkildə ödənilsə də cavabdeh İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etməyərək 16 aylıq müddətə ödənişləri ödəsə də, ödənilməsi nəzərdə tutulan 12.305 AZN qalıq pulu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Bundan başqa cavabdeh istifadəsində olan avtomobili müqavilə şərtlərinə zidd olaraq saz və istifadəyə yararlı vəziyyətdə saxlamadan lizinq obyektini yararsız hala salmış, avtomobildən istifadə edərkən yaranmış 826 manat cərimə borcunu müqavilənin 2.7-ci maddəsinin tələblərinə zidd olaraq 5 iş günü ərzində ödəməmiş, həmçinin sonuncu ödəniş 2019-cu ilin noyabr ayı üçün 17 gün gecikmə ilə ödəməklə ödəniş etsə də 5 aydan artıqdır ki, aylıq ödənişləri ödəməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. Tərəflər arasında bağlanılmış Daxili lizinq müqaviləsinin 9.1-ci maddəsinə əsasən, öz vəzifəsini icra etməyən və ya la zımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Müqavilənin 10.1-ci maddəsinə görə, lizinq alan lizinq obyektini işlək halda saxlamadıqda, lizinq obyektinin texniki keyfiyyəti pisləşdikdə, lizinq ödənişləri lizinq alan tərəfindən ödənilmədikdə, monitorinq zamanı əmlakın vəziyyəti qənaətbəxş hesab edilmədikdə və s. hallarda lizinq şirkəti pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri ala və Müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv edə bilər. Beləliklə, müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq icra etməməklə ona maddi zərər vurmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instan siya məhkəməsində icraat
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 24 sentyabr 2020-ci il tarixli, 2(011)-2571/2020 saylı qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 iyul 2018-ci iltarixli, 107-18 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı 10 iyul 2018-ci il tarixli, 107-18 saylı daxili lizinq müqaviləsi üzrə 1544 manat əsas borc, 233 manat faiz borcu, 1965 manat maddi ziyan olmaqla, cəmi 3738 (üç min yeddi yüz otuz səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun 24,30 (iyirmi dörd manat otuz qəpik) manat hissəsinin tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, “SaipaSaina” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və ehtiyat a çarlarının cavabdeh İddiaçı alınıb "xxxx" MMC-yə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 10 iyul 2018-ci il tarixli, 107-18 saylı daxili lizinq müqaviləsində nəzərdə tutulan öhdəlikləri iddiaçının lazımınca yerinə yetirməməsi, nəticədə onun lizinq şirkətinə 1540 manat əsas borc, 233 manat hesablanmış faiz borcunun qalması, İddiaçı təqsiri nəticəsində "xxxx" MMC-yə 1965 manat məbləğində maddi ziyanın dəyməsi, nəticədə "xxxx" MMC-nin müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması təsdiq olunur.
11. Ona görə də qarşılıqlı iddia tələbi həmin borcun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi, avtom obilin qeydiyyat şəhadətnaməsinin və ehtiyat açarlarının İddiaçı alınaraq "xxxx" MMC-yə verilməsi və 10 iyul 2018-ci il tarixli, 107-18 saylı müqavilənin ləğv edilməsi hissələrində təmin edilməli, qarşılıqlı iddia təmin olunduğuna görə ilkin iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
12. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi yol hərəkəti qaydalarının pozuntusu nəticəsində AR DİN DYP-ə yaranmış 826 manat cərimə pulunun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, "xxxx" MMC qeyd olunan cərimə məbləğinin onun tərəfindən ödənilməsi və bunun nəticəsində həmin məbləği tələb etmək hüququnun yaranması barədə iddia ərizəsinə heç bir sübut təqdim etməmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.1, 385.1, 386.1, 390.1, 421.2, 425.1, 442, 443.1, 747.1, 748-1.12.4, 748-2.1, 748-7.1, 74810.1,, Mülki Prossesual Məcəllənin 9, 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti vermişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-832/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev-sədrlik edən və məruzəçi, E.Mehdiyev və Ş.Məmmədova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2(011)- 2571/2020 saylı qətnaməsi qarşılıqlı iddianın maddi zərərin məbləği və cəmi məbləğ his sələrində dəyişdirilmiş, maddi zərər məbləği 1785 (min yeddi yüz səksən beş) manat, cəmi məbləğ 3562 (üç min beş yüz altmış iki) manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı "xxxx" MMC-nin hesabına 1540 manat əsas borc, 233 manat hesablanmış faiz borcunun tutulması, avtomobilin qeydiyyat şəhadətnaməsinin və ehtiyat açarlarının İddiaçı alınaraq "xxxx" MMC-yə verilməsi və 10 iyul 2018-ci il tarixli, 107-18 saylı müqavilənin ləğv edilməsi hissələrində düzgün nəticəyə gəlsə də, İddiaçı təqsiri nəticəsində "xxxx" MMC-yə dəymiş maddi zərərin məbləği ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
17. Belə ki, iş üzrə keçirilmiş kompleks məhkəmə-m ühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizasının 12 fevral 2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı "xxxx" MMC-nə 10 yanvar 2020-ci il tarixə əsas borcu 8914,06 AZN, faiz borcu 284,28 AZN, 09 iyun 2020-ci il tarixə cərimə borcu 136,45 AZN təşkil edir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 17.06.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2018-ci il buraxılışlı, “X” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1785,0 manat (dəyişilməli hissələrin qiyməti-1225,0 manat, təmir-bərpa işlərinin qiyməti -560,0 dəydəymiş manat) təşkil edir. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 saylı məktubun da göstərilənlərə əsasən nəqliyyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əssasında əmtəəşünaslıq ekspertizasının servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizalarının aparılması məqsədə müvafiq hesab olunduğundan, 2(103)-8385/2020 saylı mülki iş üzrə ekspertiza tədqiqatı təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 17.06.2020-ci il tarixli qüsur aktı üzrə təqribi və təxmini hesablanır.
18. Kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqa t hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
19. Kollegiya hesab etmişdir ki, İddiaçı təqsiri nəticəsində "xxxx" MMC-yə dəymiş maddi zərərin məbləği dəyişdirilərək, 1785 manat məbləğində müəyyən olunmalıdır. Maddi zərərin məbləğinin dəyişdirilməsi cəmi məbləğə təsir göstərdiyindən, cəmi məbləğ də dəyişdirilərək, 3562 manat müəyyən olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
24. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri
25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
26. MPM-ə əsasən kassasi ya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
30. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
31. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)
32. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
33. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
34. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
35. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. (maddə 218.3)
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
37. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
39. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. (33-34)
40. İş mübahisə edilməyən hallarından görünür ki, ilk 16 ay ərzində yəni 10.08.2018ci ildən 10.12.2019-cu ilə qədər olan dövr üzrə müqavilə ilə nəzərdə tutulmuş aylıq 385 manat ödənilməli olan məbləğ İddiaçı tərəfindən ödənilmişdir.
41. Həmçinin işin mübahisə edilməyən hallarından görünür ki, 10.01.2020-ci ildə mübahisə predmeti olan avtomobil "xxxx" MMC tərəfindən İddiaçı götürülmüşdür.
42. Göründüyü kimi sonuncu ay üzrə ödənişi çıxmaq şərti ilə mübahisə predmeti olan avtomobil "xxxx" MMC tərəfindən götürülənədək olan dövr üzrə aylıq ödənişlər İddiaçı tərəfindən tam ödənilmişdir.
43. Belə olan halda apelyasiya instansiyası məhkəməsi "xxxx" MMC tərəfindən tələb olunan 1540 manat məbləğində əsas borcun hansı əsasla hesablandığını müəyyənləşdirməli olduğu halda, bu halı müəyyənləşdirməmişdir.
44. Belə ki, apelyasiya instansiyası məhkəməsi 1540 manat əsas bo rca münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 fevral 2021-ci il tarixli rəyinə istinad etsə də həmin rəy ilə 10 iyul 2018-ci il tarixli daxili lizinq müqaviləsi üzrə İddiaçı "xxxx" MMC-yə 10.01.2020-ci ilə qədər ödəməli olduğu əsas borc məbləği deyil, müqavilə müddətinin sonuna qədər ödənilməli olan qalıq əsas borc məbləği (8914.06 manat) müəyyənləşdirilmişdir.
45. Bundan başqa iş materiallarından görünür ki, "xxxx" MMC İddiaçı lizinq obyekti olan avtomobilə dəymiş 1965 manat maddi ziyan tələb etmişdir.
46. Apelyasiya instansiyası məhkəməsi bu hissədə qarşılıqlı iddianı kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 fevral 2021-ci il tarixli rəyinə is tinad edərək 1785 (min yeddi yüz səksən beş) manat məbləğində təmin etmişdir.
47. Bununla bağlı qeyd edilməlidir ki, kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 fevral 2021-ci il tarixli rəyi ilə mübahisə predmeti olan avtomobilə 1785 manat məbləğində zərər dəydiyi müəyyənləşdirilsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin zərərin məhz İddiaçı tərəfindən vurulub-vurulmaması ilə bağlı araşdırma aparılmamışdır.
48. Halbuki mübahisə predmeti olan avtomobilə dəymiş zərərin İddiaçı tərəfindən vurulub-vurulmamasının müəyyənləşdirilməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malikdir.
49. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı ilkin ödəniş olaraq 4000 manat pul ödədiyini bildirsə də, apelyasiya instansiya məhkəməsi bu hala hüquqi qiymət verməmişdir.
50. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün müəyyənləşdirilməli olan digər bir hal 10 iyul 2018-ci il tarixli daxili lizinq müqaviləsi üzrə İddiaçı tərəfindən ilkin ödənişin edilb-edilməməsi, ödənilməsi müəyyən edildiyi halda həmin ödənişin qaytarılmalı olub-olmaması məsələsinə hüquqi qiymət verilməsidir.
51. Bundan başqa iş materiallarından görünür ki, "xxxx" MMC 1540 manat məbləğində əsas borc tələb etdiyi halda birinci instansiya məhkəməsi iddiadan kənara çıxaraq 1544 manat məbləğində əsas borcun tutulması barədə qətnamə qəbul etmiş, apelyasiya instansiyası məhkəməsi bu hala hüquqi qiymət vermədən əsas borc hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. (35)
52. Beləlik lə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
53. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
54. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-832/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixl i qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.