Məhkəmə qərarları › İş №2(102)-4789/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4789/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4789/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4789/21 (Açar sözlər: kreditin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı: LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 202 1-ci il tarixli, 2(107)97/2021 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə 21 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, onlardan müştərək qaydada əsas borca görə 11.026 ABŞ dolları, hesablanmış faizə görə 8.792,30 ABŞ dolları, cəriməyə görə 230,92 ABŞ dolları olmaqla, cəmi 20.048.36 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan “Hyundaı Azera” markalı, ** EB *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və avtomobilin satışından əldə edilən pul vəsaitinin hesabına kredit borcunun ödənilmə si, həmin vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun ümumi qaydada cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 30 iyun 2020-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.F.İmanov) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə əsas borca görə 11.026 ABŞ dolları, hesablanmış faizə görə 1.614,97 ABŞ dolları, cəriməyə görə 50 ABŞ dolları olmaqla, cəmi 12.690,97 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan “Hyundaı Azera” markalı, ** EB *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin ilkin satış qiymətinin 25.000 manat m üəyyən edilməklə açıq hərracdan satılması, avtomobilin açıq hərracda satışından əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranıb. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranıb. İddianın qismən təmin edilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsaslar əmələ gəlib. Digər Cavabdeh2 zamin kimi cavabdeh Şükür Salmanovla birgə mülki məsuliyyət daşıyır. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 425.1, 442, 448.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid olan hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən və məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) tərəflərin apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Şəki Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilərək, Cavabdeh1 ödəniş günü milli manata məzənnədə əsas borca görə 11.026 ABŞ dolları, hesablanmış faiz borcuna görə 2.204,07 ABŞ dolları, cəriməyə görə 50 ABŞ dolları olmaqla, cəmi 13.280,07 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan “Hyundaı Azera” markalı, ** EB *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin ilkin satış qiymətinin 20.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instan siyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 443.1, 470-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh1 faiz borcuna görə 2.204,07 ABŞ dollarının, cəriməyə görə 50 ABŞ dollarının tutulub iddiaçıya verilməsi, iddia tələbinin Cavabdeh2 münasibətdə zaminliyə xitam verilməsi hissəsində ləğv edilib, həmin hissələr də iddia tələblərinin tam təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh1 məhkəmə iclasında iştirak ets ə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) baş a düşülür. Həmin Məcəllənin 443.1 -ci bəndinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəti cələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 faiz borcuna görə 2.204,07 ABŞ dollarının və cəriməyə görə 50 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi və iddia tələbinin Cavabdeh2 münasibətdə zaminliyə xitam verilməsi hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, həmin hissədə iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, 18 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 19 faizlə 23.100 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləs i üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 18 mart 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan “Hyundaı Azera” markalı, ** EB *** dövlət nömrə nişanlı avtomobil ipoteka qoyulub və ipoteka müqaviləsinə ipoteka predmeti 27.000 manat məbləğində qiymətləndirilib. Eyni zamanda 07 oktyabr 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən, digər Cavabdeh2, borclu Cavabdeh1 18 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıya olan borcunun ödənilməsi üçün öhdəlikləri öz öhdəsinə götürüb. İddiaçı tərəfindən verilmiş 13 noyabr 2019-cu il tarixli maliyyə arayışına görə, borclu Cavabdeh1 18 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıya olan əsas borcu 11.025,13 ABŞ dolları, faiz borcu 8.792,30 ABŞ dolları, hesablanmış cərimə 230,93 ABŞ dolları ol maqla, cəmi 20.048,36 ABŞ dolları təşkil edir. İşə əlavə edilmiş "xxxx" MMC 13 mart 2020-ci il tarixli qiymətləndirici rəyindən görünür ki, Cavabdeh1 məxsus olan “Hyundai Azera” markalı, **-KB-*** dövlət nömrə nişanlı avtomobilin bazar dəyəri 25.000 manat, likvid dəyəri 20.000 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, borclu Cavabdeh1 18 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə 14 yanvar 2019-cu il tarixə iddiaçıya olan əsas borcu 13.594,62 ABŞ dolları, faiz borcu 1.614,97 ABŞ dolları təşkil edir. Həmin Mərkəzin digər 25 dekabr 2020-ci il tarixli rəyindən isə görünür ki, borclu Cavabdeh1 18 mart 2013-cü il tarixli kredit müqaviləsi üzrə 18 mart 2017-ci il tarixə əsas borcu 13.594,62 ABŞ dolları, fai z borcu 676,35 ABŞ dolları; 26 noyabr 2019-cu il tarixə əsas borcu 13.594,62 ABŞ dolları, faiz borcu 2.204,07 ABŞ dolları təşkil edir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin faiz borcunun tutulması, cərimənin azaldılması hissəsində düzgün nəticəyə gəlməməsini, iddia tələbinin digər Cavabdeh2 münasibətdə rədd edilməsi üçün əsasların olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh dir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçı kassasiya şikayətində faiz borcunun 2.204,07 ABŞ dolları deyil, 8.792,30 ABŞ dolları təşkil etməsini, ekspertin rəyi ilə razılaşmamasını göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməyib və ekspert rəyinin əsassız olması mülki iş materialları ilə təsdiq olunmur. Digər tərəfdən, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi işin hallarını nəzərə alıb tənasübsüz surətdə yüksək olan 230,92 ABŞ dolları məbləğində dəbbə pulunu 230,92 ABŞ dollarında 50 ABŞ dollarına azaltmaqla düzgün nəticəyə gəlib və qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından düzgün olaraq qeyd etmişdlir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə borclu Cavabdeh1la yanaşı zamin Cavabdeh2 aid hissədə təmin etməkdə də səhvə yol verib. Belə ki, sözügedən kredit müqavilə üzrə kredit 48 ay müddətinə verildiyi üçün qeyd olunan maddənin tələbinə görə iddiaçı zamin Cavabdeh2 qarşı iddianı kredit müqaviləsi üzrə müddətin bitdiyi 18 mart 2017-ci ildən bir il keçənədək, yəni 18 mart 2018-ci il tarixədək verə bilərdi. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı zamin Cavabdeh2 qarşı iddia irəli sürmədiyi üçün xitam verməklə düzgün nəticəyə gəlib və kassasiya şikayətinə əsasən bu hissədə qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına gö rə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi t ərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(107)-97/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar