Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4756/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4756/20 (Açar sözlər: Pilot layihə evlərinin tikintisi ilə bağlı kompensasiyanın ödənilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “yaşayış və qeyri-yaşayış sahələrinin bazar qiymətlərinə uyğun qiymətləndirilib ədalətli kompensasiyasının müəyyən edilərək cavabdehə ödənilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı MMC-nə qarşı “ Qeyri-yaşayış sahəsinin sökülməsinin qanunsuz hesab edilməsi, kompensasiya, əldən çıxmış faydanın, faizlərin və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14420/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı MMC (bundan sonra iddiaçı) Bakı şəhəri, X küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyətdə olan evlərin və qeyri-yaşayış sahələrinin sökülərək yerində hündürmərtəbəli yaşayış evlərinin inşa edilməsi layihəsini həyata keçirir. Həmin ünvanda Cavabdeh (bundan sonra cavabdeh) sahibliyində və mülkiyyətində yaşayış və q eyriyaşayış sahələri olmuşdur. Cavabdehə məxsus sahələrin ümumi ölçüsü 240 kv.m olmuşdur. İddiaçı hündürmərtəbəli yaşayış evinin inşası ilə bağlı cavabdehə məxsus sahələri də sökmüşdür. Lakin əmlakların sökülməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanmamış və konkret razılaşma olmamışdır. Ona görə hər iki tərəf əmlakların sökülməsi ilə bağlı ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı mübahisəyə başlamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı «əmlakı əvəzləşdirilib və ya dəyəri ədalətli kompensasiya ödənilməklə sahədən çıxarılaraq sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mükiyyətində olan X (sahəsi 19 k v.m); XX (sahəsi 19 kv.m) və XXX ünvanında yerləşən 49.4 kv.m birmərtəbəli binanın zirzəmisində olan qeyri-yaşayış sahəsi əvəzləşdirilərək və ya dəyəri ədalətli kompensasiya ödənilməklə həmin sahədən çıxarılaraq sökülməsinə, maneənin aradan qaldırılmasına və şirkətin işgüzar nüfuzuna xələl gətirirək 255.000 (iki yüz əlli beş) manat miqdarında vurulan maddi ziyanın Cavabdeh tutularaq “İddiaçı" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh mükiyyətində olan X (sahəsi 19 kv.m); XX (sahəsi 19 kv.m) və XXX ünvanında yerləşən (ümumilikdə 38.kv.m) yaşayış sahələri, birmərtəbəli binanın zirzəmisində olan 49.4 kv.m qeyriyaşayış sahəsinin bazar qiymətinə uyğun qiymətləndirilib əda lətli kompensasiyanın müəyyən edilərək cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh İddiaçı MMC-yə qarşı «kompensasiya ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan X1 ünvanında yerləşən 240 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi; qeyri-yaşayış sahəsinin əvəzi kimi 1.152.000 (bir milyon yüz əlli İki min) manat kompensasiya məbləğinin cavabdehdən alınaraq ona verilməsi və ya eyni ərazidə cavabdeh tərəfindən inşa edilən yaşayış binasının qeyri-yaşayış sahələrinin yerləşdiyi hissəsindən ümumi sahəsi 240 kv.m olmaqla qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi; qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi nəticəsin də 82.080 (səksən iki min səksən) manat məbləğində əldən çıxmış faydanın, 114.152,4 (yüz on dörd min yüz əlli iki manat qırx qəpik) manat məbləğində faiz borcunun, 100.000 (yüz min) manat mənəvi zərərin, məhkəməyə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi isə 296.262,4 (iki yüz doxsan altı min iki yüz altmış iki manat qırx qəpik) vəsaitin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 ünvanında yerləşən özünə məxsus olan 240 kv.m qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi; qeyri-yaşayış sahəsinin əvəzi kimi 1.152.000 (bir milyon yüz əlli iki min) mana t kompensasiya məbləğinin, 230.400 manat məbləgində 20 faiz əlavənin, cəmi 1.382.400 manat məbləğin cavabdehdən alınaraq ona verilməsi va ya eyni ərazidə İddiaçı MMC tərəfindən inşa edilən binanın qeyri-yaşayış sahələrinin yerləşdiyi hissəsindən ümumi sahəsi 240 kv.m və ona 20 faiz əlavə olunmaqla, cəmi 286 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi; qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi nəticəsində 82.080 (səksən iki min səksən) manat məbləgində əldən çıxmış faydanın, 114.152.4 (yüz on dörd min yüz əlli iki manat dörd qəpik) manat məbləgində faiz borcunun, 100.000 (yüz min) manat mənəvi zərərin, məhkəməyə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin cəmi 296.262.4 (iki yüz doxsan altl m in iki yüz altmış iki manat dörd qəpik) vəsaitin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-1VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanına əsasən Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetiriliməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və X prospektinin küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binaların tikintisinin təmin etmək məqsədilə, Azərbaycan Resp ublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı xx xxxxxxx 2016-cı il tarixli 350 nömrəli Sərəncam (bundan sonra “Sərəncam’' adlandırılacaqdır) vermişdir. Sərəncama əsasən X prospektinin küçələrinin kəsişməsində 2.99 ha torpaq sahəsi “İddiaçı" MMC-nin daimi istifadəsinə verilmişdir Bu məsələlərlə əlaqədar, Nərimanov RİH ilə İddiaçı MMC arasında xx xxxxxxx 2016-cı il tarixli müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli Qərarını tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq ol maqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə bütün sakinlərə müavinətlər verilməklə onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər. X prospekti küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının bütün sakinləri “İddiaçı" MMC-nin Tələt Şıxəliyev 14 küçəsində yerləşən ofisinə dəvət olunmuş və onlarla danışıqlar aparılaraq qarşılıqlı razılaşma əsasında müqavilə bağlanmışdır, lakin Cavabdeh qərəzli şəkildə İddiaçı MMC-nin təkliflərindən imtina etmişdir. Bundan əlavə, iddiaçı tərəfindən Cavabdeh mübahisənin məhkəməyə qədər həlli ilə bağlı rəsmi müraciət (xx xxxxxxx 2018-ci il tarixdə) göndərərək bildirilmişdir ki, həmin ərazidə aparılan qazıntı işləri ilə əlaqədar və yuxanda göstərilən FHN-nin aktında qeyd edildiyi kimi binaların qəzalı vəziyyətdə olması, istismar müddətini bitməsi, ətrafdakı insanların həyat və sağlamlığı üçün təhlükəli olması bildirilərək İddiaçı MMC-nin Tələt Şıxəliyev 14 ünvanında yerləşən ofisinə yaxınlaşaraq danışıqlar aparmaq və müqavilə bağlanılması təklif edilmişdir. İddiaçı, Nazirlər Kabinetinin Qərarının icrası məqsədilə cavabdehə bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni təmirli mənzilin verilməsi şərtilə, mülkiyyətində olan sahənin, iddiaçı ilə müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir (cavabdehə izah edilmişdir ki, onların mülkiyyətində və istifadələrində olan yaşayış sahələrinin yerləşdiyi evin köhnəlməsi, istismar müddətinin başa çatması səbəbindən bu sahələr sökülərək əvəzində inşa ediləcək hündürmərtəbəli çoxmənzili yaşayış binalarında yeni sahələr veriləcəkdir). Bu ərazidə inşa ediləcək, hündürmərtəbəli çoxmənzilli yaşayış binasında yerləşəcək sahələrin 1kv.m-nin bazar qiymətinin, cavabdehin hal-hazırda mülkiyyətində və ya istifadəsində olan sahənin 1 kv.m-dən baha olacağına, iddiaçı tərəfindən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçülərinə 20% əlavə sahə təklif edilmişdir. Həmçinin, iddiaçı tərəfindən cavabdehə yeni yaşayış binası tikilənədək və onlara bu binada yeni yaşayış sahələri təhvil verilənədək kompensasiya şəklində vəsait təklif edilmişdir. Buna baxmayaraq cavabdeh iddiaçının təklifləri ilə razılaşmayaraq ondan müqav ilə şərtlərinə və mövcud bazar münasibətlərinə uyğun olmayan təklif ilə çıxış edib qərəzli şəkildə “İddiaçı" MMC ilə müqavilə bağlanmasından imtina etmişdir. Ona edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, qeyri-real kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edir. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən bütün sakinlərin də hüquqları pozulmaqla cavabdeh qərəzli münasibətini davam etdirərək, hər gün ziyan vurmaqla daha da çox İddiaçı MMC-ni ciddi maliyyə itkisi ilə üzləşdirir. X prospektindən köçürülən vətəndaşlara xx.xx.2017-ci il tarixdən ödənilən kirayə haqqları xx.xx.2018-ci il tarixdə «xxxx» ASC tərəfindən verilən hesab ü zrə çıxarışda öz təsdiqini tapır. Belə ki, həmin ərazidən köçürülən vətəndaşlara ümumilikdə 490.635 (dörd yüz doxan min altı yüz otuz beş) manatdan çox pul vəsaiti ödənilib və cavabdeh tərəfindən bilərəkdən tikinti işlərini gecikdirildiyi hər ay üçün bu məbləğ davamlı şəkildə artır, bunun nəticəsində də şirkətin üzərinə götürdüyü öhdəliyi vaxtinda icra edə bilməməsi ilə əlaqədar olaraq işgüzar nüfuzuna xələl gəlir və eyni zamanda böyük maddi itkilər ilə üzləşir. Cavabdeh öz mənafelərini cəmiyyətin mənafeyindən üstün tutaraq, evlərindən müvəqqəti uzaq düşmüş ailələri nəzərə almadan bilərəkdən şirkətlə heç bir danışığa getmir və qəsdən süni maneə yaradır. Bununla da dövlət tərəfindən təsdiq olunmuş tədbirlər planını bilərəkdən gecikdirərək şirkətin müqavilədən gələn öhdəliklərinin yerinə yet irilməsinin qarşısını alır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, X saylı mənzil, həmin ünvanda yerləşən ümumi sahəsi sənəd üzrə 19 kv.m olan 4 saylı mənzil, həmçinin eyni ünvanda həmin binanın zirzəmisində yerləşən ümumi sahəsi sənəd üzrə 49,4 kv.m qeyri-yaşayış sahəsi, ümumilikdə ayrıca bina şəklində mülkiyyət hüquqları üzrə ona məxsus olmuşdur. Müxtəlif dövrlərdə bina daxilində müvafiq rekonstruksiya işləri aparılmış, binanın faktiki sahəsi iç divarlarından 240 kv.m təşkil etmişdir. Bina uzun müddət qeyri-yaşayış sahəsi kimi istifadə edilmiş və icarədə olmuşdur. Həmin ərazidə aparılan tikintiquraşdırma işləri əsnasında ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı MMC (“X6 Suites”) şirkətinin əməkdaşları onunla görüşmüş, müvafiq sərəncam əsasında həmin binanın söküntü ərazisinə düşdüyünü və sökülməli olduğunu bildirmiş, müqabilində isə ona cuzi məbləğdə kompensasiya təklif etmişlər. Qeyd olunan halla bağlı, ona qanunun tələblərinə uyğun olaraq hər hansı məlumat verilməmiş, habelə bildiriş təqdim edilməmişdir. Nərimanov İcra Hakimiyyəti baçısının müavini Şahmar İbadov qeyd olunan ərazidə tikinti işləri aparan İddiaçı MMC (“X6 Suites”) şirkətinin işçiləri olan «Şahin» və adlarını xatırlamadığı bir neçə şəxs də iştirakı ilə aparılan görüşlərin birində ərazidə hündür mərtəbəli binanın inşa ediləcəyini və ona məxsus qeyri-yaşayış sahəsinin əvəzinə tikiləcək binanın birinici mərtəbəsində eyni kv.mlik qeyri-yaşayış sahəsi ilə əvəzləşdiriləcəyi və tikiləcək binanın tam istifadəyə veriləcəyi müddə tə kimi icarə müqaviləsi əsasında aldığı 5.000 manatlıq icarə haqqı verilməsi vəd olunmuş, lakin ödəniş edilmədən öncə binanın dərhal boşaldılması xahiş edilmişdir. Tikintini aparan şəxlərin ciddi insanlar olduğunu və həmin layihənin dövlət proqramı tərəfindən dəstəkləndiyini nəzərə alaraq, onun tərəfindən bina 2017-ci il avqust ayında qismən boşaltdırılmış, icarədə olan fərdi sahibkar X1 obyektin təhvil verilməsi xahiş olunmuş, lakin söküntüsünə icazə verilməmişdir. Həmin ərəfədə dövlət əhəmiyyətli xidməti səfərə yollanmağından istifadə edən cavabdeh sahəyə ağır texnika yeridərək xx xxxxxx 2018-ci il tarixdə ona məxsus həmin binanı qanunsuz şəkildə sökmüş və məhv etmişdir. Səfərdən qayıtdıqdan sonra ona şifahi qaydada razılaşdırılmış kompensasiya ödənişinin verilməsindən imtina edilmişdir. 2 (iki) ilə yaxındır ki, mübahisənin barışıq yolu ilə nizama salınması mümkün olmamışdır. İddiaçı MMC (“X5 Suites”) şirkətinin qanunsuz hərəkətləri nəticəsində əmlakını itirməklə yanaşı, sahibkarliq fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən də, məhrum olmuşdur. Bundan əlavə, yol verdikləri qanunsuz hərəkətlərə aydınlıq gətirmək üçün Nərimanov Rayon İcra Hakimiyyəti icra başçısının birinci müavini Şahmar İbadovla birlikdə həmin şirkətin əməkdaşları ilə görüş zamanı onu söyüb təhqir edərək, şərəf və ləyaqətini alçaltmışlar. Həmin şirkətin rəhbərləri ilə görüş zamanı vurduqları ziyanın aradan qaldırılmasını xahiş etsə də, hər dəfə müxtəlif vədlər verərək onu aldatmış və bu vaxta kimi hər hansı bir nəticə əldə olunmamışdır. Hazırda həmin ərazidə qanunsuz tikinti işləri davam etməkdədir. Ha zırda İddiaçı MMC (“X6 Suites”) şirkətinin məhkəməyə təqdim etdiyi iddia tamamilə əsassızdır. Onun mülkiyyət hüquqlarının pozulmasına və hansı məbləğ ödənilməməsinə baxmayaraq, ondan əsassız olaraq pul tələb edilməkdədir. Qeyd edilməsi zəruridir ki, mülkiyyət hüququ ilə ona məxsus olan binaya münasibətdə hər il vergi qanunvericiliyinə müvafiq qaydada əmlak vergisi ödənilmiş, bələdiyyə tərəfindən müvafiq ölçmə işləri aparılarkən binanın daxili sahəsinin 240 kv.m olması müəyyən edilmişdir. Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən tərtib olunmuş və həm MMC, həm də Nərimanov rayonu Bələdiyyəsinin səlahiyyətli şəxslərinin imzası və dairəvi möhürü ilə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli hesabat cədvəlində də, cavabdeh tərəfindən sökülmüş binanın daxili ölçülərinin 240 kv.m olması öz t əsdiqini tapmışdır. Bu hal, cavabdeh tərəfindən sökülmüş obyektin, sökülməzdən öncə uzun müddət icarəyə verildiyi fərdi sahibkar X2 (VÖEN **********) tərəfindən də təsdiq edilə bilər. Belə ki, onunla X2 arasında icarə müqaviləsi mövcud olmuş, həmin müqavilə vergi orqanında qeydiyyatdan keçmişdir. Onunla “xxxx” arasında qiymətləndirmə xidmətlərinin göstərilməsi haqqında bağlanmış xx xxxx 2019-cu il tarixli müqavilə üzrə Bakı şəhəri, X ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün satış dəyəri və həmin ərazidə yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m-ə görə icarə haqqının müəyyən edilməsi məqsədi ilə “xxxx” MMC-nin qiymətləndirici mütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən X ünvan ında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün satış dəyəri 4800 manat, 1 kv.m görə icarə haqqı 18 manat təşkil edir. Belə ki, ona məxsus olan və cavabdeh tərəfindən qanunsuz olaraq məhv edilmiş qeyri-yaşayış obyektinin real bazar dəyəri 4800 (1 kv.m üçün satış dəyəri) x 240 kv.m (daxili divarlardan hesablanmaqla sahə) = 1.152.000 AZN (bir milyon yüz əlli iki min) manat təşkil etmişdir. Tikinti aparılan sahədə komplek binalar inşa edilməkdədir, cavabdeh tərəfindən ətrafda aparılan tikinti işləri ilə əlaqədar 2017-ci ilin iyun-iyul aylarının əvvəllərindən artıq bina qeyri-yaşayış sahəsi kimi istifadəyə yararsız vəziyyətə düşmüş, habelə cavabdeh tərəfindən artıq binanın boşaldılaraq ona təhvil verilməsi xahiş olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi, aparılan in şaat işləri ilə əlaqədar mübahisələndirilən qeyri-yaşayış sahəsində icarəçi olan fərdi sahibkar X2 2017-ci ilin avqust ayından icarə haqqı ödəməyi dayandırmaqla obyekti boşaltmağa başlamışdır. Həmin vaxtdan hal-hazıradək 1 il 7 aydır ki, o, icarədən əldə etdiyi gəlirdən məhrum olmuşdur. “xxxx” MMC-nin qiymətləndiricimütəxəssisləri tərəfindən aparılmış hesablamalara və təhlillərə əsasən X ünvanında yerləşən qeyriyaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün icarə haqqı 18 manat təşkil edir. Belə ki, onun məhrum olduğu icarə haqqı 240 kv.m x 18 manat x 19 ay =82,080 manat təşkil etmişdir. Mülkiyyət hüququndan qanunsuz məhrum olması nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Qeyd olunmalıdır ki, İddiaçı MMC onun mülkiyyətində olan qeyri-yaşayış sahəsini hər hansı kompensasiya ö dəmədən sökməklə ona çatacaq pul məbləğini qanunsuz olaraq öz sərəncamında saxlamış və dövriyyə etdirmişdir. Hesab edirik ki, İddiaçı MMC ona çatmalı olan pul vəsaitini ödəməmiş, belə olan halda o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı MC-nin həmin pul vəsaitini özündə saxlamasının hər hansı hüquqi əsası olmadığından qanunsuzdur. Həmin pul vəsaitini özündə saxlamaqla, ondan faydalanması və gəlir əldə etməsi mübahisəsizdir. Azərbaycan Respublikası Mərkəzi X3 tərəfindən 2019-ci il fevral ayına tarixə uçot dərəcəsi 9,25 faiz müəyyən edildiyindən 114.152.4 manat ((1.152.000 manat (satış qiyməti) + 82,080 manat (icarə haqqı)) x 9.25 = 114.152.4 manat (yüz on dörd min yüz əlli iki manat 4 qəpik) məbləğində faiz məbləği də İddiaçı MMC-dən tutularaq o na ödənilməlidir. İddiaçı MMC-nin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirablara məruz qalmışdır ki, əsəbləri pozulduğundan sosial fəaliyyətlə məşğul olan xanım kimi bir sıra sosial proyektlərin həyata keçirilməsinə diqqətini cəmləmək imkanından məhrum olmuşdur. Ona dəyən mənəvi zərəri 100.000 manat məbləğində qiymətləndirməkdədir. Qeyd olunanlara əsasən ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «yaşayış və qeyri-yaşayış sahələrinin bazar qiymətlərinə uyğun qiymətləndirilib ədalətli kompensasiyanın müəyyən edilərək cavabdehə ödənilməsi» tələbinə dair ilk iddia tam, Cavabdeh İddiaçı MMC-yə qarşı «qeyri-yaşayış sah əsinin sökülməsinin qanunsuz hesab edilməsi, kompensasiya, əldən çıxmış faydanın, faizlərin və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı MMC tərəfindən Cavabdeh 347.600 manat ödənilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 180.1-180.4, 1096.2, 1097.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məmmədova (sərlik edən və məruzəçi), V.Həsənov və X.Sarıyev) 27 fevral 2020-ci il tarixli, 2(103)683/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəriman ov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)- 635/2019 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv olunmuş, həmin hissədə iddia qismən təmin olunmuş, İddiaçı MMC tərəfindən Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən 240 kv.m qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı “İddiaçı MMC-nin hərəkətləri qanunsuz hesab edilmiş, “İddiaçı MMC-dən 816 500 (səkkiz yüz on beş min manat) manat maddi ziyana görə və 10 000 (on min) manat mənəvi ziyana görə kompensasiya tutularaq, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmiş və məhkəmə xərcləri bölüşdürülmüşdür. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsin in qətnaməsini qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv edərkən Konstitusiyanın 13, 29, Mülki Məcəllənin 21.2, 157.8, 158.4, 203.3,1096.2, 1097.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı MMC kassasiya şikayəti verərək qətnamənin qismən, qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilərək, işə həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1) Əmlak sənəd üzrə 19, 19, və 49 kv.m təşkil edirdi. Qalan sahə özbaşına tikili olmuşdur. Sənədi olmayan sahəyə cavabdehin heç bir hüququ olmamışdır. Ona görə məhkəmə əsassız olaraq h əmin sahə də daxil olmaqla 240 kv.m. sahəyə kompensasiya hesablamışdır. 2) Əmlakın dəyəri düzgün qiymətləndirilməmişdir. İşdə olan rəylər əmlakın dəyərinin daha az olduğunu təsdiq edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasın ın Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya və müsadirə tədbirlərindən başqa əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir. Həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olubolmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nə zərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər” Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilm əsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) Həmin Məcəllənin 1096.2-ci madd əsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda tə min edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyekiv qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi X, yaşayış sahəsi 19,0 kv.m olan iki ədəd 4 nömrəli və 3 nömrəli mənzillərin, həmin ünvanında yerləşən 49,4 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh mülkiyyətində olması işin mübahisəsiz halıdır. Qeyd olunan əmlakların rekonstruksiya olunaraq 240 kv.m sahəyə çatdırılması və istifadə olunması halını iddiaçı özü də mübahisələndirməmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı şirkət həmin əmlakların qiymətləndirilməsi üçün qiymətləndirmə şirkətinə müraciət edərəkən özü də həmin qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 240 kv.m olmasına istinad etmişdir (mülki iş 1-ci cild, səhifə 263-264). Kassasiya icraatında iddiaçının dəlili ondan ibarətdir ki, həmin sahənin bir hissəsi müvafiq icazə alınmadan inşa edilmiş tikili, yəni özbaşına tikili olduğu üçün həmin hissəyə cavabdehin kompensasiya tələb etməyə hüququ yoxdur. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-c ı il tarixli, 86 nömrəli Qərarı qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün qəbul edilmişdir. Həmin sahələr dölət ehtiyacları üçün alınan sahələr deyil. Qeyd olunan ərazilərdə tikinti işlərinin aparılması kommersiya fəailiyyəti ilə məşğul olun şirkətlərin özlərinin kommersiyüa maraqlarına uyğun olaraq könülülük prinspi əsasında aparılır. Təsadüfi deyil ki, həmin qərarda sakinlərin könüllü olaraq köçürülməsi, tikinti təhvil verilənədək onlara başqa sahədə yaşamaq üçün kompensasiyalar verilməsi, sökülən sahələrin əvəzi olaraq qarşılıqlı razılaşma ilə yeni tikiləcək binalarda güzəştli şərtlərlə sahələr verilməsi (mülkiyyətçilərin hüquqlarının qorunması) nəzərdə tutulmuşdur. Həmin sahələrdə tikinti işləri görməyə başlayan şirkətlər özlərinin kommersiya maraqlarını mövcud tikililəri (tikinti aparılacaq sahədə) nəzərə almaqla hesablamalıdırlar. Çünki yuxarıda qeyd olunduğu kimi onlar tikinti işlərini məhz kommersiya maraqlarına uyğun olaraq həyata keçirirlər. Bu mənada tikinti şirkətlərinin ərazidə mövcud olan və sakinlərin istifadə etdiyi hansı tikililərin qanuni və hansılarının özbaşına inşa edilməsi ilə bağlı təftiş aparmağa səlahiyyəti yoxdur. Belə səlahiyyət müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Bakı şəhərində hüquqi qeydiyyata alınmayan çoxsaylı tikililər insanların yaşayış yeri, qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Bakı şəhərində aparılan yenidənq urma və abadlıq işləri zamanı hətta dövlət ehtiyacları üçün həmin tikililər satın alınır və hüquqi qeydiyyatdan keçən tikililərə bərabər kompensasiya ödənilir. Belə obyektlərin dairəsi geniş olduğundan və problem öz həllini gözlədiyindən qanunverici tənzimlənmənin geniş dairəsini nizama salmağı məqsədəmüvafiq hesab etmişdir. Beləki, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunun 7.3.2. maddəsinə əsasən siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanu nvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz), Həmin Qanunun 7.3.3. maddəsinə əsasən ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər də kompensasiya almaq hüququna malik olan şəxslər hesab olunur. Göründüyü kimi, hətta torpaqların dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan hallarda hüquqi qeydiyyatdan keçməyən tikililərin istifadəçilərinə dövlət kompensasiya ödəməyi öhdəsinə götürür. Belə olan təqdirdə cavabdehin mülkiyyətində olan (icarəyə verilən) qeyri-yaşayış sahəsini sökərək yerində hündürmər təbəli bina inşa edən (kommersiya məqsədləri üçün istifadə edən) şirkət əmlakın əvəzini ödəməlidir. Ödənilən kompensasiyanın məbləği ilə bağlı: İddiaçı həmin məbləğin əmlakın real bazar dəyərinə uyğun olmadığını və dəyərindən əhəmiyyətli dərəcədə baha müəyyən edildiyini bildirir. Əvvəla, qeyd olunamalıdır ki, şəxsə (cavabdehə) məxsus olan əmlakın onun razılığı olmadan sökülməsi delikt hesab olunmaqla mülkiyyətə qəsd deməkdir. Hazırkı işdə əmlakın bazar dəyərinin, onun likvid dəyərinin müəyyən edilməsi əmlak söküldükdən sonra aparılır. Əmlak sökülməmişdən əvvəl onun bazar dəyərinin, likvidliyinin (aylıq icarə haqıqı, gəlirliliyi, yerləşmə yeri) qiymətləndirilməsi daha asan olardı. Nə qədər ki, əmlak iddiaçı tərəfindən özbaşına sökülmüşdür, həmin tərəfin təqdim etdiyi sübutlar həmişə şübhə a ltında olduğundan digər sübutlarla birgə qiymətləndirilməlidir. İşə baxan məhkəmə haqlı olaraq əmlakın bazar dəyəirinin müəyyən edilməsi üçün bir neçə ekspert rəyini tədqiq etmişdir. Beləki, «xxxx» MMC-nin xx.xx.2019-cu il tarixli, LP-035/19 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin müqayisə yanaşması ilə 1 kv.m üçün satış dəyəri 4.800 (dörd min səkkiz yüz) manat, 1 kv.m görə icarə haqqı 18 (on səkkiz) manat təşkil edir. «xxxx» MMC-nin xx.xx.2012-ci il tarixli fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, Azərba ycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 110 nömrəli (xx.xx.2002-ci il, 110 nömrəli, xx.xx.2006-cı il, 55 nömrəli, xx.xx.2006-cı il, 192 nömrəli və xx.xx.2006-cı il, 275 nömrəli əlavə dəyişikliklər) qərarı ilə təsdiq edilmiş cədvəllərə əsasən Cavabdeh məxsus X ünvanında yerləşən qeyri-yaşayış obyektinin hesablanmış inventar dəyəri 145.400 manat təşkil edir. «xxxx» MMC-nin xx.xx.2019-cu il tarixli, MB 12/455 nömrəli ekspert rəyindən görünür ki, ünvan 5 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 3 saylı mənzilinin hesablanmış bazar dəyəri 64.200 manat, ünvan 5 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 4 saylı mənzilinin hesablanmış bazar dəyəri 64.200 manat, ünvan 5 ünvanda yerləşən 49,4 kv.m qeyri-yaşayış sahəsinin (birmərtəbəli binanın zi rzəmisi) hesablanmış bazar dəyəri 39.200 manat, mülki işin materiallarında olan «xxxx» MMC-nin xx.xx.2012-ci il tarixli fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli və fotoşəkillərdə təsvir olunmuş qeyri-yaşayış sahəsinin hesablanmış bazar dəyəri 887.800 manat, həmin ərazidə qeyri-yaşayış sahələrinin 1 kv.m görə aylıq icarə haqqının bazar dəyəri 17 manat təşkil edir. «xxxx» Hüquq və Qiymətləndirmə MMC-nin xx.xx.2019-cu il tarixli, LF21 nömrəli hesabatından görünür ki, ünvan 5 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 3 saylı mənzilinin 2018-ci il tarixinə bazar qiyməti 63.000-63.500 manat arasında dəyişirdi, ünvan 5 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 4 saylı mənzili nin 2018-ci il tarixinə bazar qiyməti 63.000-63.500 manat arasında dəyişirdi, ünvan 5 ünvanda yerləşən 49,4 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin (birmərtəbəli binanın zirzəmisi) 2018-ci il tarixinə bazar qiyməti 38.000-38.500 manat arasında dəyişirdi, ünvan 5 ünvanda yerləşən fotoşəkillərdə təsvir olunmuş ümümi sahəsi 240.0 kv.m olan qeyri-yaşayış sahəsinin 2018ci il tarixinə bazar qiyməti 570.000-585.000 manat arasında dəyişirdi. «xxxx» MMC-nin xx.xx.2019-cu il tarixli, 57 nömrəli hesabatından görünür ki, ünvan 5 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 3 saylı mənzilinin bazar qiyməti 64.000-64.500 manat arasında dəyişir, ünvan 5 evin 19,0 kv.m yaşayış sahəsindən ibarət 1 (bir) otaqlı, 4 saylı mənzilinin bazar qiyməti 64.000- 64.500 manat arasında dəyişirdi, ünvan 5 ü nvanda yerləşən 49,4 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin (birmərtəbəli binanın zirzəmisi bazar qiyməti 39.000-39.500 manat arasında dəyişir, «xxxx» MMC-nin tərtib etdiyi xx.xx.2012-ci il tarixli hesabat cədvəli və fotoşəkillərdə təsvir olunmuş sahəsi 240.0 kv.m olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 620.000-630.000 manat arasında dəyişir, həmin ərazidə qeyri-yaşayış sahələrinin 1kv. görə aylıq icarə haqqı 10-12 manat arasında dəyişir. ünvan 5 ünvanda yerləşən fotoşəkillərdə təsvir olunmuş ümümi sahəsi 240.0 kv.m olan qeyri-yaşayış sahəsinin 2018-ci il tarixinə bazar qiyməti 570.000-585.000 manat arasında dəyişirdi. «xxxx» MMC-nin və «xxxx» MMC-nin verdikləri rəylərdə qeyd olunan ərazidə qeyriyaşayış sahələrinin 1 kv.m görə aylıq icarə haqqının bazar dəyərinin müvafiq olaranq 18, 1 7 manat olduğu müəyyən edilmişdir. Əmlakın aylıq icarə haqqını hər kv.m üçün rəydə qeyd olunan məbləğlərlə hesabladıqda, sökülən əmlakın aylıq icarə haqqı 4000 manatdan artıq gəlir gətirirdi. Aylıq gəliri həmin məbləğdən artıq olan əmlakın bazar dəyəri elə həmin ekspert rəylərində qeyd olunan qiymətlərə uyğun gəlməsi ağlabatandır. Düzdür, işə baxan Apelyasiya Məhkəməsi əmlakın əvəzi olaraq kompensasiyanın məbləğini müəyyən edərkən başqa yolla getmiş, digər ekspert rəyinə istinad edərək mülkiyyətdə olan mənzillərin (sənəd üzrə) bazar dəyərini ayrıca hesablamış, qalan sahələrin bazar dəyərini isə qeyri-yaşayış sahəsi kimi ayrıca hesablayaraq yekun qənaətə gəlmişdir. Amma, əslində həmin mənzillərin qeyri-yaşayış sahəsi kimi, kommersiya məqsədləri üçün istifadə olunması işin mübahisəsiz hallar ı olduğundan onların dəyərinin məhkəmə qərarında qeyd olunandan daha artıq olması istisnasızdır. Nə qədər ki, cavabdeh bununla bağlı şikayət verməmişdir, məhkəmə kollegiyası qeyd olunan məsələ ilə əlaqədar əlavə dəyərləndirmə aparılmasına zərurət görmür. Amma, bunu qeyd etməklə yekun bazar dəyərinin ağlabatan və ədalətli olmasına diqqəti çəkir. Çünki yuxarıda qeyd olunan hər iki rəylə əmlakın bazar dəyərinin 880.000 manatdan artıq (birində 1 milyon yüz mindən artıq) olması müəyyən edilmişdir. Məhkəmə kolegiyası həmin mübahisə ilə bağlı (qiymətlə bağlı) nəticənin əsaslı olmasına dair bir məsələni də qeyd etməyi zəruri hesab edir. Beləki, iddiaçının istinad (tələbinin qanuni əsası kimi göstərdiyi) etdiyi normativ hüquqi aktlarda (Nazirlər Kabinetinin müvafiq qərarında) sökülən sahələrin əvəz i olaraq həmin sahənin ölçüsünə uyğun sahə verilməsi və əlavə güzəştli sahələrin verilməsi (Bakı şəhərində oturuşmuş praktikaya əsasən əlavə 20% artıq sahə verilir) nəzərdə tutulur. İddiaçı sökülmüş əmlakının əvəzi olaraq həmin ölçülərə uyğun sahənin və əlavə 20 % sahənin verilməsinə də razıdır. Lakin iddiaçı təşkilat ancaq kompensasiyanın verilməsini təklif etmiş, cavabdeh isə nəticədə bununla razılaşmışdır. Nəzərə alsaq ki, cavabdehin sökülən sahəsi 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi olmuşdur, iddiaçının inşa etdiyi binada yerləşən qeyriyaşayış sahəsinin cavabdehin əmlakına uyğun ölçüsünün dəyərinin hazırda məhkəmənin müəyyən etdiyi dəyərdən daha artıq olması aşkardır. Çünki qeyd olunan tikinti X, yolun kənarında (Şərq bazarından Təhsil Nazirliyinə doğru gedən yolda), ticarət s ıralarında (ekspert rəylərindəki məlumat) inşa edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-683/2020 nömrəli iş üzrə XXXXX 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.