Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4766/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh və X5 qarşı (üçüncü şəxs X8) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4766/2022 Açar sözlər: xüsusi təyinatlı mənzildən çıxarma. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh və X5 qarşı “mənzildən çıxarılma və mənzil in boşaldılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-678/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh (bundan sonra – cavabdeh) və X8 (bundan sonra – üçüncü şəxs) qardaşdırlar və Zəngilan rayonundan olan məcburi köçkündülər. 2. 2012-ci ildə Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Binəqədi Gənclər şəhərciyi” yaşayış kompleksindəki 10 saylı binada həmin şəxslərin istifadəsinə müvafiq olaraq 78 və 77 saylı iki otaqlı mənzillər verilmişdir.
3. Hal-hazırda ca vabdeh ailəsi ilə birlikdə 77 nömrəli mənzildə yaşayır.
4. Qeyd edilən bina dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin (bundan sonra – iddiaçı) balansındadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ailə üzvləri ilə birlikdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Binəqədi Gənclər şəhərciyi” yaşayış kompleksindəki 10 saylı binanın 77 nömrəli iki otaqlı mənzilindən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ailəsi ilə birlikdə ona verilmiş 78 nömrəli mənzildə deyil, X2 verilmiş 77 nö mrəli mənzildə yaşayır. 78 nömrəli mənzildə isə məcburi köçkün olmayan digər qardaş X9 yaşayır. Hazırda Bakı şəhərində yaşayan Cavabdeh isə Komitəyə müraciət edərək, məcburi köçkün olmayan qardaşının qanunsuz olaraq yaşadığı 78 nömrəli mənzilə deyil, cavabdehin yaşadığı 77 nömrəli mənzilə köçmək istəyir.
7. İddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə mübahisəli mənzillərin ayrılmasına dair sənədlərin üzərində düzəlişlər edilmiş surətlərini təqdim etmişdir
8. İşə baxılması zamanı şahid qismində dindirilmiş, Cavabdeh arvadı X6 ifadəsində 77 saylı mənzilin 2012-ci ildə onlara verildiyini, lakin həmin vaxtı uşaqlarının təhsili ilə əlaqədar həmin mənzilə köçə bilmədiklərini, hazırda həmin mənzilə köçmək istəsələr də, cavabdeh və ailə üzvləri orada yaşadıqlarından bunun mümkünsüz olduğ unu bildirmişdir.
9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-3278/2019 nömrəli iş üzrə 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Sadıqov) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddianın əsaslılığı və cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli 77 saylı mənzildə qanunsuz və özbaşına yaşaması sübut edilməmişdir
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 27.1, 152.5, 152.6, 158.1, 158.2, 158.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 106, 217.4-cü maddələrinə istinadla əsaslan dırmışdır.
12. X8 qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti onun hüquq və vəzifələrinə toxunması təsdiq edilmədiyinə görə geri qaytarılmışdır.
13. X8 yenidən eyni apellyasiya şikayətini məhkəməyə təqdim etmiş və məhkəmənin 10 yanvar 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti eyni əsasla yenidən geri qaytarılmışdır.
14. Bundan sonra X8 şikayət verərək məhkəmənin 25 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini və qətnamədən verdiyi apellyasiya şikayətinin apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin 14 yanvar 2020-ci il tarixli qərardadı ilə X1 qətnamədən verdiyi apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyas ı məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, qəbul edilmiş qətnamə X1 hüquq və vəzifələrinə toxunur. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) mümkünlük barədə 06 fevral 2020-ci il tarixli qərarı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 apellyasiya şikayətinə baxılması mümkün hesab edilmiş, həmçinin X12 cavabdeh qismində işə cəlb edilmişdir.
16. Apellyasiya baxışı zamanı işə baxılması 4 dəfə təxirə salınmış, hər dəfə iddiaçıya məktublar göndərilərək mübahisəli mənzillərin cavabdehə və üçüncü şəxsə məxsus olması barədə ətraflı arayışın veriməsi xahiş edilmişdir.
17. İddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirak etdiyi sonuncu, 27 iyul 2020-ci il tarixli məhkəmə iclasında qəbul edilmiş qətnamə ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək Cavabdeh, X3 azyaşlı uşağı X10 və X13 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksi, 10 nömrəli binanın iki otaqlı 77 nömrəli mənzilindən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir
18. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsi tərəfindən məcburi köçkünlərə mənzil verilməsi barədə jurnalın əslini nəzərdən keçirərək, müəyyən etmişdir ki, sözügedən binada 77 nömrəli iki otaq, üçüncü şəxs X2, həmin binada 78 nömrəli iki otaq isə cavabdeh v ə üçüncü şəxsin anası X4 verilmişdir. Lakin, 78 saylı mənzil mansard tipli olduğu üçün cavabdeh həmin mənzildə yaşamaqdan imtina etmişdir. 77 saylı otaq boş olduğundan cavabdeh orada ailəsi ilə birlikdə yaşayır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzilin verildiyi 2012-ci ildən cavabdeh ailə üzvləri ilə birlikdə qanunsuz olaraq mübahisəli 77 nömrəli mənzildə yaşayır. Üçüncü şəxs ona verilmiş 77 saylı mənzilə köçə bilməmişdir
20. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslı deyil və ləğv edilməlidir
21. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 91-ci maddəsinin 1 və 5-ci bəndlərinə, 98ci maddəsinin 1-ci bəndinə, Mülki Məcəlləni n 27.1, 152.5, 157.2, 158.4-cü maddələrinə, MPM-in 14.2, 77.1, 88, 106, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat
22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, cavabdehin vəsatətləri araşdırılmamış, zəruri şahidlərin dindirilməsi təmin edilməmiş, mənzilə baxış keçirilmədən qərəzli və əsassız qətnamə qəbul edilmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)467/2021 nömrəli iş üzrə 1 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: Abiddin Hüseynov – sədrlik edən və məruzəçi, Əhməd Nurməmmədov, Mehparə Əhmədova) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
25. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə X7 AR MPM 51.3-cü maddəsinin tələblərinə zidd olaraq iddiaçının iştirakı və razılığı olmadan cavabdeh kimi işə cəlb etmişdir.
26. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iş üzrə sonuncu apellyasiya baxışı iclası zamanı məhkəmə iddiaçının nümayəndəsinin təqdim etdiyi məcburi köçkünlərə mənzil verilməsi barədə jurnalın əslinə baxış keçirərək iddianın əsaslı olduğu barədə qənaətə gəlmişdir. Halbuki iddiaçının cavabdehin q anunsuz sahibliyində olduğunu iddia etdiyi mənzil daşınmaz əmlakdır. Mülki qanunvericilik belə əmlakların əldə edilməsi, sahiblik və istifadəyə verilməsi, qeydə alınması və özgəninkiləşdirilməsinin xüsusi qaydasını müəyyən etmişdir. Belə əmlaka sahibliyin qanuni olub-olmadığı barədə hal müvafiq əmlaka mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyənedici sənəd, səlahiyyyətli orqanın qərarı (orderi), yaxud əmlaka hüquqların yaranmasını təsdiq edən müqavilə (alqısatqı, bağışlama, istifadə, icarə, sosial kirayə və s) əsasında müəyyən edilə bilər. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri istifadəçilərə əvəzsiz istifadə müqavilələri, yaxud sahə mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Bu baxımdan hazırkı iş üzrə mübahisəli mənzilin cavabdehə deyil, üçüncü şəxsə verildiyi yuxarıda sadalanan sübutlar əsasında müəyyən edilə bilərdi.
27. Məhkəmə kollegiyası mövqeyini MM-in 157.2, Mənzil Məcəlləsinin 91.1.5, 98.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
28. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1433/2021 nömrəli, xx.xx.2021ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərardadından X8 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apellyasiya icraatından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə göndərilmişdir.
29. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-3278/2019 nömrəli qərardadı ilə (hakim: Habil Əhmədov) şikayət əsassız hesab edilərək apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3161/2021 nömrəli iş üzrə, 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır.
31. Abşeron Rayon Məhkəməsinin 2(012)-3278/2019 nömrəli 26 noyabr 2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsindən maraqlarına toxunan şəxs – X8 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
32. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(1 05)-678/2022 nömrəli iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Səyyad Qafari – sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Telman Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilmişdir.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzil balans saxlayıcı olan iddiaçı tərəfindən müqavilə əsasında üçüncü şəxs Zahid İsmayılova verildiyindən, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.
34. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdehlər mübahisəli mənzildə heç bir hüquqi əsas olmadan yaşayırlar.
35. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, MM-in 157.2 və 157.4-cü maddələrinə istinad etmi şdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, qərəzli və əsassız qətnamə qəbul edilmişdir.
38. Kassator şikayətini MM-in 21, 152.5, 152.6, 158-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)
39. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. M addə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
41. Maddə 91.1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir.
42. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
44. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində i rəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya ins tansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
55. Əvvəla, kolegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Ona görə işin faktiki hallarının ətraflı araşdırılmaması ilə bağlı dəlillər əsaslı deyil.
56. Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh və X8 doğma qardaş olmaqla Zəngilan rayonundan məcburi köçkündülər. 2012-ci ildə Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Binəqədi Gən clər şəhərciyi” yaşayış kompleksindəki 10 saylı binada həmin şəxslərin istifadəsinə müvafiq olaraq 78 və 77 saylı iki otaqlı mənzillər verilmişdir. Cavabdeh qardaşına verilmiş 77 saylı mənzildə məskunlaşmışdır. Hazırda qardaşı X8 onun ailəsi ilə birlikdə mənzili tərk etməsini tələb edir(o prosesə müstəqil tələb irəli sürən maraqlı şəxs kimi qoşulmuşdur).
57. Apelyasiya Məhkəməsi eyni zamanda müəyyən etmişdir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Binəqədi Gənclər şəhərciyi” yaşayış kompleksindəki 10 saylı binanın 77 və 78 nömrəli mənzilləri Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansındadır. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi ilə X8 arasında bağlanmış 12 fevral 2021-ci il tarixli 10/77 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Binəqədi Gənclər şəhərciyi” yaşayış kompleksindəki 10 saylı binanın 77 nömrəli 84 kv.m. olan iki otaqlı mənzili X2 verilmişdir. Cavabdehlərin həmin mənzildə məskunlaşmaları üçün heç bir hüquqi əsaslar müəyyən edilməmişdir.
58. Ona görə işə baxan Apelyasia məhkəməsi mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarını rəhbər tutmaqla iddianı təmin etmişdir.
59. Mülki Məcəllənin 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
60. Mənzil Məcəlləsinin 91.1.5. maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sah ələrinə aiddir.
61. İddiaçı mülkiyyətçidir və mənzilin boşaldılmasını tələb etməkdə haqlıdır. Eyni zamanda müstəqil tələb irəli sürən şəxs mənzilin mülkiyyətçisi olmasa da, onunla mənzilin istifadəsinə dair müqavilə bağlandığından Mülki Məcəllənin 158.4. maddəsinə əsasən onun da hüquqları qorunmalıdır. Beləki, həmin normaya görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
62. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-678/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.