Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-479/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) 01.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1466/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları
1. İddiaçı Novruzova Mehparə Tofiq qızı Cavabdeh 13 avqust 2014-cü il tarixdə nikaha daxil olmuş, bu nikahdan 14 mart 2015-ci il tarixdə Fərid, 22 mart 2018-ci il tarixdə Nazim adlı iki uşaqları anadan olmuşdur. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 03 mart 2018-ci il tarixli İH-B/0011 nömrəli mənzilin alğı-satqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində “AAAF-Park” yaşayış massivində inşa edilən 240-A saylı 9 mərtəbəli yaşayış binasında ümumi sahəsi 67 kv.metr, bir otaqdan ibarət 19 saylı mənzil 43.550 manata alıcı Cavabdeh satılmışdır. Həmin tarixdə "xxxx" MMC mənzilin dəyərinin Cavabdeh tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı vermişdir.
3. Abşeron Rayon Məhkəməsinin 26 ok tyabr 2020-ci il tarixli, 2(012)-857/2020 saylı qətnaməsi ilə (hakim H. Əhmədov) iddia qismən təmin edilərək, cavabdeh tərəfindən satılmış ** XC *** dövlət nömrə nişanlı, “VAZ 21725 minik” markalı avtomobilin satışından əldə olunan pulun ½ - 8000 manat hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması, ** DN *** dövlət nömrə nişanlı, “Renault Laquna” markalı avtomobilə Novruzova Mehparə Tofiq qızı ilə Cavabdeh hər birinin ½ hissədə mülkiyyət hüquqlarının tanınması, ünvan 1 ünvanında yerləşən - yataq dəsti (şifoner, trimo, qoşa çarpayı, kamot, 2 ədəd tumboçka, trimo stulu); qonaq otağı üçün stol və 6 ədəd stul; mətbəx üçün stol və 4 stul; mətbəx mebeli; divan; iri xalça; kiçik xalça; qonaq otağı üçün çilçıraq; yataq otağı üçün çilçıraq (gümüşü rəng); qonaq otağı üçün pərdə-günlük; mətbəx o tağı üçün pərdə-jalüz; soyuducu; 108 ekran televizor; paltaryuyan; tozsoran; ətçəkən; şirəçəkən; ü53 4. tü; soba; mikser; qaz plitəsi; kompyuter; üç gözlü elektrik qızdırıcı; böyük yorğan; 2 ədəd kiçik yorğan; böyük qoşa döşək; 2 ədəd tək döşək; 4 ədəd yastıq; odeyal; 5 ədəd qoşa yataq dəsti; 4 ədəd tək nəfərlik dəst; çarpayı üçün örtük; divan üçün örtük; 4 ədəd can dəsmalı; 12 ədəd əl-üz dəsmalı; 12 ədəd mətbəx dəsmalı; 3 ədəd süfrə; şirəli qazan dəsti; gümüşü rəng qazan dəsti; qaşıq dəsti; 12 ədəd 4 künc boşqab dəsti; 18 ədəd düz boşqab; 6 ədəd kasa; bagema; 12 ədəd rəngli bakal; 6 ədəd stəkan; 6 ədəd nəlbəki; 6 ədəd xrustal düz qabı; 6 ədəd çay dəsti; 4 ədəd farfor çaşka-nəlbəki; 2 ədəd meyvə qabı; 2 ədəd konfet qabı; 2 ədəd qənd qabı; 2 ədəd xrustal mürəbbə qabı; 2 ədəd ləpə qabı; qab yığılan setka; podnos; 5 kiçik qazan dəsti; kauçuk qablar; tava; keks qabları; geyim əşyaları - kofta, şalvar, ev geyimi, ziyafət geyimi, dəst yubka-kofta, 4 ədəd pencək, palto, 2 ədəd balonka, uzun dabanlı çəkmə, qısa boğazlı çəkmə, 2 ədəd hündür daban ayaqqabı, 4 ədəd alçaq düz ayaqqabı, hündür pasanoşka, 2 ədəd alçaq pasanoşka; 4 qb flaşkart, saçburan fen, ütü fen, kosmetika, diplom qiymət kağızı ilə, doğum şəhadətnaməsinin, qızıl-zinət əşyaları - brilyant klon 1 ədəd 470 manat dəyərində, brilyant üzük 1 ədəd 320 manat dəyərində, təkqaşlı üzük 1 ədəd 250 manat dəyərində, brilyant sırğa 1 dəst 450 manat dəyərində, boyunbağı 2 ədəd 130 manat dəyərində, onların özləri mövcud olmadıqda dəyərləri (cəmi 1620 manat məbləğində) Cavabdeh alınıb, Novruzova Mehparə Tofiq qızına verilməsi qət edilm iş, qalan hissədə iddia təmin edilməmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-94/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinə aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinin əldə edilməsinə sərf edilən 43.550 manatın ½ hissəsi - 21.775 (iyirmi bir min yeddi yüz yetmiş beş) manatın Cavabdeh iddiaçı Novruzova Mehparə Tofiq qızının xeyrinə tutulması, qətnamənin “VAZ 21725 minik” markalı, ** XC *** dövlət qeydi yyat nişanlı avtomobilin dəyərinə aid hissəsində dəyişiklik edilməklə həmin avtomobilin dəyərinin ½ hissəsi, 6000 (altı min) manatın Cavabdeh alınaraq iddiaçı Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızına verilməsi qət edilmiş, qətnamə qızıl-zinət əşyalarına aid hissədə ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilməmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5916/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Novruzova Mehparə Tofiq qızının kassasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh kasassiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-94/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi “Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mə nzilinin əldə edilməsinə sərf edilən 43.550 manatın ½ hissəsi - 21.775 (iyirmi bir min yeddi yüz yetmiş beş) manatın Cavabdeh iddiaçı Novruzova Mehparə Tofiq qızının xeyrinə tutulması” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərar çıxarılması və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilə ½ hissədə Novruzova Mehparə Tofiq qızının və ½ hissədə Cavabdeh paylarının tanınması qərara alınmışdır. 7. "xxxx" MMC (cəmiyyət) ilə ½ pay üzrə İddiaçı və ½ pay üzrə Cavabdeh (alıcı) arasında bağlanmış M10087 nömrəli, xx.xx.2023-cü il tarixli mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park 3” yaşayış massivinin 240 A saylı küçəsində inşa edilə n (inşa edilmiş) 8 mərtəbəli, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni divarın çöl hissəsindən hesablanmaqla) 67 kv.m ibarət, 1 otaqlı, 19 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti “Abşeron Siti”, 240 A saylı evin 19 saylı mənzilinə onu və yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2018 -ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 ilə birlikdə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5916/2022 saylı qətnaməsinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti “Abşeron Siti”, 240 A saylı evin 19 saylı mənzilin ½ hissədə Novruzova Mehparə Tofiq qızının ½ hissədə Cavabdeh payları tanınmışdır. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Lakin, cavabdeh iddiaçının azyaşlı uşaqları ilə birlikdə ½ hissəsi iddiaçıya məxsus olan mənzilə köçməyinə mane olur. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı kirayədə yaşayır. Hesab edir ki, məhkəmə qətnaməsi ilə ½ his səsinə pay hüququ tanınmış “Abşeron Siti”, 240 A saylı evin 19 saylı mənzilə azyaşlı uşaqları ilə birlikdə köçürülməlidir.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-1987/2023 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbi təmin edilərək, İddiaçı uşaqları xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti “Abşeron Siti”, 240 A saylı evin 19 saylı mənzilinə köçürülmələri qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, məhkəmə qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilə ½ hissədə Novruzova Mehparə Tofiq qızının və ½ hissədə Cavabdeh payları tanınma sı qərara alınmışdır. Lakin, hazırda cavabdeh iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçməyinə mane olur.
12. Məhkəmə hesab etmişdir ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüququdur.
13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 152.1, 152.5, 215.4, 222.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş e tmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını lazımi qədər araşdırmamış və mülkiyyətçinin hüquqlarını pozmuşdur. Məhkəmə öz qətnaməsini qət edərkən cavadehin hüquqlarını nəzərə almamışdır. Cavabdehin öz əmlakından sərbəst istifadəsinə, ona dair sərəncam vermə hüququ pozulmuşdur. Cavabdehin sözügedən mənzildə faktiki olaraq yaşayır və iddiaçı ilə eyni evdə yaşaması mümkün deyildir. Məhkəmə işin hallarını lazımınca araşdırmamış, cavabdehin hüquqlarını nəzərə almadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1466/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edil məmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından müəyyən olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilə ½ hissədə Novruzova Mehparə Tofiq qızının və ½ hissədə Cavabdeh payları tanınmışdır.
19. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
20. Hazırkı halda iddiaçı mənzil üzərində pay hüququna malik olsa da, öz payına münasibətdə sahiblik və istifadə hüququnu h əyata keçirə bilmir. Halbuki, mübahisə tərəfləri öz paylarına münasibətdə bərabər hüquqlara malikdirlər. İddiaçının mübahisəli mənzilə köçüb, həmin mənzildə yaşamaq hüququ vardır.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzil üzərində iddiaçının ½ hissə payı olduğundan həmin mənzilə köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
22. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mənzil üzərində tərəflərin payları bərabər şəkildə tanındığından, hər iki tərəfin öz payından istifadə etmək hüququ vardır.
23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutu lmuş əsaslar mövcud deyil.
24. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157, 158, 215, Azərbaycan Rerspublikasının MPM-in 4.1, 14.1, 14.2, 24.1-ci maddələrinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etir azın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1466/2023 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslanırılmışdır ki, məhkəmə öz qətnaməsini qət edərkən işin hallarını lazımi qədər araşdırmamış və mülkiyyətçinin hüquqlarını pozmuşdur. Məhkəmə öz qətnaməsini qət edərkən cavabdehin hüquqlarını nəzərə almamışdır. Cavabdehin öz əmlakından sərbəst istifadəsinə, ona dair sərəncam vermə hüququ pozulmuşdur. Cavabdeh sözügedən mənzildə faktiki olaraq yaşayır və iddiaçı ilə eyni evdə yaşaması mümkün deyi ldir. Məhkəmə işin hallarını lazımınca araşdırmamış, cavabdehin hüquqlarını nəzərə almadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası qətnamə qət edərkən mülkiyyətçinin hüquqlarını və mənafelərini nəzərə almadan yalnız iddiaçının mənafelərini nəzərə almışdır. Bu isə tamilə qanunsuz və əsassızdır.
28. Kassator hesab etmişdir ki, tərəflərin sözü gedən mənzil üzərində bərabər paylarda mülkiyyət hüququnun tanınması heç də avtomatik olaraq həmin mənzildən bərabər istifadə etmək imkanını nəzərdə tutmur. Bu halda, məhkəmə ilk növbədə müvafiq ekspertiza təyin etməklə tərəflərin bərabər paylı mülkiyyətində ilan mənzildən bərabər istifadə etməyin mümkün olub-olmaması müəyyən edilməli və bu mümkün olmadıqda isə, məhkəmə iddia tələbini rədd edərək, tərəfə payın naturada bölünməsi, hər racdan satılması barədə iddia qaldırmaq hüququnu izah etməlidir. Çünki tərəflərin birgə yaşayışı mümkün deyildir və gələcəkdə xoşagəlməz insidentlərin baş verməsinə səbəb ola bilər.
29. Kassator şikayətini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152,1, 152.5-ci, Azərbaycan Respublikasının MPM-in 88-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1466/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
34. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar.
35. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
36. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
37. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
38. Maddə 215.1. Paylı mü lkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
39. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
40. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: əşyanın dəyərini və işlənməyə yararlığını sax lamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti.
41. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipot ekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
42. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
43. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Madd ə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənzil üzərində tərəflərin payları bərabər şəkildə tanındığından, hər iki tərəfin öz payından istifadə etmək hüququ vardır.
57. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmış dır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən veril miş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2023-cü il tarixli 2(105)-1466/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.