Məhkəmə qərarları › İş №2(102)-4752/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4752/2023

19.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4752/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməyən daşınmaz əmlaka münasibətdə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi not ariusu X2 və Cavabdeh1 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-4712/2*23 nömrəli, 2*23-cü il 11 sentyabr tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Səbail rayon İcra Hakimiyyəti Başçısının 22.1*.1993-cü il tarixli 3689 nömrəli sərəncamı ilə X5 (iddiaçının ərinə) H.Hacıyev küçəsi, 1 nömrəli evdə 2 otaqlı 39 kv.m. sahəli 61 nömrəli mənzil müvəqqəti sığınacaq kimi verilmişdir.

2. Lakin Səbail Rayon Xalq Məhkəməsinin *5.*7.1995-ci il tarixli qətnaməsi ilə göstərilən sərəncam etibarsız sayılmış və vətəndaşın başqa mənzillə təmin olunması göstərilmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1995-ci il 21 sentyabr tarixli sərəncamı ilə X5 5 nəfər ailə üzvü ilə (özü, arvadı və 3 uşağı) 1-ci Qəsr küçəsi, 6 nömrəli evdə 1 otaqlı, 6 nömrəli mənzil müvəqqəti sığınacaq kimi verilmişdir.

3. X6 2*22-ci il 9 may tarixdə ölmüş, ölümündən sonra 4 vərəsəsi qalmışdır: arvadı - İddiaçı (bundan sonra – iddiaçı), qızları - X8, X7 və Cavabdeh1.

4. İddiaçı miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 2 saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisinə müraciət etmiş, lakin sonuncu tərəfindən müraciətin təmin edilməsindən miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədin təqdim edilməməsi əsası ilə imtina edilmiş, bu barədə 2*22-ci il 6 dekabr tarixli, 24*9 saylı imtina məktubu təqdim edilmişdi r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 miras əmlakından ona aid olan paya münasibətdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair öhdəliyin cavabdeh notariusun üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşından qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisinə müraciət edilmişdir. Eyni zamanda onun övladları X8 və X1 notariat ofisinə miras əmlakdan onun lehinə imtinaya dair notarial qaydad a razılıq ərizəsi vermişlər. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından təqdim edilmiş 2*.1*.2*22-ci il tarixli cavabda qeyd edilir ki, mərhuma məxsus daşınmaz əmlak mövcuddur. Eyni zamanda 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən sözügedən daşınmaz əmlakın yerləşdiyi ərazinin səlahiyyətli orqanı “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinə də müraciət edilmişdir. Həmin idarədən isə haqlı olaraq bildirilmişdir ki, mülkiyyət hüququnu təsdiq edən sənədi vermək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Notariat ofisi tərəfindən verilmiş rəsmi cavabın qanunvericiliyin tələbləri ilə heç bir əlaqəsi yoxdur. Miras əmlak aktiv və passivlərdən ibarətdir. Aktivlərin isə yalnı z sözügedən daşınmaz əmlakdan ibarət olması absurd bir haldır. Mərhumun qanun üzrə vərəsəsi kimi tanınmaq yalnız o demək deyildir ki, hazırda bilinən hansı əmlakları mövcuddursa, həmin əmlaklara münasibətdə vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Mərhumun vərəsəsi kimi tanınmaq o deməkdir ki, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunla və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr istisna olmaqla, mərhumun digər hüquq və vəzifələrinə sahib şəxs kimi tanınsın. Beləliklə, miras əmlakın mövcud olub-olmamasından asılı olmayaraq, hazırki iş üzrə cavabdeh tərəfindən ona mərhumun vərəsəsi olması ilə bağlı vərəsəlik hüqu qu haqqında şəhadətnamə verilməli idi. Əgər notariat ofisinin imtinası ilə məsələyə yanaşılası olsa, o halda belə çıxır ki, mərhumdan qalmış miras əmlakı hətta öz qanun üzrə vərəsələri belə əldə edə bilməz. Vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün notariusa təqdim olunan sənədlər arasında mülkiyyət hüququnu təsdiq edən sənədin olması ilə bağlı heç bir qanuni tələb mövcud deyildir. Bu halda şəxs qeyd edilməyən hərəkətləri etməyə məcbur edilə bilməz.

7. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı tam müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, miras qoyanın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən əmlakının olmaması notariat orqanı tərəfindən vərəsəyə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinaya səbəb ola bilməz. Miras kütləsinə reyestrdə qeydiyyatdan keçməyən əmlaklar da daxil ola bilər. Qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi şəxsin miras qoyanın vərəsəsi olmasını müəyyən edir.

8. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(**9)-49*/2*23 nömrəli, 2*22-ci il 26 may tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və şəxsə mülkiyyət hüququ üzrə məxsus olan əmlak vəfat etmiş şəxsin miras əmlakı kimi vərəsələrə keçməli olduğundan, həmçinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə ə laqədar müvafiq notariat orqanına müraciət edilərkən miras qoyanın belə bir əmlaka malik olmasını təsdiq edən sübutlar da ərizəyə əlavə edilməli olduğundan, hazırki mübahisə ilə əlaqədar isə İddiaçı tərəfindən belə bir sübutun notariat orqanına müraciəti zamanı təqdim edilə bilməməsi müəyyən edildiyindən, notariat orqanı tərəfindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi əsaslı olmuşdur.

11. Məhkəmə iddiaçının nümayəndəsinin qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi miras qoyana münasibətdə şəxsin onun vərəsəsi olmasını təsdiq edəcəyinə dair dəlilləri üzrə qeyd etmişdir ki, miras qoyanın vərəsəsi olma halı şəxsin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədlərlə (nikah şəhadətnaməsi, doğum şəhadətnamələri və s.) müəyyən edilir. Bunun üçün şəxsin qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasına zərurət yoxdur

12. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ bəndinə, Mülki Məcəllənin 139.1, 139.3, 1145, 1147.1, 1151.1-ci maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 1*7-ci bəndinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mübahisədə qanun üzrə vərəsənin vərəsəlik şəhadətnaməsi alması tələbinə daşınmaz əmlakla bağlı qoyulan məhdudiyyət, onun vərəsəliklə əlaqəli haqqı çatan hüquqlarından m əhrum olması ilə nəticələnmişdir. Bu isə hüquqi müəyyənlik və hüquqi etimad prinsiplərinə əməl olunmaması deməkdir. İddiaçının qanun üzrə vərəsə kimi tanınması onun yalnız miras qoyanın daşınmaz əmlakına münasibətdə deyil, bütünlükdə onun maddi və qeyri-maddi əmlak hüquqlarının həyata keçirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 1153-cü maddəsinə əsaslanmaqla bildirilir ki, miras qoyanın digər bütün əmlak hüquq və vəzifələri vərəsəlik üzrə keçir. Burada sırf daşınmaz əmlak üzərində mülkiyyət hüququnun müəyyən olunmasını tələb etmək məntiqə uyğun olmamaqla bərabər, eləcə də şəxsin vərəsə kimi tanınmaqla öz hüquqlarından istifadə etməsinə və vəzifələrinin icrasına çətinlik yaradır. “Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsi baxımından Mülki Məcəllənin 1243-cü maddəsinin və Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2*2*-ci il 16 oktyabr tarixli Qərarına əsasən Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Hazırki məsələyə münasibətdə qeyd olunur ki, iddiaçının vərəsəlik şəhadətnaməsi verilməsi üçün etdiyi müraciətin araşdırılması nəticəsində belə mübahisəli hallardan heç birinə rast gəlinməməsi iddiaçıya vərəsəlik şəhadətnaməsi verilməsi üç ün mütləq əsasdır. Bundan başqa bildirilir ki, qohumluq münasibətini təsdiq edən sənədlərlə şəxsin miras qoyanın vərəsəsi olması müəyyən edilirsə, o halda hüquqtəsdiqedici sənəd kimi vərəsəlik şəhadətnaməsinin verilməsində də heç bir məhdudiyyət olmamalıdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1*3)-4712/2*23 nömrəli, 2*23-cü il 11 sentyabr tarixli, qətnaməsi ilə (hakimlər – M.Rüstəmli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 139.1, 1151.1, 1159.1, 1321.1 və 1321.2-ci maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 95-ci bəndinə istinadl a öz mövqeyini belə əsaslandırmışdır ki, vərəsəliklə bağlı qanunvericiliyin müddəalarının mahiyyətinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras əmlakın tərkibini yoxlamalı, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamə verməlidir.

17. Hazırki iş üzrə iddiaçı tərəfindən miras kütləsi ilə bağlı notariat orqanına hər hansı sənəd təqdim edilməmişdir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, miras qoyanın vərəsəsi olma halı şəxsin miras qoyanla qohumluq münasibə tlərini təsdiq edən sənədlərlə (nikah şəhadətnaməsi, doğum şəhadətnamələri və s.) müəyyən edilir.

19. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 21.*9.1995-ci il tarixli sərəncamından görünür ki, 1-ci Qəsr küçəsində yerləşən 6 saylı evin 1 otaqlı 6 saylı mənzili təkcə X5 deyil, həmçinin onun ailə üzvlərinə, o cümlədən iddiaçıya müvəqqəti sığınacaq kimi verilmişdir.

20. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 29-cu maddəsinin Vİİ bəndinə, Mülki Məcəllənin 1369.1, 1151.1, 1159.1, 1159.1.1, 1321.1, 1321.2-ci maddələri, habelə, “Notariat haqqında” Qanunun 59, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 95, 1*7-ci bəndlərinə, həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2*21-ci il 26 iyul tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti id dia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın tələblərini əsas tutaraq şəhadətnamə verilməsi üçün sırf daşınmaz əmlaka dair sənədin tələb edilməsini düzgün hesab etmişdir. Lakin notariat orqanının bu tələbinə haqq qazandırmaqla məhkəmə iddiaçının vərəsəliklə bağlı Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş dövlətin vərəsəlik hüququna verdiyi təminata dair mühüm konstitusion hüququnun məhdudlaşdırılmasına səbəb olduğunu nəzərə almamışdır. Bununla da normativ hüquqi aktların iyerarxiyasına dair Konstitusiyanın 149-cu maddəsinin tələbləri də kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlill əri

24. Kassasiya şikayətinə etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

25. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

27. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

28. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 29. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürə nlər).

30. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

31. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

32. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

33. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” 34. 95-ci bənd. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyriyaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. 35. 1*7-ci bənd. Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.

48. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmə məqsədi miras kütləsinə aid əmlaklara payın müəyyən edilməsidir. Mira sa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları daxildir.

49. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.

50. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.

51. İddia ərizəsinin dəlillərindən göründüyü kimi iddiaçı miras aktivinə (Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1995-ci il 21 sentyabr tarixli sərəncamı ilə X5 verilmiş 1-ci Qəsr küçəsi, 6 nömrəli evdə 1 otaqlı, 6 nömrəli mənzilə) dair vərəsəlik hüququnun verilməməsini əsassız sayır. Notariat xidməti miras əmlakın tərkibində daşınmaz əmlak olduğuna görə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Mübahisə mirasın passivi ilə bağlı deyildir.

52. Şəxslərin vərəsə olması nikah və doğum şəhadətnamələri ilə müəyyən edilsə də, miras əmlakın (əmlak hüquqlarının) miras kimi qəbul edilməsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilməsi mütləqdir, belə bir şəhadətnamənin verilməsinin əsasında miras əmlakın mövcudluğu (əmlak hüquqları), həmçinin vərəsənin belə bir ərizə ilə notariat orqanına müraciət etməsinin məqsədində isə mövcud olan əmlak hüquqlarının əldə edilməsi durur. Lakin iddiaçı mirasqoyana aid hər hansı əmlak hüququnun olması ilə bağlı sübut təqdim edə bilməmişdir. Belə ki, iddia ərizəsindən iddiaçının məqsədinin daşınmaz əmlakla bağlı mirasın qəbul edilməsi olması aşkardır. Lakin iddiaçının göstərdiyi daşınmaz əmlak (1-ci Qəsr küçəsi, 6 nömrəli evdə 1 otaqlı, 6 nömrəli mənzil) mirasqoyanın mülkiyyətinə verilməmiş, miras kütləsinə aid olmamış, müvafiq sərəncamla ailə üzvləri ilə birlikdə müvəqqəti sığınacaq kimi ve rilməsi göstərilmişdir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələrinin tələbləri baxımından qiymət verilməklə həmin halın mövcudluğunun digər sübutlarla istisna edildiyi qənaətinə gəlmişdir. Mülki-prosessual qanunvericilikdə kassasiya instansiyası məhkəməsinin sübutların qiymətləndirilməsi ilə bağlı səlahiyyətləri nəzərdə tutulmadığından həmin dəlillərə məhkəmə kollegiyasının qiymət verməsi yolverilməzdir.

54. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldi yi nəticə əsaslandırılmışdır.

55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-4712/2*23 nömrəli, 2*23-cü il 11 sentyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar