Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4799/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-*****/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Saatlı rayon Məhkəməsinin (hakim İ.Abuşov) xx.xx.2019-cu il tarixli, 2(055)-*****/2019 nömrəli qətnaməs i ilə İddiaçı Hüseyn oğlunun Cavabdeh qarşı “torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarılması” tələbinə dair iddiası təmin edilərək, İddiaçı və digər ailə üzvlərinin xüsusi mülkiyyətində olan Qaracalar kəndində yerləşən reyestrdə qeydiyyat nömrəsi ********** və ********** olan ümumilikdə 1.71 ha torpaq sahələrindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılması və onun həmin torpaq sahələrindən çıxarılması, iddia qaldırılarkən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Babayev, Q.Kərimov, N.Mirzəyev) xx.xx.2020-ci il tarixli, 2(106)-*****/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Saatlı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(055)-*****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan 1.71 ha torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması və onun həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil1 kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Ca vabdeh mübahisələndirilən torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında X1 almış, həmin torpaq sahəsini mülkiyyətinə keçirməklə bu barədə Çıxarış əldə etmişdir və vicdanlı alıcı kimi hərəkət etmişdir. İddiaçı ilə X3 arasında məhkəmə çəkişməsində cavabdeh hər hansı tərəf, eləcə də 3-cü şəxs qismində cəlb olunmamışdır. Eyni zamanda o, məhkəmə mübahisəsi barədə məlumatlı olmamışdır. Mülki iş materialları ilə tanış olandan bu tam aydın olur. Cavabdehin həmin iş üzrə 3-cü şəxs kimi cəlb edilməsi haqqında birinci instansiya məhkəməsinə məlumat verilsə də buna məhəl qoymamışdır. Göründüyü kimi onun hüquqları hər iki məhkəmə instansiyasında və ayrıca hazırda şikayət etdiyi qətnaməni çıxaran birinci instansiya məhkəməsi və Şirvan Apellyasiya məhkəməsi tərəfindən pozulmuşdur. Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. "S1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də m ənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıci qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda sözügedən qərarında qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçıların ın hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı f əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Cavabdeh ilə X3 arasında alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman reyestr qeydinin qeyri-dəqiqliyinə dair hər hansı bir hal müşahidə olunmamış və bu qeydə dair hər hansı etiraz və ya hər hansı üçüncü şəxsin h üquqlarına dair məlumat reyestrə daxil edilməmişdir. Bu səbəbdən də torpaq sahibinin əvvəlki mülkiyyətçisi kimi onun mülkiyyət hüququna dair reyestrdə aparılmış qeyd həqiqi, tam olmuş və müqavilə rəsmiləşdirilərkən o, vicdanlı tərəf olmuşdur. İşə baxan apelyasiya məhkəməsi isə işin bu halına ümumiyyətlə əhəmiyyət və qiymət verməmiş və bu hal onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən onlar Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-*****/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxıışına qaytarılıması barədə qərar qəbul edlməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlm əməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil1 kasasiya şikayətini kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya instansiyas ı tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət tərəfindən tanınan və qorunan hüquq olmasına, iddiaçının özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilməsinə əsaslanaraq cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən işin faktiki hallarına düzgün hüquqi qiymət vermiş, xx xxxx 2019-cu il tarixdə ********* və ********* nömrələri ilə mülkiyyət hüququ kimi qeydə alınma barədə Çıxarışlara əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,90 ha və 0,50 ha torpaq sahələrinin Cavabdeh qanunsuz olaraq iddiaçının razılığı olmadan istifadə etməsi və mülkiyyətində olan torpaq sahələrindən iddiaçının sərbəst istifadə etməsinə maneələr yaratmasını müəyyən edərək, əsaslı olaraq cavabdehin həmin tor paq sahələrindən çıxarılması barədə nəticəyə gəlmişdir. Apelyasiya kollegiyası Cavabdeh apelyasiya şikayətinin mübahisəli 0,90 hektar və 0,50 hektar torpaq sahələrini xx xxxxxxx 2012-ci il tarixdə Saatlı rayonu *********** yaşayan mülkiyyətçi X2 alması və həmin torpaq sahələrinin adına müvafiq Çıxarışlara əsasən mülkiyyət hüququ kimi qeydə alınması, bu səbəbdən də vicdanlı alıcı olması, iddiaçı ilə Q1 arasında olmuş məhkəmə çəkişmələrinə cəlb edilməməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh mübahisəli torpaq sahələrini Qurbanxan Əsədovdan alarkən vicdanlı alıcı olsa da, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin Saatlı rayon Məhkəməsinə ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli məktubuna əsasən hazırda mübahisəli torpaq sahələri İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətindədir, Cavabdeh adına adına verilmiş Çıxarışlar isə ləğv edilmişdir. Bu hal isə Cavabdeh mübahisəli torpaq sahələrinə hüququnu itirməsi deməkdir. Odur ki, apelyasiya kollegiyası hesab etmişdir ki, İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,90 ha və 0,50 ha torpaq sahələrindən Cavabdehin istifadə etməsi üçün əsasların olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər hazırda mövcud olmadığından apelyasiya şikayətinin həmin dəlilləri əsaslı deyildir. Kasasiya kollegiyası apellyasiya kollegiyasının göstərilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, işə mahiyyəti üzrə baxan apelyasiya kollegiyası cavabdehin vicdanlı alıcı olmasını qəbul etsə də, mübah isəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına istinad edərək, birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab etmişdir. Lakin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Qeyd olunan normanın və apelyasiya kollegiyasının cavabdehin vicdanlı alıcı olması ilə razılaşması kontekstindən mübahisəyə yanaşıldıqda, cavabdeh mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olur. Bu zaman tərəflər arasında mübahisəli məsələnin həlli torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin qüvvədə olması ilə bağlı olur ki, adıçəkilən sənədlər barədə cavabdeh tərəfindən təqdim edilm iş Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış mübahisələndirməyə dair iddia ərizəsindən də görünür ki, o, cavabdeh qismində AR ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsini göstərməklə məhkəmədən Saatlı rayonu Qaracalar kəndi ərazisində yerləşən 0.50 hektar torpaq sahəsinə dair cavabdeh tərəfindən ona verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli reyestr kitabıinın ***** nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX № ******* saylı "Çıxarış"ın və 0,90 hektar torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********30, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX № ******* saylı "Çıxarış"ın ləğv edilməsinə dair cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şirvan 13 saylı Ərazi İdarəsinin qərarlarının ləğv edilməsi və qeyd edilən çıxarışların bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Buradan da aydın olur ki, tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı münasibətlərin taleyinin həlli hazırki iş üzrə cavabdehin Şirvan İnzibati Məhkəməsinə ünvanlandığı və icraata qəbul edilmiş iddia tələbinin həllindən asılıdır. Azərbaycan Respublikası MPM -nin 256.0.3-cü maddəsinə əsasən, bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Göründüyü kimi, prosessual qanunvericilik inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər icraatın dayandırılmalı olmasını imperativ norma kimi müəyyən etmişdir. Bu halda kasasiya kollegiyası hesab edir ki, mövcud mübahisə üzrə hazırda yekun məhkəmə qərarının qəbul edilməsi cavabdehin İnzibati Məhkəmədə həyata keçirdiyi mübahisənin həllinə də əhəmiyyətli təsir göstərəcək və tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər üzrə də ədalətli məhkəmə araşdırmasının qarşısı kəsilmiş olacaqdır. Həmçinin kas asiya kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan apelyasiya kollegiyasının cavabdehin vicdanlı alıcı olmasını qəbul etməsi, lakin mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına istinad edərək qənaətini əsaslandırması özü-özlüyündə ziddiyyət yaratmış olur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətl i olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N1 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məh kəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respu blikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, tərəflər arasında olan mübahisənin qanuni və ədalətli həll edilməsi, işin hallarının, dəl illərinin tam və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-*****/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının xx.xx.2020-ci il tarixli, 2(106)*****/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apelyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4799/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4799/2020
22.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver