Məhkəmə qərarları › İş №2(102)-4770/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4770/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4770/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-yə ("xxxx" ASC və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4452/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İnvestisiya Kommersiya ASC-nin cavabdehlər İddiaçı, X1, X4, X2 və X3 qarşı iddiası qismən təmin edilərək, İddiaçı 51.697,97 ABŞ dolları əsas, 25.207,13 ABŞ dolları faiz, 1.840,91 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 78.746,01 ABŞ dolları məbləğdə borcun (ödəniş gününə dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, 6 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən borcun iddiaçıya ödənilməsi, borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pulun İddiaçı verilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində mənzilin boşaldılması, İddiaçı ilə Bank arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Bakı ş əhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 33, 6 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 135.000 manat müəyyən edilmiş, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuş, qətnamə iddianın cavabdeh İddiaçı qarşı təmin olunmuş digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5845/2019 nömrəli, 22 avqust 2019-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

4. Həmin qətnamə xx.xx.2019-cu il tarixdə icraya yönəldilmiş, ipoteka predmetinin hərracdan satışının təşkil edilməsi üçün Yasamal rayon İcra şöbəsi tərəfindən "xx xx" MMC-nə xx.xx.2020-ci il tarixdə sifariş məktubu göndərilmişdir. 5. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nə, İddiaçı və icra sənədi üzrə digər borclulara bildiriş göndərilmiş, bildirişdə ünvan 1 ünvanında yerləşən mənzilə dair hərracın ilkin satış qiyməti 135.000 manat olmaqla xx.xx.2020-ci il tarixdə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) keçiriləcəyi barədə məlumat verilmiş, borclulara göndərilmiş bildiriş 05-xx.xx.2020-ci il tarixlərində ipoteka predmetinin yerləşdiyi ünvanda İddiaçı və digər borclular (onun ailə üzvləri) tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul olunmuşdur. 6. xx.xx.2020-ci il tarixdə hərrac baş tutmadığına görə təkrar hərrac xx.xx.2020-ci il tarixdə saat 11:00-dan 17:00-dək təyin edilmiş, bu barədə "xxxx" MMC tərəfindən xx.xx.2 020-ci il tarixdə "xxxx" ASC-nə və İddiaçı, o cümlədən digər borclulara bildiriş göndərilmiş, bildirişdə mənzilə dair hərracın satış qiyməti 114.750 manat olduğu qeyd edilmişdir. Borclulara göndərilmiş bildiriş xx.xx.2020-ci il tarixdə ipoteka predmetinin yerləşdiyi ünvanda İddiaçı və digər borclular (onun ailə üzvləri) tərəfindən qəbul olunmuşdur. 7. ünvan 1 ünvanında yerləşən mənzillə bağlı ilkin və təkrar hərracın keçirilməsi barədə “Atribut” və “Birja yenilikləri” qəzetlərində elanlar verilmişdir.

8. Təkrar hərrac da baş tutmadığına görə "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nə təklif məktubu ünvanlanmış, surəti İddiaçı, o cümlədən digər borclulara göndərimiş, məktubda mənzillə bağlı keçirilən hərracların baş tutmadığı və bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edildiyi diqqətə çatdırılmaqla, əmlakın ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 86.062,50 manata tələbkar banka təklif edildiyi bildirilmişdir. 9. "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, "xxxx" ASC ünvan 1 ünvanında yerləşən mənzili 86.062,5 manata əldə etmişdir. 10. ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə "xxxx" ASC-nin adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh “Azərbaycan Respublikası Respublika Xammal və X8 Mərkəzi "xxxx" MMC-yə (bundan sonra - cavabdeh) qarşı ("xxxx" ASC və Bak ı şəhəri Yasamal rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 54/01-1 nömrəli protokolun nəticəsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

12. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına uyğun əsaslandırmaqla qeyd etmişdir ki, bu yaxınlarda əldə etdiyi 54/01-1 nömrəli "Hərracın yekunları barədə protokol"dan görünür ki, ona məxsus olan və qeyd olunan icra vərəqəsi ilə ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən mənzili tələbkar "xxxx" İKB 86062,5 manata əldə etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 54/01-1 saylı protokol əsassız və qanunsuz təşkil olunmuş hərracın nəticələrinə dair olduğundan etibarsız hesab edilməlidir. Belə ki, qeyd etdiyi kimi onun qeyd olunan hərrac barədə məlumatı olmamışdır. Ona bu barədə heç bir məlumat verilmədən, ona məxsus və mülkiyyətində olan mənzil dəyərindən dəfələrlə ucuz qiymətə mənimsənilmişdir.

13. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hərracın keçirilməsinə dair bildirişlər və ipoteka predmetinin əldə olunmasına dair təklif tərəflərə göndərilmişdir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Qeyd olunanlara əsasən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 20 23-cü il tarixli, 2(006)556/2023 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi təmin edilməmişdir.

15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında olan hərracın keçirilməsinə dair 26 oktyabr 2020-ci il tarixli 02 nömrəli bildirişdən və 124326 nömrəli kuryer xidmətləri üçün mədaxil talonundan göründüyü kimi mənzilin satılması üçün hərracın keçirilməsi 06 noyabr 2020-ci il tarixə təyin edilmiş, həmin bildiriş 30 oktyabr 2020-ci il tarixdə İddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. Həmçinin “Birja Yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli tirajında müvafiq elanlar verilmişdir.

16. Məhkəmə iddiaçının ona hərracın keçirilməsi barədə məlumat verilməməsi, onların xəbəri və iştirakı olmadan hərracın keçirilməsi barədə dəlilləri ilə bağlı qeyd edib ki, h ərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkarın qeydiyyatda olduqları ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2020-ci ildə tələbkar "xxxx" İKB ASC-nə təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı hərracın keçirilməsi qanuni şəkildə həyata keçirilmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirmiş və hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilmiş, hərracın keçirilməs ində qanunvericiliyin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 415.2-ci, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8-ci, “İcra haqqında” Qanunun 53.2, 62.2-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli və “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4452/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, əmlakın satılması ilə bağlı hərraclar qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, icra icraatının tərəfləri hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə lazımi qaydada məlumatlandırılmışlar.

23. Kollegiya, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı h üquqi mövqeyi də nəzərə alaraq qeyd edib ki, həmin qərarında Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qism ində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

24. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Qanunun 41.2, 42.1, 43.3, 43.4, 43.5, 43.6 və 43.7-ci, Mülki Məcəllənin 319.5, 415.2, 416.1, 416.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsi və apellaysiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Həmçinin qeyd olunmuşdur ki, hərrac təşkilatı tərəfindən təqdim edilmiş ipoteka pr edmetinin əldə olunmasına dair təklifdən göründüyü kimi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 30 noyabr tarixli 1356 VQD nömrəli qanunu 150.1.13, 150.3-1, həmçinin 220.8, 220.8.1-ci maddələrinə uyğun olaraq alıcı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir. Qnunvericiliyin tələbindən və təklifin şərtindən də görünür ki, bank tərəfindən ipoteka predmeti əldə olunmazdan əvvəl qeyd olunmuş vergi ödənilməlidir. İddiaçı olaraq cavabdeh bankın vergi öhdəliyinin icra olunub olunmamasını müzakirə etmir, sadəcə olaraq ipoteka predmetinin əldə olunma tarixini müəyyən etmək üçün qanunun tələb etdiyi ardıcıllıq müəyyən olunduqdan, verginin ödənilib ödənilməməsi, ödənildiyi halda hansı tarixdə ödənilməsi müəyyən olunduqdan sonra məlum olacaqdır ki, cavabdeh bank ipoteka predmetini hansı tarixdən sonra əldə edib.

27. Kassator şikayətini “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə, Mülki Məcəllənin 17.1, 60. 152, 415, 416-cı, Mülki Prosessual Məcəllənin 9.1, 14, 88, 189, 217.3, 218.1, 220.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

30. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.

31. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstə rilməlidir.

32. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir

33. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

34. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun

35. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata ( bundan sonra-hərracın təşkilatçısı) sifariş verir.

36. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun öd ənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

37. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanı n razılığı ilə həmin müddət uzadılmasın.

38. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

39. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipote ka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

40. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

41. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri süb utları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəl illər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları bu qərarın 1-10-cu paraqraflarında qeyd olunmuşdur. İddiaçı hərracın nəticələrinin etibarsız sayılmasını tələb edir və dəlillərindən biri hərracın keçirilməsi barədə ipoteka qoyana məlumat verilməməsi barədədir.

54. İddiaçının istinad etdiyi bu qayda “İpoteka haqqında” qanunun 42.1-ci maddəsində, tələb etdiyi hüquqi nəticə isə Mülki Məcəllənin 4 16.1-ci maddəsində nəzərdə tutulmuşdur.

55. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də işin hallarını həmin maddi hüquq normaları əsasında yoxlamış, iddianın təmin olunması üçün “İpoteka haqqında” qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir. Məhkəmə müəyyən etmişdir ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar ipoteka qoyana bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir.

56. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar” 30 dekabr 2008-ci il tarixli qərarında hüquqi möv qeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

57. Kassatorun digər dəlili ipoteka predmeti olan mənzilin dəyərindən dəfələrlə ucuz qiymətə “mənimsənilməsi” barədədir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, tutmanın ipotakaya yönəldildiyi halda hərracda satılan əmlakın qiymətini müəyyən etməkdə hərrac təşkilatı sərbəst deyildir. Çünki “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrində hərracda satılan əmlakın satış qiymətləri dəqiq tənzimlənmişdir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac baş tutmamış elan edildikdə (hərraca iki nəfərdən az alıcı gəldiyi hal istisna olmaqla) ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

59. Məhkəmə kollegiyası ipotekanı əldə edən tələbkar tərəfindən sadələşdirilmiş verginin ödənilib ödənilməməsinin araşdırılmaması barədə dəlili ilə bağlı qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsində bu cür dəlil irəli süməmişdi. Birinci instansiya məhkəməsində irəli sürülməmiş və araşdırma pedmeti olmamış halların yuxarı instansiya məhkəmələrində araşdırılması qeyri-mümkündür.

60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdak ı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

61. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(103)-4452/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar