Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4765/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X1 oğlu və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4765/20 (Açar sözlər: tikilinin sökülməsi ) 17.11.2020 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdeh X1 oğlu və qeyrilərinə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)7703/2020 nömrəli, 11 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh X1 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasın da açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri, X küçəsində yerləşən 300 kv.m torpaq sahəsi icarə müqaviləsi əsasında İddiaçı məxsus olmuşdur. Heç bir rəsmiləşmə aparılmadan iddiaçı həmin torpaq sahəsini istifadə etmək üçün cavabdeh X1 oğluna vermişdir. Müəyyən müddətdən sonra tərəflərin münasibəti pozulmuş və iddiaçı cavabdehin ona məxsus olan torpaq sahəsini boşaltmağı tələb edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, torpaq sahəsi bələdiyyə qərarı ilə iddiaçıya icarəyə verilmişdir. Lakin, bələdiyyənin belə bir səlahiyyəti yoxdur, çünki həmin torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X1 oğluna qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabde hin Bakı şəhəri, X küçəsində yerləşən 300 kv.m torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsi müvafiq bələdiyyənin qərarı ilə 20 il müddətinə icarə üçün ona ayrılmış, həmin torpaq sahəsini müvəqqəti istifadə etmək üçün cavabdehə vermiş, cavabdehə bütün kommunal xərclərini ödəməli olduğu halda onun elektrik enerjisindən və sudan istifadəyə görə borcu yaranmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(010)-707/2018 saylı qətnaməsi ilə (hakim C.Qədimov) iddia təmin edilərək cavabdeh X1 oğlunun Bakı şəhəri, X küçəsində yerləşən və icarə hüququ ilə İddiaçı aid olan 300 kv.m-lik torpaq sahəsindən çıxarılması qət edilmişdir. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 158.2, 158.1.2, 158.4, 700.1, 700.2-ci və Torpaq Məcəlləsinin 84.1, 103.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki 1-ci icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-T.Səmədov (sərlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) xx xxxxxx 2018-ci il tarixli, 2(103)-11068/18 nömrəli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsindəki 1-ci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakimlər İ.Dəmirov, A.İskəndərov və Ə.Əhmədov, iş No 2(102)-1726/19 saylı mülki iş) Bakı Apelyasiya instansiyası Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki işin yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edən kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən torpağın hüquqi statusu ilə bağlı cavabdehin dəlillərinə yenidən hüquqi qiymət verilməlidir. Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-E.Nəbiyev (sərlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) xx xxxx 2019-cu il tarixli, 2(103)-7703/19 nömrəli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instan siyası məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsinə münasibətdə hər hansı hüquqa malik olması halı təsdiq olunmadığından iddia təmin olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh X1 oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən torpaq sahəsi dövlət torpaq kateqoriyasına aiddiar. Bələdiyyə torpaqlarına heç bir aidiyyəti yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlmədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1.-ci və 700.2-ci maddələrinə əsasən, “İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur”, “İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, “Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası MM-nin 158.2-ci maddəsinə əsasən «Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər». Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Məcəllənin 158.4-cü maddəsinə əsasən «Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir». Azərbaycan Respublikası MM-nin 164.1 və 16 4.2-ci maddələrinə əsasən Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır, Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Bakı şəhəri, X küçəsində yerləşən 300 kv.m torpaq sahəsi İddiaçı ilə Bülbülə bələdiyyəsi arasında bağlanmış xx xxxxxxx 2004-cü il tarixli 15 nömrəli torpaq icarəsi müqaviləsi əsasında iddiaçının istifadəsindədir. Cavabdehin mübahisəli torpaq sahəsinə münasibətdə hər-hansısa hüquqa malik olması halı məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Cavabdehin dəlili onunla bağlıdır ki, iddiaçının icarəsinə torpaq sahəsi əsassız ver ilib, çünki həmin torpaq sahəsi dövlət fonduna aid torpaq sahəsidir, bələdiyyə fonduna aid deyil. Kasatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair qüvvədə olan icarə müqaviləsi var. Müvafiq səlahiyyətli orqanının-bələdiyyənin bağlamış olduğu müqaviləni qanunsuz hesab etməkdə cavabdeh səlahiyyətli deyil. Həmin müqaviləni məhkəmə qaydasında müvafiq icra hakimiyyəti orqanı irəli sürə bilər. Ona görə torpaq sahəsinin dövlət fondu torpaqlara aid olub-olmamasının aydınlaşdırılmasına zərurət olmamışdır. Çünki cavabdehin həmin torpaq sahəsi ilə heç bir hüquqi bağlılığı olmadığından belə aydınlaşdırmanın onun etirazı əsasında aparılması əsassızdır. Müvafiq dövlət orqanı torpaq sahəsinin onun səlahiyyətindən qanunsuz olar aq çıxması halında bununla bağlı məhkəmədə iddia irəli sürə bilər. İddiaçı ilə bağlanmış icarə müqaviləsinə əsasən torpaq sahəsinə onun istifadə hüquqları yarandığından cavabdehin torpaq sahəsindən çıxarılması tələbini təmin etməkdə Apelyasiya Məhkəmə haqlı olmuş və hüququn tətbiqində səhvə yol verməmişdir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7703/2020 nömrəli iş üzrə xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir v