Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4773/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Əhmədova Mehparə Tofiq qızının sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Ələsgər Əliabbas oğlundan, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.06.2020-ci il tarixli, 2(103)-***/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim N.Nəbizadə) 2(001)-***/2019 saylı, 28.11.2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə Cavabdeh mülki işin ai diyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətinin rədd edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim N.Nəbizadə) 2(001)-***/2020 saylı, 06.05.2020-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-***/2019 saylı, 28.11.2019-cu il tarixli qərardadından verilmiş şikayətin təmin edilməməsi, Binəqədi Rayon Məhkəməsinin 2(001)-***/2019 saylı, 28.11.2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.İsgəndərov, Ş.Məhərrəmova, R.Həsənov) 02.06.2020-ci il tarixli, 2(103)-***/2020 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-***/2019 saylı, 28.11.2019-cu il tarixli qərardadından Cavabde h tərəfindən verilmiş şikayət üzrə apelyasiyanın qeyri-mümkün hesab edilməsi və şikayətin mülki işlə birlikdə həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Cavabdeh və vəkili X1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.06.2020-ci il tarixli, qərardadından kasasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəmənin (hakim M.Əhmədova) 20.08.2020-ci il tarixli, 2(102)-***/2020 saylı qərardadı ilə kasasiya şikayəti icraata qəbul edilərək, məhkəmə iclası 15.09.2020-cu il tarixə, saat 11:00-a təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş kasasiya baxışından çıxarılmaqla apelyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyal arının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Odur ki, kasasiya kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin prosessual müddətin bərpasına dair ərizəni müzakirə etmədən mövcud şikayətə baxmaqda olmaması və bununla mülki prosessual qanunvericiliyin tələblərini pozması səbəbindən prosessual müddətin bərpası ilə bağlı ərizəyə qanunla müəyyən edilmiş qaydada baxılması və qiymət verilməsi üçün mübahisələndirilən qərardad qəbul edilərək, qərardaddan verilmiş şikayət qeyri-mümkün hesab edilmiş və iş qeyd olunan pozuntunun aradan qaldırılması üçün həmin məhkəməyə qaytarılmışdır. Belə olan halda isə qanunverici adıçəkilən qərardaddan (müddətlə bağlı) kasasiya şikayəti verilməsini nəzərdə tutmadığından qərardaddan verilmiş kasasiya şikayəti düzgün olmayaraq icraata qəbul edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin **.**.2020-cu il tarixli “işin icraata qəbul edilməsinə” dair qərardadı ləğv edilsin və iş kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4773/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-4773/2020
15.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver