Məhkəmə qərarları › İş №2(102)-478/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-478/2025

05.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-478/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(107)1126/2024 nömrəli 1 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 27 avqust 2021-ci il tarixdə verilmiş **********24-10301 reyestr nömrəli çıxarış ilə Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi İddiaçı, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi isə Cavabdeh mülkiyyətindədir. Həmin həyətyanı torpaq sahəsi bütünlüklə Cavabdeh istifadəsində olmaqla, ərazisi daş hasara alınmış torpaq sahəsinə giriş qapısı Cavabdeh tərəfindən kilidlə bağlanmışdır. Hazırda cavabdeh həm in torpaq sahəsindən iddiaçı tərəfindən istifadə imkanları məhdudlaşdırıldığını qeyd edərək hazırkı iddia tələbini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən (reyestr nömrəsi: **********24-10301) istifadəsinə yaradılan maneçiliyin aradan qaldırılması, ərazidə yetişən bitkilərin (fındıq) məhsulunun cavabdeh tərəfindən götürülməsindən ibarət qanunazidd hərəkətlərə son qoyulması və Cavabdeh 100 manat dövlət rüsumu, 150 manat hüquqi xidmət haqqı və 154 manat mütəxəssis haqqının tutulub onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yux arıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun keçmiş qayınatasıdır. O, 2016-cı ildə X5 ilə rəsmi nikaha daxil olaraq evlənmiş, həmin nikahdan bir uşaqları olmuş və münasibətləri pozulduğundan xx.xx.2019-cu il tarixdə boşanmışlar. xx.xx.2016-cı ildə onun adına Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsindən 0,10 ha həyətyanı torpaq sahəsi alınmış və ərazisi daş hasara alınaraq üzərində fərdi yaşayış evi tikilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ ona, üzərində yerləşən 94,70 kv/m sahəsi olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ isə Cavabdeh məxsusdur. Cavabdeh həmin torpaq sahəsi üzərində heç bir hüququ olmadığı halda girişdə qoyulmuş dəmir darvazanı kilidlə bağlayaraq onun torpaq sahəsinə daxil olmasını məhdudlaşdırmış v ə ərazidə yetişən bitkilərin (fındıq) məhsulunu hər il özü götürərək onu mülkiyyətdən qanunsuz yolla məhrum etmişdir.

4. Cavabdeh iddiaya etiraz ərizəsi vermiş, eyni zamanda məhkəmə iclasında iştirak edərək izahatında qeyd etmişdir ki, İddiaçı 2016-cı ildə X5 ilə rəsmi nikaha daxil olaraq evlənmiş, həmin nikahdan bir uşaqları olmuş və münasibətləri pozulduğundan boşanmışlar. xx.xx.2016-cı ildə o, Qəbələ rayonu Mirzəbəyli bələdiyysindən İddiaçı adına 0,10 ha həyətyanı torpaq sahəsi alınmış və ərazini daş hasara alaraq üzərində fərdi yaşayış evi tikmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ İddiaçı, üzərində yerləşən 94,70 kv/m sahəsi olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ isə ona məxsusdur. O, ailə üzvləri ilə birlikdə daimi olaraq Bakı şəhərində yaşayır və il ərzində fasilələrlə Qəbələ rayonu Mirzəbəyli kəndinə gəlir. Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən həyətyanı sahənin girişində qoyulmuş dəmir darvazanın kilidlə bağlanması mülkün qorunması məqsədi daşıyır və İddiaçı torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdırmır. X5 boşandıqdan sonra başqası ilə evləndiyindən iddiaçının onlarla eyni ünvanda yaşamaları mümkün deyil. Ona görə də, İddiaçı başqa yerdə həyətyanı torpaq sahəsi alınıb verilməklə mübahisənin həll edilməsinə tərəfdardır.

5. AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü cü il tarixli 3-21-3-42/2-607/2024 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********24-10301) bütünlüklə Cavabdeh istif adəsində olmaqla üzərində fərdi yaşayış evi və təsərrüfat tikilisi (talvar) inşa edilmişdir; Ərazi hasara alınıb 1 nömrəli Yerquruluşu planında qeyd olunmuş 15-6 döngə nöqtələri arasında yerləşən ərazidə darvaza qoyulmuşdur.

6. Qəbələ Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2546 nömrəli ekspert rəyində göstərilmişdir ki, Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********24-10301) bütünlüklə Cavabdeh istifadəsində olmaqla üzərində fərdi yaşayış evi və təsərrüfat tikilisi (talvar) inşa edilmişdir.

7. Qəbələ Rayon Məhkəməsinin 2 iyul 2024-cü il tarixli, e-2(025)-33/2024 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********2410301) bütünlüklə Cavabdeh istifadəsindədir və ərazisi daş hasara alınaraq qapısı kilidlə bağlandığından İddiaçı əraziyə daxil olmaq imkanı yoxdur.

9. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə (reyestr nömrəsi: **********24-10301) gedən yol ərazisində (AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2024-cü cü il tarixli 321-3-42/2-607/2024 saylı mütəxəssis əəyinə əlavə edilmiş 1 nömrəli yerquruluşu planında qeyd olunmuş 15- 16 döngə nöqtələri arasında yerləşən ərazidə) quraşdırılmış dəmir darvazanın kilidlə bağlanmasına Cavabdeh tərəfindən son qoyularaq torpaq sahəsinə sərbəst gediş-gəliş təmin edilməklə və ərazidə yerləşən bitkilərin (fındıq) məhsulunun bundan sonra Cavabdeh tərəfindən götürülməsinə son qoyulmaqla İddiaçı həmin torpaq sahəsindən təyinatına uyğun şəkildə istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlər aradan qaldırılmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.5, 157.2, 157.4, 238.1, 238.2, 238.3, 239.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 76.1, 76.2ci maddələrinə istinad etməklə əsaslandırmı şdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iddiaçının iddia ərizəsində qeyd etdiklərinə və məhkəmə prosesində olan ifadəsinə istinad edərək qətnamə qəbul etmiş, işin faktiki hallarına əhəmiyyət verməmişdir. Məhkəmə araşdırmamışdır ki, həmin torpaq sahəsinin ətrafı 2016-cı ildən əvvəl daş hasara alınmış, fərdi yaşayış evi 2016-cı ildən əvvəl yoxsa torpaq sahəsi alınandan sonra tikilmişdir. Bu məsələ aydınlaşdırılmamışdır. Mübahisəsi gedən torpaq sahəsində uzunluğu 18 metr olan talvar vardır. Ekspertin rəyində talvar göstərilsə də, onun ölçüsü göstərilməmişdir. Ümumiyyətlə götürüldükdə mü bahisəli yerə ekspert gəlməmiş, ekspert ancaq mütəxəssis rəyinə istinadən rəy vermişdir. Ev və torpaq sahəsi ətrafında olan hasar hələ 2016-cı ildən əvvəl mövcud olmuş və o, evi faktiki olaraq 2018-ci ildə rəsmi qeydə aldırmışdır. Həmin ev 7 yanvar 2020-ci il tarixə qədər Mirzəbəyli kənd sakini X6 məxsus olmuş, həmin tarixdə isə o evi Qəbələ rayon Xırxatala kənd sakini X1. Alqı-satqı müqaviləsində qeyd edilir: “Qəbələ rayonun Mirzəbəyli kəndində 1200 kvm torpaq sahəsində yerləşən 1968-ci ildə tikilmiş, divarları çay daşı və saman kərpic ilə hörülmüş, üstü şiferlə örtülmüş iki otaqdan ibarət yaşayış evini vətəndaş X2”. O, 1 dekabr 2018-ci ildə həmin evi Xırxatala kənd sakini X3 almışdır. Hətta bu baradə 21 dekabr 2018-c i il tarixdə “daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilmə sinə dair 01/05710 aylı arayış da almışdır, arayış və yuxarıda adlarını çıkdiyi alqı-satqı müqavilələrinin surətlərini məhkəməyə təqdim etmişdir. Qeyd etdiyi arayışda yaşayış evi ilə birlikdə 0,10 ha torpaq sahəsi də göstərilmişdir. Lakin bütün bunlara məhkəmə diqqət yetirməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Qanunun mənasına görə, tərəflərin torpaq sahəsi olmadan onun üzərində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə bağladığı əqdlər qanuna uğun olmadığına görə əhəmiyyətsizdir.

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1126/2024 nömrəli 1 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Elçin Mehdiyev-sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Əyyub Kərimov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişd irilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27 avqust 2021-ci il tarixdə verilmiş **********24-10301 reyestr nömrəli çıxarışa əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi İddiaçı, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi isə Cavabdeh mülkiyyətindədir. Lakin Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27 avqust 2021-ci il tarixdə verilmiş **********24-10301 reyestr nömrəli çıxarışa əsasən, Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi bütünlüklə Cavabdeh istifadəsində olmaqla, ərazisi daş hasara alınmış torpaq sahəsinə giriş qapısı Cavabdeh tərəfindən kilidlə bağ lanmış, beləliklə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən iddiaçı tərəfindən istifadə imkanları aradan qaldırılmışdır.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətini əsassız hesab etmişdir.

16. Belə ki, apellyasiya şikayətinin torpaq və evin 2016-cı ildən çox əvvəllər mövcud olması, ev və torpaq sahəsi ətrafında olan hasarın hələ 2016-cı ildən əvvəllər mövcud olması, evi faktiki olaraq 2018-ci ildə rəsmi qeydə aldırması, məhkəmənin həmin torpaq sahəsinin ətrafının 2016-cı ildən əvvəl daş hasara alınmasının, fərdi yaşayış evinin 2016-cı ildən əvvəl, yoxsa torpaq sahəsi alınandan sonra tikilməsini araşdırmaması, mübahisəsi gedən torpaq sahəsində uzunluğu 18 metr olan talvarın olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan Hüquqların D övlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27 avqust 2021-ci il tarixdə verilmiş **********2410301 reyestr nömrəli çıxarışdan göründüyü kimi Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olsa da, həmin torpaq sahəsinin özü İddiaçı mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, torpaq sahəsinin hansı tarixdə əldə edilməsindən, onun üzərindəki fərdi yaşayış evinin, torpaq sahəsinin ətrafındakı hasarın hansı tarixdə və kim tərəfindən inşa edilməsindən, torpaq sahəsində talvarın olmasından asılı olmayaraq, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onun öz mülkiyyətində olan torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncam ver mək kimi dövlət tərəfindən tanınan və qorunan hüququ vardır.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli yerə ekspertin gəlməməsi, ekspertin ancaq mütəxəssis rəyinə istinadən rəy verməsi, ekspert rəyində talvarın ölçüsünün göstərilməməsinə dair dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2546 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində yerləşən torpaq sahəsi üzrə mütəxəssis rəyinə əsasən aparılmışdır.

18. Məhkəmə kollegiyası məhkəmə tikinti texniki ekspertizasının sözügedən rəyini nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mö vcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir.

19. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci, 29-cu maddəsinin 2 və 3-cü hissələrinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4, 238.1, 238.2, 238.3, 239.2-ci, Torpaq Məcəlləsinin 84-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil3) kassasiya şikayəti ve rərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, torpaqla ev vahid daşınmaz əmlak və mülkiyyət olduğundan ərizəçinin qeyd edilən torpaq sahəsinə daxil olması və o sahədən istifadə etməsinin qarşısının alınması mümkün deyildir. Məhkəmələr iddiaçının mülkiyyət hüququnun mütləq olmadığını, həmin hüquqdan istifadə zamanı digərinin hüquqlarının pozulmalı olmadığını nəzərə almalı idilər.Halbuki, məhkəmə ev və talvarın kötük sənədlərini tələb edərək işə əlavə etməmiş, onların nə vaxt tikildiyini müəyyən etməmişdir. Belə ki, həmin ev və talvar 1950-1960-cı illərdə tikilmiş v ə qeydiyyata alınmışdır. Cavabdeh həmin tikiliyə mülkiyyət hüququnu alğı-satqı yolu ilə əldə etmişdir. İddiaçı isə həmin torpaq sahəsinin həmin tikilərin həyətyanı sahəsi kimi Bələdiyyə vasitəsilə əldə etmişdir. İddiaçı həmin vaxt cavabdehin gəlini olmuş, ona bildirmişlər ki, onun tikilisinə məxsus həyətyanı toprpaq sahəsini həmin kənddə qeydiyyatda olan iddiaçının adına daha ucuz əldə edə biləcəyindən həmin torpaq sahəsini formal olaraq indi iddiaçı olan keçmiş gəlinin adına rəsmiləşdirmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı torpaq sahəsini əldə edərkən artıq həmin ev və talvar həmin ərazidə olmuşdur. Məhkəmələr iddiaçının mülkiyyət hüququnun mütləq olmadığını, həmin hüquqdan istifadə zamanı digərinin hüquqlarının pozulmalı olmadığını nəzərə almalı idilər.

23. Kassator şikayətini Azə rbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə, Konvensiyanın 6-cı maddəsinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

26. Maddə 29 (hissə 2).Mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.

27. Maddə 29 (hissə 3).Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

30. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

31. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi mü qəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

35. Maddə 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir.

36. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Az ərbaycan Respublikasının mülkiyyətidir.

37. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onu mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

38. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 39.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 40.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 41.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 42.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 43.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 44.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 45.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 46.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 48.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

49. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olsa da, həmin torpaq sahəsinin özü İddiaçı mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, torpaq sahəsinin hansı tarixdə əldə edilməsindən, onun üzərindəki fərdi yaşayış evinin, torpaq sahəsinin ətrafındakı hasarın hansı tarixdə və kim tərəfindən inşa edilməsindən, torpaq sahəsində talvarın olmasından asılı olmayaraq, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onun öz mülkiyyətində olan torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncam vermək kimi dövlət tərəfindən tanınan və qorunan hüququ vardır.

50. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

52. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının, 2(107)-1126/2024 nömrəli,1 oktyabr 2024 -cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar