Məhkəmə qərarları › İş №2(102)-4752/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4752/2019

09.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4752/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh2 və vəkili vəkil1nun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5689/2018 nömrəli iş üzrə 18 may 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Yasamal Rаyоn Məhkəməsinin (E.Y.Şamayev) 10 iyul 2017-ci il tarixli, 2(004)-4769/2017 nömrəli qətnаməsi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Ca vabdeh2 qarşı borc və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, “İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 06 iyun 2014-cü il tarixli, 23-M-1-0-254-14 №-li Bank hesab Kredit və Zaminlik müqaviləsinin ləğv edilməsi, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 06 iyun 2014-cü il tarixli, 23-M-1-0-254-14 №-li Bank hesab Kredit və Zaminlik müqaviləsinə əsasən, 03 aprel 2017-ci il tarixə ödənilməmiş 11548,36 ABŞ dolları məbləğində əsas, 3768,60 ABŞ dolları məbləğində faiz borcu və cərimə üzrə borc azaldılaraq 500 ABŞ dolları, cəmi 15816,96 ABŞ dolları, habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə tutulması, tu tmanın Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi İddiaçı-yə saxlanc girovu olaraq verilmiş 111,30 qram çəkisi olan, 13 ədəd qızıl sikkələrə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, iddia tələbinin cərimə borcu üzrə qalan hissədə, habelə satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və H.Ü.Həmidov) 2(103)-5689/2018 nömrəli, 18 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı Şəhə ri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyul 2017-cı il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan, yəni Cavabdeh2 aid olan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə Bank arasında bağlanmış 06.06.2014-cü il tarixli “Bank hesab, kredit və zaminlik müqaviləsinə” əsasən Bankın 11 saylı filialı tərəfindən Cavabdeh1 istehlak məqsədilə, 24 ay müddətinə, illik 28% faiz dərəcəsi ilə 19.100 ABŞ dolları məbləğində kredit verilmişdi r. Həmin müqaviləyə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Tərəflər arasında bağlanmış 13.11.2015-ci il tarixli “Əlavə sazişə” əsasən kreditin müddəti 08.11.2018-ci il tarixədək uzadılmışdır. Bank tərəfindən verilmiş kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh1 özünə məxsus 13 ədəd qızıl sikkələri girov qoymuş və bu barədə Bank ilə Cavabdeh1 arasında 06.06.2014-cü il tarixli “Girov müqaviləsi” bağlanmışdır. Qeyd edilənlərə baxmayaraq borcalan Cavabdeh1 və zamin Cavabdeh2 Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməkdən boyun qaçırmış, borcu qaytarmamışlar. Nəticədə onların Banka borcu yaranmışdır ki, 03.04.2017-ci il tarixə əsas kredit borcunun məbləği 11.548,36 ABŞ dolları, kreditdən istifadəyə g örə hesablanmış faiz borcunun məbləği 3.768,60 ABŞ dolları təşkil edir. Borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehlərə, “Kredit müqaviləsinin” şərtlərinə əsasən 1.442,47 ABŞ dolları məbləğində cərimə (dəbbə) tətbiq edilmişdir. Bank tərəfindən cavabdehlərə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, Bank, ərizə ilə məhkəməyə müraciət etmək və bu zaman dövlət rüsumuna görə 30 manat ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, iddiaçı, Bank ilə Cavabdeh1 arasında 06.06.2014-cü il tarixdə bağlanmış 23-M-1-0-254-14 №-li “Bank hesab, kredit və zaminlik” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 11.548,36 ABŞ dolları, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 3.768,60 manat, ödənişin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.442,47 ABŞ dolları, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 və onun yuxarıda qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2dan birgə qaydada tutularaq Banka ödənilməsi; tələbin girov predmetinə - Cavabdeh1 məxsus 111,3 qram çəkidə olan 13 ədəd qızıl sikkələrə yönəldilməsi; sikkələrin açıq hərracdan satılması; satışdan əldə oluna biləcək pul vəsaiti hesabına cavabdehlərin Banka olan borclarının ödənilməsi; satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi; cavabdehlər ilə bank arasında bağlanmış “Bank hesab, kredit və zaminlik” müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 və vəkili vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5689/2018 nömrəli iş üzrə 18 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə ko llegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)5689/2018 nömrəli iş üzrə 18 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında ola n iddiaçı Bank ilə borcalan Cavabdeh1 və Cavabdeh2 arasında 06.06.2014-cü il tarixdə bağlanmış “Bank hesab, kredit və zaminlik müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 illik 28%-lə, 24 ay müddətinə 19.100 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan müqavilə üzrə müəyyən edilmiş miqdarda kreditdən istifadəyə görə faizlər ödəməyi üzərinə götürmüş, iş üzrə digər Cavabdeh2 isə borcalan Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq onun öhdəliklərinə zamin durmuşdur. Bank ilə Cavabdeh1 arasında bağlanmış 06.06.2014-cü il tarixli, 23-M-1-0-254-14 №-li “Saxlanc müqaviləsinə” əsasən cavabdeh (girov qoyan) Cavabdeh1 “Bank hesab, kredit və zaminlik” müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi halda (girov saxlayan) Bank girov qoyulmuş 4.006 ABŞ dolları məbləğində qiymətləndirilmiş əşyanın dəyərindən təminat almaq hüququna malikdir. İşdə olan sənədlərdən görünür ki, Bank ilə cavabdehlər arasında bağlanmış “Bank hesab, kredit və zaminlik müqaviləsinə” 08.06.2015-ci il tarixli əlavəyə əsasən kredit müqaviləsinin müddəti 08.12.2016-cı il tarixədək uzadılmış, kreditin verilməsi faiz dərəcəsi isə 26% həcmində müəyyən olunmuşdur. Bank ilə cavabdehlər arasında bağlanmış “Bank hesab, kredit və zaminlik müqaviləsinə” 13.11.2015ci il tarixli əlavəyə əsasən kredit müqaviləsinin müddəti 08.11.2018-ci il tarixədək müəyyən olunmuşdur. Qiymətli metallar və onlardan düzəldilmiş məmulatların Banka girovun təhvil-təslimi və qiymətləndirilməsi üzrə 06.06.2014-cü il tarixli “Akta” əsasən Cavabdeh1 13 ədəd 900 əyarlı cəmi 111, 3 qram çəkisi olan, 4.006 ABŞ dolları dəyəri olan qızıl sikkələri iddiaçı Bankın kassasına təhvil vermişdir. Bank tərəfindən cavabdehlərə ünvanlanan 10.01.2017-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər Banka olan borc barədə xəbərdarlıq edilmişlər. Bank tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 03.04.2017-ci il tarixli Maliyyə arayışına əsasən Cavabdeh1 06.06.2014-cü il tarixli müqavilə üzrə Banka 11.548,36 ABŞ dolları əsas, 3.768,60 ABŞ dolları faiz, 1.442,47 ABŞ dolları cərimə borcu vardır. “Ödəniş qəbzlərindən” görünür ki, iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu Bank tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni nö vlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırki işin mübahisəsiz hallarından biri ondan ibarətdir ki, cavabdehlər ilə Bank arasında bağlanmış 06.06.2014-cü il tarixli “Bank hesab, kredit və zaminlik müqaviləsi” üzrə Bankın qarşısında götürülmüş öhdəlik icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməmə si və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyər digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür Qeyd olunan Məcəllənin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, m üqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Sözügedən Məcəllənin 423.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır Adıçəkilən Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşin hallarından görünür ki, müqavilənin ləğv edilməsini istəyən Cavabdeh2 bununla bağlı nə Banka müraciət etmiş və ya nə də onun tərəfindən Banka qarşı “müqavilənin ləğvi edilməsi barədə” iddia irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və t ərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5689/2018 nömrəli iş üzrə 18 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilən lərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 və vəkili vəkil1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5689/2018 nömrəli iş üzrə 18 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar