Məhkəmə qərarları › İş №2(102)-4787/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4787/2020

21.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4787/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1, kassator Cavabdeh1 vəkili Vəkil2, Cavabdeh2 vəkili X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-190/2019, hak im R.N.Quliyev) İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası təmin edilmiş, cavabdehlərin özlərinə məxsus əşyaları ilə birlikdə iddiaçıya məxsus olan ünvan 1 ünvanında “xxxx” MTK tərəfindən inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının 2-ci giriş, 13cü mərtəbəsində yerləşən 178.4 kv.m. sahəsi olan 84 (əvvəlki nömrəsi 78) saylı mənzildən çıxarılmaları, həmin mənzilin iddiaçıya təhvil verilməsi qət edilmiş və Cavabdeh1 İddiaçı qarşı mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu tarixli qətnaməsi ilə (iş № 2(103)-14068/2019, hakimlər X.A.Cəmilova, İ.K.Xəlilov, İ.Ə.Kərimli) cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelya siya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2018-ci il tarixdə Köçərli X1 Xatirə Cəbrayıl qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında “xxxx” MTK tərəfindən inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178.4 kv.m. sahəsi olan 84 (əvvəlki nömrəsi 78) saylı mənzildən çıxarılmaları və ona məxsus olan ünvan 1 ünvanında “xxxx” MTK tərəfindən inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerlə şən 178.4 kv.m. sahəsi olan 84 (əvvəlki nömrəsi 78) saylı mənzilintəhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh1 İddiaçı qarşı «mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia qaldıraraq, onun ünvan 1 “xxxx” MTK tərəfindən inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178.4 kv.m. sahəsi olan 84 (əvvəlki nömrəsi 78) nömrəli mənzilə çəkdiyi zərərin əvəzi olaraq 100000 manat, mənəvi zərərin əvəzi olaraq 40.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilmədiyindən, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun gəlmədiyindən ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 aid mübahisələndirilənhissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh2 aid hissədə qətnamə ləğv edilməlidir. Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Tərəflər arasındakı mübahisə «xxxx» MTK ünvan 2 ünvanında yerləşən binanın 78 saylı mənzili ilə bağlıdır. İddiaçı ona məxsus həmin mənzilin heç bir qanuni əsas olmadan cavabdehlərin sahibliyində və istifadəsində olduğuna istinad edərək cavabdehlərin həmin mənzildən çıxarılmaları və mənzilin ona təhvil verilməsini tələb edir. Cavabdeh1 isə qarşılıqlı iddia qaldıraraq həmin mənzilin təmirinə çəkilmiş xərcin, o cümlədən ilk iddia üzrə iddiaçının hərəkətləri nəticəsində dəymiş mənəvi zərərin əvəzinin sonuncudan onun xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməməsi və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır: 2. əşya faktiki olaraq özgəsinin s ahibliyində olmalıdır: 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. İddiaçı sözgedən mənzilin mülkiyyətçisidir və bu hal tərəflərin bundan əvvəlki məhkəmə mübahisəsi üzrə qəbul edilmiş yekun məhkəmə aktı ilə təsdiq edilir. Bununla bərabər, kassatorun həmin mənzilə dair hər hansı hüququ müəyyən edilməmişdir ki, bu da onun mübahisəli mənzildən istifadə və sahibliyinin qanunsuz olmasına dəlalət edir. Göründüyü kimi, kassator mübahisəli yaşayış sahəsində heç bir hüquqi əsas olmadan yaşamaqla iddiaçının mənzil üzərində qanunla qorunan mülkiyyət hüququnu məhdudlaşdırır. Qarşılıqlı iddiaya münasibətdə isə, apelyasiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının mənzilə 100000 mana t məbləğində xərc çəkilməsinə dair dəlilləri əsassızdır. Qarşılıqlı iddiaçı 2013-cü il tarixdən Maraqlı şəxslə mübahisəli mənzildə yaşayır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilir ki, Maraqlı şəxs həmin mənzilə köçərkən mənzili o, MTK-nin razılığı ilə təmir etdirmişdir. Bu halda, mübahisəli mənzilin qarşılıqlı iddiaçı tərəfindən təmir etdirilməsi iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı “mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi” barədə tələbinə münasibətdə sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, mənzilin təmiri xərcinin məhz onun tərəfindən çəkilməsi barədə hər hansı mötəbər sübutü nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının “mənəvi ziyan”la bağl ı tələbi əsas iddia tələbinə əlavə tələb olduğundan və əsas iddia tələbinin rədd edilməsi səbəbindən həmin əlavə tələbin təmin olunması qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır və hazırki kassasiya şikayətinin dəlillərinə əsasən qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Bununla bərabər, yuxarıda qeyd edildiyi kimi, ilk iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə cavabdehlərdən yalnız Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayəti vemişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenu munun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yоxlamalıdır. Bununla əlaqədar оlaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tоxunmamalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilməyən hissədə, yəni apelyasiya şikayəti verməmiş Cavabdeh2 aid hissədə də yoxlamaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci m addəsinin tələblərini pozmuşdur. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh2 aid hissədə qətnamə ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 aid mübahisələndirilənhissədə dəyişdirilmədən saxlanılsın, Cavabdeh2 aid hissədə qətnamə ləğv edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar