Məhkəmə qərarları › İş №2(102)-4781/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4781/2019

20.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4781/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçılar İddiaçı1 və X2, hər ikisinin vəkili X9 oğlunun, Cavabdeh X1nın iştirakı ilə, Cavabdeh X1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)12262/2018 nömrəli iş üzrə 12 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Rəfayıl Əliyev) 24 oktyabr 2016-c ı il tarixli 2(004)-9302/2016 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və X2 cavabdehlər Cavabdeh1, X1na, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtoviy (D.Bünyadzadə) küçəsi, 19 saylı evə istifadə hüquqlarını itirmiş hesab edilmələri barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli qətnaməsi cavabdeh X1na aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və X3 cavabdehlər Cavabdeh1, X1na, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtoviy (D.Bünyadzadə) küçəsi, 19 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh X1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarını n pozulması ilə çıxarılmışdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçılar və vəkili X9 oğlu kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh X1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü m addəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçıların və onların vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtoviy (D.Bünyadzadə) küçəsi, 19 saylı ev cavabdehlərin nənəsi X4 məxsus olmuş və o, həmin evin 7/18 hissəsini 1984-cü ildə X1, qalan 11/18 hissəsini isə 1988-ci ildə İddiaçı1 satmışdır. Mübahisəli evin X2a məxsus 7/18 hissəsi 2004-cü ildə vərəsəli k yolu ilə iddiaçı X3nın mülkiyyətinə keçmişdir. Cavabdeh X1 1983-cü ildən həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçılar iddia edirlər ki, cavabdehlər mübahisəli evin qalan 11/18 hissəsini İddiaçı1 satdıqdan sonra həmin evi ona təhvil verərək, ailə üzvləri ilə birlikdə başqa yerə köçmüşlər. Həmin vaxt cavabdehlər mübahisəli evdən qeydiyyatdan çıxacaqlarını vəd etsələr də, halhazıradək orada qeydiyyatda qalmaqda davam edirlər. 1988-ci ildən hal-hazıradək həmin evdə iddiaçılar öz ailə üzvləri ilə birlikdə yaşayırlar. Cavabdehlərin harada yaşamaları barədə iddiaçıların heç bir məlumatı yoxdur. Cavabdehlərin 1988-ci ildə mübahisəli evi tərk etmələrinə baxmayaraq, hal-hazıradək iddiaçılara məxsus olan evdə qeydiyyatda qalmaları iddiaçıların mülkiyyət hüququnun pozulmasına səbəb olur v ə bir sıra hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Cavabdeh X1 iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli evi anası satmış, lakin alqı-satqı zamanı onun razılığı alınmamışdır. Alqı-satqıdan sonra, yəni 1988-ci ildən mübahisəli evdə yaşamır. Cavabdeh hesab etmişdir ki, o, vərəsə olduğu üçün qeydiyyatdan çıxarıla bilməz. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Cavabdeh X1nın apellyasiya şikayətinə əsasən qətnaməni apellyasiya qaydasında yoxlayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh X1na aid hissədə iddia əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdeh X1nın 1983-cü ildə mübahisəli evə qeydiyyata alındığını və 1988-ci ilə qədər həmin ünvanda yaşadığını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisənin həllində 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Sadalanan normalaraı işin hallarına tədbiq edərək apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh X1nın özünün etirafına görə o, 1988-ci ildən mübahisəli evdə yaşamadığından Mənzil Məcəlləsinin qeyd olunan müddəalarına əsasən onun mübahisəli mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin müvəqqəti deyil, məhz daimi olaraq mübahisəli evdən köçməsi faktı tam təsdiq olunur. X7 mübahisəli evdən köçdüyü 1988-ci ildən 2018-ci ilə kimi, yəni 30 il müddətində onun tərəfindən evə köçürülmə barədə iddia qaldırılmamış və ya evdən istifadəyə maneə törədilməsi ilə bağlı hər-hansı orqana şikayət edilməmişdir. Cavabdeh X1nın dəlillərinə dair apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, o, alqı-satqı müqaviləsi bağlanılan zaman evdə qeydiyyatda olan şəxs kimi onun razılığının alınmadığını bildirsə də, həmin alqı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirməmişdir. Həmin məsələnin həlli isə hazırkı mübahisənin predmeti deyildir. Cavabdehin vərəsə olması ilə bağlı məhkəmə ilk olaraq qeyd etmişdir ki, həmin məsələnin hazırkı mübahisəyə aidiyyəti yoxdur. Eyni zamanda cavabdehlə iddiaçılar arasında hər-hansı qohumluq əlaqələri mövcud deyil və mübahisəli ev 1988-ci ildən etibarən cavabdehin anasının deyil, iddiaçıların mülkiyyətindədir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməs inə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh X1nın kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12262/2018 nömrəli iş üzrə 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar