Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4767/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı, vəkili Vnun və cavabdeh X12 vəkili Rnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)10290/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) xx.xx.2018-ci il tarix li, 2(005)-117/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 Liseyinə və X17 qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, F.Babayev, E.Həsənov) xx.xx.2018-ci il tarixli, 2(103)-12478/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-117/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X34 prospekti 3 saylı taksimotor parkının yanında yerləşən 0.0375 ha torpaq sahəsinin naturada Cavabdeh2 Liseyinin faktiki istifadəsində olan idman meydançasının yerləşdiyi 256 kv.m torpaq sahəsi ilə üst-üstə düşən hissəsində (idman meydançasında) olan tikililərin sökülməsi və həmin torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq İddiaçı qaytarılması, ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatlarının dəyəri 200 manatın cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Q.Allahverdiyev, İ.Xələfov, Ə.Şadiyev) xx.xx.2019-cu il tarixli, 2(102)-3407/2019 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin təmin edilməməsi, cavabdeh X27 tərəfindən v erilmiş kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-12478/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Kərimli, X.Cəmilova, İ.Xəlilov) xx.xx.2019-cu il tarixli, 2(103)-10290/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-117/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Ca vabdeh2 Liseyinə və X17 qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan torpaq sahəsində tikilmiş tikilinin özbaşına tikili sayılaraq cavabdehlərin hesabına sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin tikinti materiallarından boşaldılaraq ona qaytarılması, onun xeyrinə 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Mübahisə olunan Bakı şəhəri, Nərimanov rayonu, X34 prospekti, 3 saylı taksimotor parkının yanında 0,0375 ha torpaq sahəsinə İddiaçı mülkiyyət h üququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər Cavabdeh2 Liseynin və X12 Bakı şəhəri, Nərimanov rayonu, X34 prospekti, 3 saylı taksimotor parkının yanında 0,0375 ha. torpaq sahəsinə hər hansı bir hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X34 prospekti, 3 saylı taksimotor parkının yanındakı 0,0375 ha. torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsinə əsas Azərbaycan Respublikası MM-nin 139-1.1.3cü maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr olmuşdur. Cavabdehlər Cavabdeh2 Liseyinin və X12 Bakı şəhəri, Nəriman ov rayonu, X34 prospekti, 3 saylı taksimotor parkının yanındakı 0,0375 ha. torpaq sahəsinə Azərbaycan Respublikası MM-nin 139-1.1-ci maddəsi ilə müəyyən edilən əsasların hər hansı biri mövcud deyil. Cavabdeh X12 mülkiyyət hüququnun qeydə alındığı E küçəsi 6 ünvanda inşa edilmiş 5 mərtəbəli, ümumi sahəsi 5522.6 qeyri-yaşayış binasının yerləşdiyi 0.10735 ha. torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsinə cavabdeh X12 istifadə hüququ Daşınmaz lakin Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində 08. 2014-cü il tarixdə qeydə alınmışdır. E küçəsi ünvanda inşa edilmiş 5 mərtəbəli, ümumi sahəsi 5522.6 m2 qeyri-yaşayış binasının yerləşdiyi 10735 ha. torpaq sahəsinə cavabdeh X12 istifadə hüququnun olmasına dair əsas mülki i ş materiallarına əlavə edilməmişdir. Feyruz adlı şəxsin 3 hissəyə bölərək satdığı torpaq sahəsinin 3.75 sotu X1. Mülki iş materialına əlavə edilmiş X22 ilə Kazımov Kazım oğlu arasında xx.xx.2012-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, X11 torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmış və MH seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Torpaq sahəsi xx xxxxxx 2017-ci il tarixdə X29 ilə İddiaçı arasında bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində 31. 01. 2017-ci il tarixdə qeydiyyata alınmış və MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Mülki mübahisənin predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 3 saylı taksomotor parkının yaxınlığında yerləşən qeyri-yaşayış təyinatlı torpaq sahəsinin mülkiyyətçiləri dəyişsə də torpaq sahəsinin ünvanı mülki iş materiallarında olan sənədlərlə sübut olunur ki, heç bir zaman dəyişilməmişdir. Cavabdeh X12 mülkiyyət hüququ qeydə alınmış 5 mərtəbəli, ümumi sahəsi 5522.6 m2 qeyri-yaşayış binasının ünvanı ünvan 1sının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Qeyri-yaşayış binasının inşa edildiyi torpaq sahəsinin Feyruz adlı şəxsin mülkiyyətində olan 12.5 sot torpaq sahəsi ilə heç bir əlaqəsi olmamışdır. Torpaq sahəsi Feyruz adlı şəxsin torpaq sahəsinin alqı-satqı müqavilələri əs asında hər hansı bir hüquqi əsasla keçməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, cavabdeh X12 mülkiyyətində olan qeyri-yaşayış binası xx.xx.1999-cu il tarixli, 001686 saylı şəhadətnamə ilə X14 mülkiyyətində olmuşdur. S.Məmmədovanın mülkiyyətində olan əmlak Z məhəllədə yerləşən binanın Əhməd Rəcəbli küçəsinin genişləndirilməsi ilə əlaqədar söküldüyünü nəzərə alaraq həmin küçəyə paralel salınmış yolun kənarında öz vəsaiti hesabına fərdi layihəyə uyğun ofis və ticarət binasının inşasına Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 369 saylı sərəncamı ilə icazə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin və cavabdeh X12 X14 mülkiyyətində olan qeyri-yaşayış binasının Əhməd Rəcəbli küçəsinin genişləndirilməsi ilə əlaqədar sökülməsi nəticəsində həmin küçəyə paralel salınmış yolun kənarına köçürülməsinə dair dəlilləri əsassız və qanuna ziddir. Məhkəmənin və cavabdehin bununla bağlı Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 06. 08. 2008-ci il tarixli 369 saylı sərəncamına istinad etmələri əsassızdır.Mülki iş materiallarına əlavə edilmiş Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin X23 ünvanladığı xx.xx.2017-ci il tarixli məktubu ilə də sübut olunur ki, ünvan 3 ünvanında yerləşir. Torpaq sahəsi mülkiyyət hüququ ilə X23 məxsusdur. X.Əliyevə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində qeyri-yaşayış binası inşa edilmişdir. X23 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində hüquqi əsaslar olmadan qeyri-yaşayış binası inşa edilmişdir. Torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının döngə nöqtələrinin k oordinatları müxtəlif olduğundan vahid əmlak kimi dövlət reyestrindən qeydiyyata alınması mümkün olmamışdır. X23 məxsus olan torpaq sahəsi də cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası apelyasiya şikayətinə məhkəmə baxışının nəticəsinə dair qətnaməsində Azərbaycan Respublikası MPM-nin 101.3-cü və 206.1-ci maddələrinə istinad edərək ekspert rəylərini sübut kimi qiymətləndirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası ekspert rəylərini Daşınmaz Əmlakların Dövlət Reyestri Xidməti tərəfindən verilmiş yanlış koordinatlar əsasında verilməsinə və qətnamədə göstərilən sübutlarla ziddiyyət təşkil etməsinə əsasına görə sübut kimi qəbul etməmişdir.Bakı Apellyasiya Məhkəməsinin mülki iş üzrə ekspert rəylərinin Daşınmaz Əmlakların Dö vlət Reyestri Xidməti tərəfindən verilmiş yanlış koordinatlar əsasında verilməsi nəticəsinə gəlməsi qanuna ziddir.Daşınmaz Əmlakların Dövlət Reyestri Xidmətinin Bakı ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, 3 saylı taksomotor parkının yanında olan 0.0375 ha. torpaq sahəsinin koordinatlarında hər hansı bir yanlışlığa yol verilməmişdir. Yanlış olan hal ondan ibarətdir ki, məhkəmə qətnaməsi cavabdeh tərəfin mənafeyinin qanunsuz vollarla və qanunsuz əsaslarla müdafiə olunmasına yönəlmişdir.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın ət reyestrində qeydiyyata alınmasına dair 01. 08. 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli rışına əsasən X12 mülkiyyət hüququnun qeydə alındığı E küçəsi 6 ünvanda inşa edilmiş 5 mərtəbəli, ümumi sahəsi 5522.6 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.10735 hektardır. Cavabdeh2 Liseyinin əsaslı binasının yerləşdiyi torpaq sahəsi naturada 0,0833 hektar, Cavabdeh2 Liseyinin istifadə etdiyi meydançanın sahəsi isə naturada 0,0597 hektar təşkil edir. Naturada istifadə etdiyi torpaq sahəsinin cəmi sənəd üzrə olan torpaq sahəsinin cəmindən 356.5 ha artıqdır. Cavabdehin mülkiyyətində olan qeyri yaşayış binasının və istifadə etdiyi futbol mevdançasının yerləşdiyi torpaq sahəsinin sənəd üzrə istifadəsində olan torpaq sahəsindən artıq olması cavabdehin mənafeyinə xidmət etmədiyindən məhkəmə kollegiyası tərəfindən özgə niyyətində olan torpaq sahəsinin zəbt edilməsi və özgə mülkiyyəti olan torpaq sahəsində tikinti işlərinin aparılmasına hüquqi qiymət verilməmişdir. Qey d olunanlara əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-10290/2019 nömrəli qətnaməsinin ləğv edilərək, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh2 Liseyinin səlahiyyətli nümayəndəsi, X27 və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştira kı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 vəkili R kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-10290/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan iddiaçıya məxsus torpaq sahəsi və qeyri-yaşayış binası ilə bağlı sənədlər toplusundan görünür ki, Bakı şəhəri Nərimanov rayonu X34 prospekti, 3-də taksomotor parkının yanında yerləşən 0,0375 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışa əsasən X13 məxsus olmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 04 saylı sərəncamına əsasən, X13 mülkiyyətində olan həmin torpaq sahəsində öz vəsaiti hesabına ticarət mərkəzinin tikintisinə icazə verilmişdir. Notarial qaydada təsdiq olunmuş xx.xx.2012-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X22 həmin torpaq sahəsini X6, daşınmaz əmlakın dövlət reyestri ndən xx.xx.2012-ci il tarixli çıxarışa əsasən Kazım Kazımovun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmışdır. Bundan sonra torpaq sahəsində ticarət mərkəzinin tikintisinə başlanılmış, mərkəzin tikintisi X2 əsasında 2008-ci ildə tərtib olunmuş eskiz layihəsinə uyğun aparılmışdır. Üzərində ticarət mərkəzinin tikilməsinə sərəncam verilmiş torpaq sahəsi xx.xx.2012-ci ildə F.Ələkbərov tərəfindən K.Kazımova satılsa da, sərəncam F.Ələkbərovun adına verildiyinə görə qeyri-yaşayış sahəsinin (ticarət mərkəzinin) layihəsinin razılaşdırılması barədə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2014-cü il tarixli məktubu X11 adına ünvanlanmışdır. xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X29 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X34 prospekti, 3-də taksomotor parkının yanında yerləşən 0,0375 ha torpaq sahəsini dayısı İddiaçı bağışlamış, İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Firudin Ələkbərov torpaq sahəsini Kazım Kazımova satdıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində əmlakın reyestr nömrəsi olduğu kimi **********06 qalmış, torpaq sahəsi İddiaçı satıldıqdan sonra reyestr nömrəsi dəyişdirilərək **********60 olmuşdur. İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilsə də, torpaq sahəsinin planı və ölçüsü verilməmişdir. Kazım Kazımovun mülkiyyətində olan torpaq sahəsinin üzərində ümumi sahəsi 3150 kv.metr olan qeyri-yaşayış binası tikildikdən sonra həmin bina daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016- cı il tarixli çıxarışa əsasən X18 adına qeydə alınmış, xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən Kazım Kazımov qeyri-yaşayış binasını İddiaçı bağışlamışdır. Bağışlama müqaviləsi bağlandıqdan sonra İddiaçı qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin çıxarışda qeyri-yaşayış binasının xüsusi mülkiyyətdə olması, binanın yerləşdiyi 0,05281 ha ölçüdə torpaq sahəsinin isə dövlət mülkiyyətində olması və həmin torpaq sahəsindən istifadə hüququnun olması qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2 017-ci il tarixli 205 saylı məktubun məzmunundan görünür ki, ünvan 5 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binası əvvəllər xx.xx.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışa əsasən X11 mülkiyyətində olmuş 0,0375 ha torpaq sahəsinin üzərində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 04 saylı Sərəncamı əsasında tikilmiş, lakin qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən binanın yerləşdiyi torpaq sahəsi özəl torpaq sahəsi kimi yox, dövlət mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsində tikintiyə dair nə Kazım Kazımovun, nə də İddiaçı adına sərəncam verilməmişdir. Mübahisəli əmlakın bundan əvvəlki mülkiyyətçisi X18 notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarix li ərizəsində qeyd olunur ki, o, dayısı İddiaçı tapşırığı əsasında Bakı şəhəri ünvan 6 ünvanında yerləşən və X13 məxsus olan 0,0375 ha torpaq sahəsinə dair xx xxxxx 2012ci il tarixdə F.Ə.Ələkbərovla Daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* saylı müqavilə imzalamışdır. Bundan sonra həmin torpaq sahəsi onun mülkiyyətinə keçmişdir. İddiaçı torpaq sahəsinin alınmasında məqsədi həmin yerdə qeyri-yaşayış binası inşa etdirmək olmuşdur. X22 torpaq sahəsini ona satarkən orada inşa etmək istədiyi obyektin eskiz layihəsini də ona vermişdir. Eskiz layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, 18/03-8/3237 saylı razılıq məktubu ilə razılaşdırılmışdır. Dayısı buna müvafiq olaraq onun adına alınmış yuxarıda göstərilən ünvanda yerl əşən torpaq sahəsində qeyri-yaşayış binasını inşa etmişdir. Sonra xx.xx.2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi həmin binaya dair onun adına Seriya RX ******* saylı Çıxarış vermişdir. Onun qeydiyyat idarəsinə verdiyi ərizəyə qoşduğu sənədlərin siyahısına tikintialtı sahəsinin mülkiyyətində olduğunu təsdiq edən xx.xx.2012-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********06 olan Çıxarışı da əlavə etməyinə baxmayaraq İdarə ona vahid əmlaka dair sənəd verməmişdir. Buna görə də o, iki bağışlama müqaviləsi bağlamaqla, yəni F.Ə.Ələkbərovdan aldığı torpaq sahəsinə dair bir bağışlama müqaviləsi və həmin torpağın üzərində dayısının inşa etdiyi binaya dair ikinci bağışlama müqaviləsi bağlamaqla bir-biri ilə bağlı olan hər iki da şınmaz əmlakı dayısı İddiaçı bağışlamışdır. Dayısının biznes fəaliyyətində həmin dövrlər ona yaxından kömək edən və onun işlərinə kifayət qədər bələd olan bir qohumu kimi deyə bilər ki, İddiaçı həmin ərazidə digər torpaq sahəsi olmamışdır və onun adına ilkin qeydə alınan qeyri-yaşayış binası X8 aldıqları özəl torpaq sahəsi üzərində tikilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X29 ərizəsində göstərilənləri ifadəsində təsdiq edərək əlavə olaraq bildirmişdir ki, torpaq sahəsini alanda Cavabdeh2 liseyi mövcud olmuşdur. Cavabdeh X12 mülkiyyətində olan qeyri-yaşayış binasına və Cavabdeh2 liseyinə dair iş materiallarında olan sənədlərdən görünür ki, X5 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək xüsusi mülkiyyətində olan (xx.xx.1999-cu il tarixli, 001686 saylı şə hadətnamə) Nərimanov rayonu Dərnəgül qəsəbəsi 1965-ci məhəllədə yerləşən binanın, Əhməd Rəcəbli küçəsinin genişləndirilməsi ilə əlaqədar söküldüyünü nəzərə alaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona Əhməd Rəcəbli küçəsinə paralel salınmış yolun kənarında öz vəsaiti hesabına fərdi layihəyə uyğun ofis və ticarət binasının inşasına icazə verilməsini xahiş etmiş, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 369 saylı sərəncamı ilə ona ofis və ticarət binasının tikintisinə icazə verilmişdir. Bina tikilərək istismara qəbul olunmuş və daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışa əsasən həmin qeyri-yaşayış binasının üzərində X14 mülkiyyət hüququ tanınmışdır. Bundan sonra xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Sona Mə mmədova həmin qeyri-yaşayış binasını X17 bağışlamışdır. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Cavabdeh2 liseyinin yerləşdiyi ünvan 7 ünvanındakı qeyri-yaşayış binası X12 xüsusi mülkiyyətində, binanın yerləşdiyi 0,10735 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir. Torpaq sahəsindən istifadə hüququ qeydə alınmışdır. Cavabdeh2 liseyinin idman meydançasının yerləşdiyi Bakı şəhəri ünvan 6 ünvanında yerləşən 500 kv.m olan torpaq sahəsi xx.xx.2008-ci il tarixli ********** reyestr nömrəli Çıxarışa əsasən X9 mülkiyyətində olmuş, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X19 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X34 prospekti, 3 saylı taksomotor parkının yanında yerləşən 0,05 ha torpaq sahəsini Cavabdeh2 liseyinin həmtəsisçilərindən bi ri olan X3. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri Nərimanov rayonu X34 prospekti, 3 saylı taksomotor parkının yanında yerləşən 0,05 ha torpaq sahəsinin üzərində X20 mülkiyyət hüququ qeydə alınmışdır. xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Elşən Həsənli həmin torpaq sahəsini X4. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri Nərimanov rayonu X34 prospekti, 3 saylı taksomotor parkının yanında yerləşən 0,05 ha torpaq sahəsinin üzərində X21 mülkiyyət hüququ qeydə alınmışdır. Xudan Əliyevin adına olan torpaq sahəsinə dair plan və ölçü sənədi verilmişdir. Cavabdeh2 liseyi xx.xx.2012-ci ildə dövlət qeydiyyatına alınmış, təşkilati-hüquqi forması ümumi təhsil müəssisəsidir, ünvanı ünvan 8əlki təsisçiləri X27, X30, hazırkı təsisçiləri X27, X36, X15, X10r, qanuni təmsilçi X16r. İş materiallarında olan Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2012-ci il tarixli 1242 saylı əmrindən və xx.xx.2012-ci il tarixli 071013 saylı lisenziyadan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ünvan 7 ünvanında yerləşən Cavabdeh2 liseyinə tam orta təhsil hazırlığını həyata keçirməyə 5 il müddətinə icazə verilmişdir. Cavabdeh2 liseyi xx.xx.2012-ci il tarixdə ümumi təhsil müəssisəsi kimi qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeydə alınmışdır. Apelyasiya kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan və sadalanan sübutlardan görünür ki, İddiaçı tərəfindən inşa olunmuş qeyri-yaşayış binası xüsusi mülkiyyətində olan 0,0375 ha torpaq sahəsində inşa edilsə də, qeyri-yaşayış binasına dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən binanın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi, torpağın ölçüsü isə 0,05281 ha göstərilmişdir. Halbuki, Nərimanov RİH başçısının xx.xx.2010-cu il tarixli sərəncamı ilə həmin torpağın əvvəlki sahibi F.Ələkbərova məhz öz mülkiyyətində olan torpaq sahəsində qeyri-yaşayış binasının (ticarət mərkəzinin) tikilməsinə icazə verilmiş, həmin torpaq sahəsində başqa heç kimə, o cümlədən İddiaçı və K.Kazımova qeyri-yaşayış sahəsinin tikintisinə sərəncam verilməmişdir. Bu faktı məhkəmədə şahid qismində dindirilmiş torpaq sahəsinin İddiaçı əvvəlki mülkiyyətçisi olan iddiaçının bacısı oğlu K.Kazımov da təsdiq edərək ifadəsində göstərmişdir ki, İd diaçı həmin ərazidə digər torpaq sahəsi olmamışdır və onun adına ilkin qeydə alınan qeyri-yaşayış binası F.Ələkbərovdan aldıqları özəl torpaq sahəsi üzərində tikilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin DƏDRX-in Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubdan da görünür ki, mübahisəli torpaq sahəsində ticarət obyektinin tikintisi üçün icazə torpaq sahəsinin əvvəlki mülkiyyətçisi F.Ələkbərova verilmiş, İddiaçı və ya Kazım Kazımova tikinti aparmaq üçün heç bir sərəncam verilməmişdir. Qeyd olunanlardan əlavə, sadalanan sübutlardan göründüyü kimi, eyni küçədə və bir-birinin yanında yerləşən obyektlərə fərqli ünvanların verilməsi, Kazım Kazımov tərəfindən torpaq sahəsi İddiaçı bağışlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin reyestr nömrəsinin də yişdirilməsi, həmin torpaq sahəsinə hal-hazırkı dövrə qədər plan və ölçü sənədinin verilməməsi, İddiaçı həmin torpaq sahəsini əldə edənə qədər Cavabdeh2 liseyinin bunasının mövcud olması, Cavabdeh2 liseyinin binasının yerləşdiyi torpaq sahəsinin həm dövlət mülkiyyətində, həm də İddiaçı mülkiyyətində olmasının qeyri-mümkünlüyü belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilməmişdir. Buna görə də apelyasiya kollegiyası hesab etmişdir ki, cavabdehin inşa etdiyi, hazırda qanuni əsaslarla fəaliyyət göstərən Cavabdeh2 liseyi özbaşına tikili deyildir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının rəyləri ilə bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, həmin rəylər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərə findən verilmiş yanlış koordinatlar əsasında verilmiş və yuxarıda göstərilən sübutlarla ziddiyyət təşkil edir. Buna görə də həmin ekspert rəyləri sübut kimi qəbul edilməməlidir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil etmiş, həmin dəlillər əsasında kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, apelyasiya kollegiyası cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi halının olmamasını düzgün müəyyən etmiş və mübahisə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Belə ki, kasasiya yoxlaması zamanı da müəyyən edilir ki, eyni küçədə və bir-birinin yanında yerləşən oby ektlərə fərqli ünvanların verilməsi, Kazım Kazımov tərəfindən torpaq sahəsi İddiaçı bağışlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin reyestr nömrəsinin dəyişdirilməsi, həmin torpaq sahəsinə hal-hazırkı dövrə qədər plan və ölçü sənədinin verilməməsi, İddiaçı həmin torpaq sahəsini əldə edənə qədər Cavabdeh2 liseyinin bunasının mövcud olması, Cavabdeh2 liseyinin binasının yerləşdiyi torpaq sahəsinin həm dövlət mülkiyyətində, həm də İddiaçı mülkiyyətində olmasının qeyri-mümkünlüyü iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməmisini müəyyən etməyə tam əsas verir. Ümumilikdə kasasiya yoxlaması zamanı isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdi r. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardı r. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanına və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yenə həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-10290/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4767/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4767/2020
22.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver