Məhkəmə qərarları › İş №2(102)-4762/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4762/2022

05.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4762/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(105)925/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı2 və X12 ər-arvad, Cavabdeh1 onların övladı, Cavabdeh2 isə keçmiş gəlinləridir.

2. Cavabdeh1 və Cavabdeh2 arasında 09 oktyabr 1999-cu il tarixdə bağlanılmış nikah Ağdam Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

3. Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,18 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X6 anası X5 məxsus olmuşdur.

4. X7 17 fevral 1978-ci ildə ölmüşdür. Bundan sonra həmin evdə X12 ailə üzvləri ilə birgə yaşamışlar.

5. Orucova Bibixanım Əİ əskər qızına məxsus olmuş yaşayış evi yararsız vəziyyətə düşdüyündən, 2010-cu ildə İddiaçı1 tərəfindən inşa edilmişdir.

6. Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,18 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82,0 kv.m olan fərdi yaşayış evi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ 29 iyun 2017-ci il tarixdə, İddiaçı1 tam mülkiyyət hüququ isə 11 iyul 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 06 saylı qərarı əsasında verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN1032F KOD30319018 saylı şəhadətnamənin, Cavabdeh1 ilə İddiaçı1 arasında 04 iyul 2017-ci il tarixdə bağlanmış daşınmaz əml akın bağışlanması müqaviləsinin və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli 11 iyul 2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən törədilən qanunsuz maneələrin aradan qaldırılması və onların Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

9. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu, İ Nügədi kəndi, Cəfər Cabbarlı küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi əvvəllər X3 mülkiyyətində olmuş, sonuncunun ölümündən sonra ev İddiaçı1 miras qalmışdır. X8 vəfat edərkən 1973-cü ildə anadan olmuş Cavabdeh1 5 yaşı olmuşdur. İddiaçıy a məlum olmayan səbəblərə görə təsərrüfat başına kitabında anasının adı mötərizəyə alınaraq üzərində Cavabdeh1 yazılmışdır. İddiaçı1 əri İddiaçı2 ilə birlikdə anasından qalan evdə daimi yaşamış, evin istismar müddətini başa vurduğundan və müasir tələblərə cavab vermədiyindən sökülərək, icazə sənədləri əsasında yeni yaşayış evi tikilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 09 oktyabr 1999-cu il tarixdə ailə qurmuş, iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 21 saylı evdə yerləşən 4 və 5 saylı mənzilə köçürüb, orada yaşamış, onların maddi köməyi ilə Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, 917 C məhəllədə "xxxx" MTK tərəfindən inşa edilən 1 nömrəli binanın 4 nömrəli mənzilinə dair 15 iyul 2004-cü il tarixdə müqavilə bağlamış, mənzil hazır olduqda n sonra Cavadxan küçəsindəki mənzilləri satıb kooperativ mənzilin pulunu tam ödəmiş və mənzilə köçüb orada yaşamışlar. 08 iyul 2017-ci ildə Cavabdeh2 Cavabdeh1 boşanıb, ailə münasibətlərinə son qoymasına baxmayaraq İddiaçı1 Bakıda olarkən, onların evdə olmamasından istifadə edərək Cavabdeh1 adına sənədləşdirilmiş ünvan 1 ünvanındakı evin pəncərəsini sındırıb evi zəbt etmişdir. Cavabdehlər həmin torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi üzərində iddiaçıların istifadə hüquqları olmasına baxmayaraq, həmin evdə yaşamaqla istifadə etməklərinə maneçilik törətmiş, onları həmin evə buraxmayaraq istifadə hüquqlarını kobud surətdə pozmuş, onlara ziyan vuraraq, evi və evdə olan əmlaklarını qəsdən dağıdıb məhv etmişlər. Cavabdehlər heç bir qanuni əsas olmadan yuxarıda qeyd edilən qanunsuz əməllərə yol verməklə onları fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə daxil olmağa imkan vermir və həmin fərdi yaşayış evi və torpaq sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə qanunsuz və əsassız olaraq maneələr yaradırlar.

10. Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 nömrəli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən qanunsuz maneələrin aradan qaldırılması, idd iaçılar İddiaçı1 və İddiaçı2 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların mübahisəli evə istifadə hüquqları 2000-ci ildən əvvəl yaranmış, sonradan hüquq münasibətləri dəyişsə də, iddiaçıların qeyd edilən mənzildən istifadə hüquqlarının itirilməsinə əsas olan hal baş verməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçılar İddiaçı1 (xx.xx.1954-cü il təvəllüdlü) və İddiaçı2 (xx.xx.1944-cü il təvəllüdlü) qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çataraq əmək qabiliyy ətlərinin olmaması, eləcə də hazırda mübahisələndirilən evin iddiaçılar tərəfindən tikilməsi və həmin evdə iddiaçıların yaşaması, cavabdehlərin 2017-ci ilə qədər qeyd edilən evdə yaşamaması və mülkiyyət hüquqlarının da 2017-ci il tarixdə yaranması, cavabdeh, eyni zamanda mülkiyyətçi Cavabdeh1 halhazırda valideynlərinin mübahisəli evə köçüb yaşamalarına etiraz etməməsi müəyyən edilmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci, Ailə Məcəlləsinin 82.1-ci, “Sosial müavinətlər haqqında” Qanununun 1.0.2-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasi ya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(105)-647/2021 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovun və G.F.Tağızadənin iştirakı ilə) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin olunmaması qət edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən qanunsuz maneələrin aradan qaldırılması və onların Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etdiklərini göstərmişdir. Lakin iş ma teriallarında İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi yoxdur.

17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəyə minmiş 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 iddia tələbi ona görə rədd edilmişdir ki, İddiaçı1 X2 ünvan 2 ünvanda yaşayış evinin və həyətyanı torpaq sahəsinin miras qalmasına və həmin əmlakın idarə etməsinə dair heç bir sübut təqdim etməmiş, mərhum anası B.Orucovanın vəfat edənə qədər yaşadığı mübahisəli evin yararsız olduğundan, onun ərizəsinə əsasən sökülərək yenisi ilə əvəz edilmiş və həmin əmlak miras kütləsinə daxil olsa belə, artıq həmin əmlak sökülərək yerində yeni yaşayış evi tikildiyindən, qeyd edilən yeni yaşayış evinə miras əmlak kimi ilkin iddiaçının, yəni İd diaçı1 hər hansı hüququ tanına bilməz. Həmin iş üzrə məhkəmə həmçinin qeyd etmişdir ki, kolxoz və sovxoz təsərrüfatının hesabında olan əmlaklar, həmin təsərrüfatbaşına kitabda konkret göstərilir. Həmin əmlaklar vərəsəlik qaydasında yalnız təsərrüfatın üzvlərinə (yalnız təsərrüfatbaşına kitabda göstərilən şəxslərə) ardıcıllıqla keçir. İddiaçı1 mərhum B.Orucovanın 1977-1979-cu illərdə təsərrüfat üzvü olmadığından, sonuncudan miras qalmış əmlak olsa belə, ona vərəsəlik qaydasında keçə bilməzdi. Göstərilən halları nəzərə alan məhkəmə hesab etmişdir ki, İddiaçı1 X2 ünvan 2 ünvanda yaşayış evinin və həyətyanı torpaq sahəsinin miras qalmasına və həmin əmlakın idarə edilməsinə dair heç bir sübut təqdim etmədiyindən, daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktı mü əyyən edilə bilməz. Göründüyü kimi, İddiaçı1 ünvan 2 ünvanda yaşayış evi və həyətyanı torpaq sahəsindən istifadə etməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Belə olan halda, İddiaçı2 da həmin daşınmaz əmlaklardan istifadə hüququnun yaranması istisna edilir.

18. Cavabdeh1 adından Quba rayon Notariat Kontorunda 23 may 2017-ci il tarixdə verilmiş 8071 reyestr nömrəli etibarnamə əsasında İddiaçı2 mübahisəli fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini 04 iyul 2017-ci il tarixdə İddiaçı1 bağışlamış, bundan 3 ay sonra İddiaçı1 həmin daşınmaz əmlakları X1. Həmin sənədlər isə qanuni qüvvəyə minmiş qətnamələri ilə etibarsız hesab edilmişdir. Qeyd edilən hal iddiaçıların yaşayış sahəsinə ehtiyacı olmadığını bir daha təsdiq edir. c) Kassasiya instansiya mə hkəməsində birinci icraat

19. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(105)-647/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2(102)-481/2022 nömrəli qərarı ilə (hakim İ.K.Xəlilovun sədrliyi və məruzəsi ilə, M.T.Əhmədovanın və Ə.Ə.Əliyevin iştirakı ilə) iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(105)-647/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

21. Kassasiya instansiyası məhkəməsi ilk olaraq apellyasiya məhkəməsinin iddiaçıların iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizənin işdə olmaması ilə bağlı iradları ilə əlaqədar qeyd etmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mahiyyət etibarı ilə iddiaçıların iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrinin hansı səbəbdən işdə olub-olmamasından asılı olmayaraq iddiaçıların elə əvvəlcədən tələbləri istifadə hüquqları olan evdən və torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması və evə köçmə ilə bağlı olmuşdur. Yəni mahiyyət etibarı ilə tələbin məzmunu aydındır. Ona görə, belə dəqiqləşmənin iş materiallarında olubolmaması iddianın rədd edilməsi zamanı istifadə edilə bilən dəlil deyil.

22. Bundan başqa, apellyasiya məhkəməsi tələbləri rədd edərkən tərəflər arasında əvvəllər baxılan mülki mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarlarının hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsinə istinad etmişdir. Həmin məhkəmə mübahisələri aşağıdakılardır: a) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2018-ci il tarixli nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 adına verilmiş JN1032F KOD 30319018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi, İddiaçı1 mərhum anası X2 miras qalmış ünvan 3 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinə dair mirasın onun tərəfindən qəbul e dilməsi faktının, eləcə də, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi, Cavabdeh2 uşaqları X21, X19, X20 və X22 ilə birlikdə RX seriyalı, 099732 saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyət hüququ əsasında ona məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evindən çıxarılmalarına dair ilkin iddia tələbi rədd edilmiş, İddiaçı1 Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 06 saylı qərarı əsasında verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN1032F KOD30319018 saylı şəhadətnaməyə əsasən Cavabdeh1 ilə İddiaçı1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsə lələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. b) Quba Rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 cavabdehlər İddiaçı1 və X11 qarşı iddiası təmin edilmiş, cavabdeh İddiaçı1 ilə X14 arasında 25 oktyabr 2017-ci il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış reyestr AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX 11811436, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarış etibar sız hesab edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi hesab etmişdir ki, 1-ci mülki iş üzrə məhkəmə qərarları iddiaçıların evə istifadə hüquqlarının olmaması, itirilmiş hesab olunması üçün əsasdır, 2-ci iş isə iddiaçıların həmin yaşayış sahəsinə ehtiyaclarının olmaması, onların başqa yaşayış yerlərinin olması üçün preyudisial əhəmiyyət kəsb edir.

23. Apellyasiya məhkəməsinin qeyd olunan məsələ ilə bağlı mövqeyi ilə razılaşmayan kassasiya məhkəməsi göstərmişdir ki, 1-ci işdə ilk və qarşılıqlı iddia tələbləri var idi. İlk İddiaçı1 Cavabdeh1 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun əsasında verilmiş reyestr çıxarışın ın etibarsız hesab edilməsi, mərhum anası X2 miras qalmış ünvan 3 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinə dair mirasın onun tərəfindən qəbul edilməsi faktının, eləcə də, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi, Cavabdeh2 uşaqları X21, X19, X20 və X22 ilə birlikdə Quba rayonu, İ Nügədi kəndində yerləşən evindən çıxarılmalarını, qarşılıqlı iddiaçı isə İddiaçı1 Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 06 saylı qərarı əsasında verilmiş torpağın Mülkiyyətə verilməsinə dair JN1032F KOD30319018 saylı şəhadətnaməyə əsasən Cavabdeh1 ilə İddiaçı1 arasında 04 iyul 2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və İddiaçı1 Azərbaycan Respublikası Əm lak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab olunmasını tələb edirdi. Nəticə etibarı ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmişdir. Həmin işdə məhkəmələr müəyyən etmişlər ki, mübahisəli torpaq sahəsi Quba rayonu, İ Nügədi kənd sovetinin 1977-1979-cu illərə aid 6 nömrəli təsərrüfatbaşına kitabda 334 nömrəli təsərrüfatın başçısı X7 olmuş, onun şəxsi mülkiyyətində 1957-ci ildə tikilmiş fərdi yaşayış evi qeydə alınmış, o, 17 fevral 1979-cu ildə vəfat etmiş, bundan sonra təsərrüfat başçısı kimi Cavabdeh1 həmin təsərrüfatın başçısı olmuşdur. Torpaq islahatı da həyata keçirilərkən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış e vlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilirdi. Cavabdeh1 yaşının az olması təsərrüfat başçısı kimi qeydə alınmasını istisna etmir. O, təsərrüfata başçılıq etməklə həmin evdə yaşadığından, Quba rayonu ərazisində torpaq islahatı keçirilərkən onun istifadəsində olan əmlak da əvəzsiz olaraq Quba Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli qərarı ilə onun mülkiyyətinə verilmişdir. İlkin İddiaçı1 anası X2 ünvan 4 ünvanda yaşayış evinin və həyətyanı torpaq sahəsinin miras qalmasına və həmin əmlakın idarə edilməsinə dair heç bir sübut təqdim etməmişdir. Həmçinin, ilkin iddiaçı öz ərizəsində göstərir ki, mərhum anası B.Orucovanın vəfat edənə qədər yaşadığı mübahisəli evin yararsız olduğundan, onun ərizəsinə əsasən sökülərək yenisi ilə əvəz edilmişdir. Həmin əmlak miras kütləsinə daxil olsa belə, artıq həmin əmlak sökülərək yerində yeni yaşayış evi tikildiyindən, qeyd edilən yeni yaşayış evinə miras əmlak kimi ilkin iddiaçının hər hansı hüququ tanına bilməz. Qeyd edilmişdir ki, İddiaçı1 X2 ünvan 4 ünvanda yaşayış evinin və həyətyanı torpaq sahəsinin miras qalmasına və həmin əmlakın idarə edilməsinə dair heç bir sübut təqdim etmədiyindən, daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktı müəyyən edilə bilməz.

24. Göründüyü kimi, 1-ci işdə məhkəmələr mübahisəli əmlakların İddiaçı1 anası mərhum X4 miras əmlakı olub-olmaması və mirasın kimin tərəfində n qəbul edilməsi məsələsinə baxmış və ilk iddianı ona görə rədd etmişlər ki, torpaq sahəsinin və evin mərhum X4 miras əmlakı olması müəyyən edilməmişdir. Mübahisəyə belə yanaşma artıq ilk iddianın taleyini həll etmiş olurdu və həmin işdə mirasın faktiki olaraq qəbul edilibedilməməsi əhəmiyyət kəsb etmirdi. Çünki miras yoxdursa, onun heç bir formada qəbulundan söhbət gedə bilməzdi.

25. Hazırkı işdə isə tərəflər miras əmlakın taleyi ilə bağlı məsələni mübahisələndirmirlər. İddiaçılar mübahisəli evə istifadə hüquqları olduğu üçün ora köçürülmələrini və onların bu hüququna maneənin aradan qaldırılmasını tələb edirlər. Apellyasiya Məhkəməsinin hazırkı işdə preyudisial əhəmiyyətli qərar kimi 1-ci mülki işin materiallarına istinad etməsi əsassız olmuşdur. Çünki həmin işdə mübahisəli evə istifadə hüququnun itirilməsi ilə bağlı məsələ mübahisə predmeti olmamış, tərəflər mirasın qəbul edilib-edilməməsi məsələsini mübahisələndirmişlər ki, məhkəmələr həmin əmlakların miras əmlak olmaması qənaətinə gəlmişlər.

26. X3 ölümündən sonra İddiaçı1 orada yaşamaqda davam etmiş, onların müraciəti əsasında ev sökülərək onların vəsaiti hesabına yerində başqa ev inşa edilmişdir. Ahıl yaşında olan iddiaçıların mübahisəli evdə uzun illər yaşaması və hazırda da həmin kənddə yaşamaları işin mübahisəsiz hallarıdır. Fərdi evin iddiaçılar tərəfindən inşa edilməsini də qarşı tərəf mübahisələndirməmişdir. Əksinə, hələ 04 avqust 2017-ci il tarixdə Cavabdeh1 notarial qaydada ərizə verərək bildirmişdir ki, həmin evin tikintisinə onun tərəfindən bir manat da pul xərclənməmiş və heç vaxt anası və atasına qarşı tə ləbi və iddiası olmayacaqdır. Bu hal Quba rayon İcra Hakimiyyəti Başçısının İ Nügədi kənd İnzibati Dairəsi üzrə Nümayəndəliyinin arayışı və Aktı, X9 Aktı, notarial qaydada verilmiş ərizələr və evin tikintisini icra etmiş fəhlələrin iştirakı ilə tərtib olunmuş Aktla təsdiq olunur.

27. Kassasiya məhkəməsinin mövqeyinə görə məhkəmələr iddianın rədd edilməsi qənaətinə gəlməkdən ötrü müəyyən etməlidilər ki, ya iddiaçılar evə ümumiyyətlə istifadə hüququ əldə etməmişlər, ya da sonradan baş vermiş halla bağlı istifadə hüquqlarını itirmişlər. Bunların heç biri ilə bağlı Apellyasiya Məhkəməsi dəyərləndirmə aparmadan iddianı rədd etmişdir.

28. Lakin, apellyasiya məhkəməsinin 2-ci iş üzrə məhkəmə qətnaməsini sübut kimi dəyərləndirməsi belə qənaətə gəlməyə əsas verir ki, məhkəmə əslində iddiaçıların mübahisəli evə istifadə hüququ qazanmalarını qəbul edir və hesab edir ki, onların həmin evə ehtiyacları aradan qalxdığı üçün həmin hüquqları itirmişlər. Çünki, apellyasiya məhkəməsi yuxarıda qeyd olunan 2-ci mülki iş üzrə məhkəmə qərarına istinad edərək hesab etmişdir ki, iddiaçıların həmin yaşayış sahəsinə ehtiyaclarının olmaması, onların başqa yaşayış yerlərinin olması həmin mülki iş üzrə məhkəmə qərarı ilə sübut olunur.

29. Kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi preyudisiallıqla bağlı məsələni düzgün tətbiq etməmişdir. Əvvəla, şəxsin öz mülkiyyətində olan əmlakını başqasına satması o demək deyil ki, şəxsin başqa yaşayış yeri var və yaşayış yerinə ehtiyacı yoxdur. Həmin evin satılması başqa yaşayış yerinin əldə edilməsi məqsədi ilə də həyata keçirilə bilərdi. Bundan başqa, məhkəmə həmin mülki işi öyrəndikdən sonra öz qənaətini formalaşdırmalı və əldə etdiyi sübutları MPM-nin 88-ci maddəsinə uyğun olaraq dəyərləndirməli idi. Tərəflər arasında mübahisə başlamamışdan əvvəl (2017-ci ildə) mübahisəli torpaq sahəsi və ev İddiaçı1 mülkiyyətində olmuş, mübahisə başlayan ərəfədə İddiaçı1 əmlakları X1. Sonradan 1-ci mülki iş üzrə məhkəmə qərarları qəbul edildikdən sonra 2-ci mübahisə yolu ilə həmin alqı-satqı etibarsız hesab olunmuşdur. Əslində, İddiaçı1 əmlakı başqasına satması daha çox tərəflər arasında başlanmış əmlak mübahisəsindən qaçmaq olmuşdur. Ona görə həmin iş üzrə qətnamənin iddiaçıların evə ehtiyaclarının aradan qalxmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilməsi əsassızdır.

30. Bundan başqa, kassasiya məhkəməsi qeyd etmişdir ki, Ağdam Rayon Mə hkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh1 arasında olan 09 oktyabr 1999-cu il tarixdə Bakı şəhər Səadət Sarayında 1399 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Həmin qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Quba rayonu, Birinci Nügədi kəndi fərdi yaşayış evi və torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ 29 iyun 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, Cavabdeh1 mülkiyyət hüququ nikah pozulduqdan sonra yaranmış və tərəflər arasında əmlak mübahisəsi olmamışdır. Keçən müddət ərzində də həmin əmlakın bölgüsü nün aparılmasına dair sübutlar təqdim edilməmişdir. Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək atası İddiaçı2 və anası İddiaçı1 onlar tərəfindən yenidən tikilmiş, uzun illər yaşadıqları evə köçürülməsinə etiraz etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o Cəmillə birlikdə həmin evdə yaşayır, iddiaçılarla barışması mümkün deyildir, ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya məhkəməsində işə yenidən baxılarkən X13 mübahisəli evə dair hər hansı hüququnun olması ilə bağlı məsələ də araşdırılaraq onun iddiaya cavab verməli şəxs olub-olmaması, onun iddiaya et irazının əsaslı olub-olmaması məsələsinə də qiymət verilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(105)-925/2022 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevin və Z.T.Məmmədovun iştirakı ilə) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Apellyasiya məhkəməsi ikinci apellyasiya baxışı nəticəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, apellyasiya şikayətinin dəlilləri ilə bağlı göstərmişdir ki, apellyantlar dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişlər. Eyni zamanda Cavabdeh2 digər cavabdehlə aralarında olan nikah pozulduğu halda, cavabdehlə həmin evdə uşaqları ilə birlikdə yaşaması və uşaqların həmin kənddə yerləşən məktəbdə təhsil almasını bildirsə də, təqdim edilmiş Quba rayon Təhsil Şöbəsi Zəki Kərimov adına İ Nügədi 1 saylı tam orta məktəbinin 22 aprel 2022-ci il tarixli, 23 saylı arayışından görünür ki, X19, X22 və X20 2017-ci ilə qədər bu məktəbdə oxumuş, 2017, 2018, 2019-cu illərdə məktəbin şagirdləri olmuş, hal-hazırda bu məktəbdə oxumurlar. Həmçinin cavabdeh məhkəmə kollegiyasının iclasında uşaqların Bakı şəhəri 135 saylı orta məktəbdə təhsil aldığını bildirmişdir. Bununla da Cavabdeh2 qeyd edilən fərdi yaşayış evində yaşamaması müəyyən edilir.

33. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qeyd edilən fərdi yaşayış evində yaşamasa da, iddiaçıların evdə yaşamasına maneə yaratması iş materialları ilə təsdiqini tapır.

34. Məhkəmə apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirmiş və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

35. Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(105)-925/2022 nömrəli qətnaməsinin l əğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, “İnsan Hüquqları və X10 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəlləni 152, 228.4-ci, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci, Mülki Prosessual Məcəllənin 77, 88-ci maddələrinin tələbləri pozulmuşdur.

37. Belə ki, iddiaçılar Cavabdeh1 valideynləri olsalar da, onlar heç vaxt bir yerdə yaşayıb birgə təsərrüfat idarə etməmiş, mülkiyyətçi tərəfindən həmin evə ailə üzvü qismində köçürülməmişlər. Konkret halda mənzilin hazırki mülkiyyətçisi olan Cavabdeh1 iddiaçıları n bu evə köçürülmələrinə razı olmamış və bu səbəbdən də tərəflər arasında uzun müddətdir ki, mübahisələr davam etmişdir. Digər tərəfdən ilk fürsətdəcə iddiaçılar köçürülmək istədikləri mübahisəli fərdi evi özününkiləşdirməklə satmış, başqa şəxsin mülkiyyətinə vermişlər, bununla da həmin evə ehtiyaclarının olmadığını və evi bütünlüklə ələ keçirmək niyyətində olduqlarını sübuta yetirmişlər. Lakin bu halların əvvəlki məhkəmə aktları ilə təsdiq edilməsinə, iddiaçıların hazırki iddia tələblərinin hüquqi əsasının olmamasına, başqa məhkəmə aktları ilə onların artıq vətəndaşın şəxsi mülkiyyətində olan evə istifadə hüquqlarının tanınmamasına və əksinə bu evi başqa şəxsin mülkiyyətinə verməklə bütün hüquqlardan könüllü surətdə imtina etmələrinə, hətta ehtimal olunan hüquqlarına belə özləri tərəfində n xitam verilməsinə baxmayaraq məhkəmə hazırki mübahisəyə tətbiq edilməli olmayan maddi normaya istinad etməklə qiymət vermiş və tətbiq etdiyi maddi normanı – 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-54-cü maddələrini düzgün təfsir etməmişdir.

38. Kassator qeyd etmişdir ki, qətnamədə guya mülkiyyətçi olan Cavabdeh1 valideynlərinin mübahisəli evə köçüb yaşamalarına etiraz etməməsi müəyyən edilmişdir. Halbuki Cavabdeh1 məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsində iddianın etirafı ilə bağlı verdiyi ərizəsinə aydınlıq gətirmiş və sonradan notarial qaydada ərizə verərək həmin ərizəsinin nəzərə alınmamasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

39. Qanuni qüvvəsini almış məhkə mə aktları ilə iddiaçıların Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə hüquqları tanınmamış, əksinə İddiaçı1 vaxtı ilə miras əmlak kütləsinə daxil olan evin faktiki olaraq onun tərəfindən qəbul edilməməsi faktı təsdiq olunmuşdur. Lakin məhkəmə iddiaçıların bu evə hər hansı bir istifadə hüquqlarının yaranmasını təsdiqləyən məhkəmə qətnamələrinin olmamasına və onların mülkiyyətçi tərəfindən bu evə köçürülməmələrinə, mülkiyyətçi ilə birgə yaşayaraq birgə təsərrüfat idarə etməmələrinə, əksinə iddiaçıların mülkiyyətçinin hüquqlarına zidd gedərək evə qanunsuz olaraq mülkiyyət hüququ əldə etməklə özgəninkiləşdirmələrinə, bununla da həmin evə ehtiyaclarının olmadığını və həmin ev üzərində ehtimal etdikləri bütün hüquqlarından könüllü surətdə imtina etdiklərini nümayiş etdirmələrinə baxmayara q məhkəmə tətbiq edilməli olmayan maddi normalara istinad etmiş, guya cavabdehlər tərəfindən iddiaçıların “olmayan” istifadə hüquqlarına maneələrin yaradılması nəticəsinə gəlməklə qanunsuz, əsassız və cavabdehin mülkiyyət hüquqlarını pozan qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehin bütün hüquqlardan üstün hüquq olan mülkiyyət hüquqlarına təminat verməmişdir.

40. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

41. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinə etiraz edərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.

42. Etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və göstərilmişdir ki, apellyasiya məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Kassasiya baxışının hədləri:

43. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması əd alətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

44. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bi lər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

46. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun y aşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlid ir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən ma ddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

50. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, mübah isələndirilən fərdi yaşayış evi cavabdehin xüsusi mülkiyyətində olsa da, apellyasiya məhkəməsi əsaslı olaraq 01 oktyabr 2009-cü il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarını tətbiq edərək, iddiaçıların həmin evə köçürülməsinə dair qətnamə qəbul etmişdir. Belə ki, mübahisəli evin İddiaçı1 anasına məxsus olması, sonuncunun 1978-ci ildə vəfatından sonra iddiaçıların həmin evdə yaşamaqla, istifadələrində olması apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallardır. Odur ki, apellyasiya məhkəməsi əsaslı olaraq göstərmişdir ki, iddiaçıların mübahisəli evə istifadə hüquqları yaranmış və onların bu hüquqların itirilməsinə dair dəlillər cavabdeh tərəfindən təqdim olunmamışdır.

51. Həmçinin tərəflər arasında əvvəllər olmuş məhkəmə mübahisələri üzrə qəbul edilmiş məhkəmə aktlarının hazırki işə preyudisial əhəmiyyətə malik olub-olmamasına dair kassasiya məhkəməsinin əvvəlki icraatındakı qərarda mövqe qoyulmuş (hazırki qərarın 23-25-ci və 28-29-cü bəndləri), apellyasiya məhkəməsinin hazırda şikayət verilən qətnaməsi həmin mövqeyə uyğun olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə həmin mövqeyi təkrarlamağa zəruri hesab etmir.

52. Cavabdehin mülkiyyət hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlili ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir neçə Qərarlarında izah etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. (“R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarı)

53. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azə rbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarix li Qərarları).

54. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 26 aprel 2022-ci il tarixli, 2(105)-925/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar