Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4758/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator XXX oğlu, vəkili X2, iddiaçının vəkili X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsindən XXX oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-3118/2018, hakim T.S.Kərimo v) XXX İddiaçı XXX oğluna qarşı iddiası təmin edilmiş, cavabdehdən 30.000 ABŞ dolları məbləğində pulun öhdəlik icra edilən günə manata olan məzənnəsi ilə alınıb iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-9643/2018, hakimlər V.T.Həsənov, V.Ə.Baxışova, N.Ş.Cəfərov) XXX oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, cavabdehdən 30.000 ABŞ dolları məbləğində pulun öhdəlik icra edilən günə manata olan məzənnəsi ilə alınıb iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması ü çün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Tərəflər arasında 24 oktyabr 2016-cı il tarixdə notariatda təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. 15 fevral 2018-ci il tarixdə XXX İddiaçı XXX oğluna qarşı pul tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onuna əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, müqavilənin saxta olması və formal xarakter daşıması barədə dəlilləri ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə ko llegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçının iddia tələbin in əsasını cavabdehə verdiyi borc məbləğinin qaytarılması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının cavabdehə tələb etdiyi 30.000 ABŞ dolları verməsini sübut etmək vəzifəsi iddiaçının, cavabdehin aldığı pulu qaytardığını sübute tmə vəzifəsi cavabdehin üzərinə düşür. 24 oktyabr 2016-cı il tarixdə notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə əsasən XXX İddiaçı tərəfindən XXX oğluna faizsiz olaraq və 24 oktyabr 2017-ci il tarixədək qaytarmaq şərtilə 30.000 ABŞ dolları məbləğində krediitn verilməsi, borcalan tərəfindən isə həmin kredit məbləğinin müqavilədə müəyyən edilmiş vaxtda qaytarılması göstərilmişdir. Müqaviləni borc alan qeyd olunan məbləği aldığını qeyd edərək imzalamışdır. Beləliklə, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar iş materialları ilə təsdiq edilir. Cavabdehin dəlillərinə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında borc müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə bir tərəf mülkiyyətində olan pul məbləğini digər tərəfə verməli, digər tərəf isə razılaşd ırılmış məbləğdə və müddətdə pulun qaytarılmasını öz üzərinə götürmüşdür. Cavabdehin iddiaçıdan nəqliyyat vasitəsini icarəyə götürməsi və ya həmin nəqliyyat vasitəsini nisyə alqı-satqı müqaviləsi əsasında alması işin araşdırılmış hallarına uyğun olaraq müəyyən edilməmişdir. Digər tərəfdən borc müvailəsi ləğv və ya etibarsız hesab edilməmişdir. Hazıki işin halları baxımından borc müqaviləsinin etibarlı müqavilə olmasını şübhə altına alan hər hansı əsas yoxdur. Müqavilənin məzmunundan görünür ki, o tərəflərin razılaşdırılmış iradə ifadəsinə uyğun olaraq tərtib edilmiş və cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün əsasdır. Həmin müqavilədə tərəflər hər hansı şərt qeyd etməmişlər. Cavabdehin həmin dəlilləri hazırki mübahisənin predmeti olmamaqla, yalnız müqavilənin mübahisələndir ilməsi ilə bağlı irəli sürmüş olduğu iddianın daxilində həll oluna bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyindən kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4758/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4758/2019
27.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver