Məhkəmə qərarları › İş №2(102)-4774/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4774/2019

09.07.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4774/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili Səlimov Elvin Əliyusif oğlunun iştirakı ilə, Cavabdeh “xxxx” ASC-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13624/2018 nömrəli iş üzrə 27 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nəsimi Rаyоn Məhkəməsinin (R.Ə.Səmədov) 2(006)-5865/2018 nömrəli, 10 oktyabr 2018-ci il ta rixli qətnаməsi ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə “işə bərpa” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) 2(103)-13624/2018 nömrəli, 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5865/2018 saylı iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, “xxxx” ASC-nin k/18-04470 saylı 10 avqust 2018-ci il tarixli əmrinin ləğv olunmaqla İddiaçı “xxxx” ASC-nin Şirvan RETSİ-nin X1 enerji satış sahəsinin aparıcı mühəndis vəzifəsinə bərpa edilməsi, 10 avqust 2018-ci il tarixdən işə bərpa olunacağı günə qədə r məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun məbləği qismində 20 (iyirmi) manatın “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi, apellyasiya şikayətinin təqdim edilməsi ilə bağlı iddiaçının ödədiyi dövlət rüsumu və bank xidməti xərclərinin əvəzi olaraq 10,40 (on manat 40 qəpik) manatın “xxxx” ASC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.11.2000-ci il tarixdən etibarən “xxxx” ASC-nin X2 aparıcı mühəndis vəzifəsinə qəbul olunduğunu, 10.08.2018-ci il tarixinə kimi fasiləsiz olaraq orada işlədiyini, işlədiyi müddət ərzində aylıq əmək haqqının (məcburi dövlət sosial sığor ta haqqı və vergilər çıxılmaqla) 493 manat təşkil etdiyini, “xxxx” ASC-nin k/18-04470 saylı 10 avqust 2018-ci il tarixli əmri ilə ona xəbərdarlıq edilmədən əmək müqaviləsinə xitam verildiyini, bununla da işəgötürən tərəfindən hüquqlarının kobud şəkildə pozulduğunu irəli sürmüş, buna görə də “xxxx” ASC-nin Şirvan RETSİ X2 aparıcı mühəndis vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)13624/2018 nömrəli iş üzrə 27 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsasl andırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı və vəkili Səlimov Elvin Əliyusif oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı din ləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-13624/2018 nömrəli iş üzrə 27 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin müəyyən olunmuş hallarına görə, tərəflər arasında 13.04.2015-ci il tarixində 3 ay müddətinə (13.07.2015-ci il tarixədək) müddətli əmək müqaviləsi bağlanmaqla iddiaçı, “xxxx” ASC-nin Aran RETSİnin X1 enerji satış sahəsinə aparıcı mühəndis vəzifəsinə işə qəbul edilmiş, 10.08.2018-ci il tarixdə isə onun əmək müqaviləsinə müqavilənin m üddətinin qurtarması əsası ilə xitam verilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.3-cü bəndinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir; müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə görə isə, “müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. İşin hallarından aydın olur ki, iddiaçı ilə 13.04.2015-ci il tarixində bağlanmış əmək müqaviləsi dəfələrlə eyni müddətə uzadılmaqla onun müdd əti növbəti dəfə 13.07.2018-ci il tarixində bitmiş, bununla belə sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməmiş, iddiaçının işdən çıxarılması barədə əmr isə bundan təxminən 27 gün sonra verilərək eyni tarixdə ona bu barədə 01/05-753 saylı bildiriş ünvanlanmışdır (iş materiallarında, həmin bildirişin iddiaçıya təqdim edildiyini təsdiq edən heç bir sübut mövcud deyildir). Başqa sözlə, işdən çıxarılma əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verildiyi göstərilsə də, işəgötürənin Əmək Məcəlləsinin 73-cü maddəsinin (həmçinin əmək müqaviləsinin 2-ci bəndinin) tələblərinə əsasən əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi imkanından istifadə etdiyi müəyyən edilməmişdir. Bu isə o deməkdir ki, i ddiaçının əmək müqaviləsinin müddəti 13.07.2018-ci il tarixindən sonrakı növbəti 3 ay müddətinə uzadılmış olmaqla, 10.08.2018-ci il tarixində onun əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi mümkünsüz olmuşdur. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilm əsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilərəkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan “xxxx” ASC-nin k/1804470 saylı 10 avqust 2018-ci il tarixli əmri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı “xxxx” ASC-nin Şirvan RETSİ X2 aparıcı mühəndis vəzifəsinə bərpa olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbində konkret olaraq əmrin ləğvi (yaxud etibarsızlığı) və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi xahişlərini irəli sürməsə də, onun əvvəlki işinə bərpa olunması xahişi özü-özlüyündə həmin tələbləri də ehtiva edir. Nəzərə alınmalıdır ki, işdən çıxarılması barədə əmr ləğv edilmədən işçi işinə bərpa oluna bilməz; belə işçinin məcburi iş buraxmaya görə əmək haqqının ödənilməli olduğu isə bilavasitə qanundan irəli gələn göstərişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əslində iddiaçı iddia ərizəsinin əsaslandırıcı hissəsində barəsində verilmiş 10 avqust 2018-ci il tarixli k/18-04470 saylı əmrin etibarsız hesab edilməli olduğunu irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən e dildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13624/2018 nömrəli iş üzrə 27 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13624/2018 nömrəli iş üzrə 27 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar