Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4790/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, cavabdehin vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.02.2019-cu il tarixli, 2(103)795/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» Qapalı S əhmdar Cəmiyyətinin Mühafizə İdarəsinin 02.03.2018-ci il tarixli NO-178/Ş02-03 saylı əmrinin ləğv edilməsi, həmin idarənin xüsusi təyinatlı qonaq evinin mühafizəsi üzrə qrup rəisi vəzifəsinə bərpa edilməsi və boşdayanma müddətinin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.08.2018-ci il tarixli 2(006)- 5007/2018 saylı qətnaməsi ilə (hakim P.Hüseynov) İddiaçı cavabdeh «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə İdarəsinə qarşı əmrinin ləğv edilməsi, işə bərpa və boşdayanma müddətinin əvəzinin ödənilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.Ə.Hüseyn) 25.02.2019-cu il tarixli, 2(103)-795/2019 nömrəli qətnaməsi ilə İddiaçı t ərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5007/2018 saylı mülki iş üzrə qəbul etdiyi 24 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və onun vəkili X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.02.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün bütün faktiki hall arı tam, obyektiv araşdırmamış, mübahisəni mahiyyəti üzrə düzgün həll etməmiş, maddi və prosessual hüquq normaları pozulmaqla MPM-in 385.1.1, 385.1.2-ci maddələri və digər normativ hüquqi aktlardan irəli gələn ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili *** kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.02.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı 05.09.2001-ci il tarixdə «xxxx» QSC-də Yevlax atıcı komandasında nişançı vəzifəsinə işə qəbul edilmiş, 11.03.2016-cı il tarixə kimi həmin orqanda müxtəlif vəzifələrdə işləmiş və 27.10.2016-cı il tarixdə «xxxx» QSC-nin Yola | Təhlükəsizlik Xidmətinin Yevlax Yüklərin və X1 xüsusi təyinatlı qonaq evinin mühafizəsi üzrə qrup rəisi vəzifəsinə keçirilmişdir. «xxxx» QSC-nin Mühafizə İdarəsinin 02.03.2018-ci il tarixli NO- 178/Ş02-03 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndin də nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 80-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 70-c: maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir (80.1). Həmkarlar ittifaqını n üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxi: olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir (80.2). Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkməsi düzgün olaraq hesab etmişdir ki, mübahisələndirilən əmr verilərkən Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbləri pozulmamışdır. Belə ki, iş materiallarında olan 02.03.2018-ci il tarixli NO-42/İ saylı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr; Yevlax müha fizə komandasının rəisi X4, qarovul rəisi X8, xüsusi təyinatlı qonaq evinin böyük atıcısı X5 tərəfindən 27.02.2018-ci il tarixdə tərtib edilmiş akt; İddiaçı tərəfindən «xxxx» QSC-nin Mühafizə İdarəsinin rəisinə yazılmış izahat; 27.02.2018-ci il tarixdə saat 19:00 radələrində Yevlax xüsusi təyinatlı qonaq evinin mühafizəsi üzrə qrup rəisi İddiaçı iki nəfər kənar şəxslə birlikdə icazəsiz olaraq qonaq evinə daxil olmaları haqda arayış; “xxxx” QSC Mühafizə İdarəsi Yevlax Yüklərin və X2 Yevlax stansiyası komanda rəisi ***un 28.02.2018-ci il tarixli raportu; “xxxx” QSC-nin Mühafizə İdarəsinin rəisi ***un yanında 28.02.2018-ci il tarixdə keçirilmiş əməliyyat müşavirəsinin 18 nömrəli protokolu; “xxxx” QSC Mühafizə İdarəsi Azad Həmkarlar İttifaqı Komitəsinin iclasının 02 mart 2018-ci il tarixli 19 Ne-li protokolundan çıxarışdan müəyyən olunur ki, 27.02.2018-ci il tarixdə saat 18:50-də Yevlax mühafizə komandasının xüsusi təyinatlı qonaq evinin mühafizəsi üzrə qrup rəisi İddiaçı qeyri-iş vaxtında xüsusi təyinatlı qonaq evinin qatar daxil olan darvazasının açılması göstərişini verərək, iki nəfər mülki şəxslə qonaq evinə daxil olmuş, böyük atıcı *** buna etiraz etsə də o, vəzifəsindən istifadə edərək yanındakı naməlum şəxsləri özü ilə rəqəmli parolla buraxılış rejiminə malik, birinci kateqoriyalı mühafizə tətbiq edilən xüsusi əraziyə keçirmişdir. Bununla əlaqədar olaraq İddiaçı izahatı alınmış, onunla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi üçün X7 İttifaqı Komitəsinə müraciət olunması qərar a alınmış, “xxxx” QSC Mühafizə İdarəsi Azad Həmkarlar İttifaqı Komitəsinin 02 mart 2018-ci il tarixli 19 N°-li qərarı ilə Yevlax yüklərin və X2nın xüsusi təyinatlı qonaq evinin mühafizəsi üzrə qrup rəisi İddiaçı vəzifə təlimatının tələblərini kobud surətdə pozduğuna görə (mühafizə edilən xüsusi təyinatlı obyektə qeyri-iş vaxtı kənar şəxslərin daxil olmalarına şərait yaratdığı üçün) Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmış, bundan sonra “xxxx” QSC-nin Mühafizə İdarəsinin 02.03.2018-ci il tarixli əmri ilə İddiaçı ilə bağlınmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, idd iaçının işdən azad olunması barədə əmrinin ləğv edilməsi və iddiaçının vəzifəsinə bərpa edilməsi üçün heç bir əsas yoxdur və birinci instansiya məhkəməsi də düzgün olaraq iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkə n apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.02.2019-cu il tarixli, 2(103)-795/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4790/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4790/2019
03.07.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver