Məhkəmə qərarları › İş №2(102)-4782/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4782/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4782/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ilk, Cavabdeh4 cavabdeh X4 qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: Açar sözlər: öhdəliyin yerinə yetirilməməsi, eləcə də qüsurlu və sertifikatı olmayan mallar təklif etmə hərəkətlərinin qanunsuz hesab edilməsi, beh müqavilələri üzrə iddiaçı tərəfindən ödənilmiş pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və beh müqavilələrinə xitam verilməsi, sifariş edilmiş əmlakın dəyəri və əldən çıxmış fayda olaraq pulun ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Əl əsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı öhdəliyin yerinə yetirilməməsi, eləcə də qüsurlu və sertifikatı olmayan mallar təklif etmə hərəkətlərinin qanunsuz hesab edilməsi, beh müqavilələri üzrə iddiaçı tərəfindən ödənilmiş pulun tutularaq iddiaçıya ödənilməsi və beh müqavilələrinə xitam verilməsi, mənəvi ziyanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə ilk, Cavabdeh4 cavabdeh X4 qarşı pul və əldən çıxmış fayda tələbinə dair qarşılıqlı iddiası ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2022-ci il tarixli, 2(103)-2578/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 202 2-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Sifariş forması” adlandırılan iki ədəd xx.xx.2019-cu il tarixli 0157 nömrəli və xx.xx.2019-cu il tarixli 0162 nömrəli əqdlərə əsasən cavabdehə məxsus «X9» mebel mağazası öz üzərinə 45 gün müddətində Türkiyə istehsalı olan və ümumilikdə dəyəri 62900 manat olan yataq mebel dəsti və digər mebel ləvazimatlarını İddiaçı təhvil vermək öhdəliyini, iddiaçı isə həmin mallara görə müvafiq həcmdə haqq ödəmək öhdəliyini üzərinə götürmüş, qeyd olunan əqdlər üzrə iddiaçı tərəfindən 33150 manat ödəniş edilmişdir. 2. 0001614 nömrəli, xx.xx.2019-cu il tarixli Qaimə Fakturasına əsasən İddiaçı tərəfindən «X9» mebel mağazasına 3400 manat ödəniş edilmişdir. 3. 18.04.2019-cu il tarixl i icarə müqaviləsinə əsasən X6 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 41 A ünvanında yerləşən ümumi sahəsi 11641.8 kv/m olan qeyriyaşayış binasının ona məxsus əsas sahədən 1000 kv/m icarəçi Cavabdeh4 verir, icarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilir 4. 11.02.2020-ci il tarixli icarə müqaviləsinə əsasən X6 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 41 A ünvanında yerləşən ümumi sahəsi 11641.8 kv/m, əsas sahəsi 9884.4 kv.m, köməkçi sahəsi 1757.4 kv/m olan qeyri-yaşayış binasının ona məxsus əsas sahədən 1000 kv/m köməkçi sahədən 250 kv/m icarəçi Cavabdeh4 verir, icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilir.

5. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2020-ci il tarixli, 1000-1xx-xx/005900 nömrəli məktubundan görünür ki, Dö vlət Gömrük Komitəsinin məlumat bazasında Türkiyə Respublikası vətəndaşı Cavabdeh1, Azərbaycan Respublikası vətəndaşları Cavabdeh2, Cavabdeh3 və «X9» mebel mağazasının adlarına 2019-2020-ci ilin yanvar-fevral ayları ərzində hər hansı malın idxalı haqqında məlumat yoxdur.

6. İş materiallarında olan Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********872800 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixə olan vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən Cavabdeh1, Cavabdeh2 və Babək prospekti 41A ünvanında yerləşən «X9» adlı mebel mağazasının vergi uçotunda olması barədə məlumat müəyyən edilməmişdir. Cavabdeh3 (VÖEN **********) xx.xx.2013-cü il tarixdən vergi uçotunda olması barədə məlumat müəyyən edilmişdir.

7. İş materiallarında o lan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli, **********627900 nömrəli cavab məktubundan görünür ki, vergi ödəyəcilərinin reyestrində xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh3 (VÖEN: 1********) xx.xx.2013-cü il tarixdən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziyi şəxs qismində uçotda olması barədə məlumat mövcuddur. Həmçinin reyestrdə xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olmaları barədə mövcud deyildir. Uçot məlumat bazasında «X9» adlı mebel mağazasının qeyd edilən ünvanda uçotda olması barədə məlumat aşkar edilməmişdir.

8. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021 -ci il tarixli, 1000-1xx-xx/0077658 nömrəli məktubundan görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında Cavabdeh4 tərəfindən (VÖEN: **********, FİN: xxxxxxx) 2019-cu il və 2020-ci ilin yanvar-fevral ayları ərzində Türkiyə Respublikasından mebellərin idxalı haqqında məlumat yoxdur.

9. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki,

1. «Sifariş forması» adlandırılan iki ədəd, xx.xx.2019-cu il tarixli, 0157 №-li və 0161 №- li sənədlərdə göstərilən mebel malları və digər bir sıra bəzi ləvazimatlar adı ilə təqdim olunan (Bakı şəhəri, Babək prospekti 41A ünvanında «X8 mebel mağazasında yerləşən və iddiaçının saxlanca yerdiyi») əmlaklar üzərində istehsal markasını müəyyən edən istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və standartlarının (norm ativ sənədlərin) işarəsi göstərilməmişdir. Bu səbəbdən də, həmin əşyaların istehsal markasına uyğun gəlib-gəlməməsini müəyyən etmək mümkün olmadı.

2. Mebel əşyalarının üzərində etiket (yarlıq) mövcud olmadığından, bu sualın ikinci hissəsinə dair rəy vermək mümkün deyildir.

3. Mebel əşyalarının üzərində istehsal markasını müəyyən edən istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və sandartların (normativ sənədlərin) işarəsi göstərilmədiyindən, mebel əşyalarının Türkiyyə Respublikasında fəaliyyət göstərən fabrik və ya zavodlarında istehsal olunmasını müəyyən etmək mümknü olmadı. Bu səbəbdən də, mebel əşyalarının hansı üsul ilə istehsal olunmasına dair rəy vermək qeyrimümkündür.

4. Mebel əşyalarının üzərində keyfiyyət sertifikat mövcud deyildir.

5. Mebel əşyalarının üzərində istehsal mar kasını müəyyən edən istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və keyfiyyət sertifikatı mövcud olmadığından, «Frendi» adı altından koltukun (divanın), «Astor» adı altında şifonerin, «Etro» adı altında koriolanın və 1 ədəd komidinin faktiki xüsusiyyətlərinin (artikul, sort və s) və keyfiyyətinin həmin firmalar (brendlər) tərəfindən istehsal olunan müvafiq mebel xüsusiyyətlərinə və keyfiyyətinə uyğun olub-olmamasını müəyyən etmək mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən öhdəliyin yerinə yetirilməməsi, eləcə də qüsurlu və sertifikatı olmayan mallar təklif etmə hərək ətlərinin qanunsuz hesab edilməsi, beh müqavilələri üzrə iddiaçı tərəfindən ödənilmiş 36550 manat beh məbləğinin 2 misli miqdarında, yəni 73100 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və beh müqavilələrinə xitam verilməsi, 20000 manat mənəvi ziyanın, 200 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehlərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200, 213.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi istisna edilmədiyindən onlar barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş edib.

10. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə ünvanlayaraq,

1. Bakı şəhəri, İnşaat çılar prospekti 2 ünvanında yerləşən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin iddiaçı tərəfindən 3-cü şəxs qismində məhkəmə işinə cəlb olunması barədə qərardad çıxarılmasını; 2. xx.xx.2021-ci il tarixli «Seçmə Luxury» və xx.xx.2021-ci il tarixli «AKM Luxury» şirkətlərinin məktub xarakterli sənədləri saxta olduğu üçün sübutlar içərisindən çıxarılması barədə qəraradad çıxarılmasını;

3. Cavabdehlər- «X13» Mebel Mağazasının əməkdaşları olan Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən hazırki işin lüzumsuz uzadılmasına şərait yaratmaqla, iddiaçının sifariş etdiyi malların idxalı ilə bağlı tələb olunan sənədlərin təsdiq olunmuş surətlərini üzürsüz səbəbdən təqdim etmədiklərinə görə həmin şəxsləri 150 manat məbləğində cərimə edilməsi barədə qərardad çıxarılmasını;

4. İş ma teriallarında olan sübutlarla məhkəmə baxışının davam etdirilməsi barədə qərardad çıxarılmasını;

5. Cavabdehlər - «X9» mebel mağazasının əməkdaşları olan Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 0157 №-li və 0161 №-li «Sifariş forması» adlandırılan iki ədəd əqd üzrə öhdəliklərin yerinə yetirilməməsi, sifariş olunan mebellər və mebel ləvazimatları barədə iddiaçıya düzgün olmayan və təhrif olunmuş məlumatlar verməklə aldadılması; həmin malların gömrük nəzarətindən və rəsmiləşdirilməsindən keçirilməməsi, eləcə də idxal olunan zaman keyfiyyətini təsdiq edən müvafiq sənədlərin təqdim edilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsinə; xx.xx.2019-cu il tarixli, 0157 №-li və 0161 №-li «Sifariş forması» adlandırılan iki ədəd əqd üzrə ödənilmiş 36550 manat beh məblə ğinin 2 misli miqdarında, yəni 73 100 manat məbləğin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmaqla İddiaçı ödənilməsi və həmin əqdlərə xitam verilməsi, 36500 manat mənəvi ziyanın, 100 manat hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmaqla iddiaçıya ödənilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını,

6. Cavabdehlər-«X13» Mebel Mağazasının əməkdaşları olan Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-cü, 206 və 213.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi istisna edilmədiyindən onlar barəsində, eyni zamanda ekspert Elvin Qəhrəmanovun hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı, 213.1-ci və 297-ci maddələrində nəzərdə tutulan əməllərə yol verməsi istisna edilmədiyindən, onun barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsini xahiş edib.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və həyat yoldaşı X5 xx.xx.2019-cü il tarixdə Bakı səhəri, Babək prospekti 41A ünvanında yerləşən “X9” adlandırılan mebel mağazasına gəlmiş, həmin mağazada onları Cavabdeh1 və Leyla adlı şəxslər qarşılamışlar. Həmin şəxslərə bildirdilər ki, yeni əldə etdikləri Bakı şəhəri, Üzeyr Hacıbəyov küçəsində yerləşən 57 saylı evin 444 saylı mənzilinə Türkiyyədə istehsal edilən yataq mebel dəsti və digər otaqlar üçün bir sıra bəzi ləvazimatlar almaq istəyirlər. Əvvəlcə onlara Türkiyədə istehsal olunan yataq mebel dəstlərinin və digər otaq ləvazimatlarının kataloq j urnallarını təqdim edərək, alacaqları əşyaları seçmələrini, həmin əşyaların hansı modeldə və hansı rənglərdə olmasını, miqdarını, ölçüləri və s. nəzərə almaqla sifariş etməklərini məsləhət gördülər. Bir qədər sonra onlar alacaqları əşyaların adları, rənglərini və miqdarını, eləcə də Türkiyədən Azərbaycana gətirilməsi üçün müddəti də (45 gün) razılaşdıraraq, “Sifariş forması” adlandırılan iki ədəd, yəni xx.xx.2019-cu il tarixli, 0157№-li və 0161№-li əqdləri imzalamağa başlayarkən aşağıdakı məsələlərə aydınlıq gətirilməsini xahiş etdilər. Belə ki, həmin əqdlərdə alacaqları əşyaların adları, ölçüləri, miqdarı ayrıayrılıqda göstərilsə də, onların dəyəri ayrı-ayrılıqda deyil, ümumilikdə müvafiq olaraq 51850 manat və 11050 manat göstərilmişdir. Göstərilən əşyaların qiymətlərinin nəyə görə ayrı-a yrılıqda göstərilməməsi sualına cavab olaraq bildirilmişdir ki, alacaqları əşyaların ümumilikdə dəyəri 62900 manata razılaşdırılmışdır, həmin əşyalar Türkiyədən gətirildiyi üçün onların Bakıdakı qiymətlərinin müəyyən edilməsində vergi orqanı ilə problem yaranmaması üçün həmin əşyalar məhz gətirildikdən sonra müvafiq qiymətlərlə göstəriləcəkdir. Alacaqları əşyaların ümumilikdə dəyəri ilə razılaşdıqları üçün hər bir malın dəyərinin ayrı-ayrılıqda göstərilməsinin onlar üçün heç bir əsaslı önəmi olmadığından onların bu şərtini qəbul etdilər. Bundan başqa, “Sifariş forması” adlandırılan iki ədəd xx.xx.2019-cu il tarixli, 0157№- li və 0161 №-li əqdlərdə adları göstərilən əşyaların mənşəyi haqqında sertifikatın (o cümlədən istehsalçı, keyfiyyət və ölçülərini təsdiq edən sənədin) nə vaxt təqdim ed ilməsi sualına belə cavab verildi ki, onlar narahat olmasın, sifarişləri “VİP”-dir, ona görə də 45 gün ərzində, bütün əşyalarla birlikdə malların sertifikatları da onlara təqdim olunacaq. Yekunda “Sifariş forması” adlandırılan iki ədəd xx.xx.2019-cu il tarixli, 0157№-li və 0161 №-li əqdlərdə adları göstərilən əşyaların ümumi dəyərinə müvafiq olaraq 25500 manat və 7650 manat, toplam 33150 manat beh qaydasında və qalan 29750 (26350+3400) manatı isə əşyalar təqdim edildikdən sonra ödənilməsi barədə razılıq əldə edildi. Elə həmin gün 33150 manat beh məbləği tam şəkildə ödənildi və “Sifariş forması” adlandırılan hər iki əqd imzalandı. Üç gündən sonra isə onlara zəng olundu və maliyyə vəziyyəti ilə bağlı, yəni əşyaların Türkiyədən daşınması üçün nəqliyyat vasitəsinin əvvəlcədən sifariş edilməsin ə ödəniş aparılmasına görə 3400 manat vəsait lazım olduğu bildirildi. Həmin vəsait də tərəflərindən xx.xx.2019-cu il tarixdə ödənildi və 2019-cu ilin dekabr ayının 15-nə qədər bütün əşyaların, eləcə də yuxarıda qeyd olunan müvafiq sənədlər təqdim olunduqdan sonra, qalan 26350 manat ödənilməsi barədə razılıq əldə olundu. Lakin həmin vaxt, yəni 2019-cu ilin dekabr ayının 15-də, səhər saatlarında mağazaya zəng edərək, sifariş etdikləri əşyaların hansı saatda təqdim olunmağı barədə məlumat almaq istəyəndə, bildirildi ki, sifariş etdikləri əşyalar tam hazır olmamış, bəzilərinin tam istehsalı dekabr ayının axırında gözlənilir və Türkiyədən onların Azərbaycana gətirilməsi zaman tələb edir, 2020-ci ilin yanvar ayının ilk günləri bayram günləri olduğundan əşyalar 2020-ci ilin yanvar ayının 8-də t əhvil veriləcəkdir. Həmin vaxt ərzində də sifariş üzrə götürülmüş öhdəlik yerinə yetirilmədi. Onlar mütəmadi olaraq müxtəlif günlərdə və saatlarda həm telefon vasitəsilə, həm də özləri mağazaya gedərək cavabdehlər ilə əlaqə saxlasalar da, cavabdehlərdən əsasən Cavabdeh1, digər hallarda isə özlərini mağazanın əməkdaşları kimi təqdim edən Cavabdeh2 və Cavabdeh3 əşyaların gah yolda olmasını, gah da kömrük məntəqəsində saxlanılması bəhanəsi ilə bu gun-sabah bütün əşyaların və sertifikatların təqdim olunmasına dair inandırıcı vədlər verirdilər. Nəhayət 2020-ci ilin fevral ayının təqribən 02 və ya 03-də onlara bildirildi ki, sifariş etdikləri əşyalardan bəziləri mənzildə yığılıb təhvil verilməsi üçün sifariş etdikləri ünvana göndərilir və digərləri də 2-3 gün ərzində onlara mənzildə təhvil veril əcəkdir. Həmin gün sifariş etdikləri əşyalardan yalnız taxtın yan hissələrini, döşəmə divarı və pufiki gətirdilər və həmin malların mənşəyi haqqında sertifikatı təqdim etmədilər. Eləcə də, qeyd olunan döşəmə divarın rəngi seçdikləri rəngə uyğun olmadığından, sifariş etdikləri rəngə uyğun olması üçün cavabdehlər tərəfindən döşəmə divarın parçası dəyişdirilməsi və yenisi ilə əvəz olunması üçün, eləcə də sifariş etdikləri pufik gətirilən pufikdən köklü sürətdə fərqi olduğundan onun yenisi ilə əvəz olunması üçün onlardan 2-3 gün vaxt istənildi və həmin əşyalar geri aparıldı. Sonra 05 fevral tarixində sifariş etdikləri əşyalardan yalnız “Fendi” koltuk, Astor şifoner, Etro koriola və 1 ədəd komidin gətirilmişdir. Həmin əşyalar Sifarişdə göstərilən ölçülərə müvafiq olmamış, o cümlədən “Fendi” kol tuk isə keyfiyyətsiz və qüsurlu olduğundan, yığılan zaman yarım dairəvi hissələri bir-birinə uyğun olmadığı üçün həmin hissələr çox kobud şəkildə dəmir boltlar vasitəsilə bərkidilmişdir. Həmin malların da sertifikatları təqdim olunmamışdır. Xüsusi olaraq qeyd edir ki, sifariş olunan digər əşyalar isə ümumiyyətlə gətirilməmişdir. Cavabdehlərə bir daha öz narazılıqlarını bildirdikdə, cavabdehlər həmin əşyaların cari ilin fevralın 08 tarixində lazımi keyfiyyətdə gətirilməsinə və bütün malların mənşəyi, keyfiyyəti və ölçüləri haqqında sertifikatların təqdim edilməsinə son dəfə söz verərək, onlardan şikayət verməməklərini xahiş etdilər. Onların niyyətləri və iradə ifadələri yeni aldıqları mənzilə sifarişdə göstərilən mebel dəsti və müvafiq ləvazimatlar almaq olduğuğuna görə, cavabdehlərin vədin ə inanaraq, onlarla razılaşmışlar. Eyni zamanda, son olaraq xx.xx.2020-ci il tarixdə sifariş olunan əşyalar gətirilmədiyi təqdirdə ödədiyi beh məbləğinin geri tələb edəcəyini onlara bildirdi. Cavabdehlər onlarla qeyd-şərtsiz razılaşaraq, xx.xx.2020-ci il tarixdə bütün əşyaları və sertifikatları onlara təqdim etmədiyi halda tərəflərindən ödənilmiş 36550 manat beh məbləğini qaytaracaqlarını bildirdilər. Lakin cavabdehlər bu dəfə də, yəni xx.xx.2020-ci il tarixdə də sifariş etdikləri əşyaların hələ hazır olmadığı və 5-6 gün gözləməklərini məsləhət gördülər. Belə olan halda, onlar ödənilmiş beh məbləğinin qaytarılmasını xahiş etdilər, lakin onlar beh məbləğini qaytarmayacaqlarını və mebellər Türkiyədən göndərildiyindən 3-4 günə Bakıda olcağı üçün bir qədər də gözləmələrini xahiş etdilər. Onlar a bildirdilər ki, 2019-cu ilin 15 dekabr tarixindən hal-hazıradək yalançı vədlər verməklə, onları aldadaraq və nəticə etibarı ilə aldıqları 36550 manat beh məbləğinə görə isə nəzarət kassa aparatının çekini və ya mədaxil kassa orderini təqdim etməlidirlər, əks halda məcbur qalıb hüquq mühafizə orqanlarına müraciət edəcəklər. Cavabdehlərdən Cavabdeh1 danışıqlar arası mağazanı onların xəbərləri olmadan tərk edib gizləndi, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə onlara nə kassa çeki, nədəki mədaxil kassa orderi verə bilmirlər, istədikləri yerə şikayət edə bilərlər deyərək, bütün məsələləri Cavabdeh1 ilə həll etməyi məsləhət gördülər. Odur ki, məcbur qalıb Nizami rayonu Pİ-nin 23 saylı Polis Bölməsinə müraciət etdilər. Lakin göstərilən məsələnin mülki qaydada həll edilməsi məsləhət görüld ü. Cavabdehlərin onlara qarşı hüquqa zidd əməlləri hazırda da davam etdiyindən və onların bilə-bilə qanunsuz olaraq qərəzli mövqeyləri onun konstitusion hüquqlarını kobud surətdə pozduğundan, onların bilə-bilə qanunsuz hərəkətlərinin və hərəkətsizliyinin qarşısının alınması, ona əsassız olaraq maddi və mənəvi zərər vurulduğundan həmin zərərin ödənilməsi üçün o, məcbur qalıb hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

13. Cavabdeh4 (bundan sonra-cavabdeh) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 edilmiş əmlakın dəyəri olan 26350 manat pulun və əldən çıxmış fayda olaraq 50000 manat pulun və dövlət rüsumu əvəzi 30 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

14. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 41 "a” ünvanında yerləşən "X9” mebel mağazasını icarə müqaviləsinə əsasən icarəyə götürmüş və kiçik sahibkarıq fəaliyyəti ilə məşğuldur. Eyni zamanda 08 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ona sahibkarlıq uçotu haqqında qeydiyyat şəhadətnaməsi verilmişdir. xx.xx.2019-cu il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “X9” mebel mağazasına gələrək, yataq dəsti və digər otaqlar üçün bir sıra ləvazimatlar almaq istədiyini bildirdi. Türkiyyə istehsalı olan yataq mebel dəstlərinin və digər otaq ləvazimatlarının kataloq jurnallarına baxdıqdan sonra xx.xx.2019-cu il tarixdə 160 sm ölçüdə Astor şifoner, 350 sm ölçüdə Fendi koltuk, 60 sm ölçüdə komidin, 5sm x 200sm ölçüdə taxt alt hissə, 110 sm x 20 sm ölçüdə şifoner aynası, 200 sm ölçüdə şifoner aynası, puf (yumru), 100 sm x 200 sm ölçüdə masa henna, sanda henna, tv henna (alt 280 -2 dolab), 130 sm ölçüdə benc və özəl parça ilə 200 sm x 280 sm ölçüdə döşəmə divarı sifariş verərək aralarında podrat müqaviləsi bağlanmışdır. Qarşılıqlı iddia üzrə cavabdehin göstərdiyi malların qiyməti hesablanaraq 51.850 manat dəyərində qiymətləndirilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh həmin qiymətlə razılaşaraq sifariş verdiyi malın 25.500 manat pulunu əvvəlcədən ödədi, 26.350 manat borcu qalmışdır. Bir müddətdən sonra qarşılıqlı iddia üzrə cavabdeh yoldaşı ilə mağazaya gələrək qaynının rəhmətə getdiyini və malların gətiriləcəyi vaxtını özləri deyəcəyini bildirlilər. Bir neçə aydan sonra qarşılıqlı iddia üzrə cavabdeh mağazaya gələrək sifariş verdiyi malların gətirilməsini b ildirdi. Qarşılıqlı iddia üzrə iddiaçı da həmin malları Türkiyədən sifariş etdi və birinci dəfə sifariş verilmiş malların bir qismi gətirilərək, həmin mallardan dəyəri 28.400 manat olan 160 sm ölçüdə astor şifoner, 350 sm ölçüdə Fendi koltuk, 60 sm ölçüdə komidin, 5 sm x 200 sm ölçüdə taxt alt hissə, 110 sm x 20 sm ölçüdə şifoner aynası, 200 sm ölçüdə şifoner aynası və özəl parça ilə 200 sm x 280 sm ölçüdə döşəmə divarı olan malları qarşılıqlı iddia üzrə cavabdehin evinə çatdırılaraq quraşdırılmışdır. Sifariş olunan digər malların puf (yumru), 100 sm x 200 sm ölçüdə masa henna, sanda henna, tv henna (alt 280 -2 dolab) və 130 sm ölçüdə bencin Türkiyədən gətirilməsi 3 gün gecikdiyinə görə qarşılıqlı iddia üzrə cavabdeh bəhanə edərək malları götürmək istəmədiyini və apardıqları malları da qay tarmaq istədiklərini bildirdilər. Halbuki qarşılıqlı iddia üzrə cavabdehin sifariş verdiyi yataq dəsti və digər əşyalar onun otaqlarının ölçülərinə uyğun sifariş verilmişdir. Həmin əmlakların başqasına satılması qeyri mümkündür. Dəfələrlə qarşılıqlı iddia üzrə cavabdehə sifariş verdiyi əmlakların ödənilməmiş 26.350 manat pulun ödənilərək, puf (yumru), 100 sm x 200 sm ölçüdə masa henna, sanda henna, tv henna (alt 280 -2 dolab) və 130 sm ölçüdə bencin “X9" mebel mağazasından aparılmasını bildirsə də, o, pulu ödəməyərək sifariş verdiyi mebel mallarını aparmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı da, hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa, xx.xx.2019-cu il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh ümumi dəyəri 11.050 manat məbləğində olan çölü 160 sm, içi 140 sm ölçüdə etro koriola-komidin, 130 sm ölçüdə 1 ədəd etro şifoner və etro puf yataq dəsti sifariş vermişdir. Həmin yataq dəsti qarşılıqlı iddia üzrə cavabdehin mənzilinə çatdırılaraq quraşdırılmış və pulu da tam ödənilmişdir. Onunla cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələr podrat hüquq münasibətlərini yaradır. Sifarişçinin işi podratçı tərəfindən yerinə yetirilsə sə, sifarişçi pulu ödəməmişdir. Halbuki iddiaçı ilə cavabdeh araslında bağlanmış müqavilədən görünür ki, sifarişçi 51.850 manat pulu ödəyərək sifariş verdiyi əmlakları qəbul etməyə borcludur. Dəfələrlə iddiaçıya sifariş verdiyi malın qalan hissəsinin aparılması barədə bildirilsə də, həmin malları aparmayaraq qalan pulun ödənilməsindən imtina etmişdir. Əgər sifarişçi işi podratçıda n qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməsə də, işin haqqını və zərərin əvəzini ödəməyə borcludur. Səbədlərdən göründüyü kimi o, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Əgər iddiaçı ona sifariş etdiyi malın dəyərini vaxtında ödəsəydi, o, qazanc əldə etdiyi pulla adi mülki dövriyyə şəraitində gəlir əldə edərdi. Ona görə də, onun ziyan (əldən çıxmış fayda) tələb etmək hüququ yaranmışdır. Cavabdeh öhdəliklərini vaxtında icra etmədiyindən onun cavabdehdən ələdn çıxmış fayda olaraq 50000 manat pul vəsaitini tələb etmək hüququ yaranmışdır. Göstərilənlərə əsasən sifariş edilmiş əmlakın dəyəri olan 26350 manat pulun və əldən çıxmış fayda olaraq 50000 manat pulun X2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə tərəf indən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3523 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, «Sifariş forması» adlandırılan iki ədəd, xx.xx.2019-cu il tarixli, 0157N-li və 0161N-li sənədlərdə göstərilən mebel malları və digər bir sıra bəzi ləvəzimatlar adı ilə təqdim olunan (Bakı şəhəri, Babək prospekti 41A ünvanında «X13» mebel mağazasında yerləşən və iddiaçının saxlanca verdiyi) əmlaklar üzərində istehsal markası müəyyən edən istehsalçının (icraçının) adı, mənsubiyyəti, istehsal yeri və sttandratları barədə (normativ sənədlərin) heç bir məlumat yoxdur. Həmin əmlakların etiketi (yarlığı) olmamaqla üzərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən hər hansı bir sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, onun sertifikatlaşdırılması haqqında məl umat göstərilməmişdir.

16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 12 oktyabr 2021-ci tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.Q.Bağırova) iddia qismən təmin edilərək, iddiaçı ilə «X9» mebel mağazası arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0157 nömrəli və xx.xx.2019-cu il tarixli 0162 nömrəli «Sifariş forması» adlı iki ədəd əqdin ləğv edilməsi, cavabdehdən əqdlər üzrə ödənilmiş 36 550 (otuz altı min beş yüz əlli) manat, hüquqi xidmətə görə 100 (yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi müəyyən edib ki, iddiaçı ilə «X9» mebel mağazası arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0157 nömrəli və xx.xx.2019-cu il tarixli 0162 nömrəli «Sifariş forması» adlı iki ədəd əqddən yaranmışdır ki, həmin əqdlərə əsasən cavabdehə məxsus «X9» mebel mağazası öz üzərinə 45 gün müddətində Türkiyə istehsalı olan və ümumilikdə dəyəri 62900 manat olan yataq mebel dəsti və digər mebel ləvazimatlarını iddiaçıya təhvil vermək öhdəliyini, iddiaçı isə həmin mallara görə müvafiq həcmdə haqq ödəmək öhdəliyini üzərinə götürmüşdür. Qeyd olunan əqdlər üzrə iddiaçı tərəfindən cəmi 36550 manat ödəniş edilmişdir. Bununla yanaşı, müqavilədə razılaşdırılan müddət ərzində həmin mebellər gətirilməmiş, mebelin bir hissəsi gecikdirilməklə gətirilmişdir ki, həmin mebellər də sifariş verilən mebellərdən köklü surətdə fərqli olmuş, qüsurlu olmuş və iddiaçı tərəfindən sifariş verilən malların mənşəy i, keyfiyyəti və ölçüləri haqqlnda sertifikatların tələb edilməsinə baxmayaraq, cavabdeh tərəf həmin mallara dair sertifikatları da iddiaçıya təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh sifariş edilən mebellərin məhz Türkiyədə fabrik üsulu ilə istehsalı olmasına və Türkiyədən idxal olunmasına dair iddiaçıya hər hansı sübutu təqdim edə bilməmişdir. tərəflərin bağladıqları əqddə göstərilən mebellərin Türkiyədə istehsal olunmasına və Azərbaycana gətirilməsinə dair sübutlar cavabdeh tərəfindən işə baxılarkən də məhkəməyə təqdim olunmamışdır.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli “Seçme Luxury”, xx.xx.2021ci il tarixli “AKM Luxury” və xx.xx.2021-ci il tarixli “Vessev interior project”in məktu blarında «Sifariş forması» adlandırılan əqdlərdə göstərilən mebellərin həmin fabriklərdə hazırlanaraq «X13» mebel mağazasına göndərilməsi üçün karqoya təhvil verilməsi qeyd olunsa da, məhkəmənin sorğusuna Dövlət Kömrük Komitəsinin cavab məktublarına əsasən «X9» mebel mağazasının adına, həmçinin Cavabdeh4 tərəfindən 2019-cu il və 2020-ci ilin yanvar-fevral ayları ərzində Türkiyə Respublikasından mebellərin idxalı haqqında məlumat yoxdur. Cavabdeh “Sifariş forması” adlı əqdlər üzrə müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmş müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması halı müəyyən edildiyindən, iddia tələbi «Sifariş forması» adlı iki ədəd əqdin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. iddiaçı tərəfində n bağlanmış əqdlər üzrə ödənilmiş 36550 manat məbləğ beh məbləği deyildir, həmin məbləğ avans kimi ödənilmiş sayılmalıdır, belə ki, əqdlərdən görünür ki, iddiaçı mebellərin bir hissəsinin dəyərini avans kimi cavabdehə ödəmiş, qalan hissəsinin dəyərini isə müqavilədə göstərilən müddətdə mebellər təhvil verildikdə ödəmək barədə razılığa gəlinmişdir.

19. İddia tələbində cavabdehin hərəkətləri səbəbindən mənəvi sarsıntı keçirməsi, sağlamlığının pozulması, mənfi psixi reaksiyaya səbəb olması nəticəsində fiziki əzab çəkdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

20. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 448.1, 421.2, 423.2, 421.5, 491.2, 491.3-cü maddələrinin tələbləri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı ilə əsaslandırıb. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək qətnamənin iddia rədd olunması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.

22. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin digər hissələri rədd edilərkən, məhkəmə tərəfindən bir sıra maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, birinci instansiya məhkəməsi hüquqi məsələləri düzgün qiymətləndirməmiş, iş materiallarında olan sübutlar tam və hərtərəfli dəyərləndirilməmiş, o cümlədən məhkəmə iddiaçıya qarşı qərəzli mövqey nümayiş etdirərək həqiqəti müəyyən etməmişdir. Açıq-aşkardır ki, məhkəmə tərəfindən “Sifariş forması" adlı əqdlər üzrə müqavilə şərtlərininin cavabdeh tərəfindən pozulması, üzərinə götürdüyü öhdəliklərin yerinə уetirməməsi - müəyyən edildiyi halda, cavabdehin formal mülahizəsini və fəriziyəsini əsas götürməklə, məhkəmə cavabdehin hüququna qanunsuz olaraq üstünlük vermiş və beh məbləğini əsassız olaraq avans ödənişi kimi qəbul edilməsi nəticəsinə gəlmişdir. İşin mübahisəsiz halıdır ki, xx.xx.2019-cu il tarixli, 0157 №-li və xx.xx.2019-cu il tarixli, 0161 №-li «Sifariş forması» adlanan sənədlər yazılı formada bağlanmışdır. Deməli, həmin sənədlər sadə yazılı formada bağlanmış iki tərəfli əqdlərə aid olan maddi hüquq normasının tələblərinə müvafiq qiymətləndirilməlidir. Digər tərəfdən, cavabdehlər həmin sifariş formalarını bütünlükdə və ya qismən mübahisələndirməmişlər. Yəni, həmin əqdlərdə ödənişin beh olmasına dair razılaşmanı təsdiq edən «beh» qrafasının, avans ödənişinə dəyişdirilməsi və ya «beh» qrafasının etibarsız hesab edilməsi barədə, cavabdehlərin hər hansı bir iddiası olmamışdır. Hətta, cavabdehə ünvanlanmış (eləcə də Qətnamənin 10-cu səhfəsinin 5-ci (axırıncı) abzasında göstərilən) iddiaçının təklifinə cavabdehlər tərəfindən heç bir cavab verilməmişdir. Deməli, bu halda belə iddiaçının iddia tələbinə cavabdehlər tərəfindən heç bir cavab verlməmsinə, yəni onların susmasına mahkərnə ümumiyyətlə hüquqi qiymət verməmişdir. İşin həqiqi halları ilə müəyyən olunur ki «Sifarif forması» adlan dmlan 2 ədəd əqd, qarışıq müqavilə olmaqla, mağaza vasitəsilə alqı-satqı və beh müqavilələrini özündə birləşdirir. Həmin mallann ümumiyyətlə harada, hansı şəxs tərəfindən istehsal olunması, mallara dair müvafiq sənədlərin olmaması və sifariş formalarında hər bir malın ayrı- aynlıqda qiymətlərinin göstərilməmsi onu sübut edir ki, mağaza həmin mallaırıı istehsalçısı olmamışdır. Deməli, satılan malların hər birinin ayrıayrılıqda qiymətlərini satıcı bilmədiyi halda, məhkəmə behin avans ödənişi kimi qəbul edilməsinin və həmin malların bir hissəsinin dəyərinə bərabər olduğu qənaətinə gəlməsinin heç bir hüquqi əsası olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki. iddiaçı keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi hallan təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Açıq-aşkardır ki, cavabdehlər 2019-cu il oktyabr ayında iddiaçıdan 36 550 manat beh olaraq, nağd pul vəsaiti almış və iddiaçını aldadaraq, üzərinə düşən öhdəliklər cavabdehlər tərəfindən yerinə yetirilməmiş, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyinə görə, iddiaçı aldığı yeni mənzili mebel dəstləri ilə təhzic edə bilməmiş və 2020-ci ili qarşılamaq üçün həmin mənzilə köçə bilməmişdir. Digər tərəfdən, cavabdehlər hazırkı məhkəmə gedişatını bacardıqları qədər lüzumsuz olaraq uzadılmasına nail olmuşlar və nəticə etibarı ilə iddiaçının 36 550 manat pul vəsaiti 2 ilə yaxın müddətdir ki, cavabdehlər tərəfindən istifadə olunur və olunmaqdadır.

23. Cavabdeh4 (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, X3 iddiasının rədd edilməsini, qarşılıqlı iddianı təmin edərək, X1 edilmiş əmlakın dəyəri olan 26.350 manat pulun və əldən çıxmış fayda olaraq 50.000 manat pulun və dövlət rüsumu əvəzi 30 (otuz) manat pulun tutularaq ona verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərmişdir ki, tərəflərin bağladıqları əqddə göstərilən mebellərin Türkiyyədə istehsal olunmasına və Azərbaycana gətirilməsinə dair sübutlar cavabdeh tərəfindən işə baxılarkən məhkəməyə təqdim olunmamışdır. Halbuki, özəl ölçülərlə sifariş olunmuş mebellərin Türkiyyə Respublikasında hazırlanması barədə “SEÇME” LUXURY və “AKM” firması tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli və “VESSEV” inter ior project fabrikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktublar məhkəməyə təqdim edilmişdir. “VESSEV” interior project fabrikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda göstərilir ki, Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən “X11” mağazasından İstanbul fabrikamıza sifariş edilən “Fendi koltuk, (3,50 sm), 1 ədəd “Gold” konsol, 2 ədəd Fendi Komidin (60 sm), Fendi karyola və arxa panosu (2x2.80m), Fendi şfoner və ayna (110x20 sm), Fendi şfoner aynası (2m), 1 ədəd Fendi Puf, 1 ədəd 130 sm özəl benc sifariş edilmiş və bu sifariş istanbul fabrikamızda hazırlanmış və xx.xx.2019-cu il tarixdə İstanbul fabrikamızdan Azərbaycan Respublikası Bakı şəhərində yerləşən “X11” mağazasın təhvil verilməsi üçün karqoya verilmişdir. “SEÇME” LUXURY firması tərəfindən verilmi ş xx.xx.2021-ci itlarixli məktubda göstərilir ki, xx.xx.2019-cu il tarixində Bağçılar/istanbul X14. Cam.San.LTD ŞTİ firması tərəfindən fabrikamıza sifariş edilən 1 ədədə henna masa (200x100), 6 ədədə henna sandalye, 1 ədədə henna tv ünitesi alt blok (280 sm), 2 ədədə henna tv ünite dolabı sifariş edilmiş, bu sifarişlər Ankara siteler fabrikasında hazırlanmış və xx.xx.2019-cu iul tarixdə Ankara siteler fabrikamızdan baxçılar istanbul adresinə təhvil verilmişdir. “AKM” firması tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda göstərilir ki, xx.xx.2019-cu il tarixdə Bakı “X11” mağazasından Ankara fabrikamıza sifariş edilən etro bir ədəd komidin, 1 ədəd etro karyola (160x140), 1 ədəd etro şifoner (130 sm), 1 ədəd etro puf Ankara siteler fabrikamızda hazırlanmış və xx.xx.2019-cu il tarixdə Ankara siteler fabrikamızdan Azərbaycan Respublikası Bakı şəhərində yerləşən “X11” mağazasın təhvil verilməsi üçün karabag lojistik şirketinə göndərilmişdir. Məhkəmə isə təqdim etdiyi sübutlara qiymət veməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə qətnaməsində göstərmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə təklif göndərərək, sifariş forması adlandırılan iki ədəd əqd üzrə cavaddeh tərəfindən Türkiyyə istehsalı olan əşyaların gətirilməsi barədə öhdəlik götürüldüyü, həmin sifarişə görə iddiaçı tərəfindən 36550 manat beh ödənildiyi, lakin dəfələrlə edilmiş müraciətlərə baxmayaraq öhdəliklərin hal-hazıradək yerinə yetirilmədiyi bildirilmiş, ona görə də əqdlər üzrə tərəfindən ödənilmiş 36550 manat beh məbləğinin 2 misli miqdarında, yəni 73100 manat məbləğ in ödənilməklə müqavilələrə xitam verilməsi təklif edilmişdir. Halbuki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə isə bütün bu qanun pozuntularına hüquqi cəhətdən qiymət verməyərək iddia ərizəsini qanunsuz olaraq icraata qəbul etmişdir. Eyni zamanda, məhkəmə qətnaməsində sifariş forması adlanan əqdləri ləğv edilməsini göstərmişdir. Halbuki, sifariş forması xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixdə 45 gün müddətinə bağlanmışdır. Məhkəmə isə əqdlərin müddətinin 2019-cu il tarixdə bitməsinə baxmayaraq, müddəti bitmiş əqdləri ləğv etmişdir. Bundan başqa məhkəmə onun qarşılıqlı iddiasına qətnamənin təsviri və əsaslandırıcı hissəsində hüquqi qiymət verməyərək, sadəcə qətnamənin nəticə hissəsində bir cümlə qeyd edərək göstərmişdir ki, qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddianın təmin edilməməsinin əsasları qətnamədə öz əksini tapmamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının müqavilələrə xitam verilməsi barədə iddia ərizəsi xx.xx.2021-ci il tarixdə yəni bir gün sonra məhkəmənin dəftərxanasına daxil olmuşdur. Bununla da məhkəmə Mülki Məcəllənin 423.2-ci maddəsinin tələblərini pozmuşdur. Qanunvericiliyin tələblərindən və yuxarıda qeyd olunan maddəninin dispazisiyasından göründüyü kimi sifarişçsinin işi potratçı tərəfindən yerinə yetirilsə də sifarişçi pulu ödəməmişdir. Halbuki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, sifarişçi 51.850 manat pulu ödəyərək sifariş verdiyi əmlakları qəbul etməyə borcludur. Dəfələrlə iddiçıya sifariş verdiyi malın qalan hissəsini aparılması barədə bildirilsə də həmin malları aparmayaraq qalan pulun ödənilməsindən imtina etmişdir. Əgər sifarişçi işi podratçıdan qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməsə də, işin haqqını və zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə isə yuxarıda qeyd olunan maddi hüquq normasını düzgün tətbiq etməməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə maddi hüququ norması kimi Mülki Məcəllənin yalnız ümumi normalarına istinad etmişdir. Tərərflər arasında olan münasibətlərin hansı hququ norması ilə tənzimlənməsini qeyd etməmişdir. Məhkəmə işə baxarkən Azərbaycan Respublikası MPM-nin Məcəlləsinin 9.3 və 88-ci maddələrinin tələblərini pozaraq, sübutları obyektiv, qərəzsiz və hərtərəfli qiymət verməyərək, mənim məhkəmə iclasında təqdim etdiyim, özəl ölçülərlə s ifariş olunmuş mebellərin Türkiyyə Respublikasında hazırlanması barədə “SEÇME” LUXURY və “AKM” firması tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli və “VESSEV” interior project fabrikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sənədləri nəzərə almamışdır. Məhkəmə xx.xx.2021-ci il tarixlı qərardadla iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmiş, həmin qərardadda sifariş olunmuş mebellərin Türkiyə Respublikasında fəaliyyət göstərən fabrik və ya zavodda istehsal olunubolunmaması və həmin mebellərin faktiki xüsusiyyətləri və keyfiyyəti həmin firmalar (brendlər) tərəfindən istehsal olunan mebel mallarının xüsusiyyətlərinə və keyfiyyətlərinə uyğun olub-olmaması və qüsurların olub-olmaması barədə sualları qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazi rliyinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 9/3523 nömrəli rəyinə əsasən, sifariş olunan mebellərin Türkiyyə Respublikasında fabrikdə istehsal olunduğu və həmin mebellərin faktiki xüsusiyyətləri (artikul, sort və.s) və kefiyyəti fabrik tərəfindən istehsal olunan müvafiq mebel mallarının xüsusiyyətlərinə və keyfiyyətinə uyğundur. Belə ki, ekspertiza tədqiqatına təqdim edilən malların üzərində hər hansı bir istehsal qüsuru aşkar edilmədi. Həmin Malların hazırlanmasında, tikilişində qüsurların olmaması onların fabrik üsulu ilə istehsal olunduğuna dəlalət edir. Məhkəmə isə həmin rəyə ümumiyyətlə hüquqi qiymət verməyib. Əgər məhkəmə ekspertin rəyini nəzərə almayacaqdırsa və digər sübutlarla yanaşı qiymətləndirməcəkdirsə nəyə görə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edirdi. Eyni zamanda cavabdehlərin heç birinin rəsmi qeydiyyat yeri Səbail rayon ərazisində olmadığı halda məhkəmə işə baxarkən ərazi aidiyyəti qaydalarına riayət etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə işin nəticəsinə mühüm təsir göstərən halların obyektiv və tam araşdırılmasına maraq göstərməmiş, bu hallardan yan keçməklə və məhkəməyə təqdim olunan sübutları düzgün tədqiq etməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2022-ci il tarixli q ətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, Q.A.Əsagərov və F.Ş.Talışınski) ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 apellyasiya şikayəti təmin edilməmiş, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-85/2021 saylı 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilkin iddianın qismən təmin və mənəvi ziyanın tutulmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hisssədə iddianın qismən təmin edilməsi, Cavabdeh4 beh razılşaması üzrə ödənilmiş 33150 manatın iki misli olaraq 66 300 (altmış altı min üç yüz) manat və 3400 manat avans məbləği olmaqla cəmi 69 700 (atmış doqquz min yeddi yüz) manat və mənəvi ziyana görə 1000 (min) manat tutularaq İddiaçı ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə tərəflərin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini rədd edilməsi nəticəsinə gələrkən iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, lakin ilkin iddianın beh razılaşması üzrə ödənilməli məbləğin tutulmasi və mənəvi ziyanın tutulmasının təmin edilməməsi hissəsində həm prosessual, həm də maddi hüquq normalarını pozmuşdur ki, bu da qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas yaratmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, tərəflər arasında bağlanmş müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması halı müəyyən edildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbi üzrə «Sifariş forması» adlı iki ədəd əqdin ləğv edilməsi qənaətinə gəlsə də, iddiaçı tərəfindən bağlanmış əqdlər üzrə ödənilmiş 36550 manat məbləğin avans kimi ödənildiyi nəticəsinə gəlməkdə haqlı olamımışdır. Qeyd edilən normanın məzmununa görə, beh məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən beh haqqında razılaşma yazılı formada bağlanmaması nəticəsində şübhə yarandıqda həmin məbləğ avans kimi ödənilmiş sayılır.

28. İş materiallarında olan tərəflər arasında iradə ifadəsi nə ticəsində yazılı formada bağlanmış xx.xx.2019-cu il tarixli 0157 nömrəli və xx.xx.2019-cu il tarixli 0162 nömrəli «Sifariş forması» adlı iki ədəd əqddən görünür ki, ödənilmiş məbləğ məhz “beh” olaraq yazılı şəkildə göstərilmişdir.

29. İddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalması cavabdehin təqsiri nəticəsində baş verməsi işin sübuta yetirilmiş halı olduğundan, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən əsaslıdır. Ona görə də cavabdehdən iddiaçının xeyrinə 1000 (bir min) manat məbləğində mənəvi ziyanın əvəzi tutulması işin faktiki halları baxımından qanuni olmaqla yanaşı ədalətlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh4 ( Vəkil2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğv edilməsinin və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

31. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, özəl ölçülərlə sifariş olunmuş mebellərin Türkiyyə Respublikasında hazırlanması barədə “SEÇME” LUXURY və “AKM” firması tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli və “VESSEV” interior project fabrikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktublar məhkəməyə təqdim edilmişdir. “VESSEV” interior project fabrikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda göstərilir ki, Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən “X11” mağazasından İstanbul fabrikamıza sifariş edilən “Fendi koltuk, (3,50 sm), 1 ədəd “Gold” konsol, 2 ədəd Fendi Komidin (60 sm), F endi karyola və arxa panosu (2x2.80m), Fendi şfoner və ayna (110x20 sm), Fendi şfoner aynası (2m), 1 ədəd Fendi Puf, 1 ədəd 130 sm özəl benc sifariş edilmiş və bu sifariş istanbul fabrikamızda hazırlanmış və xx.xx.2019-cu il tarixdə İstanbul fabrikamızdan Azərbaycan Respublikası Bakı şəhərində yerləşən “X11” mağazasın təhvil verilməsi üçün karqoya verilmişdir. “SEÇME” LUXURY firması tərəfindən verilmiş xx.xx.2021-ci itlarixli məktubda göstərilir ki, xx.xx.2019-cu il tarixində Bağçılar/istanbul X14. Cam.San.LTD ŞTİ firması tərəfindən fabrikamıza sifariş edilən 1 ədədə henna masa (200x100), 6 ədədə henna sandalye, 1 ədədə henna tv ünitesi alt blok (280 sm), 2 ədədə henna tv ünite dolabı sifariş edilmiş, bu sifarişlər Ankara siteler fabrikasında hazırlanmış və xx.xx.2019-cu iul tarixdə Anka ra siteler fabrikamızdan baxçılar istanbul adresinə təhvil verilmişdir. “AKM” firması tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda göstərilir ki, xx.xx.2019-cu il tarixdə Bakı “X11” mağazasından Ankara fabrikamıza sifariş edilən etro bir ədəd komidin, 1 ədəd etro karyola (160x140), 1 ədəd etro şifoner (130 sm), 1 ədəd etro puf Ankara siteler fabrikamızda hazırlanmış və xx.xx.2019-cu il tarixdə Ankara siteler fabrikamızdan Azərbaycan Respublikası Bakı şəhərində yerləşən “X11” mağazasın təhvil verilməsi üçün karabag lojistik şirketinə göndərilmişdir. Məhkəmə isə təqdim etdiyi sübutlara qiymət veməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə qətnaməsində göstərmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə təklif göndərərək, sifariş forması adlandırıl an iki ədəd əqd üzrə cavaddeh tərəfindən Türkiyyə istehsalı olan əşyaların gətirilməsi barədə öhdəlik götürüldüyü, həmin sifarişə görə iddiaçı tərəfindən 36550 manat beh ödənildiyi, lakin dəfələrlə edilmiş müraciətlərə baxmayaraq öhdəliklərin hal-hazıradək yerinə yetirilmədiyi bildirilmiş, ona görə də əqdlər üzrə tərəfindən ödənilmiş 36550 manat beh məbləğinin 2 misli miqdarında, yəni 73100 manat məbləğin ödənilməklə müqavilələrə xitam verilməsi təklif edilmişdir. Halbuki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə isə bütün bu qanun pozuntularına hüquqi cəhətdən qiymət verməyərək iddia ərizəsini qanunsuz olaraq icraata qəbul etmişdir. Eyni zamanda, məhkəmə qətnaməsində sifariş forması adlanan əqdləri ləğv edilməsini göstərmişdir. Halbuki, sifar iş forması xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixdə 45 gün müddətinə bağlanmışdır. Məhkəmə isə əqdlərin müddətinin 2019-cu il tarixdə bitməsinə baxmayaraq, müddəti bitmiş əqdləri ləğv etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 385.1Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin r azılaşması müqavilə sayılır.

36. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

37. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin i cra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

40. Maddə 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

41. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafıq surətdə hərəkət etməlidir.

42. Maddə 491.2. Beh məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.

43. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş say ılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Res publikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

54. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq m ünasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Apellyasiya instansiya məhkəməsi sübutlarla müəyyən etmişdir ki, tərəflərin bağladıqları əqddə göstərilən mebellərin Türkiyədə istehsal olunmasına və Azərbaycana gətirilməsinə dair sübutlar cavabdeh tərəfindən işə baxılarkən məhkəməyə təqdim olunmamışdır.

56. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3523 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, «Sifariş forması» adlandırılan iki ədəd, xx.xx.2019-cu il tarixli, 0157N-li və 0161N-li sənədlərdə göstərilən mebel malları və digər bir sıra bəzi ləvəzimatlar adı ilə təqdim olunan (Bakı şəhəri, Babək prospekti 41A ünvanında «X13» mebel mağazasında yerləşən və iddiaçının saxlanca verdiyi) əmlaklar üzərində istehsal markası müəyyən edən istehsalçının (icraçının) adı, mənsubiyyəti, istehsal yeri və sttandratları barədə (normativ sənədlərin) heç bir məlumat yoxdur. Həmin əmlakların etiketi (yarlığı) olmamaqla üzərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən hər hansı bir sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, onun sertifikatlaşdırılması haqqında məlumat göstərilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli “Seçme Luxury”, xx.xx.2021-ci il tarixli “AKM Luxury” və xx.xx.2021-ci i l tarixli “Vessev interior project”in məktublarında «Sifariş forması» adlandırılan əqdlərdə göstərilən mebellərin həmin fabriklərdə hazırlanaraq «X13» mebel mağazasına göndərilməsi üçün karqoya təhvil verilməsi qeyd olunsa da, məhkəmənin sorğusuna Dövlət Kömrük Komitəsinin cavab məktublarından görünür ki, «X9» mebel mağazasının adına, həmçinin Cavabdeh4 tərəfindən 2019-cu il və 2020-ci ilin yanvar-fevral ayları ərzində Türkiyə Respublikasından mebellərin idxalı haqqında məlumat yoxdur.

57. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “Sifariş forması” adlı əqdlər üzrə müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlə mebel sifarişi barədə xx.xx.2019-cu il tarixli 0157 nömrəli və xx.xx.2019-cu il tarixli 0162 nömr əli «Sifariş forması» adlı iki ədəd əqd bağlamış, həmin əqdlərə əsasən cavabdehə məxsus «X9» mebel mağazası öz üzərinə 45 gün müddətində Türkiyə istehsalı olan və ümumilikdə dəyəri 62900 manat olan yataq mebel dəsti və digər mebel ləvazimatlarını iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin mallara görə müvafiq həcmdə haqq ödəməyi üzərinə götürmüş və iddiaçı qeyd olunan əqdlər üzrə 36550 manat ödəniş etmişdir. Bununla yanaşı, müqavilədə razılaşdırılan müddət ərzində həmin mebellər gətirilməmiş, mebelin bir hissəsi gecikdirilməklə gətirilmişdir ki, həmin mebellər də sifariş verilən mebellərdən köklü surətdə fərqli olmuş, qüsurlu olmuş və iddiaçı tərəfindən sifariş verilən malların mənşəyi, keyfiyyəti və ölçüləri haqqlnda sertifikatların tələb edilməsinə baxmayaraq, cavabdeh tərəf həmin malla ra dair sertifikatları da iddiaçıya təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh sifariş edilən mebellərin məhz Türkiyədə fabrik üsulu ilə istehsalı olmasına və Türkiyədən idxal olunmasına dair iddiaçıya hər hansı sübutu təqdim edə bilməmişdir.

59. Eyni zamanda apellyasiya məhkəməsi iş materiallarına əlavə edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, tərəflər arasında əqd bağlanılarkən iddiaçı tərəfindən ödənilmiş 33.150 manat məbləğ cavabdehə beh olaraq verilmişdir.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqi qi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

61. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2022-ci il tarixli, 2(103)2578/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar