Məhkəmə qərarları › İş №2(102)-4762/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4762/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4762/2020 14.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC-nin verdiyi kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdeh “x” şirkətinə və q. qarşı kredit müqaviləsi üzrə borcun tutulması və sair tələbinə dair iddiası qismən təmin edilmiş, cəmi 671.245,53 (altı yüz yetmiş bir min iki yüz qırx beş manat, əlli üç qəpik) manat məbləğində pulun tutulm ası qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 mart 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 yanvar2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iş üzrə İddiaçı ASC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 20 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı ASC-ninvə vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmiş, şikayətə baxılması 01 dekabr 2020-ci il tarixinə təyin edilmişdir. Bundan sonra, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Qeyd edilən hala əsasən Bakı Apellyasiya Məhkəməsi 07 sentyabr 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 409-cu maddəsinin tələblərinə riayət edilməsi məqsədilə işi apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya şikayətinin icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 20 avqust 2020-ci il tarixli qərardadı ləğv edilməli, kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-409, 417-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 20 avqust 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 mart 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar