Məhkəmə qərarları › İş №2(102)-4764/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4764/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4764/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının **.**.2020-ci il tarixli, 2(103)*****/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim A.Qasımov) 21.06.2018-ci il tarixli, 2(008)-*****/2018 nömrəli qiy abi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 2017-ci ildə istehlak olunmuş təbii qaz enerjisinə görə 2545.5 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun İddiaçı İB-nin tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim S.Talıbov) 21.08.2019-cu il tarixli, 2(008)-*****/2020 nömrəli qərardadı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim A.Qasımov) 21.06.2018-ci il tarixli, 2(008)-*****/2018 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim S.Talıbov) 30.12.2019-cu il tarixli, 2(008)-*****/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “təbii X1nın pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi” tələb inə dair iddiası qismən təmin edilərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə və təbii X1nı pozduğuna görə yaranmış 2270.3 manat məbləğində dəymiş ziyanın əvəzinin tutularaq iddiaçının ARDNŞnin İddiaçı İB-nə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov, F.Babayev) 17.03.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin **.**.2019-cu il tarixli, 2(008)-*****/2020 nömrəli qətnaməsinin ləğv edilməsi. İş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının **.**.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti ve rmişdir. İşin halları: İddiaçı Cavabdeh X1 qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 təbii qazdan istifadəyə görə yaranmış 2545.5 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2575.5 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı vəkili Vəkil1 kasasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh X1 məhkəmə baxışlarında təbii qazdan istifadəyə görə vaxtlı-vaxtında pul öddədiyini bildirmişdir. Əgər məhkəmə işi hərtərəfli araşdırsa idi iddiaçı tərəfdən aktlar yazıld ığı tarixlərdə təbii qazdan istifadəyə görə nə qədər pul ödənildiyini, ümumiyyətlə pul ödəyibödəmədiyini araşdırar, müəyyən edərdi ki, cavabdeh X1 həmin tarixlərdə bir manat da olsa ödəniş etməmişdir. Həmçinin məhkəmə təqdim edilmiş fotoşəkillərə münasibət bildirməmiş, şahidlərin məhkəmədə izahatlarının alınmasını təmin etməmiş, qaz xəttinin üzərində qanunsuz istifadə əlamətlərinin olub-olmaması barədə ekspertiza təyin etməmişdir. Məhkəmə yalnız cavabdehin X1 fikirlərini əsas götürərək iddia tələbini təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdırsa idi, o zaman məlum olardı ki, 2016-ci ilin noyabr ayından 2018-ci ilin oktyabr ayınadək (24 ay) iddiaçı tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin məhkəmə qətnaməsində aktların tərtib edilməsində cavabde hin və hal şahidlərinin iştirakının olmadığı əsas götürülmüşdür. Bunula bağlı bildirilməlidir ki, istehlakçı ilə təchizatçı arasında münasibətləri tənzimləyən “X1”nda və X2 Qanunda akt tərtib edərkən hal şahidlərinin iştirakı nəzərdə tutulmamışdır. Həmçinin tərtib olunmuş aktlarda cavabdeh tərəfindən aktları imzalamaqdan imtina etməsi barədə müvafiq qeydlər aparılmışdır. Göründüyü kimi məhkəmə bunların heç birini araşdırmamış, düzgün maddi hüquq normalarını tətbiq etməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.03.2020-ci il tarixli, 2(103)-*****/2020 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iş tirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh X1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın rədd edilməsi qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmı şdır ki, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı (Təchizatçı) ilə Cavabdeh (İstehlakçı) arasında bağlanmış **.**.2013-cü il tarixli, **** saylı «Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə» müqavilədən görünür ki, «təchizatçı» istismarda olan qaz kəmərləri vasitəsi ilə fasiləsiz, normativ sənədlərin tələblərinə uyğun nominal təzyiqlə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödənilməsini öhdələrinə götürmüşlər. ** noyabr 2016-cı il tarixli, ******* saylı, 22 fevral 2017-ci il tarixli, ******* saylı, 27 mart 2017-ci il tarixli, ******* saylı, 19 aprel 2017-ci il tarixli, ******* saylı, 25 may 2017-ci il tarixli, ******* saylı, 09 iyun 2017-ci il tarixli, ******* saylı, 09 avqust 2017-ci il tarixli, ******* saylı, 02 oktyabr 2017-ci il tarixli, ******* saylı, 13 noyabr 2017-ci il tarixli, ******* saylı, 19 dekabr 2017-ci il tarixli, ******* saylı 17 yanvar 2018-ci il tarixli, ******* saylı, 23 fevral 2018-ci il tarixli, ******* saylı, 27 mart 2018-ci il tarixli, ******* saylı, 19 aprel 2018-ci il tarixli, ******* saylı, aktlardan görünür ki, Cavabdeh X1 qazdan istifadə qaydalarını pozaraq sayğacdan kənar xəttə qoşularaq qazdan istifadə etmişdir. Lakin, həmin aktlar cavabdeh tərəfindən imzalanmamışdır. ünvan1 ünvanda yerləşən fərdi yaşayış evinə Cavabdeh X1 adına açılmış ********** saylı abonent saldosundan görünür ki, abonentin 2270.30 manat məbləğində borcu var. Apelyasiya kollegiyası hesab etmişdir ki, iddia tələbini təmin edərkən birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Belə ki, iddia tələbini təmin edərkən cavabdeh tərəfindən sayğacdan kənar xətdən istifadə halı müəyyən olunmamışdır. İddiaçı iddia tələbində cavabdehin sayğacdan kənar xətdən istifadə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləməsinə, belə olan halda qaz sayğacının sonuncu tərəfindən istifadə olunan qazın həcmini tam şəkildə qeydə almamasına istinad etmişdir. Bununla bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, «X2» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyy ətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsm iləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Apelyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehin özünə məxsus evdə təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməsi barədə sübutları iddiaçı iş materiallarına əlavə etmədiyindən və ya məhkəmə kollegiyasına təqdim edilmədiyinə görə, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, göründüyü kimi, cavabdehə məxsus fərdi yaşayış evinə İddiaçınə məxsus təbii qaz xəttinə sayğacdan kənar qeyri-qanuni qoşulmanın olub-olmaması və qaz sərfiyyatına İddiaçınə hansı məbləğdə ziyanın vurulduğu sübut edilməmişdir. Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə (evlərinə) quraşdırılmış qaz sayğaclarının, eləcə də sayğaca və onun plombuna cavabdeh tərəfindən müdaxilə edilməsi barədə iddi açı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kasasiya şikayətində tərtib edilmiş aktlara istinad etsə də, iş materialları ilə həmin katların cavabdehin iştirakı ilə tərtib edilməsi, onun tərəfindən aktın bir nüsxəsinin qəbul edilməsi müəyyən edilmir. İddiaçı isə tələbinin əsası kimi digər hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apelyasiya kollegiyası iddianın təmin edilməməsi qənaətinə gələrkən maddi və prosessual hüquq normalarının tələblərinin pozuntusuna yol verilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbayc an Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.03.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar