Məhkəmə qərarları › İş №2(102)-4754/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4754/2022

05.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4754/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X1 Xidmət Mərkəzində notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ər-arvadın əmlak bölgüsü, ər-arvadın ümumi birgə mülkiyyəti barəsində sərəncam verilməsi qaydaları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 Xidmət Mərkəzində notariat ofisinə qarşı alğısatqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsılığı, ər-arvadın əmlak bölgüsü, evə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-738/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və qətnamə ilə maraqların toxunulan şəxs Maraqlı şəxs4 tərəfindən verilmiş kassasiya şikayətlərinə 05 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.2008-ci il tarixdə Cavabdeh1 (bundan sonra – birinci cavabdeh) ilə nikaha daxil olmuş, bu nikahdan xx.xx.2013-cü il tarixdə İbrahim və xx.xx.2016-cı il tarixdə Nərmin adlı uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pisləşmiş və Quba Rayon Məhkəməsinin 2(027)-3 48/2019-cu il nömrəli, 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur.

2. Tərəflərin birgə nikah dövründə - xx.xx.2013-cü il tarixdə Quba rayonu, Timirzayev kəndində yerləşən 0,05 ha torpaq sahəsi birinci cavabdehin adına qeydiyyata alınmışdır.

3. Birinci cavabdeh X1 Xidmət Mərkəzində notariat ofisində (bundan sonra – ikinci cavabdeh) bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, həmin torpaq sahəsini Maraqlı şəxs4 satmış və xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyat aparılmışdır.

4. Maraqlı şəxs4 xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən, torpaq sahəsini Maraqlı şəxs3 bağışlamış və xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adın a qeydiyyat aparılmışdır. 5. xx.xx.2019-cu il tarixdə isə sözügedən torpaq sahəsində yerləşən ümumi sahəsi 278,7 m2 olan fərdi yaşayış evi Maraqlı şəxs3 adına qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Timirzayev kəndində yerləşən 0,05 ha torpaq sahəsinin alğı-satqısına dair brinci cavabdehlə Maraqlı şəxs4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin və həmin müqavilə üzrə Maraqlı şəxs4 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, birinci cavabdehlə birgə nikah dövründə əldə etdikləri, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsinin və Quba rayonu, Timirz ayev kəndində yerləşən 0,05 ha torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, Quba rayonu, Timirzayev kəndində yerləşən 0,05 ha torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsi, birgə nikah dövründə birinci cavabdehin "xxxx" ASC ilə bağladığı xx.xx.2011-ci il tarixli, 292-L/ll nömrəli və xx.xx.2012-ci il tarixli, 783-L/12 nömrəli lizinq müqavilələrinə əsasən əldə edilmiş 1 ədəd MTZ-82 markalı traktorun, 1 ədəd TRC-2000 markalı çiləyicinin və 1 ədəd AGHDR-210 markalı bağarası frezin dəyərinin müəyyən edilərək yarısının, yəni ona düşən 1/2 payının pulla dəyərinin müəyyən edilib ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istin ad etməklə tələbini onunla əsaslandırmışdır ki, tələbdə qeyd olunan digər əşyaları, o cümlədən Quba rayonu, Timirzayev kəndində yerləşən 0,05 ha torpaq sahəsini birinci cavabdehlə birgə nikah dövründə əldə etmiş və həmin torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikmişlər. Cavabdeh evi təmir etmək üçün kredit götürmək istədiyini, lakin adına kredit olduğu üçün yeni kredit ala bilmədiyini, torpaq sahəsini, orada yerləşən yaşayış evini, eləcə də, Quba rayonu, Vladimirovka kəndində yerləşən torpaq sahəsini formal olaraq qardaşına bağışlamaq fikrində olduğunu bildirərək, onu həmin əmlakın bağışlamasına razılıq ərizələri verməyə razı salmış, bundan 3 gün sonra isə döyərək evdən qovmuşdur. Həmin vaxtdan hal-hazıradək uşaqları ilə birlikdə anasının yanında yaşayır, birgə nikah dövründə inş a etdikləri evə köçə bilmir. Cavabdeh onu evdən qovduqdan sonra aldadıldığını anlamış və notariat ofisinə müraciəti əsasında xx.xx.2018-ci il tarixli razılıq ərizləri xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Nikahları pozulduqdan bir ay sonra cavabdeh Quba rayonu, Timirzayev kəndində yerləşən 0,05 ha torpaq sahəsini ona məlumat vermədən, saxtakarlıq etməklə birgə inşa etdikləri iki mərtəbəli yaşayış evinin reyestr çıxarışını əldə etmədən, özünü subay şəxs kimi təqdim etməklə xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən qardaşının qaynatası Maraqlı şəxs4 satmış və sonuncu torpağa dair xx.xx.2019-cu il tarixli çıxarış almışdır.

8. Birinci cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, Quba rayonu, Timirzayev kəndində yerləşən 0,05 ha torpaq sahəsini Maraqlı şəxs4 satmış, həmin vaxt orada fərdi yaşayış evi olmamış, sonuncu torpaq sahəsini aldıqdan sonra orada ev tikərək oğluna bağışlamışdır. Belə olan halda, iddiaçının başqasına məxsus evə köçürülməsi qanunsuzdur. Lakin torpaq sahəsindən satışından əldə edilmiş pulun yarısını iddiaçıya verməyə razıdır.

9. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)-189/2020 nömrəli, 12 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia qismən təmin edilərək, birinci cavabdehlə Maraqlı şəxs4 arasında Quba rayonu, Timirzayev kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin və həmin müqavilə üzrə sonuncunun adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın etiba rsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş Quba rayonu, Vladimirovka kəndində yerləşən torpaq sahəsinə və Quba rayonu, Timirzayev kəndində yerləşən 0,05 ha torpaq sahəsinə 1/2 hissədə iddiaçının və 1/2 hissədə birinci cavabdehin payının müəyyən edilməsi, iddiaçının azyaşlı uşaqları ilə birlikdə Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsini və Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsini birgə nikah dövründə əldə etdiklərini mübahisələndirmirlər. Tərəflər 10 ildə n artıq müddət nikahda olmuş və bu müddət ərizində iddiaçı mübahisəli əmlakda yaşayaraq, orada uşaqlarına qulluq etmişdir. Odur ki, iddiaçının məhz nikah dövründə alınmış həmin torpaq sahələrinin dəyərini artıran vəsait qoyuluşunda, habelə əmlakın təmirində bu və ya digər formada iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında məntiqli deyildir. Bu cür yanaşma, həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir.

11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 225.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 32.1, 32.2, 33.1, 36.1, 36.3, 37.1, 37.2-ci və Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Birinci cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şikayət belə əsaslandırılmışdır ki, borclarının olması səbəbindən iddiaçının xx.xx.2018-ci il tarixli razılıq ərizələri əsasında Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsini 5200 manata Maraqlı şəxs4 satmış və sonuncu öz adına çıxarış almışdır. Həmin torpaq sahəsini satarkən üzərinə heç bir tikili olmamış, boş torpaq sahəsi satılmışdır. Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsini isə borclarını tam bağlamaq üçün ipo teka ilə yüklü edərək Maraqlı şəxs2 QSCdən kredit götürmüşdür. İddiaçı sonradan razılıq ərizələrini ləğv etdirsə də, bu barədə ona heç bir məlumat verilməmişdir. Qəbul edilən qətnamə ilə həm Maraqlı şəxs4 mülkiyyət hüquqları, həm də Maraqlı şəxs2 QSC-nin ipoteka ilə bağlı hüquqları pozulmuşdur.

14. Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs4 apellyasiya şikayəti verərək, qətnamənin birinci cavabdehlə arasında bağlanmış Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsininin alğı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilənin və həmin müqavilə üzrə daşınmaz əmlakın dövlət reyestrindən adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv olunmasını, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir.

15. Şi kayəti onunla əsaslandırılmışdır ki, nə iddiaçı, nə də məhkəmə tərəfindən işə cəlb edilməmişdir. Mübahisəli torpaq sahəsinə dair birinci cavabdehlə arasında bağlanmış alğı-satqı müqaviləsi notarial qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrindən öz adına çıxarış almışdır. Daha sonra, xx.xx.2019-cu il tarixdə bu sahəni oğluna bağışlamış və bağışlama müqaviləsi də notarial qaydada təsdiq edilmişdir. Göründüyü kimi, torpaq sahəsinə münasibətdə vicdanlı alıcı olsa da, məhkəmə bu halı nəzərə almamışdır.

16. Qətnamə ilə maraqlarına toxunan şəxs digər şəxs Maraqlı şəxs3 da, apelyasiya şikayəti verərək, qətnamənin birinci cavabdehlə Maraqlı şəxs4 arasında Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı mü qaviləsinin və həmin müqavilə üzrə Maraqlı şəxs4 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə 1/2 hissədə iddiaçının və 1/2 hissədə birinci cavabdehin payının müəyyən edilməsi, iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin torpaq sahəsində tikilmiş yaşayış evinə köçürülməsi hissələrində ləğv olunmasını, iddianın bu hissələrdə rədd olunmasını xahiş etmişdir.

17. Şikayət belə əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin alğı-satqısına dair atası ilə birinci cavabdeh arasında notarial qaydada təsdiq edilmiş müqavilə bağlanmış, xx.xx.2019-cu il tarixdə həmin sahə atasının adına qeydiyyatdan keçmiş, xx.xx.2019-cu il tarixdə atası sahəni ona bağışlamış və bağışlama müqaviləsi notarial qaydada təsdiq edilmişdir. Bundan sonra, t orpaq sahəsinə dair öz adına reyestrdən çıxarış almış, həmin sahədə yaşayış evi inşa etdirmək qərarına gəlmiş, bu barədə Quba Rayon İcra Hakimiyyəti Başçısına müraciət etmiş, xx.xx.2019-cu il tarixli məktub əsasında inşaat işlərinə başlamış, xx.xx.2019-cu il tarixdə inşaat qrupu yaşayış evini tikərək ona təhvil vermiş və evə dair öz adına xx.xx.2019-cu il tarixli reyestrdən çıxarış almışdır. Bu torpaq sahəsi və fərdi yaşayış evi hazırda onun mülkiyyətindədir. Yaşayış evinin tərəflərin heç birinə aidiyyatı yoxdur, onlar bu evdə yaşamamışlar. Lakin məhkəmə onu işə cəlb etməmiş, qətnamə ilə mülkiyyət hüquqları pozulmuşdur.

18. Məhkəmə kollegiyasının 24 iyul 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclas protokoluna yazılmış qərardadı ilə Maraqlı şəxs2 QSC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və R eyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2042/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, iddiaçı ilə birinci cavabdehin birgə nikah dövründə əldə etdikləri, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsinə tərəflərin hər birinin payı ½ hissədə olmaqla naturada bölünərək ayrılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

20. Apellyasiy a instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişdir. Belə ki, birinci cavabdeh mübahisə predmeti olan Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Maraqlı şəxs4 satmış, sonuncu isə daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən həmin torpaq sahəsini Maraqlı şəxs3 bağışlamış, torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə sonuncunun mülkiyyəti kimi qeydə alınmışdır. Lakin həmin şəxslər işə cəlb edilmədən məhkəmə tərəfindən birinci cavabdehlə Maraqlı şəxs4 arasında bağlanmış alğı-satqı müqaviləsi və onun əsasında aparılmış qeydiyyat etibarsız hesab edilmiş, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölünməsi, iddiaçının iki azyaşlı uşağı ilə birlikdə orada inşa edilmiş evə köçürülməsi qət edilmişdir.

21. Eyni zamanda, iddiaçı mübahisəli torpaq sahəsinin Maraqlı şəxs4 bağışlanması barədə müqaviləni və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirməmişdir. Belə olan halda, nə qədər ki, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının payların müəyyən edilərək bölgü tələb etdiyi və köçmək istədiyi torpaq sahəsi və orada inşa edilmiş yaşayış evi üzrərində mülkiyyət hüququ ona qarşı tələb irəli sürülməmiş kənar şəxsin - Maraqlı şəxs3 qeydə alınmışdır və həmin reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir, onun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Birinci instansiya məhkəməsi isə sadalanan hallara düzgün qiymət verməmiş, heç bir əsas olmadan başqasının mülkiyyətində olan torpaq sahəsi üzərində pay bölgüsü aparmış, yaşayış evinə köçürməni təmin etmişdir.

22. Digər tərəfdən, sözügedən torpaq sahəsinin tərəflərin birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halı olsa da, orada inşa edilmiş fərdi yaşayış evinin həmin torpaq sahəsinin alğı-satqısından qabaq, yaxud sonra tikilməsi, daha dəqiq kim tərəfindən tikilməsi mübahisə doğurmuşdur. İddiaçı evin birgə nikah dövründə inşa edildiyini iddia etsə də, cavabdeh və iş üzrə maraqlı şəxslər həmin evin torpaq sahəsi satıldıqdan sonra inşa edildiyini bildirirlər. İddiaçının bununla bağlı məhkəməyə təqdim etdiyi kommunal ödənişlərlə bağlı məlumatlardan görünür ki, həmin torpaq sahəsi və evə qaza görə qeydiyyat xx.xx.2018-ci ildə, işığa görə xx.xx.2015-ci ildə, suya görə xx.xx.2014-cü ildə aparılmışdır, kommunal xidmətlər üzrə əsas sərfiyyat və ödənişlər 2019-cu ilin fevralından başlamışdır. İddia tərəfi iddianın bu hissəsində heç bir legitim və mötəbər sübut təqdim edə bilməmiş, kommunal xidmətlərə dair sənədlər isə iddianı təsdiq etmək üçün yetərli olmamışdır. Əksinə, həmin sənədlər cavabdeh tərəfin dəlillərinə daha uyğun gəlir. Həmçinin, torpaq sahəsinin alğı-satqısı ilə bağlı sənədlərdə predmet qeyd edilən torpaq sahəsi olmuş, həmin müqavilədə özgəninkiləşdirilən torpaq sahəsində hər hansı bir tikilinin mövcudluğuna dair heç bir qeyd şərt olmamışdır.

23. Kollegiya, həmçinin qeyd etmişdir ki, bu torpaq sahəsi özgəninkiləşdirilərkən birgə mülkiyyətin iştirakçısı olmuş iddiaçının razılığı alınmamışdır. Hazırkı iddia tələbi mübahisəli torpaq sahəsinin ilkin özgəninkiləşdirilməsinin etibarsızlığına yönəlsə də, həmin torpağın təkrar özgəninkiləşdirilməsi mübahisələndirilməmişdir. Mübahisəli torpaq sahəsi isə artıq kənar bir şəxsin mülkiyyətindədir və iş materiallarında olan fotoşəkillərdən, eləcə də tərəflərin izhatlarından göründüyü kimi, mübahisəli torpaq sahəsində, dəyəri həmin torpaq sahəsinin dəyərindən qat-qat çox olan ikimərtəbəli fərdi yaşayış evi tikilmişdir. Yuxarıda qeyd edildiyi kimi, həmin şəxsin mülkiyyəti hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və hazırda həmin reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməmişdir, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

24. Mübahisə predmeti olan Quba rayonu, Vladimiro vka kəndində yerləşən 0,03997 ha torpaq sahəsi isə tərəflərin birgə nikah dövründə, birgə gəliləri hesabına əldə olunduğundan həmin sahə üzərində tərəflərin ½ hissədə payı müəyyən edilməli və naturada bölünərək ayrılmalıdır. Birinci cavabdeh həmin torpaq sahəsinin "xxxx" QSC qarşısında ipoteka qoyulması səbəbilə bölünməli olmadığını bildirsə də, Mülki Məcəllənin 274.1-ci maddəsinin tələblərinə görə, ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir. Digər tərəfdən, Maraqlı şəxs2 QSC də, məhkəməyə ünvanlandığı 04 sentyabr 2020-ci il tarixli məktubla bank qarşısında ipoteka ilə yüklü edilmiş, bu torpaq sahəsinin girovda qalması şərtilə bölünməsinə etiraz etməmişdir.

25. Məhkəmə kollegiyası öz mövqeyini, Mülki Məcəllənin 140, 152, 225.1, 274.1, 748-2. 1, 748-2.2, 748-2.3-cü və Ailə Məcəlləsinin 32.1, 36.3, 37.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-6506/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), A.Abbasov və Ələsgər Əliyev) kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Maraqlı şəxs4 sa tmasına dair xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin və həmin müqavilə üzrə onun adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və iddiaçıya düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir.

28. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşa bilər. Belə ki, bağışlama müqaviləsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməməsi iddiaçının həmin evə köçürülməsi iddiasının təmin olunmasına mane olan hal hesab edilə bilər. İddiaçı tələbləri ilə yanaşı eyn i zamandı həmin əqdin etibarsızlığı və çıxarışın ləğvi iddiasını irəli sürdüyü təqdirdə iddia tam olaraq təmin olunan iddia kimi qəbul edilə bilərdi. Çünki məhkəmənin qeyd etdiyi kimi nə qədər ki, əmlakın hazırkı mülkiyyətçisinin mülkiyyət hüquqları mübahisələndirilməmişdir, iddiaçının həmin evə köçürülməsi ilə bağlı tələbi istisna olunur.

29. Lakin qeyd olunan tələblərin (əqdin etibarsızlığı və çıxarışın ləğvi) irəli sürülməməsi həmin əmlakın bölgüsünün aparılmasınadək olan tələbə baxılmasına mane deyildi. Yəni, iddiaçının torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsi tələbindən başqa Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sah əsinin Maraqlı şəxs4 satmasına dair xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin və həmin müqavilə üzrə Maraqlı şəxs4 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi tələbləri də olmuş, lakin apellyasiya məhkəməsi həmin tələblər üzrə hüquqi dəyərləndirmə aparılmasından yan keçmişdir. Hansı ki, həmin iddia təmin olunacağı təqdirdə iddiaçının digər tələblər üzrə yenidən iddia qaldırmaq hüququ istisna edilmirdi.

30. Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanarkən iddiaçının razılığı alınmamışdır. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir (Mülki Məcəllənin 225.6 maddəsi). Apellyasiya məhkəməsi mübahisəyə bu kontekstdən yanaşmalı, torpağa dair əqdin etibarzılığı ilə bağlı tələbə baxmalı və məhz bundan sonra MPM-in 218.3. maddəsinə istinad etməklə bağışlama və çıxarışın ləğv edilməsi tələbinin irəli sürülməməsi əsası ilə qalan iddianı rədd edə bilərdi. Belə olan təqdirdə, evin kim tərəfindən inşa edilməsi ilə bağlı uzun-uzadı qiymətləndirmə aparılmasına zərurət də aradan qalxmış olardı.

31. Kollegiya, evin kimin tərəfindən inşa edilməsi ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmamış və hesab etmişdir ki, belə qənaət işdə olan çoxsaylı sübutlarla ziddiyyət təşkil edir. Çünki həmin evin tərəflər arasında alğı-satqı müqaviləsi bağlandıqdan sonra inşa edilməsinə dair sübutlar kifayət qədər şübhəlidir. Əksinə, iddiaçı tərəfin uzun müddət əvvəl torpaq sahəsini almaları, orada fərdi ev inşa etmələri, hazırkı mübahisəyədək orada işıq, qaz, sudan istifadə ilə bağlı müqavilələr bağlanması, ödənişlər edilməsi, tərəflər arasında sonradan baş vermiş mübahisələr, iddiaçının mənzildən qovulması, bununla bağlı polis idarəsində aparılmış araşdırmalar, tərəflərin izahatları və.s çoxaylı sübutlar həmin evin iddiaçı ilə keçmiş ərinin birgə nikahı dövründə inşa edilməsini ehtimal etməyə daha etibarlı əsaslar verirdi. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-738/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Məmmədov (sədr lik edən və məruzəçi), H.Babayeva və Z.Məmmədov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi həyətyanı torpaq sahəsinin Maraqlı şəxs4 satılmasına dair xx.xx.2019-cu il tarixli müqavilənin və həmin müqavilə üzrə onun adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və iddiaçıya düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilərək, alğı-satqı müqaviləsi və bu müqavilə üzrə Maraqlı şəxs4 adına xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilmiş, iddiaçının həmin torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsi barədə tələbləri rədd olunmuşdur.

33. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni həll etmişdir. Belə ki, birinci cavabdeh mübahisə predmeti olan Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Maraqlı şəxs4 satmış, sonuncu isə daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən həmin torpaq sahəsini Maraqlı şəxs3 bağışlamış, torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə sonuncunun mülkiyyəti kimi qeydə alınmışdır. Lakin həmin şəxslə r işə cəlb edilmədən məhkəmə tərəfindən birinci cavabdehlə Maraqlı şəxs4 arasında bağlanmış alğı-satqı müqaviləsi və onun əsasında aparılmış qeydiyyat etibarsız hesab edilmiş, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölünməsi, iddiaçının iki azyaşlı uşağı ilə birlikdə həmin torpaq sahəsində inşa edilmiş evə köçürülməsi qət edilmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların hüquqlarının pozulması ilə nəticələnməklə həll edilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin baxılan hissədə ləğv edilməsi üçün əsasdır.

34. Mübahisə predmeti olan Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak olduğu halda, həmin torpaq sahə sinə dair birinci cavabdehlə Maraqlı şəxs4 arasında xx.xx.2019-cu il tarixli alğısatqı müqaviləsi bağlanmış və müqavilə bağlanarkən iddiaçının razılığı alınmamışdır. Halbuki, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir (Mülki Məcəllənin 225.6 maddəsi). Göstərilənlərə əsasən Kollegiya hesab etmişdir ki, alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmadığından həmin müqavilə və onun nəticəsində verilmiş çıxarış etibarsız hesab edilməlidir.

35. Kollegiya, sözügedən torpaq sahəsinin bölünməsi, iddiaçıya düşən hissənin naturada ayrılara q verilməsi, iddiaçının və azyaşlı uşaqlarının həmin sahədə birgə nikah dövründə tikilmiş iki mərtəbəli yaşayış evinə köçürülməsi tələblərinə münasibətdə isə qeyd etmişdir ki, Maraqlı şəxs4 torpaq sahəsini daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Maraqlı şəxs3 bağışlamış, həmin sahə və üzərində inşa edilmiş fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun mülkiyyəti kimi qeydə alınmışdır. İddiaçı qeyd edilən müqaviləni və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı iddia tələbində mübahisələndirməmişdir. Belə olan halda, mübahisəli torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış evi üzərində hazırda Maraqlı şəxs3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığ ından, həmin reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası mübahisələndirilmədiyindən, iddia tələbi qeyd olunan hissələrdə təmin edilə bilməz. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

36. Birinci cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

37. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə nikahları xx.xx.2019-cu il tarixdə pozulmuş, cavabdeh xx.xx.2019-cu il tarixdə mübahisəli torpaq sahəsini satarkən subay olmuşdur. Belə olan halda, apellyasiya məhkəməsi Mülki Məcəllənin 225.6-cı maddəsinə istinad edərək, həmin alğı-satqı müqaviləsini etibarsız hesab etməklə düzgün olmayan nəticəyə gəlm işdir.

38. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Maraqlı şəxs4 adına verilmiş xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Şikayət belə əsaslandırılmışdır ki, Maraqlı şəxs4 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququna Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələbinə əsasən artıq xitam verilmişdir, çünki həmin sahə onun tərəfindən xx.xx.2019-cu il tarixli müqavilə əsasında Maraqlı şəxs3 bağışlanmış, həmin müqavilə əsasında sonuncunun adına xx.xx.2019-cu il tarixli r eyestrdən çıxarış verilmişdir. Göründüyü kimi, qətnamə ilə ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə Maraqlı şəxs4 mülkiyyət hüququna artıq xitam verildiyinə görə, qətnamənin bu hissədə icrası qeyri-mümkün olacaqdır.

40. Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs4 da kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş və şikayətini məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırmışdır. b)

41. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

43. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

45. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasın dan asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

46. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

47. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

48. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

49. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş ra zılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəli llər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətlərində qətnamə yalnız Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair birinci cavabdehlə Maraqlı şəxs4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin və həmin müqavilə üzrə Maraqlı şəxs4 adına verilmiş xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışın etibarsız hesab edilməsi hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. Kassasiya in stansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kollegiya birinci cavabdehin və Maraqlı şəxs4 kassasiya şikayətinin dəlillərinə münasibətdə vurğulayır ki, mübahisə predmeti olan Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha torpaq sahəsinin iddiaçı ilə birinci cavabdehin nikahda olduqları dövrdə birinci cavabdehin adına ə ldə olunmaqla ər-arvadın ümumi mülkiyyətində olması işin mübahisələndirilməyən haldır.

60. Azərbaycan Respublikasının mülki qanunvericiliyində daşınmaz əşyanı reyestr məlumatlarına əsasən əldə edən vicdanlı şəxsin hüquqlarının qorunduğu təsbit olunmuşdur (Mülki Məcəllənin 140, 148.2 və 149.2-ci maddələri).

61. Bununla belə, Mülki Məcəllə yuxarıda qeyd olunan qaydadan istisna hal kimi ər-arvadın ümumi mülkiyyətində olan daşınmaz əşyaya sərəncam verilərkən onlardan birinin razılığının alınmadığı təqdirdə müqavilənin etibarsız sayıldığını nəzərdə tutmuşdur (225.6-cı maddə).

62. Həmin maddəyə görə, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin b elə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Bu zaman ərarvadın ümumi mülkiyyətində olan həmin əmlakın tərəflərin birgə nikah dövründə və ya sonradan özgəninkiləşdirlməsinin müqavilənin qeyd olunan etibarlılıq şərtinin ödənilməsi baxımından hüquqi əhəmiyyəti yoxdur.

63. Belə olan halda, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha torpaq sahəsi ümumi mülkiyyətçi olan iddiaçının (arvadın) razılığı olmadan Maraqlı şəxs4 satıldığı üçün apellyasiya instansiyası məhkəməsinin birinci cavabdehlə (ər) onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi etibarsız olması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

64. Qeyd olunan normada göstərildiyi kimi, bu qayda alıcının vicdanlı olması halına da aiddir. Bu baxımdan hazı rkı iş üzrə Maraqlı şəxs4 vicdanlı əldə edən olubolmaması mübahisələndirilən müqavilənin etibarsız sayılmasına hüquqi maneə təşkil etmir. Başqa sözlə, onun vicdanlı olması barədə kassasiya şikayətində göstərdiyi dəlillərin bu mübahisənin həlli baxımından hüquqi əhəmiyyəti yoxdur. Ona görə də, Kollegiya prosessual qənaət prinsipini nəzərə alaraq həmin xüsusatlar üzrə araşdırma aparılmasına zərurət görmür.

65. Kollegiya iş üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

66. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi etibarsız müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrindən Maraqlı şəxs4 adına verilmiş çıxarışı da etibarsız hesab etməkdə haqlı olmuşdur. Həmin şəxsin adına aparılmış qeydin əmlakın başqa şəxsin adına qeydə alınması ilə əlaqədar qüvvədən düşmüş sayılması isə onun aparıldığı andan etibarsız hesab olunması nəticəsini aradan qaldıran hal hesab edilə bilməz.

67. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədə n saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və qətnamə ilə maraqların toxunulan şəxs Maraqlı şəxs4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-738/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar