Məhkəmə qərarları › İş №2(102)-4768/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4768/2019

12.07.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4768/2019 12.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı, vəkili X1, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi buraxılmış müddətdə əmək haqqının verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında bax araq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi buraxılmış müddətdə əmək haqqının verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Babayev, hakimlər X.Mərdanova və E.Həsənov) Nərimanov rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunv ericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi buraxılmış müddətdə əmək haqqının verilməsi” tələbinə dair 27.11.2018-ci il tarixdə iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəy yən edilir ki,, İddiaçı 08.02.2017-ci il tarixdə 3 ay müddətinə Cavabdeh MMC-də boru yayma sexinin yivaçma sahəsinin soyuq boru kəsicisinin (əl ilə müfta bağlayan) vəzifəsinə işə qəbul edilmiş, onunla bağlanmış əmək müaviləsinə Cavabdeh MMC-nin 08 avqust 2018-ci il tarixli, 225/k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1 hissəsi ilə (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmişdir. İddiaçı iddia edir ki, onunla bağlanmış əmək müqaviləyə əsassız olaraq xitam verilmişdir. Ona görə də işə bərpa edilməsini tələb edir. Cavabdeh bildirir ki, Cavabdeh MMC bu barədə ərizənin məhkəməyə 1 təqvim ayı ərzində verilməli olmasına baxmayaraq, nəticə etibarı ilə 3 aydan artıq müddət keçdikdən sonra verildiyini və bununla da iddia müddətinin ötürüldüyünü bildirir. İddiaçı Cavabdeh MMC arasında 08.02.2017-ci il tarixdə bağlanan əmək müqaviləsinin müddəti 08.08.2018-ci il tarixdə başa çatdığı və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1 hissəsi ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edildiyi barədə 08.08.2018-ci il tarixdə xəbərdar edilmiş və bu hal İddiaçı imzası ilə təsdiq edilmişdir. Bununla əlaqədar iddiaçıya əmək kitabçasını İnsan Resursları şöbəsindən götürmək təklif olunmuş, lakin iddiaçı əmək kitabçasını götürməkdən imtina etmiş və bu barədə Cavabdeh MMC-nin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Eyni zamanda, iddiaçıya əmək kitabçasını 5 gün müddətinə götürmədiyi təqdirdə zavodun arxivinə təhvil veriləcəyi Cavabdeh MMC-nin İddiaçı ünvanlanmış 14.08.2018-ci il tarixli, 86 nömrəli məktubu ilə bildirilmiş v ə qeyd edilən məktub ünvan 1 ünvanda İddiaçı tərəfindən 16.08.2018-ci il tarixdə poçt qəbzinə imza etməklə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci bəndinə əsasən Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63 -cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar; Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin maddənin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və or ta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər; İddiaçı kassasiya şikayətində Cavabdeh MMC-nin işəgötürəni qanunun tələbinə görə əmək müqaviləsinə xitam verilməsi barədə əmri, əmək kitabçasını və haqq-hesab sənədlərini işçiyə- yəni ona verməməsini göstərmişdir. Bu günə kimi onun işdən azad olunması barədə əmrin surəti və haqq-hesab sənədləri ona rəsmi qaydada verilməmişdir. Ona görədə iddia müddətini ötürməmiş hesab edir. İş materiallarından göründüyü kimi onunla bağlanmış əmək müqaviləsinə 08 avqust 2018-ci il tarixdə xitam verilməsinə baxmayaraq, iddiaçı bu hadisədən 3 aydan artıq müddət keçdikdən sonra yəni 27.11.2018-ci il tarixdə işə bərpa olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçıya 08.08.2018-ci il tarixdə ona qeyd edilən əmək kitabçasının götürmək təklif olunmuş, lakin iddiaçı əmək kitabçasını götürməkdən imtina etmiş və bu barədə Cavabdeh MMC-nin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Bundan əlavə cavabdeh tərəfindən iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Bundan sonra iddiaçıya məxsus olan əmək kitabçasını 5 gün müddətinə götürmədiyi təqdirdə zavodun arxivinə təhvil veriləcəyi barədə məktub cavabdeh tərəfindən iddiaçıya göndərilmiş və yaşadığı ünvan üzrə qəbul edilmişdir. Bu hallar İddiaçı Cavabdeh MMC-nin 08 avqu st 2018-ci il tarixli əmri barədə məlumatın olmasını dəlalət edir. Bununla yanaşı 08 avqust 2018-ci il tarixdən iş yerinə buraxılmadığından iddiaçı həmin vaxtdan əmək müqaviləsi ilə nəzərdə tutulmuş hüquqularının pozulmasından məlumatlı olmuşdur. Əmək Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (2-ci bənd). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən t ərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (3-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (4-cü bənd). Qeyd edilən maddənin məzmunundan göründüyü kimi işçinin işəgötürən tərəfindən hüququnun pozulmasının aşkar edildiyi gün müvafiq əmrin, əmək kitabçasının haqq hesab sənədlərinin verildiyi günlə yanaşı, həmçinin əmək müqaviləsinin şərtlərinin işə götürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarını n pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar