Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4784/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair B akı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2560/2022 nömrəli mülki iş üzrə 25 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh və cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 66.15 m2 olan mənzil iddiaçı tərəfindən tərəfindən cavabdehə satılmışdır.
2. Mənzil üzərində mülkiyyət hüquqları İddiaçı adına xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 3. 29.10.2021-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərara əsasən, İddiaçı əməlində cinayət tərki bi olmadığından Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiаçı İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanından öz əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsində qeyd olunan müddət tamam olsa da cavabdeh öz öhdəliyini icra etməmiş, dəfələrlə cavabdehə müraciət edərək mənzildən çıxmağı və mənzili ona təhvil verməyi tələb etsə də heç bir nəticəsi olma mışdır. Ona görə də hesab edir ki, cavabdeh öz əmlakları ilə birlikdə mənə məxsus mənzildən çıxarılmalıdır.
6. Cavabdeh öz növbəsində iddiаçı İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, aldatma yolu ilə onu müqavilə bağlamağa məcbur edərək alqı-satqı müqaviləsinin şərtləri ilə tanış olmağa imkan verməyən, İddiaçı onu aldadaraq imza etdirdiyi 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin qanunsuz və əsassız alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyy atı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, İddiaçıla 8% əlavə ödəməklə 45000 (qırx beş min) manat pul vəsaitini borca götürməyinə və mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilin girov kimi qoyulması barədə razılaşmış, iddiaçı alqı-satqı üçün X8, əmlak alqı-satqısında işləyənlər X3 və X5 ilə birlikdə onları Bakı şəhəri, Yasamal rayonunda yerləşən notariusa aparmış, notariusun rəhbərliyi ilə sözləri uyğun gəlməmiş, iddiaçı Sumqayıtdakı notariusa getməyi təklif etmişdir. Sumqayıt şəhərində yerləşən 3 saylı notariat ofisinə gətirərək onları danışıqlarda iştirak etməyə imkan verməmiş, sənədləri verərək qeydə aldırmış və sənədləri gətirərək təcili imza etdirdikdən sonra yaxında mağazası olduğunu, pulu orda sayıb təhvil alacaqlarını bildirmişdir. Yuxarıda göstərdiyi şəxslərin iştirakı ilə 45000 (qırx beş min) manat vəsaiti sayaraq vermiş və bildirmişdir ki, 45000 (qırx beş min) manatımı tam qaytaranadək hər ay 45000 manatın 8%-ni - 3600 (üç min altı yüz) manat pul vəsaiti verməlidir. Aylıq faizi ona qaytarmaq istədikdə iddiaçı onları yubatmış, və görüşdə bildirmişdir ki, mənzil onundur, mənzili ondan 70000 (yetmiş min) manata almışdır. Halbuki mənzil 100000 manatlıq mənzildir. İddiaçı ilə bağlanılmış alqı-satqı müqaviləsi müəyyənləşdirdirdikləri şərtləri pozmaqla bağlanmış olduğu üçün əqd bağlandığı andan etibarsızdır, etibarsızlığı ilə bağlı hüquqi nəticələrə səbəb o lmur. Həmin alqı-satqı aktı onun hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, o, cavabdehə məxsus mənzili 70000 manat müqabilində satın almış, bu barədə aralarında notariat qaydasında təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə 70000 manat məbləğində pulu bank vasitəsilə tərəfə ödəmişdir. Bu zaman onun əlində 40000 manat və 18000 ABŞ dolları pul olmuş, alqı-satqı üçün notariusa müraciət etmiş, orada ona bildirilmişdir ki, dollarla alqı-satqı mümkün deyil. O da dollarla olan pulunu manata çevirmək üçün bu işlə məşğul olan Rövşən adlı dostuna müraciət etmişdir. Cavabdehin kürəkəni Zam inlə olan telefon danışığını əks etdirən səs yazılarında “Dostumun atası bankdan 10000 manat götürüb mənə verəcək” cümləsi çıxarılıb. Zamin ona demişdir ki, mənzilin satılması ilə bağlı aralarında söz-söhbət olduğundan qayınanası evi geri almaq istəyir. O da Zaminə demişdir ki, mənzilə görə ödədiyi 70000 manat qaytarılarsa, o da mənzili qaytarar. Həmin səs yazılarında da Zamin bildirir ki, pulu düzəldə bilmir. Yəni, cavabdehlə aralarında faizlə pulun verilməsi ilə bağlı heç bir münasibət olmamışdır. Qanunla müəyyən edilmiş qaydada cavabdehdən mənzili almış, pulunu ödəmiş, çıxarış almışdır.
9. Məhkəməyə bir ədəd fləş-kart təqdim olunmuş, İddiaçı və X8 (Cavabdeh kürəkəni) arasında 05 dəqiqə, 22 saniyəlik telefon danışığı qeydə alınmışdır.
10. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd edilmişdir ki, Alıcı İddiaçı mənzilə görə ödəyəcəyi 70000 manatın 40000 manatını "xxxx" ASC vasitəsi ilə Satıcı Cavabdeh tam ödəmiş, Satıcı isə həmin məbləği almaq üçün notariusdan bank çekini qəbul etmişdir. Məbləğin qalan 30000 manatının isə həmin gün "xxxx" ASC vasitəsi ilə Alıcı İddiaçı tərəfindən Satıcı Cavabdeh ödənilməsi müəyyən edilmişdir. Müqavilə ilə eyni zamanda, müəyyən edilmişdir ki, bu məbləğin 14400.11 manatı "xxxx" ASC vasitəsi ilə "xxxx" QSC-nin Mərdəkan filialına köçürmə yolu ilə ödənilir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Cavabdeh və onun kürəkəni Zamini hazırkı mübahisə üzrə olan işlə bağlı tanımışdır. Belə ki, tanışı Salman adlı şəxs təxmi nən 7-8 ay bundan əvvəl ona zəng edərək bildirmişdir ki, bir nəfərə faizlə 45 min manat pul lazımdır. Həmin adamın evini girov qoyub pul götürmək lazımdır. O, Salman və İddiaçıla birlikdə Günəşlidə yerləşən 3 otaqlı mənzilə baxmışlar. İddiaçı mənzilə baxdıqdan sonra 45 min manat pulu verməyə razı olmuşdur. Həmin vaxt məlum olmuşdur ki, mübahisəli mənzil bankda girovdadır. İddiaçı banka pul ödəyib mübahisəli evi girovdan çıxarmışdır. Pulun qalanını qarşı tərəfə o şərtlə verəcəyini bildirmişdir ki, həmin mənzilə dair onunla alğı-satqı müqaviləsi bağlansın. Bundan sonra Yasamalda yerləşən notariusa getmişlər. Elxanın əlində ödəməyə pul tam olmadığı üçün orada alğı-satqı alınmamışdır. Buna görə də Sumqayıtda yerləşən notariusa getmişlər. Yadında qalana görə ödənişlərin edildiyi bank ”Muğanbank ” olmuşdur. Lakin Elxanda mənzili almaq üçün o qədər pul olmadığından birinci dəfə əlində olan pulu banka ödəmiş, sonra o pulu çıxarıb yenidən banka ödəmişdir. Bütün bu proseslər zamanı Elxan tərəfindən cəmi 43 min manat pul xərclənmişdir. Elxana məxsus “Nur” mağazasında 43 min manatdan bütün xərclər çıxıldıqdan sonra yerdə qalan pul Zaminə verilmişdir. Həmin puldan vasitəçi olduqları üçün 500 manat ona, 500 manat da Salmana verilmişdir. Həmin vaxt İddiaçı pulu Zaminə mağazanın kreslo olan sol tərəfində vermişdir. Bu zaman mağazanın satıcısı Əfsanə xanım da orada olmuş və onlara pul veriləndə o da görmüşdür.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Cavabdeh tanışı Zaminin qaynanasıdır. Elxanla da iki ildir ki, tanışdır. Elxanın faizlə borc pul verdiyi ni ona Rauf demişdir. Bu səbəbdən Zamin ona zəng edib ona 45000 manat borc pul lazım olduğunu deyəndə o, Raufun vasitəsilə Elxana pul üçün müraciət etmişdir. Elxan faizlə borc verməyə razı olmuşdur. Bundan sonra Elxan Zaminin qayınanasının bankda girovda olan mübahisəli mənzilini onun kredit borcunu ödəməklə girovdan çıxarmışdır. Həmin proseslərdə özü də (Salman) iştirak etmişdır. Belə ki, banklara ödənişlər edilən vaxt Elxan ödəyəcəyi pullar olan çantanı ona saxlamaq üçün vermişdir. Zamin həmin evi girov qoyaraq Elxandan borc pul götürmək istəmişdir. Mübahisəli ev bankdan girovdan çıxdıqdan sonra Elxanla Raya xanım arasında notariusda alğı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra Elxana məxsus Sumqayıt şəhərində yerləşən “Nur” mağazasında Elxan pulları Zaminə və Raya xanıma vermişdir. Bildiyi qədərilə ümumən, 43000 manat pul verilmişdir. Həmin vaxt o, bu proseslərdə vasitəçi kimi iştirak etmiş, ona görə də ona 500 manat pul vermişdir. O, təsdiq edir ki, Elxan Zaminə mağazada pul vermiş, bu zaman Raya xanım qapıda dayanmışdır. Bütün xərclər çıxılandan sonra cəmi 43000 manat pul hesablanmışdır. "xxxx" QSC-yə olan borc pulu ödəməyə Elxanla getmiş, bu zaman pullar çantada olmuş, Elxan çantanı saxlamağa ona vermişdir.
13. Sonrakı məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İddiaçı tanıyır. Belə ki, Elxanın Sumqayıt şəhərində yerləşən “Nur” adlı mağazasında iki ildən çoxdur ki, satıcı işləyir. O, İddiaçı ev aldığının şahidi olmuşdur. Belə ki, Elxan ev almaq üçün mağazadan 40000 manat və 18000 ABŞ dolları məbləğində pul götürmüşdür. Həmin pull ar onda olmuş, Elxan pulları ondan götürəndə bildirmişdir ki, ev alqı-satqısı müqaviləsi bağlamaq üçün notariusa gedir. Məhkəmə iclasında iştirak edən Zamin adlı şəxsi isə heç vaxt nə mağazada, nə də digər yerdə görməmişdır. Hansı ki, mağaza bir otaqdan - satış zalından ibarətdir. Əgər orada Zaminə pul verilsə idi, o, bunu görərdi. O, Elxanın nə Zaminə, nə də Salmana pul verdiyinin şahidi olmamışdır.
14. Sonrakı məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, İddiaçı onun dostudur. O, Elxanın işlədiyi mağazaya gedəndə əmin vaxt o, Raya adlı xanımla telefonla danışmış, sonra onunla birlikdə notariusa getmiş, notariusun həyətində gözləmişdir. Elxan evi almaq üçün ümumilikdə 70000 manat pul ödəmişdir. Həmin vaxt Elxanda 40000 manat və 18000 ABŞ dolları pul olmuşdur. Elxan özündə olan 18000 ABŞ dollarını manata çevirmək üçün dostları Rövşən adlı şəxsə müraciət etmişdir. Bundan sonra, Rövşən pulu mübadilə edib Elxana 30600 manat pul vermişdir.
15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-5066/2021 saylı işi üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) ilki iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilərək Cavabdeh və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ünvan 2 üzərində mülkiyyət hüququnu təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxa rışın ləğv edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 43250.11 manat məbləğdə pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış müqavilədə həm satıcı kimi qarşılıqlı iddiaçının iradə ifadəsi mübahisələndirilir, həm də müqavilənin bu müqavilədə göstərilən hüquqi nəticələrə səbəb olmadığı – müqavilədə nəzərdə tutulan pul məbləğinin satıcıya ödənilmədiyi iddia edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin niyyətləri mənzilin alqı-satqısını həyata keçirmək yox, ilk iddiaçının qarşılıqlı iddiaçıya verdiyi borcun və faizinin geri qaytarılmasını təminat altına almaq üçün mənzili girov qoymaq olmuşdur. Yəni, bağlan ılmış alqı-satqı müqaviləsi girov müqaviləsini pərdələmək məqsədi ilə bağlanılmış yalan əqddir.
17. Cavabdeh bu əqdi bağlamağa “məcbur” olmuşdur. Çünki bu mənzil onun "xxxx" QSC qarşısında olan kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü olduğundan o, hər an ödəyə bilmədiyi kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi, bununla da yaşadığı mənzildən məhrum olma ehtimalı ilə üz-üzə olmuşdur. Onun Bank qarşısında lazımınca icra edilməmiş yüksək məbləğdə kredit öhdəliyi olduğundan başqa bank və ya kredit təşkilatlarından bu qədər yüksək məbləğdə kredit alaraq mənzilini yüklülükdən azad etməsi imkanı olmamışdır. Belə olan vəziyyətdə onun öz mənzilindən məhrum olmamaq üçün Banka olan kredit borcunu hər nə yolla olursa olsun – başq a şəxsdən faizlə borc almaq yolu ilə belə olsa ödəməkdən başqa yolu qalmamışdır. Bu cür ağır maddi vəziyyətlə üz-üzə qalan Cavabdeh ona borc verilməsi üçün İddiaçı müraciət etmiş, İddiaçı isə bu borcu ancaq faizlə, özü də mənzilin xeyrinə girov qoyulması şərtilə verə biləcəyini bildirmişdir. Üstəlik, İddiaçı Cavabdeh ağır maddi vəziyyətindən istifadə edərək, verdiyi borcun faizi ilə birlikdə qaytarılmasını “daha əminliklə” təminat altına almaq məqsədilə girov müqaviləsi yox, alqısatqı müqaviləsi bağlamağı tərəfə təklif etmiş, Cavabdeh da yuxarıda əsaslandırılmış ağır maddi vəziyyətinin fonunda özü üçün son dərəcə əlverişsiz şərtlərlə bu müqaviləni bağlamağa razı olmuşdur.
18. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1 və 49.4-cü maddələrinə istinad edə rək qeyd etmişdir ki, hər nə qədər Cavabdeh öz şikayəti əsasında aparılmış təhqiqat araşdırması gedişində təhqiqatçıya verdiyi izahatında müqaviləni bağlayarkən girov müqaviləsi bağladığını zənn etdiyini, sonradan müqavilənin alqı-satqı müqaviləsi olduğunu başa düşdüyünü qeyd etsə də məhkəmə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin nə aldatma, nə də vacib əhəmiyyətli yanılmanın təsiri altına bağlanılmış olduğu nəticəsinə gəlir. Çünki qarşılıqlı iddia ərizəsindən və cavabdehin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, cavabdeh aralarında bağlanan müqavilənin alqı-satqı müqaviləsi olduğunu və başqa əqdi pərdələmək məqsədilə bağlandığını əvvəlcədən bilmiş, sadəcə olaraq, ağır maddi vəziyyəti səbəbindən həmin müqaviləni bağlamağa razılıq vermişdir.
19. Cavabdehin hazırkı ta rixədək həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməməsinin səbəbi də elə bu olmuşdur. Yəni, Cavabdeh əvvəlcədən bilmişdir ki, İddiaçı ilə arasında bağlanan müqavilə girov yox, alqı-satqı müqaviləsidir. Lakin o, İddiaçı ilə aralarında olan razılığa əsasən onun bu mənzili ondan alınan borcun faizi ilə birlikdə qaytarılmasını təminat altına almaq üçün öz adına keçirmək istədiyini zənn etmiş, dolayısı ilə İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edənədək onun aralarında bağlanılmış bu müqaviləyə istinad edib mənzilin əsl mülkiyyətçisini – yəni, onu mənzildən çıxarmaq niyyətində olduğunu bilməmişdir. Yəni, iddiaçının vəkilinin izahatında mübahisələndirdiyindən fərqli olaraq, Cavabdeh İddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət e dənədək aralarında bağlanılmış müqaviləni mübahisələndirməməsinin səbəbi Cavabdeh bu müqavilənin “etibarlılığını” tanıması yox, əksinə, onun bu müqavilənin “etibarlı” olduğunu bilməməsi olmuşdur. Yalnız İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh İddiaçı özünü bu mənzilin “mülkiyyətçisi” hesab etdiyini bilmişdir.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlansa da tərəflərin əsl niyyəti girov müqaviləsi bağlamaq olmuş, üstəlik, İddiaçı bu müqavilənin bağlanılmasına Cavabdeh ağır maddi vəziyyətindən istifadə etməklə nail olmuşdur. Məhkəmə bu cür nəticəyə gələrkən iş üzrə tədqiq edilmiş konkret sübutları, müqaviləyə qədərki və sonrakı danışıqları, hərəkətləri, müqavilə üzrə edilən-edilməyən hərəkət ləri, bir sözlə, tərəflər arasındakı bütün münasibətləri nəzərə almışdır. Belə ki, məhkəməyə İddiaçı və Cavabdeh kürəkəni X8 arasında olan telefon danışığını əks etdirən səs yazısının olduğu fləş-kartdakı səs yazısındakı şəxslərin kimliyi tərəflərin heç biri tərəfindən mübahisələndirilməmiş, hər iki tərəf telefon danışığındakı şəxslərin İddiaçı və Zamin Qənbərov olduğunu qəbul etmişdir.
21. Məhkəmə bu səs yazısının sübut kimi qəbul edilənliyi məsələsinə münasibət bildirərək qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş səs yazısı qanunsuz və ya gizli yolla əldə edilmiş sübut kimi qiymətləndirilməməlidir. Belə ki, səs yazısında da tərəflərin pul münasibətlərindən kənar şəxsi və ailə həyatı sirrinə dair hər hansı məlumatlar əks edilməmişdir. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş fləş-kartda olan telefon danışıqları birbaşa İddiaçı və Cavabdeh arasında baş tutmasa da tərəflərin hər ikisi qəbul etmişdir ki, borc və mənzil alqı-satqısı ilə bağlı məsələlər Cavabdeh adından onun kürəkəni Zamin Qənbərov tərəfindən həll edilmiş, üstəlik, Cavabdeh kürəkəninin telefon danışıqlarında qeyd etdiklərinin işin həqiqi hallarına uyğun olmadığını iddia etməmişdir. Bu baxımdan məhkəmə həmin fləş-kartda olan səs yazısını hazırkı iş üzrə sübut kimi qiymətləndirir.
22. Məhkəmə bu cür nəticəyə gələrkən xüsusən onu da nəzərə almışdır ki, İddiaçı Cavabdeh ilə olan müqavilə münasibətlərinin əsl mahiyyətini sonradan qətiyyətlə inkar etməsi, faktiki olaraq mənzili almaq üçün Cavabdeh heç vaxt 70000 manat məbləğində pul vermədiyi halda əsassız olaraq bu pulu verdiyini iddia edib onun bu mənzildən çıxa rılmasını tələb etdiyi nəzərə alındıqda, cavabdehin iddiaçı ilə aralarında yaranmış münasibətlərinin əsl mahiyyətini sübut etmək üçün başqa yolu qalmamış, bu səs yazısı cavabdeh üçün həqiqəti sübut etməyin yeganə vasitəsi olmuşdur.
23. Həmin səs yazısının tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, səs yazısının bütün gedişində İddiaçı Zamin Qənbərovdan 12500 manat məbləğində pul tələb etmiş, təkidlə ona bildirmişdir ki, onda olan 5000 manatın üzərinə 7500 manat da əlavə edərək ona 12500 manat məbləğində pul versin, bundan sonra mənzili ipotekaya qoyaraq kredit götürsün, həmin kredit hesabına ona olan borcunu tam ödəsin.
24. Səs yazılarından belə başa düşülür ki, iddiaçı artıq “mülkiyyətçisi” olduğu evin ipoteka ilə yüklü edilməsi, yaxud satılması yolu ilə onun pulunun qaytarılmasın ı istəyir. Hansı ki, əgər iddiaçı həqiqətən mənzilin mülkiyyətçisi olsa idi, mənzilin əvvəlki mülkiyyətçilərinə bunu təklif etmədən öz mənzili üzərində istənilən sərəncamı verərdi. Lakin hazırkı mübahisədə səs yazısından da göründüyü kimi vəziyyət tamamilə başqadır. İddiaçı bu mənzili alqı-satqı müqaviləsi əsasında heç vaxt almamış, özü də özünü heç vaxt mənzilin mülkiyyətçisi kimi tanımamış, mənzilin əsl mülkiyyətçilərindən mənzil üzərində sərəncam verilməsinə razılıq almağa çalışaraq onlara verdiyi borcun qaytarılmasına nail olmaq istəmişdir. Bu baxımdan məhkəmə İddiaçı bu səs yazısının mahiyyəti ilə bağlı məhkəmə iclasında verdiyi izahatını – hansı ki, danışıqların Cavabdeh ona satdığı mənzili geri istəməsindən sonra, onun da mənzilə görə ödədiyi pulu geri istəməsi ilə bağlı olduğunu bi ldirmişdir - qeyri-səmimi hesab edir. Səs yazısından aşkar görünür ki, tərəflər arasında alqı-satqı münasibətləri olmamış, İddiaçı bu heç vaxt mənzili almamış, mənzilin mülkiyyətçisi olmamış, sadəcə olaraq, verdiyi borcu və onun faizini tələb etmişdir.
25. Məhkəmə iclasında dindirilən şahidlər X5 və X1 verdiyi ifadələrdən də məlum olur ki, tərəflər arasında mənzil alqı-satqısı yox, borc münasibətləri olmuş, mübahisələndirilən müqavilə də bu borcun təminatı olaraq bağlanmışdır. Həmin şahidlərin hər ikisi təsdiq etmişdir ki, İddiaçı mənzilə baxdıqdan sonra mənzilin girov qoyulması qarşılığında Cavabdeh 45000 manat məbləğində faizlə borc pul verməyə razı olmuş, notariat ofisində müqaviləni alqı-satqı müqaviləsi kimi bağlamağı təklif etmiş, bunun qarşılığında Cavabdeh banka olan kredit borcunu bağlayaraq mənzili ipoteka yüklülüyündən azad etmiş, 1000 manat özünə, şahidlərin hər birinə vasitəçi kimi 500 manat, eləcə də müqavilənin təsdiqi üçün ödənilmiş 650 manat dövlət rüsumunu çıxdıqdan sonra yerdə qalan pulu özünə məxsus mağazada qarşılıqlı iddiaçının kürəkəninə vermişdir. Hətta şahid X5 bu pulun mağazanın hansı hissəsində, hansı əşyanın yanında, kimlərin yanında verilməsinə qədər hadisələri dəqiqliklə təsvir etmişdir.
26. Bunun əksinə, ilk iddiaçının vəsatəti əsasında şahid kimi dindirilmiş X6 və X2 ifadələrinə isə məhkəmə tənqidi yanaşaraq iş üzrə mötəbər sübut kimi qəbul etməmişdir.
27. Məhkəmə İddiaçı mənzil üçün ödədiyi pulun bir hissəsinin – 18000 ABŞ dollarının xarici valyutada olması və xarici valyutada alqı-satqının reallaşması mümkün olmadığına görə bu pulu dostu Rö vşən adlı şəxsin yanında milli valyutaya çevirməsi ilə bağlı qeyd etdikləri də kifayət qədər ziddiyyətli hesab edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən heç bir valyuta mübadilə şöbəsində dollar alışı ilə bağlı belə bir məhdudiyyət yoxdur.
28. Digər tərəfdən, əgər ilk iddiaçı həqiqətən həmin tarixdə 18000 ABŞ dolları məbləğində xarici valyutanı milli valyutaya mübadilə etdiribsə, üstəlik, mübadiləni həyata keçirən dostu olubsa, bu mübadiləni təsdiq edən sənəd olan qəbzi asanlıqla məhkəməyə təqdim edə bilərdi.
29. İddiaçının mənzil alqı-satqısı üçün həqiqətən valyuta mübadiləsi aparıbaparmamasının müəyyən edilməsi zəruridir. Çünki, qarşılıqlı iddiaçı iddia edir ki, ilk iddiaçı ilə aralarında bağlanılmış alqı-satqı müqaviləsində mənzilə görə 70000 manat məbləği ndə pul ödənildiyi yazılsa da əslində ilk iddiaçı 40000 manat məbləğində pulu bank hesabına köçürmüş, həmin pulu hesabdan çıxarıb 30000 manatını yenidən köçürmüşdür. Tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən də görünür ki, 70000 manat məbləğində pulun həqiqətən 40000 manat və 30000 manat hissələrlə ödənilməsi müəyyən edilmişdir. Həmçinin, mülki iş materiallarında olan (əsli əlavə edilməsə də Cavabdeh şikayəti əsasında aparılmış araşdırma nəticəsində qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı tərəfindən sənədin əslinə baxış keçirilərək iş materialı kimi qərarda yer verilmişdir) "xxxx" ASC tərəfindən verilmiş xəzinə məxaric orderlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə saat 13:47-də 40000 manat məd axil edildikdən sonra, həmin gün saat 16:18-də 30000 manat məbləğində mədaxil edilmişdir.
30. Cavabdeh ödənişlər arasındakı bu vaxt fərqini pulun bankdan çıxarılıb bir müddət sonra yenidən köçürülməsi ilə izah edir. İlk iddiaçı isə bunu xarici valyutada olan pulun milli valyutaya mübadiləsinə vaxt getməsi ilə izah edir. Lakin ilk iddiaçı bu qeyd etdiyini təsdiq edəcək hər hansı mötəbər sübutu, valyuta mübadiləsini təsdiq edəcək hər hansı qəbzi, yaxud valyuta mübadiləsini birbaşa həyata keçirən və dostu olan şəxsin şahid kimi ifadəsini məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, İddiaçı müqavilədə göstərilən 70000 manatı qarşılıqlı iddiaçının izahatında göstərdiyi yolla əldə etdiyini məhkəmə iclasında izahat verən şahidlər (Rauf və Salman) təsdiq etmişdir.
31. Son olaraq, müqavilənin xx.xx.20 21-ci il tarixdə bağlanılmasına baxmayaraq, müqavilənin 11-ci bəndində mənzilin bundan beş ay sonra – xx.xx.2021-ci il tarixdə Alıcıya təhvil verilməsinin nəzərdə tutulması mənzil alqı-satqısı müqavilələri üzrə formalaşmış ümumi təcrübəyə uyğun deyil. Xüsusən, məhkəmə iclasında izahat verən ilk İddiaçı mənzil alqı-satqısı ilə məşğul olduğunu və bu mənzili də satmaq məqsədilə aldığını bildirməsi nəzərə alındıqda, onun nəyə görə Cavabdeh mənzildə qalmaq üçün əlavə beş ay vaxt verdiyi qeyri-müəyyəndir. Hansı ki, mənzili əldə etməkdə yeganə məqsədi mənzili sataraq, yaxud kirayəyə verərək gəlir əldə etmək olan şəxs mənzilin əvvəlki sahibinin beş ay mənzildə yaşamasına icazə vermək əvəzinə, mənzili mümkün olduğu qədər tez təhvil alıb gəlir əldə etməyə çalışardı. Digər tərəfdən, ilk İddiaçı özü d ə məhkəmə iclasında əsaslandıra bilməmişdir ki, gəlir əldə etmək üçün aldığı bu mənzildə beş ay qarşılıqlı iddiaçı və ailə üzvlərinin yaşamağına heç bir gəlir əldə etməmək bahasına nəyə görə icazə vermişdir. Bu baxımdan məhkəmə bu halı mənzil alqı-satqı müqavilələri üzrə formalaşmış təcrübəyə uyğun hesab etmir və işin digər halları ilə birlikdə nəzərə alındıqda müqavilənin etibarlılığına kifayət qədər şübhə yaradan hal kimi qiymətləndirir.
32. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi Cavabdeh ağır maddi vəziyyətə düşməsi və İddiaçı bundan istifadə etməsi nəticəsində Cavabdeh özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) olduğundan və müqavilənin etibarsız olduğu, tərəflərin həqiqi niyyətlərini əks etdirmədiyi yu xarıda qeyd edilənlərə əsasən sübut edildiyindən tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
33. Məhkəmə ilk iddianı əsassız hesab edərkən, həmçinin onu da nəzərə almışdır ki, ilk iddianın bütün dəlilləri tərəflər arasında notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinin bağlanılmasına, müqaviləni hər iki tərəfin qarşılıqlı iradə ifadəsi əsasında imzalamasına, bir sözlə, müqavilədə heç bir formal pozuntunun olmamasına əsaslanmışdır. Halbuki, mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti belə deyil, mülki iş üzrə qarşılıqlı iddia tələbinin mahiyyətini məhz həmin müqavilənin sırf görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi və bu səbəbdən etibars ız hesab edilməli olduğu təşkil edir.
34. Hazırkı işdə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsində göstərilmiş 70000 manat məbləğində pul heç vaxt qarşılıqlı iddiaçıya verilməsə də qarşılıqlı iddiaçı qəbul edir ki, o, ilk iddiaçıdan borc pul almış, aralarında bağlanılmış alqısatqı müqaviləsi də bu borcun qaytarılmasını təminat altına almaq üçün bağlanmışdır. Qarşılıqlı iddiaçı əlavə etmişdir ki, aralarında bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilərsə, o, ilk iddiaçıdan aldığı borcu qaytarmağa razıdır. Belə olan halda, bu müqavilənin bağlanmasına əsas olmuş, İddiaçı tərəfindən Cavabdeh verilmiş borc pul İddiaçı geri qaytarılmalıdır.
35. Qaytarılacaq borcun məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, Cavabdeh məhkəmə iclasında və təhqiqat orqanına verdiyi izahatlar dan görünür ki, İddiaçı tərəfindən ona (kürəkəninə) 27000 manat məbləğində nağd pul verilmiş, 14400.11 manat məbləğində "xxxx" QSC-yə olan kredit borcları ödənilmiş, daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanarkən 650 manat vergi, 200 manat əlavə sənədləşməyə rüsum ödənilmişdir. Eyni zamanda, qarşılıqlı iddiaçının izahatına əsasən vasitəçilərə (şahidlərə) verilmiş cəmi 1000 manat məbləğində pul da qarşılıqlı iddiaçıya geri qaytarılmışdır. Məhkəmə iclasında izahat verən qarşılıqlı iddiaçı bütün bu məbləğləri ilk iddiaçıya ödəməyə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında izahat verən şahidlər də verdikləri izahatlarla qeyd edilənləri təsdiq etmişdir.
36. Qarşılıqlı iddia tələbinin növbəti hissəsinə - ilk iddiaçı adına verilmiş Çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə məhk əmə qeyd edir ki, qarşılıqlı iddia bu hissədə də əsaslıdır.
37. Çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsi artıq yuxarıda qeyd edilənlərə əsasən etibarsız hesab edilmişdir. Belə olan halda həmin çıxarışın qüvvədə saxlanılması üçün heç bir etibarlı hüquqi əsas qalmamışdır. Odur ki, həmin çıxarış ləğv edilməlidir.
38. Lakin məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi texniki pasportun ləğv edilməsi hissəsində təmin edilə bilməz. Çünki, texniki pasport mənzil üzərində hüquq müəyyən edən sənəd deyil, sadəcə olaraq, mənzilə çıxarış əldə etmək üçün müvafiq inzibati orqan tərəfindən tərtib edilmiş texniki sənəddir. Nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçı mənzil üzərində mülkiyyət hüququnu bərpa etdikdən sonra mənzilin mülkiyyətçisi kimi müvafiq texniki pasportun öz adına veri lməsini müvafiq inzibati orqandan tələb edə, bu tələb təmin edilməzsə, inzibati icraat qaydasında mübahisələndirilə bilər. Bu baxımdan məhkəmə qarşılıqlı iddianı həmin hissədə təmin etmir. Bu cür nəticəyə gələrkən məhkəmə onu da nəzərə alır ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi həm çıxarışın, həm də texniki pasportun ləğvi üçün əsasdır.
39. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.1, 324.4, 324.5, 337.1, 337.4, 339.1, 340.2, 404 -ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada ortaya qoyulmuşdur. Belə ki, Konvensiyanın 8-ci maddəsinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
40. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
41. Apellyasiya şikayəti, iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, bağlanmış alqı-satqı müqaviləsi qanunla və qarşılıqlı razılıq ilə müəyyən edilmiş forma tələblərinə riayət etməklə bağlanılmışdır. Həmin müqavilə etibarsız hesab oluna bilməz. Məhkəmə müqaviləni etibarsız hesab etsə də, müqavilədə qeyd olunan 70000 manat məbləğində pulun yox, 43250.11 manat pulun Cavabdeh alınıb ona verilməsini təmin etmişdir. Bu nəticəyə gələrkən isə məhkəmə Cavabdeh özünü müdafiə xarakterli ifadəsini, onun yalançı və qərəzli “şahidlər”nin ifadələrini və qanunsuz yolla əldə etdilmiş səs yazıs ına istinad etmişdir. Halbuki, evi alarkən ödədiyi 70000 manat pul iş materiallarında olan alğı-satqı müqaviləsində və ödəniş qəbzləri ilə öz təsdiqini tapır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbini pozmuş, onu toxunulmaz və dövlət tərəfindən müdafiə olunan mülkiyyətindən məhrum etmişdir. İşə baxan məhkəmə Mülki Məcəllənin 157.4-cü maddəsinin də tələbini pozmuşdur. Bəllidir ki, həm alğı-satqı, həm də girov müqaviləsi deyilən müqavilələr var və girov müqaviləsi yox alğı-satqı müqaviləsi bağlanılmışdır. Məhkəmə öz qətnaməsini iş materillarında olan səs yazısına əsaslandırmışdır. Qanunun tələbinə görə isə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Onun həmin səs yazısının hansı tarixdə, hansı məqsədlə yazılmasından xəbəri y oxdur. Həmin səs yazısı qanunu pozmaqla əldə edildiyindən mötəbər sübut hesab oluna bilməz. Səs yazısını təqdim edən şəxs həmin yazının nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borclu olduğu halda bunu edə bilməmişdir.
42. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2560/2022 nömrəli iş üzrə 25 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ilk iddia təmin edilərək Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanından öz əmlakları ilə birlikdə çıxarılması, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir.
43. Apellyasiya inst ansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia üzrə dəyərləndirməni zəruri prosessual tələblər həddində aparmamış və işin faktiki hallarına müvafiq əsaslandırmamışdır.
44. Məhkəmə qeyd etmişdir ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu anlamda diqqətə çatdırılmalıdır ki, mülki icraatın hədləri baxımından mübahisələndirilən dəlillərin məhkəmənin özü tərəfindən müəyyən edilməsi mümkün deyildir. Qeyd edilən xüsusatlar cinayət təqibi çərçivəsində araşdırmanın predmeti ola bilər ki, belə araşdırmanın nəticəsində hazırki mülki icraat baxışına təsir edəcək amilər (sübutedici faktlar) müəyyən edilmir.
45. B undan əlavə, notarial qaydada bağlanmış alqı-satqı əqdi imzalanan zaman yol verilən qüsurların mövcudluğu müəyyən edilməmiş və ümumiyyətlə notariat orqanı cavabdeh qismində cəlb edilməmişdir ki, onun hərəkət (hərəkətsizliyi) hazırki mülki icraat həddində müzakirə edilə bilsin.
46. Digər tərəfdən, başqa əqdi pərdələmək məqsədi ilə alqı-satqının bağlanması da müəyyən edilməmişdir. Halbuki, bu pərdələnmənin baş verdiyi (müəyyən edildiyi) təqdirdə belə (kredit və ipoteka münasibətlərinin müəyyən etdiyi normaların tətbiq edilməsi müstəvisində) əqdin etibarsızlığına əsas olmuş hallar müəyyən edilmir.
47. Belə ki, hər iki tərəfin razılığı ilə bağlanmış əqdlərdə razılıq müəyyən edilirsə, bu əqdə dair müddəalar tətbiq edilməlidir. Bu mənada əqdlərin etibarsızlığına dair qanunla müəyyən edilmiş müdd ətlər də ötürülmüş və əqdin notariusda imzalanan zaman hüquqlarından xəbərdar olmalı olan cavabdehin mücərrəd və ziddiyətli dəlilləri müddətin ötürülməməsinə də əsas yaratmır. Ona görə cavabdehin iddiası əsassızdır və qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürülməklə verilmişdir. Belə ki, əks edilən dəlillərin etibarsızlığa aid edilməsi şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi və arzuladığı əqdin məzmunu barəsində səhv etdiyini, yəni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi - belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilməsi barədə mülki qanunvericiliyinin dispozitiv şərtlərini ehtiva edir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış hesab edilməsi iddia edilən xx.xx.2021-ci il tarixli əqd mübahisəyə əsa sən məlum olduğu andan bir ay ərzində mübahisə edilməsi mümkün olduğu halda, iddia xx.xx.2021-ci il tarixdə verilmişdir. Pulun çatmaması üzrə cavabdehin dəlilləri müqavilənin etibarsızlığına dəlalət etmir, belə hallar müqavilə öhdəlikləri və ya pul tələbləri üzrə qanunvericiliyin müddəalarına aiddir ki, belə tələblər olmadığından tələbdən kənar dəlillərin müzakirəsi isə prosessual cəhətdən və dispozitiv imkandan (diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal olaraq yolverilməzdir.
48. İddiaçının narazı qaldığı, cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirməməsi tələbi isə əsaslıdır və onun təmin edilməsini istisna edən hallar müəyyən edilmir (cavabdeh ilk iddianın əsassızlığına dair təkzibedici dəlillər irəli sürməmişdir). Ona görə ilk iddia təmin edilməlidir və cava bdeh mənzili boşaltmaqla iddiaçıya təhvil verməlidir.
49. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edilən normativ və faktiki əsaslara uyğun əlavə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin qətnaməsinin mövcud sübutlar əsasında deyil formal mülahizələr əsasında qəbul edilməsi qənaətinə gəlmiş, iş üzrə cavabdeh tərəfindən təqdim edilən mülki mühakimə icraatı üzrə aidiyyəti olmayan sübutların (səs yazısı və şahid ifadələri) müzakirə edilməsinə əsaslar müəyyən etməmişdir. Bu əsaslar iddiaçının dələduzluq edilməsinə yönəlik faktoloji dəlillərdir ki, bunların müzakirəsi cinayət təqibinə aiddir və bu hüquqi prosedur çərçivəsində cinayət təqibi orqanı tərəfindən araşdırma aparılmış cinayət işinin başlanılması rədd edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlillə ri a) Kassasiya şikayətinin dəlilləri
50. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
51. Şikayət qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi hər iki tərəfin müqavilə bağlayarkən göstərdikləri iradə ifadələrinin motivini, yəni həqiqi huquqi niyyətlərini, eləcə də iradə ifadələrinin məzmununu araşdırmamışdır. Məhkəmə qarşılıqlı iddianın təmin edilməsinə əsaslar müəyyən etməməklə bağlı nəticəyə gələrkən iş üzrə tədqiq edilmiş konkret sübutları, müqaviləyə qədərki və sonrakı danışıqları, müqavilə üzrə edilən (edilməyən) hərəkətləri, bir sözlə tərə flər arasındakı bütün münasibətləri nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayətinə qarşı etirazı ilə eyni dəlillərdən çıxış etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
53. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
54. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
55. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu
56. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxal q hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsinin “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə Qərarı...“mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəm ə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Mə cəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələ ndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəflərin apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müq avilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir
66. İzah olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi.
67. Hazırki halda qeyd olunan ünsürlərdən hər hansı birinin qüsurlu olması apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir.
68. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumun un Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və ə saslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2560/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.