Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4773/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-4773/22 ( Açar sözlər: sığorta məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7087/2021 nömrəli, 29 sentyabr 2021-ci i l tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Tovuz rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2003-cü ildə hərbi hissəyə göndərilmiş və xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 28 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 534316 №-li təkrar müayinəyə dair arayışından görünür ki, İddiaçı 2-ci qrup əlildir. Əlilliyin səbəbi isə hərbi xidmət dövründə alınmış xəstəlikdir. İş üzrə qəbul e dilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat sığorta məbləğinin ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Tovuz rayonu SHXÇX tərəfindən xx.xx.2003-cü ildə hərbi xidmətə çağırılmışdır. xx.xx.2005-ci ildən xx.xx.2005-ci il tarixinədək N saylı hərbi hissədə (Sarıcalı hospital) müayinə və müalicə olunmuşdur. Naftalan rayonu ərazisində N saylı hərbi hissənin tərkibində xidmətdə olarkən xəstələnmişdir və bu səbəbdən Sarıcalı hospitalında müalicə və müayinə olunmuşdur. Daha so nra iddiaçını Baş klinik hospitala gətirmişlər və müalicəsi burda davam etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK-nın xx.xx.2005-ci il tarixli 1877 saylı qərarı ilə iddiaçıya “Soltərəfli döş qəfəsidaxili limfa vəzilərinin vərəmi, infiltrasiya mərhələsində, Soltərəfli ekssudativ plevritlə fəsadlaşma, müsariqə limfa vəzilərinin vərəmi, infiltrasiya mərhələsində, assitlə fəsadlaşma, KB(-) mənfi” diaqnozu qoyulmuş və həmin qərarda da “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” sözləri qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qərarı ilə iddiaçı 2-ci qrup müharibə əlili dərəcəsini almışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar iddiaçı hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta ödənişinin alınması üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir, lakin iddiaçının bu müraciətinə imtina cavabı verilmişdir. Göstərilənlərə əsasən iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat sığorta məbləğinin ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili X1 iddia ərizəsində qeyd olunanları təsdiq edərək iddiaçı tərəfindən hər hansı bir məbləğin alınmadığını bildirərək iddianın təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iddiaçıya pulun verildiyini bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Nəs imi Rayon Məhkəməsinin (hakim: R.Xəlilov) 2(006)-1519/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
8. Məhkəmə mövqeyi ilə bağlı bildirmişdir ki, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir.
9. Eyni zamanda, cavabdehin nümayəndəsi Tovuz rayon Dövlət Sığorta filialı tərəfindən 660 (altı yüz altmış) manat sığorta məbləği 11 may 2006-cı il tarixdə ona ödənilməsi barədə hər hansı əsas olan sübutu (ödəniş qəbzi) məhkəməyə təqdim etməməklə sığorta ödənişinin ödənilməsini sübuta yetirə bilməmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili qeyd olunan məbləğin iddiaçıya verilmədiyini qeyd etmişdir.
10. İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur.
11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5 və 7-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14, 76, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hər bi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 80 faizi miqdarında sığorta ödənişi ödənilir. İddiaçının hərbi xidmətdən tərxis edilən gündən 20 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab oluna bilməz.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər İ.S.Şirinov - sədrlik edən və məruzəçi, T.S.Səmədov və A.V.Tanrıverdiyev) 29 sentyabr 2021-ci il tarixli, 2(103)-7087/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq bildirmişdir ki, analoji işlərlə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyi də əhəmiyyətlidir. Belə ki, Ali Məhkəmə 2(102)-811/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki,... “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin sığorta olunana xidmətdən buraxıldığı gündən üç il müddətində əlillik təyin olunması barədə normanın məqsədlərinə görə s ığorta hadisəsinin mövcud olması üçün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik nəticəsində əlil olmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Əgər şəxs hərbi xidmətdən tərxis olunduqdan sonra onun əlil hesab edilməsinə əsas verən fiziki və sosial məhdudiyyətləri arıq yaranıbsa, onun həmin əlilliyi təsdiq edən sənədi gec alması icbari sığortası haqqında qanunvericiliyin məqsədləri baxımından hərbi qulluqçuların sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz.
16. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili odur ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya hə qiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 80 faizi miqdarında sığorta ödənişi ödənilir. İddiaçının hərbi xidmətdən tərxis edilən gündən 20 il sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab oluna bilməz.
17. Cavabdehin apellyasiya şikayətində istinad olunan həmin dəlili barədə qeyd etmişdir ki, həmin qanunda qeyd edilən normanın əsas məqsədi sığorta olunan şəxsin əlilliyinin, həqiqətən də, onun hərbi xidməti zaman alması ilə bağlı olmasını müəyyən etməkdir.
18. Hazırkı mülki iş materiallarının 10-11-ci səhifələrində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 28 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 534316 №-li təkrar müayinəyə dair arayışından görünür ki, İddiaçı 2-ci qrup əlildir. Əlilliyin səbəbi isə hərbi xidmət dövründə alınmış xəstəlikdir.
19. Bununla da müəyyən olunur ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanununda nəzərdə tutulan üç illik müddət hazırkı işin faktiki halları baxımından əhəmiyyət kəsb etmir.
20. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məs uliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir.
21. Bundan başqa, müddətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusilə əhəmiyyətlidir. Belə ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 yanvar 2014-cü il tarixli Qərarında Məhkəmə qeyd etmişdir ki, «... şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdird ə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədləri ilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur...» Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassa siya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi hərbi biletdən məlum olur ki, şəxs xx.xx.2005-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2005-ci il tarixli, 1877 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, şəxs xəstəliyi ilə əlaqədar xx.xx.2005-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək hərbi hissədə müalicə olunmuşdur. Lakin iddiaçı iddia ərizəsində istinad etsə də, xəstəlik haqqında şəhadətnaməsinin 2-ci vərəqi iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda iddiaçının təqdim etdiyi ƏƏSMN yanında 28 saylı TSEK tərəfindən verilmiş arayışdan məlum olur ki, şəxsə xəstəliyi ilə əlaqədar xx.xx.2015-ci ildə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sənədlərin təhlili göstərir ki, şəxs xəstəliyi ilə əl aqədar xx.xx.2005-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmış, şəxsə əlillik dərəcəsi xx.xx.2015-ci ildə təyin edilmişdir. Yəni şəxsə əlillik dərəcəsi qanunla sığorta ödənişi almağa əsas verən 3 illik müddət ötürüldükdən sonra verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləs ində müəyyən edilir. Həmin Məcəllənin897.1-ci maddəsinə görə icbari sığortanın həyata keçirilməsi qanunvericiliklə tələb olunur. "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbinə görə icbari sığortanın növləri, aparılması qaydaları və şərtləri sığorta qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göründüyü kimi Apellyasiya Məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların Respublikasının Qanunu dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan
25. Maddə 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir.
26. Maddə 5 Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəs təliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Mülki Prosessua l Məcəllə
27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkə məsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi ka ssasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.
35. Mübahisə hərbi qulluqçuların sosial müdafiəsinin təminatlarından biri kimi qanunvericilikdə təsbit edilmiş onların həyat və sağlamlığının dövlət icbari şəxsi sığorta münasibətlərindən yaranmışdır.
36. İddiaçı həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələndiyinə, orqanizmin funksiyalarının 61-80 faiz pozulduğuna və nəticədə ona İİ qrup əlillik təyin edildiyinə istinad edərək cavabdeh qurumdan sığorta məbləğinin 60 faizi həcmində sığorta ödənişinin verilməsini tələb edir.
37. İddia tələbinin maddi hüquqi əsasını “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında ” Qanunun 5-ci maddəsi təşkil edir.
38. Həmin normanın müddəalarına görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış ) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edilməsi sığorta hadisəsi hesab edilir və orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin 60 faizi məbləğində sığorta ödənişi verilir.
39. İddiaçıya İİ qrup əlilliyin təyin edilməsi işin mübahisəsiz halıdır.
40. Lakin göstərilən xüsusat iddiaçıya müvafiq sığorta ödənişini tələb etmək hüququ qazandırmır, belə ki, iddiaçının bu cür hüququn realizəsini əlilliyin qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində təyin edilməsi ilə şərtləndirmişdir.
41. Məhkəmə kollegiyası iddianın qanuni əsasını təşkil edən normanın tələblərini bir daha xatırlatmağı zəruri hesab edərək qeyd edir ki, sığorta hadisəsi o zaman baş vermiş hesab edilir ki, həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edilsin.
42. Bununla bağlı verdiyi iddia ərizəsində iddiaçı hərbi xidmətdən tərxis olunduqdan sonra hərbi xidmət dövründə aldığı xəstəliklərə görə İİ qrup əlillik aldığını, bu faktın işin mübahisəsiz halı olduğunu, ona görə də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında ” Qanuna görə ona 6600 manat ödəniş verilməli olduğunu göstərərək həmin pulun onun xeyrinə tutulmasına dair iddia vermişdir.
43. Bununla bağlı münasibətləri tən zimləyən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında ” Qanunun müddəalarından göründüyü kimi hərbi qulluqçu hərbi xidmətdən tərxis olunduqdan sonra hərbi xidmət dövründə aldığı xəstəliklərə görə əlillik dərəcəsi aldıqda şəxs yalnız o halda təyin edilmiş əlilliyə görə sığorta ödənişi almaq hüququna malikdir ki, ona qeyd edilən əsaslarla əlillik dərəcəsi hərbi xidmətdən tərxis olunduqdan sonra 3 il müddət ərzində təyin edilsin.
44. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı yuxarıda qeyd edilən 3 illik müddət çərçivəsində əlillik dərəcəsi almasına istinad etmədən və buna dair sübutlar təqdim etmədən, yalnız hərbi qulluqçu olmasına, hərbi qulluqdan ehtiyata buraxıldıqdan sonra İİ qrup əlillik almasına istinad etməklə iddianın təmin edilməsini xahiş etmiş və işə baxan məh kəmələr göstərilən halları nəzərə almadan iddianı təmin etmişlər.
45. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi qanuni əsaslar və buna dair təqdim edilmiş sübutlar hazırkı iş üzrə iddianın təmin edilməsi üçün əsas ola bilməz.
46. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, hazırkı iş üzrə qətnamənin ləğv, iddianın rədd edilməsi barədə məhkəmə aktının qəbul edilməsi iddiaçının yeni əsasla, yəni hərbi qulluqçu olması, hərbi qulluqdan tərxis edildikdən sonra hərbi xidmət dövründə aldığı xəstəliklərə görə İİ qrup əlil olması və ona əlillik dərəcəsinin məhz hərbi xidmətdən tərxis olunduqdan sonra 3 il ərzində təyin edilməsi əsası ilə iddia qaldırmaq hüququnu və göstərilən əsaslar təsdiq edildiyi təqdirdə iddianın təmin edilməsi ni istisna etmir.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7087/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.