Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4784/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, mülkiyyət hüququnun müdafiəsi) Bakı şəhəri, 29 dekabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1246/2023 nömrəli, 06 sentyabr 2023- cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 29 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 185, mənzil 6 (bundan sonra “mübahisəli mənzil”) Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı (bundan sonra “iddiaçı”) xüsusi mülkiyyətindədir. verilmişdir.
2. Cavabdeh (bundan sonra “cavabdeh”) iddiaçının qardaşının keçmiş arvadı olmaqla, hazırda iki azyaşlı uşağı ilə birlikdə mübahisəli evdə yaşayır.
3. Cavabdeh mübahisəli mənzilin alqı-satqısı ilə bağlı iddiaçı ilə bağlanmış müqavilənin və dövlət reyestrindən çıxarışın etibarsızlığı barədə iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1328/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İş üzrə qəbul edi lmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 185, mənzil 6-dan cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qardaşı X1 Bakı şəhərində işlədiyi müddətdə qardaşına və onun həyat yoldaşı olan cavabdehə müvəqqəti olaraq evində qalmasına icazə vermişdir. Belə ki, iddiaçının qardaşı Rusiyada işləmiş, işləri ilə əlaqədar 1 illik Bakı şəhərinə gəlmişdir. Bakıda evi olmadığından müvəqqəti icazə vermişdir. Lakin bir müddət keçdikdən sonra evi tərk etməmişlər, tələb etdikdən sonra isə cavabdehlə qardaşı arasında maddi sıxıntı və şəxsi evinin olmaması səbəbindən mübahisə lər olmuşdur. Hazırda iddiaçını qardaşı ilə cavabdehin ər-arvad münasibətləri pozulmuşdur. Buna baxmayaraq, cavabdeh mənzili tərk etmir, hətta iddiaçının mənzilə daxil olmağına da imkan vermir.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152 və 157.2-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
8. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4149/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 185, mənzil 6-dan cavabdehin çıxarılması qət edilmişdir. (hakim Anar İbadzadə)
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, xx.xx.201 8-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir.
10. Birinci instansiya məhkəməsi göstərmişdir ki, qanunvericilik hətta şəxs mənzildə qeydiyyatda olarsa belə, onun qeydiyyatda olmasını yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi əsası olaraq nəzərdə tutmamış, həmin hüququn əmələ gəlməsi mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən müqavilənin olması ilə şərtləndirilmişdir.
11. Birinci instansiya məhkəməsi mülkiyyətin müdafiəsi ilə bağlı qanunvericiliyin normalarına istinadən belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehin ona məxsus mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respubli kasının Konstitusiyasının 13, 43, 29-cu Mülki Məcəllənin 152.1, 152.2,153.4, 157.2, 157.4, 228.2ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri belə olmuşdur: - mübahisəli mənzil cavabdehin əri X1 tərəfindən alınsa da, mənzilin alqı-satqısı zamanı mənzili satan şəxs evi əşyaları ilə satdı ğına görə, cavabdehin isə gətirəcəyi cehizlərə pul verməməsi və həmin cehizlərin müqabilində 50.000 manat pul verilməsini tələb etdiyinə görə həmin pul vəsaitini Emil Məhərrəmova vermişdir. Sonuncu həmin pul vəsaitini müqabilində mənzili ilkin sahibindən almışdır. Lakin mənzili öz adına deyil, iddiaçının adına sənədləşdirmişdir. Məznil alındığı dövrdən hazıra qədər mənzildə onlar özləri yaşamışlar. Cavabdeh də gəlin kimi birbaşa həmin mənzilə köçmüşdür; - aralarında nikahın pozulmasına dair məhkəməyə iddia ərizəsi verildikdən sonra isə Emil Məhərrəmov, iddiaçı və anası cavabdehin yaşadığı mənzilə gələrək ona fiziki zor tətbiq etməklə mənzildən çıxarmağa çalışmışlar. Bununla bağlı Nəsimi rayon polis idarəsində cinayət işinin istintaqı aparılır; - bundan sonra isə iddiaçı cavabdehə qarşı mən zildən çıxarılmaya dair məhkəməyə iddia ilə müraciət etmişdir. Cavabdeh həmin mənzildə 2 azyaşlı qız uşaqları ilə yaşayır; - məhkəmə qətnaməsində cavabdehlə iddiaçının nə kimi qohumluq əlaqələrində olması, onun həmin mənzilə nə vaxt, hansı məqsədlə köçüb yaşaması, mənzilin alqısatqısının hansı əsaslarla, hansı formada aparılması, mənzilin alınmasına pul vəsaitinin kim tərəfindən ödənilməsi halları araşdırılmamışdır; - məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməmişdir.
15. Cavabdeh apellyasiya baxışında vəsatət verərək, işin hazırki işin dayandırılmasını xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə dair iddiaçı ilə bağlanmış müqavilənin etibarsızlığı barədə iddia qaldırmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıya qarşı mü bahisəli mənzilə dair bağlanmış müqavilənin etibarsızlığı barədə iddiası üzrə yekun məhkəmə aktının qanunu qüvvəyə minməsinədək hazırki işin icraatını dayandırmışdır.
17. Nəsmi rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin yuxarıda qeyd edilən iddiası təmin edilməmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün hazırki işin icraatı təzələnmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1246/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Xumar Mərdanova)
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq və hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarından düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
20. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin əsas dəlilini – mənzilə dair iddiaçı alqı-satqı müqaviləsinin formal bağlanmasının, əslində isə mənzilin dəyərinin cavabdeh və əri tərəfindən ödənilməsinin işə baxan məhkəmə tərəfindən nəzərə alınmaması – əsassız sayaraq göstərib ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1328/2023 saylı qətnaməsinə əsasən hazırkı iş üzrə cavabdeh mübahisəli mənzilə dair bağlanmış alqı-satqı müqaviləsini və çıxarışı mübahisələndirmiş, iddia rədd edilmişdir.
21. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanu ni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
22. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə mübahisəli mənzilə və həmin mənzilə mülkiyyət hüququnun tanınması ilə bağlı məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, iddia edilən mənzilin iddiaçıya məxsus olması əsassızdır, həmin müqavilə etibarsız müqavilə hesab olunmaqla ləğv olunmalıdır. Məhkəmə cavabdeh ilə iddiaçının nə kimi qohumluq əlaqəsi olması, cavabdehin həmin evə nə vaxt köçərək yaşaması, iddiaçının isə həmin evdə hər hansı bir müddətdə yaşayıbyaşamaması, evin alqı-satqısı ilə bağlı pul vəsaitinin haradan əldə etməsi, o cümlədən iddiaçı ilə cavabdehin qarşılıqlı münasibətləri və həmin münasibətlərdən irəli gələn öhdəlikləri araşdırmamışdır. Məhkəmə tərəfindən həqiqətdə mənzili kim tərəfindən alınması, buna nə qədər pul vəsatinin ödənilməsi, həmin pul vəsaitinin hansı vəsaitlər hesabına ödənilməsi kimi hallar real araşdırılmam ışdır. Təkcə notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqaviləsinə istinad edilməklə qətnamə qəbul olunmuşdur. Reallıqda isə notariat qaydasında alqı-satqı müqaviləsi görünüş üçün bağlanmış, cavabdeh iddiaçının qardaşı və ailə üzvlərinin belə bir niyyətdə olmalarını bilməmişdir. Çünki buna qədər bir dəfə nikahı ləğv olunmuş şəxs kimi Emil Məhərrəmov bu proseslərin hüquqi tərəfini bildiyinə görə gələcəkdə əmlak tələbi olduğu halda bu əmlakdan cavabdehə pay düşməməsindən ötrü mənzilin alqı-satqı müqaviləsini iddiaçının adına rəsmiləşdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz təqdim etmişdir. Etirazda şikayətin dəlillərinin əsassız olması, cavabdehin istinad etdiyi halların məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmaması qe yd edilərək, şikayətin təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəf lərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəmə si işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyas iya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
31. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
32. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən cavabdehin çıxarılması barədədir.
33. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
34. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamaldır.
36. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisədə adı keçən mübahisəli mənzili iddiaçı alqı-satqı müqaviləsi əsasında almış, mənzili mülkiyyətinə keçirmişdir. Cavabdeh isə həmin mənzildə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir.
37. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir. Qeyd edilən m addi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.
38. İddiaçı ilə mənzilin alqı-satqı müqaviləsinin etibarsız olması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, mənzilin alqı-satqı müqaviləsinin qanuniliyinə həmin müqavilənin etibarsızlığı barədə iddiaya baxılarkən qiymət verilib və həmin iddia rədd edilib. Bunu apellyasiya məhkəməsi də öz qətnaməsində göstərib.
39. Həmçinin cavabdeh ilə iddiaçının nə kimi qohumluq əlaqəsinin olması, cavabdehin həmin evə nə vaxt köçərək yaşaması, iddiaçının isə həmin evdə hər hansı bir müddətdə yaşayıb-yaşamaması, iddiaçının evin alqı-satqısı ilə bağlı pul vəsaitini haradan əldə etməsi, o cümlədən iddiaçı ilə cavabdehin qarşılıqlı münasibətləri və həmin münasibətlərdən irəli gələn öhdəliklərin araşdırılmaması barədə kassasiya şikayətinin dəlillərinin hazırki işin predmeti ilə heç bir əlaqəsi yoxdur.
40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1246/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.