Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4757/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(008)1054/2018 saylı qətnaməsi ilə iddia tələbi qis mən təmin edilərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə ******* saylı kredit razılaşması üzrə 10517.15 ABŞ dolları əsas borc, 2981.61 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları dəbbə borcu, cəmi 13698.76 ABŞ dolları borc və 27R********** saylı kredit razılaşması üzrə 10025.51 ABŞ dolları kredit borcu, 3660.98 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları dəbbə borcu, cəmi 13886.49 ABŞ dolları borc məbləği qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə olmaqla borc, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda olan mənzilnə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 73.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanda olan mənzilinə tutma yönəldikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 və Cavabdeh1 çıxarılmasl, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli, 2(103)-2882/2019 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova sədrlik edən, məruzəçi E.Həsənov və F.Babayev) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(008)-1054/2018 saylı qətnaməsi C avabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ******* saylı kredit razılaşması üzrə 10517.15 ABŞ Dolları kredit borcu, 2981.61 ABŞ Dolları faiz borcu və 8502.97 ABŞ Dolları cərimə olmaqla, cəmi 22001.73 ABŞ Dolları; ******* saylı kredit razılaşması üzrə 10025.51 ABŞ Dolları kredit borcu, 3660.98 ABŞ Dolları faiz borcu və 9217.15 ABŞ Dolları cərimə olmaqla, cəmi 22903.64 ABŞ Dolları, hər iki müqavilə üzrə ümumilikdə cəmi 44905 (qırx dörd mi n doqquz yüz beş) ABŞ Dolları 37 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda olan mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə olunan vəsaitin İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması, ünvan 1 ünvanda olan mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 mənzilə istifadə hüququnun itirilməsi, onun mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətna mə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə MPM-nin 77.1, 88-ci maddələrinin tələblərini pozmuş, sübutların obyektiv qiymətləndirməsini təmin etməmişdir. Maddi və prosessual hüquq normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 və vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digır tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiy a instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 20 iyul 2006-cı il tarixdə bağlanmış ******** saylı kredit xətti müqaviləsi ilə bank tərəfindən iddiaçı Cavabdeh2 60 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Eyni tərəflər arasında 05.11.2010-cu il tarixdə bağlanmış 223 saylı sazişə əsasən ******* saylı 20 iyul 2006-cı il tarixli kredit xəttinin məbləği artırılaraq 400000 (dörd yüz min) ABŞ Dolları, müddəti isə 172 (yüz yetmiş iki) ay müəyyən edilmişdir. Qeyd olunan kredit xətti üzrə öhdəliklərin icra olunmasının təminatı olaraq bankla Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ün vanda olan mənzil 24 iyul 2006-cı il tarixli ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda bankla Cavabdeh1 arasında 05 noyabr 2010-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bankla Cavabdeh2 arasında bağlanmış 07 mart 2013-cü il tarixli ******* saylı kredit razılaşmasına əsasən, bank tərəfindən kredit xətti müqaviləsi üzrə Cavabdeh2 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, 50.000 ABŞ dolları məbləğində kredit pul vəsaiti verilmişdir. Bankla Cavabdeh2 arasında bağlanmış 20 noyabr 2013-cü il tarixli ********* saylı kredit razılaşmasına əsasən, bank tərəfindən kredit xətti müqaviləsi üzrə Cavabdeh2 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, 30.000 ABŞ dolları məbləğində kredit pul vəsaiti verilmişdir. Kreditor müqavilə öhdəliy ini yerinə yetirsə də, borclular üzərlərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişlər, bunun nəticəsi olaraq da iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini Cavabdeh2 vermiş, bunun nəticəsində bankın borclulardan müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlər müqavilə üzrə öhdəlikləri yerinə yetirməmələrinə görə onların bank qarşısında müqavilələrdən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyət i yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi ipotekaya qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, cavabdeh apellyasiya şikayətində kredit borcunun və ona hesablanmış faizlərin süni olaraq şişirdilməsinə, onun kredit müqaviləsi üzrə az məbləğdə borcunun qalmasına istinad etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, cavabdehin göstərdiyi əsas və faiz məbl əğinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı bir dəlil sonuncu tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Cavabdehin apellyasiya şikayətində borcun düzgün hesablanmaması ilə bağlı qeyd etdiyi onun şəxsi mülahizələrinə əsaslanaraq, heç bir sübutla təsdiq olunmur. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, məhkəmə kredit borcunun müəyyən edilməsi ilə əlaqədar iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmiş, bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.Apellyasiya şikayətinin həmin dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ******* saylı kredit müqaviləsi üzrə cərimə kimi hesabladığı 8502.97 ABŞ dollarının 200 ABŞ dolları, ********* saylı kredit razılaşması üzrə cərimə kimi hesabladığı 9217.15 ABŞ dollarının isə 200 ABŞ dolları məbləğində müəyyən edilməsini ağlabatan və ədalətlidir. Bu baxımdan iddiaçının xeyrinə tutulmalı olan məbləğin ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla cavabdehlərdən tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh2 apellyasiya şikayətində qeyd etdiyi dəlillərlə bağlı hər hansı sübutlarını məhkəməyə təqdim etməmişlər. Buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Bundan başqa ölkədə devalvasiyan ın baş verməsi, apellyatorun hazırki vəziyyətdə maddi vəziyyətinin aşağı olması halı və onun işdən azad olunması sonuncunu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından da azad etməmişdir. İş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, Cavabdeh2 dəlilləri əsaslı sayıla bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyasının məhkəmə kollegiyası mübahisəli münasibətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslə r mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməs i dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi t ərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh2 məhkəmə tərəfindən MPM-nin 77.1, 88-ci maddələrinin tələblərini pozması, sübutların obyektiv qiymətləndirməsinin təmin etməməsi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə kollegiyası mülki işlərə baxarkən sübutlara düzgün qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahif ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstutisuya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməıyi zəruri hesab edir ki, kassasiya şikayətinin qeyd edilən dəlilləri iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda, eləcə də məcmu halda qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 26 fevral 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4757/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4757/2019
19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver