Məhkəmə qərarları › İş №2(102)-4758/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4758/2023

26.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4758/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) 26.12.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1313/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 1 noyabr 1997-ci il tarixli 32 nömrəli qərarı ilə Beyləqan rayonun Şərq qəsəbəsi ərazisindən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 7,61 ha pay torpaq sahəsi verilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, Reyestr nömrəsi **********95 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışdan görünür ki, İddiaçı və onun ailə üzvlərinin 3,0165 ha torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışdan görünür ki, İddiaçı və onun ailə üzvlərinin 4.5907 ha torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2020-ci il tarixli, 29993 saylı rəyindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə məxsus Beyləqan rayonunu Şərq qəsəbəsində yerləşən Beyləqan rayon X4 1 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203, Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 7,61 ha pay torpaq sahəsinin 1,30 ha hissəsi cavabdeh X5 tərəfindən istifadə olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktlar ı a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayonunun Şərq qəsəbəsində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini özbaşına olaraq zəbt etməkdə davam edən cavabdeh- X1 torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 1 noyabr 1997-ci il tarixli 32 nömrəli qərar ı ilə ona və ailə üzvlərinə Beyləqan rayonun Şərq qəsəbəsi ərazisindən 7,61 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 3,0165 hissəsi bir ərazidə, digər 4,5907 ha hissəsi isə başqa ərazidə yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışa əsasən 4.5907 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin torpaq sahəsinin bir hissəsini əvvəllər X5 torpağı zəbt edərək istifadə etmişdir. Sonradan isə Nəsimi Maqsudov rəhmətə getmiş və həmin vaxtdan da həmin torpaq sahəsindən onu n bacısı cavabdeh X3 özbaşına olaraq zəbt edərək istifadə edir. Torpaq sahəsinin boşaldılması üçün cavabdeh X2 etdiyi müraciətlərin və təkliflərin heç bir nəticəsi olmamışdur. Belə ki, cavabdeh- X3 torpaq sahəsindən könüllü olaraq çıxmır və torpaq sahəsindən sərbəst surətdə istifadə etmələrinə imkan vermir. Buna görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir.

7. Beyləqan Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 22 may 2023-cü il tarixli 2(020)-693/2023 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia təmin edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbinin əsaslılığı iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiq olunduğundan iddia təmin edilməli, iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında D aşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********8 olan, Reyestr nömrəsi ********** 94 olan, Qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 4.5907 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi hissəsindən cavabdeh X3 çıxarılmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrinə, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən cavabdeh X3 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-1313/2023 nömrəli iş üzrə 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tale Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2020-ci il tarixli, 29993 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzvlərinə məxsus Beyləqan rayonunu Şərq qəsəbəsində yerləşən Beyləqan rayon X4 1 noyabr 1997-ci il tarixli 32 saylı qərarı ilə JN 203, Kod 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 7,61 ha pay torpaq sahəsinin 1,30 ha hissəsi cavabdeh X5 tərəfindən istifadə olunur. İşin hallarından müəyyən olunur ki, Nəsimi Maqsudov vəfat etdikdən sonra həmin torpaq sahəsi onun bacısı yəni cavabdeh X3 tərəfindən istifadə olunur. Cavabdeh istifadə etdiyi torpaq sahəsinə dair hər hansı bir hüquq müəyyən edən sənəd təqdim etmir. Hətta apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi və vəkilinin məhkəmənin “sizin mübahisəli torpaq sahəsinə iddianızın əsasını təşkil edən hüquqverici sənəd iniz varmı” sualına təmsil etdiyi şəxsin istifadə etdiyi torpaq sahəsinə hüquqverici sənədin olmadığını bildirməsi, ona dəlalət edir ki, cavabdehin mübahisəli torpaq sahəsindən istifadəsi qanunsuzdur və bu iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaratmaqla, onun qanunla qorunan hüquqlarını və mənafeyi pozur. Bu isə onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayəti heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur.

14. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Kassasiya şikayət inin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnaməsinin qəbul edilməsi vaxtı iddiaçı - İddiaçı və onun ailə üzvlərinə məxsus və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Reyestr nömrəsi **********94 olan, qeydiyyat nömrəsi **********8 olan və qeydiyyat tarixi xx.xx.2020-ci il olan Reyestrdən çıxarışa əsasən verilmiş pay torpaq sahəsinin planı və ölçüsü sənədinə baxış keçirilməmiş və bu barədə olan koordinatlarla bağlı məsələ məhkəmə tərəfindən araşdırılmamışdır. Axı – İddiaçı və onun ailə üzvlərinə məxsus və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Reyestr nömrəsi **********94 olan, qeydiyyat nömrəsi **********8 olan və qeydiyyat tarixi xx.xx.2020-ci il olan Reyestrdən çıxarışa əsasən verilmiş pay torpaq sahəsinə kassatora və “Sadiq” kəndli fermer təsərrüfatının digər üzvlərinə Azərbaycan Respublikasının Prezidenti X6 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının tələbləri əsasən koordinatları yenidən işlənilmiş və həmin koordinatlar hal-hazırda iddiaçıya məxsus deyildir.

17. Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi vaxtı Azərbaycan Respu blikası MPM-nın 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şəraitin yaradılması üçün tam və obyektiv araşdırılma aparılmamışdır.

18. Apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən məhkəmə prosesində kassatorun iştirakı təmin olunmamış və iş üzrə araşdırma və ədalət mühakiməsi faktlar əsasında həyata keçirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət h üququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

25. Maddə 48.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir.

26. Maddə 152.5. Mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

28. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi;

29. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yo xlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassator bildirir ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə kassatora məlumat verilmiş xx.xx.2023-cü il tarixli məhkəmə iclası barədə yazılı bildiriş gön dərilmiş və bildiriş 08.0.2023-cü il tarixdə cavabdehə çatdırılmışdır. Belə olan halda onun məhkəmə iclasları barədə məlumatlandırılmaması barədə dəlillər əsassız hesab olunur.

44. Digər tərəfdən qeyd edilməlidir ki, mülkiyyətin müdafiəsini təmin edən 157-ci maddəsinin mənasından göründüyü kimi, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin müəyyən olunması zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması, cavabdehin əşyaya sahibliyinin qanunsuz olması.

45. Mübahisə predmeti daşınmaz əşyadır. Belə əşyalar üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdehin torpaq sahəsi üzərində hüququnun qeydə alınması ilə bağlı hər hansı sübuta malik deyil, lakin iddiaçı məhz daşınmaz əmlakın dövlət reyestr ində qeydə alınmış hüququndan çıxış edərək hazırkı tələbini irəli sürmüşdür.

46. Mülki prosessual qanunvericiliyə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşd ırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1313/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar