Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4786/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə istifadə hüququnun tanınması və evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçıların vəkili Vəkil iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-318/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti ü zrə işə 09 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X3 və X5 iştirakı ilə X4 tərəfindən 20 noyabr 2008-ci ildə verilmiş, Yevlax rayon İHBnin Tanrıqulular kənd ərazi nümayəndəliyində təsdiq edilmiş vəsiyyətnamədə göstərilir ki, Güləbatın Məmmədova ölən günədək ona məxsus Tanrıqulular kəndində yerləşən sahəsi 42 kv.m olan bir otaqdan ibarət yaşayış sahəsini, 0,12 ha həyətyanı torpaq sahəsini, 0.72 ha pay torpaq sahəsini və bütün mülkünü nəvəsi İddiaçı1 vəsiyyət edir. Yevlax rayon Tanrıqulular kənd İƏD-si üzrə nümayəndəsinin vəkil sorğusuna 13 №-li 13 mart 2020-ci il tarixli cavab məktubunda göstərilir ki, X4 24 noyabr 2008-ci ildə qonşuları X9 və X5 iştirakı ilə bütün mülkünü və əmlakını nəvəsi İddiaçı1 vəsi yyət etmişdir. Sonra sağlığında, 29 sentyabr 2018-ci il tarixdə həmin şahidlərin iştirakı ilə nümayəndəliyə gələrək verdiyi vəsiyyətnaməni ləğv etmişdir. İddiaçı1 verilmiş vəsiyyətnamə hazırda qüvvədə deyil. İddiaçı1 ailə üzvləri ilə birlikdə 2013-cü ildən 2018-ci ilədək Güləbatın Məmmədovaya məxsus evdə yaşamışdır. Evdən çıxmasının səbəbi ailə münaqişəsi olmuşdur. Hədiyyə verən X2 etibarnamə üzrə nümayəndəsi X11 ilə hədiyyə alan X12 arasında bağlanmış, Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 09 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 rayon Tanrıqulular kəndində yerləşən mülkiyyətində olan ümumi sahəsi 78,1 kv.m fərdi yaşayış evini və ümumi sahəsi 0,1201 ha olan torpaq sahəsin i Cavabdeh bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş seriya RX, ******* №-li Çxarışdan görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində 0,1201 ha torpaq sahəsində yerləşən 78 kv.m sahəsi olan fərdi ev 11 oktyabr 2018-ci ildə tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 fevral 2019-cu ildə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə o, ailə üzvləri ilə birlikdə nənəsi X2 razılığı ilə onun mülkiyyətində olan, Yevlax rayonu Tanrıqulular kən dində yerləşən evə köçmüşdülər. 2013-cü ildən 2018-ci ilə kimi həmin evdə yaşamışlar. X10 1920-ci il təvəllüdlü idi. Birlikdə yaşadıqları vaxt nənəsi fiziki işlə məşğul olurdu, əqli öz yerində idi. Onlar da nənəyə yüksək səviyyədə baxır, qayğısını çəkirdilər. Nənəsi mülkiyyətində olan və yaşadıqları evi ona verəcəyini bildirmiş, hətta bu barədə ona vəsiyyətnamə də vermişdir. O da inanmış, nənəsi evi ona vəsiyyət etdiyinə görə evin şüşəbəndini normal vəziyyətə gətirmiş, evi təmir etdirmişdir. Son vaxtlar yaşına görə nənəsinin səhəttində və əqlində ciddi dəyişiliklər yaranmağa başladı. Bir gün evə qayıdanda nənəsini evdə görmədi. Məlum oldu ki, xalası, hazırkı iş üzrə Cavabdeh gəlib nənəsini öz evlərinə aparmışdır. Cavabdeh anasını bir daha kəndə buraxmayacağını, öz yanında saxlayacağını b ildirdi. Sonra Cavabdeh onun nənəsinin, yəni öz anasının əqli fəaliyyətsizliyindən sui-istifadə edərək öz niyyətini həyata keçirmək üçün şahidləri ələ almış, icra nümayəndəsi vasitəsi ilə nənəsi tərəfindən ona verilmiş vəsiyyətnaməni ləğv etdirmişdir. O, evdə olmadığı vaxt isə, 2018-ci ilin dekabr ayında polis vasitəsi ilə onun ailə üzvlərini, əşyalarını çölə atmışdır. Sonra cavabdeh qısa müddətdə evi bağışlama yolu ilə özgəninkiləşdirmiş, 11 oktyabr 2018-ci il tarixdə isə evi öz adına sənədləşdirmiş, evə mülkiyyət hüququnun əldə edilməsini təsdiq edən çıxarış almışdır. Cavabdeh xəstə və köməksiz vəziyyətindən istifadə edərək nənəsinin adından onlarla heç bir bağlılığı olmayan X8 etibarnamə almış, həmin etibarnamə əsasında da Kənan adlı şəxslə bağışlama müqaviləsi tərtib etməklə evi öz adı na sənədləşdirmişdir. Bağışlanma müqaviləsi tərtib edilərkən vərəsələrin dairəsini göstərməməklə sənədləşmə apararaq həm qanun üzrə vərəsəlik hüququ olan şəxslərin, həm də mənzilə istifadə hüququ olan iddiaçıların hüquqlarını pozmuşdur. Onun adına verilmiş vəsiyyətnamə nənəsinin istək və iradəsi idi. Nənəsi mülkiyyətində olan evə onları öz istəyi ilə köçürmüş, birlikdə yaşamaqlarına razılıq vermişdir. 2013-cü ildən 2018-ci ilə kimi də nənəsi ilə birlikdə yaşamaqla birgə təsərrüfatı idarə etmişlər. Ancaq cavabdeh nənəsinin əqli geriliyindən istifadə edərək evi öz mülkiyyətinə keçirmiş və onları həmin evdən çıxarmışdır. Ailəlidir, iki uşağı var. Başqa yaşayış yeri yoxdur ki, ailə üzvləri ilə birlikdə həmin evə köçüb orada yaşasınlar. Hesab edir ki, nənəsinin mülkiyyətində olmuş Yevlax rayonu Tanrıqulular kəndində yerləşən evdə onun da istifadə hüququ vardır. Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Kərimova, iş № 2(051)-1325/2020) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 11 oktyabr 2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışla cavabdehin mülkiyyətində olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar 2013-cü ildə həmin evə köçüb mülkiyyətçi G.Məmmədova ilə birlikdə yaşamışlar. G.Məmmədova mülkiyyətində olmuş həmin evə dair İddiaçı1 vəsiyyətnamə vermişdir. Sonradan iddiaçılarla mülkiyyətçi Güləbatın Məmmədova arasındakı münasibətlər pozulmuş, 2018-ci ilin sentyabr ayında G.Məmmədova vəsiyyətnaməsini ləğv etmişdir. Aralarındakı münasibətlər pozulması səbəbindən iddiaçılar mübahisəli evdən çıxarılmışlar. Güləbatın Məmmədova mülkiyyətində olmuş həmin evi 03 oktyabr 2018-ci il tarixli, notariat qaydada təsdiq olunmuş bağışlanma müqaviləsi ilə qızına, hazırkı iş üzrə Cavabdeh bağışlamış, 11 oktyabr 2018-ci ildə ev tam mülkiyyət hüququ ilə cavabdehin mülkiyyətinə keçmişdir. Əvvəlki mülkiyyətçi X4 isə 25 fevral 2019-cu ildə vəfat etmişdir. Güləbatın Məmmədova mülkiyyətində olmuş evə dair İddiaçı1 verdiyi vəsiyyətnaməni sağlığında ləğv etdirmişdir. Mirasın açıldığı günə isə mübahisəli ev Güləbatın Məmmədovanın mülkiyyətində olmadığına görə, həmin ev mirasın kütləsinə daxil olmamışdır. Mübahisələndirilən evin cavabdehin mülkiyyətinə keçməsi iddiaçının, eləcə də digər vərəsələrin vərəsəlik hüquqlarını pozması barədə dəlili əsassızdır. Birinci instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, aralarındakı münasibətlər pozulması səbəbindən iddiaçılar mübahisələndirilən evin əvvəlki mülkiyyətçisi tərəfindən evdən çıxarılmışlar. Evi cavabdeh qeyri-qanuni yolla mülkiyyətinə keçirdiyini bildirsələr də, cavabdehə mülkiyyət hüququ verən çıxarış məhkəmə qaydasında mübahisələndirilməmişdir və hazırda da qanuni qüvvədədir. İddiaçı tələbində evdə yaşadıqları müddətdə evi öz vəsaiti hesabına təmir etdirdiyini bildirmişdir ki, lazımi sübutları təqdim etməklə təmir xərclərilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. İddiaçılar cavabde hin ailə üzvləri deyil və cavabdeh iddiaçıların onun mülkiyyətində olan evə istifadə hüquqlarının tanınmasına və evə köçürülməsinə etiraz edir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti vermişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, 2013-cü ildə o, ailə üzvləri ilə birlikdə nənəsi X2 razılığı ilə onun mülkiyyətində olan, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən evə köçmüşdülər. 2013-cü ildən 2018-ci ilə kimi həmin evdə yaşamışlar. Nənəsi mülkiyyətində olan və yaşadıqları evi ona verəcəyini bildirmiş, hətta bu barədə ona vəsiyyətnamə də ve rmişdir. Sonra Cavabdeh onun nənəsinin, yəni öz anasının əqli fəaliyyətsizliyindən sui-istifadə edərək öz niyyətini həyata keçirmək üçün şahidləri ələ almış, icra nümayəndəsi vasitəsi ilə nənəsi tərəfindən ona verilmiş vəsiyyətnaməni ləğv etdirmişdir. Onun adına verilmiş vəsiyyətnamə nənəsinin istək və iradəsi idi. Nənəsi mülkiyyətində olan evə onları öz istəyi ilə köçürmüş, birlikdə yaşamaqlarına razılıq vermişdir. 2013-cü ildən 2018-ci ilə kimi də nənəsi ilə birlikdə yaşamaqla birgə təsərrüfatı idarə etmişlər. Ancaq cavabdeh nənəsinin əqli geriliyindən istifadə edərək evi öz mülkiyyətinə keçirmiş və onları həmin evdən çıxarmışdır. Ailəlidir, iki uşağı var. Başqa yaşayış yeri yoxdur ki, ailə üzvləri ilə birlikdə həmin evə köçüb orada yaşasınlar. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti nin təmin edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov, A.Mahmudov, iş № 2(107)318/2021) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(051)1325/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli ev X2 mülkiyyətində olmuşdur. İddiaçılar 2013-cü ildə həmin evə köçüb mülkiyyətçi G.Məmmədova ilə birlikdə yaşamışlar. G.Məmmədova mülkiyyətində olmuş həmin evə dair İddiaçı1 vəsiyyətnamə vermişdir. Sonradan iddiaçılarla mülkiyyətçi Güləbatın Məmmədova arasındakı münasibətlər pozulmuş, 2018- ci ilin sentyabr ayında G.Məmmədova vəsiyyətnaməsini ləğv etmişdir. Aralarındakı münasibətlər pozulması səbəbindən iddiaçılar mübahisəli evdən çıxarılmışlar. Güləbatın Məmmədova mülkiyyətində olmuş həmin evi 03 oktyabr 2018-ci il tarixli, notariat qaydada təsdiq olunmuş bağışlanma müqaviləsi ilə qızına, hazırkı iş üzrə Cavabdeh bağışlamış, 11 oktyabr 2018-ci ildə ev tam mülkiyyət hüququ ilə cavabdehin mülkiyyətinə keçmişdir. Əvvəlki mülkiyyətçi X4 isə 25 fevral 2019-cu ildə vəfat etmişdir. Göründüyü kimi Güləbatın Məmmədova mülkiyyətində olmuş evə dair İddiaçı1 verdiyi vəsiyyətnaməni sağlığında ləğv etdirmişdir. Mirasın açıldığı günə isə mübahisəli ev Güləbatın Məmmədovanın mülkiyyətində olmadığına görə, həmin ev mirasın kütləsinə daxil olmamışdır. Bundan əlavə məhkəmə tədqiqi zamanı müəyy ən edildi ki, aralarındakı münasibətlər pozulması səbəbindən iddiaçılar mübahisələndirilən evin əvvəlki mülkiyyətçisi tərəfindən evdən çıxarılmışlar. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri mahiyyəti üzrə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-318/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yeni dən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli 2(107)-318/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıların vəkili Vəkil kollegiyanın iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Digər tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsi nə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüq uqunun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar kassasiya şikayəti vermişdirlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin a rvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında deyilir: “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcə lləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəllə sinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).” Daha sonra yuxarıda qeyd edilən qərarda deyilir “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəs inin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəs i, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna o laraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apellyasiya şikayətində olan dəlillərlə eynilik təşkil edir və mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-318/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4786/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4786/2021
09.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver