Məhkəmə qərarları › İş №2(102)-4759/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4759/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4759/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1 və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.03.2020-ci il tarixli, 2(103)****/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim B.Qasımov) 18.11.2019-cu il tarixli, 2(007)-****/201 9 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova, V.Həsənov, X.Sarıyev) 12.03.2020-ci il tarixli, 2(103)-****/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.11.2019-cu il tarixli, 2(007)-****/2019 saylı qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.03.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan borc götürüb qaytarmadığı 3000 manat pulun alınıb ona q aytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan borc götürüb qaytarmadığı 2800 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə kollegiyası işin hallarını araşdırmamış, aydınlaşdırmamışdır ki, cavabdeh və V1 eyni adamlardır. X1 cəmiyyət arasında işlənən adı, cavabdeh isə şəxsiyyət vəsiqəsində olan adıdır. Həmçinin məhkəmə nəzərə almamışdır ki, Ş1 məhkəmədə izahat verərək göstərmişdir ki, o, iddiaçıdan pul almamışdır. Pulun iddiaçıdan alınar aq ona verilməsini sonradan bilmişdir. Birinci instansiya məhkəməsi şahid Ş1 izahatı və surəti təqdim olunmuş ərizəsinin arasında olan ziddiyyəti araşdırmadan sübut kimi hüquqi qiymət vermişdir. Beləliklə, apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının **.**.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1 -ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı və cavabdeh arasında borc müqaviləsinin olması müəyyən edilməmiş və iddiaçı bu barədə nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiya hər hansı bir tutarlı sübut təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş İddiaçı şikayəti əsasında Nizami RPİ 24-cü Polis şöbəsində toplanılmış materialdan da görünür ki, onun müraciətində heç bir inzibati xəta tərkibi olmadığından məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Həmçinin materiallarda tərəflərin izahatları barədə heç bir məlumat da qeyd edilməmişdir, halbuki iddiaçı iddia ərizəsində və məhkəmə iclasında cavabdehin izahat verərək borcunu etiraf etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini sübut edə bilməmiş və bu fakt öz təsdiqini tapmamışdır. Belə olan halda apelyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdehə pul verilməsini və bunun müqabilində borcun yaranmasını sübut edən hər-hansı bir tutarlı sübut təqdim etmədiyindən iddia tələbi təmin edilə bilməz. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə mü nasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasında kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilir ki, həqiqətən də iş materiallarında iddiaçının cavabdehə pul verilməsini və bunun müqabilində borcun yaranmasını sübut edən hər-hansı bir tutarlı sübut mövcud deyildir. İddiaçı iddia tələbini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən həmçinin apelyasiya kollegiyasının hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəmə sinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.03.2020-ci il tarixli, 2(103)-****/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar