Məhkəmə qərarları › İş №2(102)-4768/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4768/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4768/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-1678/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Ə.Rzayev, iş № 2(001)-2121/2018) İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonunun Xocasən Bələdiyyəsinə qarşı tikilinin sökülməsi v ə torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilərək Xocasən Bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 600 kv.metr torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 300 kv.metr torpaq sahəsinin üzərində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək torpaq sahəsinin boşaldılıb iddiaçıya qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova, E.M.Həsənov və Ş.Ə.Məhərrəmova) cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx xx xx 2006-cı il tarixli qərarı ilə Xocasən Bələdiyyəsinin ərazisində yerləşən 600 kv.metr ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir. 2018-ci ilin yanvar ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli 600 kv.metr ölçüdə torpaq sahəsinin Xocasən Bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə verilməsini, lakin Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin 300 kv.metrinin qanunsuz olaraq tutulub orada tikinti inşa etdiyini əsas göstərməklə həmin tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya ş ikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmamasına baxmayaraq həmin torpaq sahəsinin onun istifadə və sahibliyində olmaqla mülkiyyət hüququ əldə etmək üçün gözlənti hüququna malik olmasını, iddianın sübutlara düzgün qiymət verilmədən, iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması əsası ilə rədd edilməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbini rədd edərkən cavabdehin faktiki istifadəsində olan mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin daimi istifadəs ində olan ərazinin hüdudları daxilində olmaqla iddiaçının həmin torpaq sahəsinə hər hansı bir aidiyyətinin olmamasını və bununla əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlar əsasında gəldiyindən qətnamə qanuni sayıla bilməz. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh fərdi yaşayış evi inşa etdirdiyi mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin daimi istifadəsində olan ərazinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyətinə aid olması barədə nəticəyə gələrkən işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli ekspert rəyinə əsaslanmışdır. İşdən görünür ki, həmin rəy 1 sa ylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan başqa bir iş üzrə verilməklə həmin rəyin alınması Cavabdeh tərəfindən inşa edilmiş evin yerləşdiyi torpaq sahəsi ilə İddiaçı verilmiş torpaq sahəsinin eyni olub-olmamasının aydınlaşdırılması məqsədi daşımış və bu zaman məhkəmə tərəfindən ekspert qarşısında torpaq sahəsinin kimin mülkiyyətində olmasının müəyyən olunması barədə hər hansı bir sual qoyulmamışdır. Lakin buna baxmayaraq həmin rəydə Cavabdeh fərdi yaşayış evi tikdirdiyi 279 kv.metr ölçüdə torpaq sahəsinin Dövlət Neft Şirkətinin daimi istifadəsində olan ərazinin hüdudları daxilində yerləşməsi qeyd olunmuş, lakin 600 kv.metr torpaq sahəsinin koordinatlarının göstərilməməsi səbəbindən məhkəməni maraqlandıran əsas suallara cavab verilməmişdir. Ekspertin hansı əsaslara görə Cavab deh faktiki istifadəsində olan torpaq sahəsinin Dövlət Neft Şirkətinə aid olması barədə nəticəyə gəlməsi rəydən görünmür. Göstərilən vəziyyətdə həmin rəy Cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsindən deyil, dövlətə aid olan torpaq sahəsindən istifadə etməsi barədə nəticəyə gəlməsi üçün əsas vermədiyindən, kollegiya hesab edir ki, göstərilən rəy iddia tələbinin rədd edilməsi üçün əsas verən mötəbər sübut kimi qəbul edilə bilməzdi. İş materiallarından görünür ki, İddiaçı Xocəsən Bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli qərarı ilə 600 kv.metr ölçüdə torpaq sahəsi verilmişdir. Lakin İddiaçı iddia edir ki, Cavabdeh onun mülkiyyətinə verilmiş həmin torpaq sahəsinin 300 kv.metrini zəbt etmiş və mübahisəli tikilini də məhz həmin torpaq sahəsində inşa etmişdir. Apelyasiya instansiyası məhkəmə si iddianı əsassız hesab edərkən nə cavabdehin ona məxsus olan torpaq sahəsindən istifadə etməməsini, yəni həmin torpaq sahəsinin iddiaçıya verilmiş torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsini nə də iddiaçıya ayrılmış 600 kv.metr torpaq sahəsinin onun sahiblik və istifadəsində olmasını müəyyən etməmiş və həmin məsələ ilə əlaqədar heç bir araşdırma aparmamış, əraziyə Bələdiyyənin nümayəndəsinin iştirakı ilə baxış keçirməmiş, bununla əlaqədar mütəxəssis rəyinin alınmasının zəruri olub-olmamasına qiymət verməmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılarkən Bələdiyyənin nümayəndəsi səthi dindirilmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən isə Bələdiyyənin nümayəndəsinin və iddiaçının iştirakı olmadan işə baxılaraq iş üçün mühüm əhəmiyyəti ol an halların yoxlanılması və qiymətləndirilməsi təmin edilməmişdir. Bununla belə, Bələdiyyənin nümayəndəsinin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatından görünür ki, cavabdehə torpaq sahəsinin verilməsi barədə Bələdiyyə tərəfindən hər hansı bir qərar qəbul edilməmişdir. İşin göstərilən hallarından və cavabdehin özünün izahat və şikayətindən məlum olur ki, onun özünə fərdi yaşayış evi tikdirdiyi torpaq sahəsinə heç bir hüquqi olmamaqla həmin torpaq sahəsindən və evdən istifadə etməsi başqasının hüquqlarını pozur. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşın maz əmlak özbaşına tikinti sayılır. (180.1) Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. (180.2) Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. (180.4) İşdən həmçinin görünür ki, iddiaçı tərəfindən 600 kv.metr ölçüdə torpaq sahəsi dəyəri ödənilməklə Bələdiyyədən alınmış, torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını təmin etməsə də həmin əmlaka münasibətdə sahiblik və istifadə hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164-cü maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. (164.1) Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. (164.2) Həmin Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Po zuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin iddiaçıya aidiyyətinin olmaması barədə nəticəyə gələrkən istinad etdiyi işin 136138-ci səhifələrində olan ekspert rəyindən həmçinin görünür ki, xx xxxxxx 2019-cu il tarixdə ekspert tərəfindən tədqiqat obyektinə baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi iddiaçının istifadəsində olan sahədə yerləşir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etmişdir. Mübahisə ilə əlaqədar sübutetmə yükü iddiaçının üzərinə düşsə də, MPM-nin 14-cü maddəsinin tələbinə müvafiq olaraq məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Apelyasiya instansiyası məhkəməsinin göstərilən vəziyyətdə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması barədə nəticəyə gəlməsi əsassız olduğundan, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı və iş yeni apelyasiya baxışına göndərilməlidir. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğ v edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar