Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4779/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, İddiaçı və vəkili X16 qızının iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(011)6851/2018 saylı qətnaməsi ilə (hakim F.Məmmədov) iddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 31 saylı notariat kontoruna qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, onların əsasında aparılan dövlət qeydiyyatının ləğv edilməsi və çıxarışın bərpa edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli, 2(103)-103/2019 saylı qətnaməsi ilə (hakimlər: V.Sadıqov, A.Hüseynov və A.İmanov) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(011)-6851/2018 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli, 2(103)-103/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı və X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 31 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31 saylı dövlət notariat kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında 07.03.2016-cı il tarixdə bağlanılmış 4Ə-S6 saylı alqı-satqı müqaviləsinin, 52 saylı dövlət notariat kontorunda Cavabdeh2 ilə Cavabdeh3 arasında 30.08.2016-cı il tarixdə bağlanılmış 4Ə-668 saylı alqısatqı müqavilələrin etibarsız hesab edilməsi, onların əsasında aparılan dövlət qeydiyyatının ləğv edilməsi və adına verilmiş çıxarışın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, dövlət notariat kontoru tərəfindən aparılmış qanunsuz alqı-satqı müqavilələri nəticəsində mülkiyyət və sahiblik hüquqları pozulmuşdur. Belə ki, mübahisəli olan daşınmaz əmlak ünvan 1 ünvanında yerləşir. Həmin daşınmaz əmlak Dövlət Reyestr Xidmətində ilkin qeydiyyatdan X9 adlı vətəndaşın adına rəsmiləşdirilmişdir. 27.08.2011-ci il tarixdə Bakı şəhəri 22 saylı DNK-da X9 ilə Cavabdeh1 arasında 4G-2/210 saylı alqı-satqı müqaviləsi əsasında həmin əmlak sonuncunun adına rəsmiləşdirilmişdir. 07.03.2014-cii il tarixdə Bakı şəhəri 9 savlı DNK-da İddiaçıla Cavabdeh1 arasında 4G-1/368 saylı alqı-satqı müqaviləsinə əsasən həmin əmlak onun adına rəsmiləşdirilmişdir. Alqı-satqı müqaviləsindən sonra o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi ibarəsinə müraciət edərək, RX0350255 seriyalı ********** №-li 15.03.2014-cü il tarixli, mülkiyyət hüquqlarının qeydiyyatdan keçməsi haqqında çıxarış almışdır. Mübahisəli əmlakın adına rəsmiləşdirilməsi ondan ibarət olmuşdur ki, o, Cavabdeh1 həyat yoldaşı X5 42.00 0 manat pul vəsaitini borca vermişdir. Daha sonra isə aralarında belə bir razılaşma olmuşdur ki, Cavabdeh1 adına mülkü etibarnaməni rəsmiləşdirməklə, Cavabdeh1 mübahisəli əmlakı bankda ipotekaya qoymaqla adına kredit müqaviləsini rəsmiləşdirsin və onun həyat yoldaşı X8 onun pulunu qaytarsın. Kredit müqaviləsi cavabdehin adına rəsmiləşdirilmədiyi halda Cavabdeh1 mübahisəli əmlakı sahibliyinə verəcəyini öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsini rəsmiləşdirə bilmədiyinə görə ailə üzvləri ilə bir müddət yaşayış sahəsində istifadə etdikdən sonra yaşayış sahəsindən köçüb evi ona təhlil verməlidilər. Lakin onlar evi boşaltmadıqlarına görə Xətai Rayon Məhkəməsinə müraciət olunmuş və Cavabdeh1, X4 və onların azyaşlı övladları X6, X7 və X2 ünvan 1 saylı fərdi yaşayış evindən istifadə hüq uqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları tələbi irəli sürülmüşdür. İddia qismən təmin edilmişdir. Bundan sonra Xətai Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq Xətai Rayon İcra şöbəsinə icra olunması üçün göndərilmişdir. Həmin qətnamənin icrası zamanı ona məlum olmuşdur ki, Cavabdeh1 onun adından verilmiş etibarnamədən istifadə edərək ona məxsus olan əmlakı qeyriqanuni satmış və mübahisəli əmlak bir neçə dəfə cavabdehlərin arasında satılaraq sonuncu dəfə isə Cavabdeh3 adına rəsmiləşdirilmişdir. 30.08.2016-cı il tarixdə Bakı şəhəri 52 saylı DNK-da Cavabdeh2 ilə Cavabdeh3 arasında 4Ə-668 saylı alqı- müqaviləsi bağlanmış və fərdi yaşayış evi Cavabdeh3 adına rəsmiləşdirilmişdir. 07.03.2016-cı il tarixdə aparılan 4Ə-36 saylı alqı-satqı müqaviləs inin qanunsuz olmağının əsası ondan ibarətdir ki, Cavabdeh1 həmin alqı-satqını dövlət notariat kontorunda bağlayarkən notariat kontoru onun həyat yoldaşının razılığını tələb etməmişdir. Bundan başqa qeyd edir ki, vəkalət verdiyi şəxs üçüncü şəxslərin qarşısında çıxış edərək onun mənafeyinə zidd olan hərəkət etmişdir. Belə olan halda isə ilkin alqı-satqı müqaviləsi etibarsızdır və onun nəticəsində aparılan digər alqı-satqı müqavilələri də etibarsız, hesab edilməklə DRX-tə aparılan qeydiyyatlar ləğv edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli, 2(103)-103/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı və vəkili X16 qızı kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti t əmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, 07.03.2016-cı il tarixli ******* saylı alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 110 D saylı evini Cavabdeh2 satmışdır. Həmin müqavilə 07.03.2016-cı il tarixdə Bakı şəhəri 31 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və 4Ə-36 №-li reyestrdə qeydə alınmışdır. Həmin alqı-satqı müqaviləsi mülkiyyətçi İddiaçı adından X5 həmin əmlak üzərində sərəncam verilməsinə dair AR-İ № 402129 saylı etibarnamə, X1 və evdə qeydiyyatda olan ailə üzvlərinin həmin əmlakın ipoteka qoyulması və satılmasına dair razılıq ərizələri əsasında bağlanmışdır. 30.08.2016-cı il tarixli AN-İ ******* saylı alqısatqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cava bdeh2 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 110 D saylı evini Cavabdeh3 satmışdır. Həmin müqavilə 30.08.2016-cı il tarixdə Bakı şəhəri 52 saylı dövlət notariat kontorunda təsdiq edilmiş və 4Ə-668 №-li reyestrdə qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 06.09.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 Bakı şəhəri Nobel prospekti 110D saylı evin mülkiyyətçisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılm ış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. İşin müəyyən olunmuş hallarına görə, mübahisəli ev İddiaçı mülkiyyətində olmuş və onun X5 həmin əmlak üzərində sərəncam verilməsinə dair qüvvədə olan etibarnaməsi, iş üzrə digər iddiaçı İntizar Şükürovanın və həmin mənzildə qeydiyyatda olan digər şəxslərin həmin evin satılmasına, ipotekaya qoyulmasına dair yazılı razılıqları əsasında Cavabdeh2 satılmışdır. Bundan sonra, mübahisəli ev Cavabdeh2 xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmışdır. Daha sonra, Cavabdeh2 30.08.2016-cı il tarixli alqısatqı müqaviləsi əsasında Cavabdeh3 satmış və mübahisəli ev hazırda sonuncunun mülkiyyətində və istifadəsindədir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evə dair bağlanmış alğı-satqı müqavilələrinin tərəfləri həmin əqdləri öz razılaşdırılmış iradə ifadələri əsasında bağlamışlar, həmin müqavilələr bağlanarkən müqavilələr mübahisə edilməmiş, həmin əqdlər hər-hansı şərtdən aslı edilməmişdir. Mübahisə predmeti olan evə dair əqd bağlanarkən müqavilə tərəfləri səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuşdur. Həmçinin 07.03.2016-cı il tarixli ******* saylı alqı-satqı müqaviləsi Cavabdeh1 ilə deyil, İddiaçı mübahisəli ev üzərində sərəncam verilməsinə dair etibarnamə əsasında X8 ilə Cavabdeh2 arasında bağlanmışdır. Daşınmaz əmlak 06.09.2016-cı il tarixd ən tam mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş materiallarından müəyyən olunur ki, iddiaçıların eyni cavabdehlərə qarşı eyni tələblər barədə iddia ərizələri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.04.2017-ci il tarixli 2(011)-1576/2017 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Mülki Məcəl lənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Kollegiya qeyd edir ki, mübahisələndirilən alğı-satqı müqavilələri 2016-cı il tarixdə bağlanmışdır. İddiaçılar müqavilələrin bağlanması barədə məlumatlı olmalarına baxmayaraq, iddia müddətini ötürmüş, bu vaxt ərzində məhkəməyə müraciət etməmişdirlər, mövcud iddia ərizəsi ilə məhkəməyə 26.07.2018-ci il tarixdə müraciət etmişdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə da ir» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılark ən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4779/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4779/2019
11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver